Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə431/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   427   428   429   430   431   432   433   434   ...   444
§ 2. Auditor rəyi

Mühasibat hesabatı haqqında auditorların rəyi auditor firmasının mövqeyini özündə əks etdirir. Mühasibat uçotunun və hesabatının cti- barlığı auditorlar firmasının verdiyi qiymətlə xarakterizə edilir.

Auditor rəyi - bütün hüquqi vo fiziki şəxslər, dövlət hakimiyyət və idarəetmə orqanları, həmçinin yerli hakimiyyət və məhkəmə orqanları üçün hüquqi statuslu sənəd hesab edilir. İstintaq orqanlarının tapşırığı ilə həyata keçirilən yoxlamalar zamanı auditorlar firmasının rəyi prosessual qanunvericiliyə uyğun olaraq təyin edilmiş ekspertizanın ümumi rəyi ilə eyniləşdirilir.

İllik hesabatların yoxlanılması üzrə auditorlar firmasının rəyi müəssisələrin illik mühasibat hesabatlarının elementi hesab edilir.

Auditor yoxlamaları üzrə komissiya (Auditorlar Palatası) auditor rəyinin üç hissədən ibarət olduğunu qeyd edir: giriş, analitik və yekun.

Giriş hissədə müstəqil fəaliyyət göstərən auditorlar firması haqqında bütün zəruri məlumatlar göstərilir. Burada auditor firmaları üçün hüquqi ünvan və telefon, auditor kimi fəaliyyət göstərmək hüququ verən lisenziya haqqında məlumat (lisenziyanın nömrələnməsi, verilmə vaxtı, lisenziya verən orqanın adı, lisenziyanın fəaliyyət müddəti)', auditorların familiyası və adı, audit aparılmasında onun iştirakı, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən ixtisas attestatı qeyd edilir. Müstəqil fəaliyyət göstərən auditorlarda isə auditorların adı, familiyası, auditor kimi iş stajı, auditor fəaliyyətini həyata keçirmək üçün lisenziya verən orqanın adı, həmçinin lisenziyanın fəaliyyət müddəti, auditorların ixtisas attestatlarının nömrələnməsi göstərilir.

Analitik hissədə auditorlar firmasının fəaliyyətinə daxili nəzərət, mühasibat uçotunun və iqtisadi subyektlərin hesabatlarının ümumi nəticələri araşdırılır. Bu bölmədə maliyyət-təsərrüfat təminatının yerinə yetirilməsi və alqı-satqı aktlarının bağlanması zamanı iqtisadi subyekt tərəfindən qanunvericiliyə əməl edilməsi ilə bağlı zəruri sənədləşmələr də öz əksini tapır.

Analitik hissəyə məlumatların adı; analitik hissənin kimə ünvanlanması; iqtisadi subyektin adı; auditorun obyekti; iqtisadi subyektin daxili nəzarətinin ümumi nəticələri; mühasibat uçotu və hesabatın




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə