Nəzakət səLİmova


Mühasibat uçotu sənədlərinin dövriyyəsinin



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   33   34   35   36   37   38   39   40   41
N zak t s L mova

Mühasibat uçotu sənədlərinin dövriyyəsinin 
təşkili və işlənməsi:
Müasir şəraitdə idarə, müəssisə və təşkilatlarda, 
habelə dövlət və bələdiyyə orqanlarında külli miqdarda 
uçot sənədləri və məlumatları yığılır. Onların formalaşma-
sı ilkin tərtibatdan başlayaraq mühasibat uçotu prinsipləri-
nə uyğun registrlərdə əks olunur. Bütün mühasibat uçotu 
sənədlərinin rəsmiləşdirilməsinə başlanandan, onların 
müəyyən formaya salınaraq, formalaşdıqdan sonra saxlan-
mağa (arxivə) verilməsi sənəd dövriyyəsi adlanır. 
Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə müha-
sibat uçotunun düzgün təşkili, sənədlərn vaxtında tərtib 
olunması və saxlanılmağa təhvil verilməsinin əhəmiyyəti 
böyükdür.Sənəd dövriyyəsinin təşkili qrafikasının, uçot 


98 
informasiyalarının işlənməsi, onların sənədlərdə əks olun-
ması, hazırlanması metodikasını müəyyənləşdirməsi və 
yerinə yetirilməsinə daima nəzarət bilavasitə baş mühasibə 
həvalə olunmuşdur.
Mühasibatlığa daxil olan sənədlərdə icra olunan 
təsərüfat əməliyyatlarının,hesabların və onlarda əks olun-
muş uçot göstəricilərinin yekunlarının düzgünlüyü və 
məqsədyönlülüyü, sonra isə onlarda əks olunmuş icraçı 
şəxslərin imzalarının həqiqiliyi yoxlanılır və aşkar olun-
muş səhvin əsası, onun mənası və xarakteri müəyyənləş-
dirilir.Həmin səhvlər düzəldikdən sonra mühasibat uçotu 
hesabları üzrə yazılışlar aparılır. 
«Mühasibat uçotu haqqında» Azərbaycan Respubli-
kasının Qanununun 17-ci maddəsinə əsasən, müəssisə 
uçot sənədlərini, mühasibat registrlərini və mühasibat he-
sabatlarını qoruyub saxlamağa borcludur. Sənədlərin 
saxlanması müddəti Azərbaycan Respublikası Nazirlər 
Kabineti yanında Baş Arxiv İdarəsi tərəfindən müəyyən 
edilir. 
Mühasibat uçotunun hesab planı, mühasibat uçotu 
üzrə təlimatlar, kodlaşdırma üsulu, müasir maşınlar üçün 
proqram məhsulları və onlardan istifadə qaydaları, əvvəlcə 
istifadə edilən uçot üsulları və bunlar əsasında tərtib edilən 
mühasibat hesabatlarını təmin etmək məqsədi ilə beş ildən 
az olmayaraq mühasibatda saxlanılır. 
Müəssisələrdən uçot sənədlərinin götürülməsi mövcud 
olan qanunçuluğa görə ancaq məhkəmə, prokurorluq və 
digər istintaq orqanlarının qərarı əsasında aparıla bilər. Bu 
halda müəssisə baş mühasibi götürülən sənədlərin surətini 
çıxarıb, sənəd kimi saxlaya bilər. 


99 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə