NetBeans inteqrallaşmış proqramlaşdırma mühiti



Yüklə 1,97 Mb.
səhifə2/2
tarix31.12.2021
ölçüsü1,97 Mb.
#81758
1   2
referat 300

NetBeans və JSP

NetBeans vasitəsilə dinamik JSP səhifəsini yaratmaq üçün əvvəlcə veb layihə yaratmaq lazımdır. Bunun üçün File>New Project seçmək, sonra Web bölməsindən Web Application seçmək lazımdır. Daha sonra application server və digər parametrlər seçilir.




Finish düyməsini basdıqdan sonra şablon xarakterli bütün lazımı fayllar yaradılır və layihənin içinə yığılır. Bu da xeyli vaxta qənaet etməyimizə kömək edir.

Layihəni yaratdıqdan sonra JSP səhifənin içində lazımı kodları və ya proqram fraqmentlərini yazmaq olar.

Əgər digər paketlərdə olan funksiyaları buraya qoşmaq lazımdırsa onda JSPnin <%@ page import=”paket.paket.....*”%> direktivindən istifadə etmək lazımdır.


Sonra HTML kodları yazırıq. Lazım olan hissədə isə <% və %> arasında Javada proqram yazırıq və ya JSPnin təq(tag)lərindən istifadə edirik.

Cari proqramda əlavə olaraq MySQL VBİSdən də istifadə olunmuşdur. Bunun üçün onun JDBC üçün olan drayverlərini də əlavə etmək lazımdır. Bunu Layihənin Libraries bölməsində Add Library seçməklə etmək olar. Açılan pəncərədən bizə lazım olan kitabxananı seçirik və Add Library düyməsinə basırıq. Əgər bizə lazım olan kitabxana yoxdursa onda Add JAR/Folder seçməklə istənilən kitabxananı və ya modulu əlavə etmək olar.



Əgər layihədə əlavə klasslar lazım olacaqsa onda Source Packages bölməsindən yeni klass əlavə edirik və sonra JSP səhifədə ondan istifadə edə bilmək üçün direktiv əlavə edirik (və ya ona tam olaraq müraciət edirik).



Proqramı yazıb bitirdikdən sonra Layihəni seçirik və Run menusunu seçirik.



Proqram uğurla kompilyasiya olunduqdan sonra Application serverə yüklənir(Deploy). Daha sonra oradan çağrılır və brouzerdə görünür.





Ədəbiyyat:

  • www.netbeans.org

  • http://java.sun.com

  • www.adil.az

  • www.firststeps.az


Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə