Nəzakət səLİmova


Maliyyə və mühasibat uçotu sənədləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
N zak t s L mova

 
4.3.Maliyyə və mühasibat uçotu sənədləri
onların əhəmiyyəti. 
Sənədləşdirmə mühasibat uçotu elementlərindən bi-
ri sayılır. Sənədləşdirmə müəssisə istehsal və təsərrüfat-
maliyyə fəaliyyəti ilə əlaqədar olan əməliyyatların müha-


93 
sibat uçotu yazılışlarına hüquqi əsas verən yazılış forma-
sıdır. 
Sənədlər müəssisədə icra olunan təsərrüfat əməliy-
yatlarının baş verməsinin yazılı sərəncam verilməsini ifa-
də etməklə, mühasibat uçotu hesabları sistemində yazılış 
aparılması sistemi uçotun etibarlı, düzgün olmasını təmin 
edir. O, eyni zamanda, cari və son nəzarətin təşkilinə, tə-
sərrüfat əməliyyatlarının məqsədəuyğun və qanunun tə-
ləblərinə uyğun icra olunmasını təmin edir. 
İlkin sənədlər təsərrüfat əməliyyatları və onların apa-
rılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təs-
diq edən yazılı şəhadətnamədir» («Mühasibat uçotu haq-
qında» Qanun, maddə 3). 
Mühasibat sənədi icra olunmuş təsərrüfat əməliy-
yatlarının və uçot yazılışlarının təsdiq olunması forması-
dır. Sənədlər əsasında mühasibat yazılışları aparılır. Sə-
nədsiz 
mühasibat
yazılışı icra oluna bilməz. Hazırda uçot-
hesablama 
əməliyyatlarının avtomatlaşması sənədin 
əhəmiyyətini daha da artırmışdır. Ona görə də təsərrüfat-
maliyyə fəaliyyətinin idarə olunmasında və ona analitik 
nəzarət edilməsində sənədlərin rolu çox böyükdür. Onun 
köməyi ilə müəssisə rəhbərinin idarəetmə qabiliyyəti və 
maliyyə nəticələrinin formalaşması vəzifələri yerinə yeti-
rilir. Tərtib olunmuş sənədlər əsasında eyni zamanda, 
material, əmək və maliyyə ehtiyatlarının hərəkəti üzərində 
daimi nəzarət təmin olunur. Qanunun tələbinə əsasən, hər 
bir sənədi imzalayan şəxs icra olunan əməliyyatın düzgün, 
qanunauyğun icrasına nəzarət etməklə, məsuliyyət daşıyır. 
İdarəciliyin müxtəlif cahələlri üzrə müvafiq ctandartlar 
müəyyən edilmişdir. 
Məsələn,Büdcə Təşkilatları üçün 


94 
aşağıdakı Milli Mühasibat Uçotu Standartları müəyyən 
edilmişdir: 
- Büdcə Təşkilatları üçün 1 № li Milli Mühasibat 
Uçotu Standartı “Maliyyə Hesabatlarının Təqdimatı üzrə”; 
- Büdcə Təşkilatları ücün 2 №li Milli Mühasibat 
Uçotu Standartı “Pul Vəsaitlərinin hərəkəti haqqında 
Hesabat”; 
- Büdcə Təşkilatlari ücün 3 №li Milli Mühasibat 
Uçotu Standartı “Uçot siyasəti, uçot qiymətləndirmə-
lərində dəyişikliklər və səhvlər”; 
- Büdcə Təşkilatları üçün 4 №-li Milli Mühasibat 
Uçotunun Standartı “Xarici valyuta məzənnələrində 
dəyişikliklərin təsiri”; 
- Büdcə Təşkilatları ücün 5 № li Milli Mühasibat 
Uçotu Standartı “Borclara aid edilən xərclər üzrə”; 
- Büdcə Təşkilatları üçün 6 №-li Milli Mühasibat 
Uçotunun Standartı “Birləşdirilmiş (konsolidə edilmiş) və 
fərdi maliyyə hesabatları”; 
- Büdcə Təşkilatları ücün 7 №li Milli Mühasibat 
Uçotu Standartı “Asılı təsərrüfat cəmiyyətlərinə 
investisiyalarin uçotu üzrə”; 
- Büdcə Təşkilatları ücün 8 №li Milli Mühasibat 
Uçotu Standartı “Birgə müəssisələrdə iştirak payları”; 
- Büdcə Təşkilatları üçün 9 № li Milli Mühasibat 
Uçotu Standarti “Birja əməliyyatları üzrə gəlirlər” ; 
- Büdcə Təşkilatları üçün 10 №-li Milli Mühasibat 
Uçotu Standartı “Hiperinflyasiya Şəraitində Maliyyə 
Hesabatlari üzrə”; 
- Büdcə Təşkilatları üçün 11 №-li Milli Mühasibat 
Uçotu Standartı “Tikinti müqavilələri”; 


95 
- Büdcə Təşkilatları üçün 12 №-li Milli Mühasibat 
Uçotu Standartı “Ehtiyatlar”; 
- Büdcə Təşkilatlari üçün 13 № li Milli Mühasibat 
Uçotu Standarti “İcarə” ; 
- Büdcə Təşkilatları ücün 14 №-li Milli Mühasibat 
Uçotunun Standartı “Balans hesabatı tarixindən sonrakı 
hadisələr” ; 
- Büdcə Təşkilatları üçün 15 № li Milli Mühasibat 
Uçotu 
Standartı 
“Maliyyə 
Alətləri: 
Məlumatın 
Açıqlanması və Təqdim edilməsi”; 
- Büdcə Təşkilatları üçün 17 №-li Milli Mühasibat 
Uçotu Standartı “Torpaq, tikili və avadanlıqlar ” ; 
- Büdcə Təşkilatları üçün 18 №-li Mühasibat 
Uçotunun Beynəlxalq Standartı “Seqment Hesabatları” ; 
- Büdcə Təşkilatları üçün 19 № li Milli Mühasibat 
Uçotu Standartı «Qiymətləndirilmiş Öhdəliklər, Şərti 
Öhdəliklər və Şərti Aktivlər»; 
- Büdcə Təşkilatları üçün 20 №-li Milli Mühasibat 
Uçotunun Standartı “Əlaqəli tərəflər haqqında məlumatın 
açıqlanmasi”; 
- Büdcə Təşkilatları üçün 21 № li Milli Mühasibat 
Uçotu Standartı “Pul vəsaitləri yaratmayan aktivlərin 
qiymətdən düşməsi”; 
- Büdcə Təşkilatları üçün 22 № li Milli Mühasibat 
Uçotu Standartı “Ümumi Dövlət Sektoru haqqında 
Maliyyə Məlumatının Açıqlanması”; 
- Büdcə Təşkilatları üçün 23 № li Milli Mühasibat 
Uçotu Standartı “Qeyri-birja əməliyyatları üzrə gəlirlər 
(Vergilər və Transferlər)” və c. 
Mövcud olan qanunvericiliyə görə mühasibat sənəd-
ləri, bir qayda olaraq, təsdiq olunmuş formalarda, nəşr 


96 
olunmuş şəkildə istifadə olunur və belə sənədlərin aşağı-
dakı özünəməxsus zəruri rekvizitləri olmalıdır: 
- sənədin adı, nömrəsi, kodu; 
- sənədin tərtib olunduğu müəssisənin adı, təsərrü-
fat əməliyyatlarının məzmunu və ölçüləri (natural və pul 
ifadəsində); 
- təsərrüfat əməliyyatlarının baş verməsi, tamam-
lanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün 
məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi 
imzaları və başqa əlamətləri. 
Əməliyyatların baş verdiyi vaxtda və ya əməliyyat-
lar bilavasitə qurtardıqdan sonra tərtib olunan ilkinsənəd-
lərə, həmin əməliyyatların xarakterindən və uçot məlumat-
larının işlənməsi texnologiyasından aslı olaraq, əlavə 
rekvizitlər də daxil edilə bilər. Sənədlərin keyfiyyətli tərti-
batına, onların vaxtında mühasibat uçotunda əks etdiril-
məsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilmə-
sinə, onlardakı məlumatların doğruluğuna həmin sənədləri 
hazırlamış və imza etmiş şəxslər məsuliyyət daşıyırlar. 
Pul və hesablaşma sənədlərini, maliyyə və kredit 
öhdəliklərini müvafiq qaydada səlahiyyət verilmiş ən azı 
iki nəfər şəxs imzalamalıdır. Bu zaman birinci imza 
müəssisəyə ümumi rəhbərlikfunksiyasını həyata kecirən 
şəxsə, ikinci imza isə mühasibata rəhbərlik funksiyasını 
icra edən şəxsə mənsub olur. 
Pul vəsaitlərinin, maddi sərvətlərin və başqa əmlak-
ların təhvil-təslimi ilə əlaqədar əməliyyatlar ilkin sənədlər 
əsasında həyata keçirilən zaman, sənədləşmənin bir 
nüsxəsi həmin əməliyyatlarda iştirak edən hüquqi şəxsin 
nümayəndələrinə və ya fiziki şəxslərə verilir. Sənədlərin 


97 
surətlərinin həmin şəxslərə verilməsi vəzifəsi, bu əməliy-
yatı rəsmiləşdirən vəzifəli şəxsin üzərinə düşür. 
Mövcud qaydalara görə mühasibat uçotunda əks 
etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlər-
dəki məlumatlar ümumi prinsiplərə riayət edilməklə 
işlənib hazırlanmış uçot registrlərində yığılır və sistem-
ləşdirilir.Bu zaman ilkin sənədlərdə və uçot registrlərində 
qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin 
sənədi imza etmiş şəxslərin imzaları ilə düzəlişin tarixini 
göstərməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərinə 
heç bir düzəlişə yol verilmir. 
İlkin sənədlər, uçot registləri, mühasibat hesabatla-
rı qanunla müəyyən edilmiş qaydada və müddətə saxlan-
malıdır ki, onun təmin edilməsinə və vaxtında arxivə 
verilməsinə baş mühasib məsuliyyət daşıyır.İlkin uçot 
sənədlərinə nəzarət isə Azərbaycan Respublikası Maliyyə 
Nazirliyi tərəfindən həyata keçirilir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə