Elmi redaktoru və ön sözün müəllifi
M ü b ariz Süleym anlı
sənətşünaslıq namizədi, dosent
Rəyçilər:
Niyazi M ehdi
fəlsəfə elmləri doktoru, professor
İlq a r Hüseynov
kulturologiya elmləri doktoru, dosent
Şəhrəddin M əm m ədov
fəlsəfə elmləri doktoru, professor
N am iq A bbasov. M ədəniyyət siyasəti və mənəvi dəyərlər.
Bakı, 2009, 444 səh.
Kitabda Azərbaycan Respublikasının müasir dövrdə mədəniyyət
siyasətinin elmi-müqayisəli təhlili verilir, bu siyasətin milli-mənəvi
dəyərlərimizin inkişafındakı rolu araşdırılır və qloballaşma prosesi
nin neqativ təzahürləri ilə təmasda milli-mənəvi dəyərlərimizin aşın
madan qorunması istiqamətində məqsəd və vəzifələri şərh edilir. Ha
belə mədəniyyət siyasəti anlayışının təhlili verilir, müstəqillik qa
zandıqdan sonra əldə olan müvəffəqiyyətlərdən, mövcud olan prob
lemlərdən və onların necə aradan qaldırılması yollarından bəhs edi
lir. Hər bir milli mədəniyyətin inkişafı üçün vacib olan mədəni
əməkdaşlığın Azərbaycanda nə dərəcədə inkişaf etdiyi öyrənilir.
Milli dəyərlərimizin Azərbaycan kulturoloji düşüncəsindəki spesifik
xüsusiyyətləri tarixi inkişaf fonunda izlənilir və dəyərləndirilir. Qa
baqcıl dünya ölkələrinin mədəniyyət siyasəti təhlil edilir və onların
müsbət cəhətlərinin mənimsənilməsi yolları araşdırılır. Dövlət siya
sətində mədəni və mənəvi irsin qorunması vəzifələrinin metod və
üsulları təhlil edilir, mədəniyyət siyasətinə dair təkliflər verilir.
4702000000
N - 098 - 2007
Qrifli nəşr
“NAbbasov”, 2009
2
Ön söz
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qaza
nılmış təcrübələr sübut edir ki, insanların mənəviyyat, əxlaqi
normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradı
cısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras
onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl
və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniy
yətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi
dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürül
məlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zəngjnləşdirilmə-
dən varlığım qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siya
sətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi,
dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problem
lərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni
münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem
kimi formalaşdınlmasını tələb edən bu prosesdə Azərbaycan
Respublikası da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə
alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya
təcrübəsi yönündə həyata keçirilən islahatlar sayəsində dünyanın
sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri
səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə
xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə
mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin
öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə
çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti
sayəsində nail olmaq mümkündür.
Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda
tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra
tədbirlər həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı
üçün zəruri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və
mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə
3
qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual
qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki
siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin
perspektivlərinə aydınlıq gətirməyə çalışırlar.
Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf
etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas
vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və
xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq,
xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-
mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən
mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub sax
lanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin
yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz
olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib
hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan
xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar
aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik
ölkələrin təcrübələrindən istifadə edir.
Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti
tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğu
muza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmə
dən, yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil
edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyər
lərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiy
yətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq
məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də,
istəməsək də qloballaşma hərəkaündan, mədəni inteqrasiya
prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin
cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti
ilə, neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.
Müasir dövrdə mədəniyyətin idarəedilməsi üçün zəruri olan
elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin
həllinə yönəldilən və mədəniyyətin ауп-ауп sahələrini əhatə edən
4