Nəzəriyyə məsələləri – Вопросы Теории



Yüklə 225,22 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix01.11.2017
ölçüsü225,22 Kb.
#7994
növüYazı
1   2   3   4   5   6   7   8   9   10

 Axırıncı 4 – sözün əvəzinə  tərcümədə  “Divanxanın xan sarayı” ifadəsini 

oxuyanda  gözlərimizə  inanmadıq. Belə məlum oldu ki,  orfoqrafiya  və ya redaktə  

xətası olaraq, rus dilində Divanxana əvəzinə Divxana  getdiyindən, bizim mütərcim 

də götürüb “Divan xanın  xan sarayı” kimi qulağı dələn bir şey yazmışdır. 

 Bu 

yaxınlarda biz  “Pravda”  qəzetində  (16 dekabr 1974) Ə. Kürçaylının 



“Çörək”  şerinin  tərcüməsini oxuduq. Şair Lazar Şereşevskinin  bu tərcümə 

üzərindəki işi  əsl yaradıcı zəhmətə çox gözəl misal ola bilər.  Yalnız ona görə yox ki

şer bütün məna dəqiqliyi ilə tərcümə olunmuşdur və  rus dilində də əla səslənir. Bir də 

ona görə ki, mütərcim  ən qədim Azərbaycan sözlərini  tərcümədə  ustalıqla  

yerləşdirmiş, ifadənin şeriyyətini, bəzi qafiyyə əlamətlərini qoruyub saxlamış, həm də 

aydınlığa tam nail olmuşdur: 

 

Не даром наш язык из века в век. 



Звучанье слов связал с их  сутью тайной. 

И сердце называем мы «урек», 

А хлеб – «чурек» 

Тут  сходство не случайно 

Хлеб – сердце жизни 

Быть тому и впредь: 

Не терпит  хлеб бездушья  и притворства 

Чем хоть однажды сердцем очерстветь 

Уж лучше век питаться коркой черствой 

 

 



Əlbəttə birdəfəyə, birnəfəsə  tərcümə edib bu cür müvəffəqiyyət qazanmaq 

olmaz.  Mütərcim yüz ölçüb bir biçəndə, söz üzərində  işləyəndə, özü sözə heyran 

qalanda,sözü öz işinə tabe edib heyran qoyanda nəticəsi də belə fərəhli olur.  

 “Pioner” 

jurnalında dərc edilmiş bir tərcümədə yazılmışdır ki, “bütün işlərimi 

mənim  əvəzimə  nənəm görür. Yalnız dərslərimi özüm edirəm”. Aydın deyilmi ki, 

Azərbaycan dilində 

dərsi eləməzlər, hazırlayarlar, yaxud oxuyarlar?! 

 

 

Hərfi tərcümə asan yol olduğu üçün tez yayılan,  buna görə  də qorxulu bir 



qüsurdur. Bəzən onun sayəsində meydana çıxmış “qələti – məşhurlar” təcrübəli qəzet 

işçilərinin də  dilinə daxil olur və günlərin birində  qəzet oxuyuruq ki, bir teatrın 

tamaşa salonunda bərk soyuq olduğundan “hamı    şinel və kürklərdə,  qulaqlı 

papaqlarda” oturubmuş. Halbuki,  salonda vəziyyətdən asılı olaraq,  papaqlı  və ya  

papaqsız  oturmaq mümkündür. Lakin papaqda oturmaq olmaz. Hərfi tərcümə o qədər 

özünə yer eləyib ki, respublika ali məktəblərinin birində  çap olunmuş  uşaq 

ədəbiyyatı  proqramında  məşhur Danimarka ədibi Andersen “Dat nağılçısı” kimi 

təqdim olunmuşdur. Uşaq  ədəbiyyatını öyrənənlər nə  qədər baş  sındırsalar da Dat 

ölkəsinin harada olduğunu bilməyəcək, onu xəritədə tapmayacaqlar.  

 

18




 

Bəzi tərcümələrdə mütərcimlərin üslub ağırlığına redaktorların isə  redaktə 

pintiliyinə  yol verdiyinə  bunun da öz növbəsində  dilin rəvanlığına zərər vurduğuna 

şahid oluruq. 

 “Vaxtilə Dilbər,  onun üçün nurlu bir çeşmə idi, elə bir  əyilməyə  bənddi ki,  

bu  qızın dostluq hisslərindən, bu  çağlar çeşmədən istədiyi qədər sərinlik və təravət  

əxz etsin. Ancaq o  vaxtlar  o,  sanki  öz kişilik qürurunu sındırmayıb, qıza laqeyd 

yanaşmışdır.  İndi isə əksinə, o bu  qızın üstünlüyünü öz üzərində hiss edirdi və indi o, 

bu  qızı  ümumiyyətlə,  əvvəlki kiçik bulaq şəklində su götürmək asan olan bulaq 

şəklində təsəvvür etmirdi...” 

 

Bəzən tərcümədə bircə  kəlmə söz cümlədəki sırasında yerinə düşməyəndə, 



üslubi uğursuzluq  yaranır, məna, onun çaları  dəyişir, indicə bir parçasını  

xatırlatdığımız “Dənizdə  şəfəqlər” romanının lap  əvvəllərində  Xəzərdəki neft 

buruqlarından birində baş vermiş  qəza təsvir olunur. Hadisə yerinə  gələn böyük 

mühəndis Musayev vəziyyətlə tanış olduqdan sonra deyir: 

 “Mən  elə bilirdim ki,  belə olacaq”. Bu cümlədə  elə kəlməsinin söz sırasında 

ikinci yerdə qoyulması  ona zərif güman çaları vermişdir. Lakin əsərdəki hadisələrin 

məntiqindən çıxan budur ki, mühəndis vəziyyətin belə olacağını  zəifcə güman 

etmirmiş. O qəti inanırmış ki, quyunun iş rejimi  pozulacaqdır. Çünki, yarım səhifə 

aşağıda biz onun geoloq Dilbərə dediyi bu sözlərini oxuyuram: 

 “Axı mən sizə xəbərdarlıq etmişdim ki, bura pozulmuş zonadır!” Buna görə də 

mühəndisin qəza yerindəki ilk cümləsi “Mən elə bilirdim ki, belə olacaq”  yox, 

“Mən bilirdim ki,  elə belə olacaq!” şəklində yazılmalı idi (Ruscasında da  məhz bu 

cürdür: «Знал, что так и будет!») 

 Üslubca 

ağır olduğu üçün  dilin ahəngdarlığına, təhkiyənin gözəlliyinə ciddi 

xələl gətirən bir iki faktı da qeyd etməklə bu məsələni yekunlaşdıraq.  Şoloxovun  

məşhur “Nifrət fənni” əsərinin tərcüməsində  belə bir cümlə var:  “Bizim vətənə olan 

sevgimiz qəlblərimizdə yaşayır, qəlbimiz döyündükcə bu sevgidə ürəyimizdə 

yaşayacaqdır...) Bu mətn  şişirdilmiş  və  ağırlaşdırılmışdır. Qəlblərimizdə, qəlbimiz, 

ürəyimizdə sözlərindən biri,  sonuncusu tamamilə    artıqdır. Birinci halda isə

əvvəlində sevgimiz  sözü olduğu 

“miz”  şəkilçisi çoxlu cəmlik əlamətini  və əks etdirdiyi üçün “lər” şəkilçisinə ehtiyac 

yoxdur.  

 

R. Taqorun “Qora” romanının tərcüməsində  də üslubca qüsurlu olan belə 



cümlələr var: 

 “Ona 


elə gəlirdi ki,  Qora həmin axşamkı söhbəti ilə  sanki qıza söz vermişdi ki, 

bir də gələcəkdir”. “Qora hər səhər  yaxınlıqda  yaşayan yoxsulları  yoluxurdu.”   

 

Məlum olduğu kimi,  “Faust”, habelə  “İlahi komediya”, “Ulenşpigel əfsanəsi”, 



Heynenin, Bayronun, Şekspirin və digər dünya klassiklərinin əsərləri dilimizə əsasən  

rus dili vasitəsilə  tərcümə olunmuşdur. Həmin əsərlərin böyük əksəriyyəti bu yolun 

imkanları daxilində müvəffəqiyyətlə Azərbaycan dilinə çevirmişdi. 

 

19




Yüklə 225,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə