Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə9/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   5   6   7   8   9   10   11   12   ...   185

30

müttəfiq  qoşunları  İstanbula  girmiş,  Fateh  Mehmetin 

fəthindən  bəri  ilk  dəfə  şəhərə  düşmən  əsgərinin  ayağı 

dəymişdi.

Bunun ardınca Osmanlı ordusu buraxılmış, tuthatut baş-

lanmış,  ittihadçılar  üzərində  məhkəmə  qurulmuş,  yüksək 

rütbəli  şəxslər  Maltaya  sürgün  olunmuşdular.  Yalnız  Sulta-

nın  şəxsi  mühafizləri  olan  yeddi  yüz  nəfərlik  dəstə  qalmış-

dı.  Yunanlar  Ayasoyanın  qübbəsinə  zəng  taxmaq  fikrinə 

düşəndə  Vahidəddin  xan  həmin  dəstəni  onlara  qarşı 

göndərmişdi.  Parisdə  keçirilən  Sülh  konfransında  İngiltərə 

və  Fransa  Osmanlı  torpaqlarını  özlərinə  sərfəli  şəkildə 

bölüşdürməyə çalışırdılar. Bu vaxt yaranacaq erməni, kürd, 

ərəb,  Mesopotamiya,  Suriya  və  Hicaz  dövlətləri  problemi 

ortaya çıxmışdı.

“Halki  Palas”  otelində  yerləşəndən  sonra  gəminin  Batu-

ma  yola  düşəcəyi  günü  gözləməyə  başladı.  Elə  onda  da 

Əhməd  bəy  Ağaoğlunun  həbs  edildiyini  öyrəndi.  Əhməd 

bəy  İstanbul  Darülfünununda  müəllimlik  eləyirmiş,  elə  o 

vaxt da “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulmuş, Qafqaz 

İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri 

olmuşdu, ordu Azərbaycandan çıxanda Milli hökumət baş-

çıları onu çox dilə tutsalar da, İstanbula qayıtmışdı. Deyilənə 

görə,  ingilislər  onu  almanların  adamı  sayırlar,  guya, 

“Tərcümani-həqiqət”qəzetində  soyqırımı  təşviq  və  müdafiə 

eləyirmiş.

Səlahiyyətlərinə daxil olmasa da, xariciyyə vəkili Əhməd 

Fərid  bəyin  hüzuruna  gedib  Ağaoğlunun  həbsinə  etirazını 

bildirməyi özünə borc saydı. Fikrincə, Şuşadan tanıdığı, ağ-

lına, savadına, millətpərvərliyinə heyranlıq duyduğu “firəng 

Əhməd”  Osmanlı  dövləti  və  müttəfiqlər  üçün  qorxulu  şəxs 

deyildi.  Amma  Əhməd  Fərid  bəy  müttəfiqlərin  tələbilə 

gerçəkləşdirilən  bu  məsələdə  əlacsız  olduğunu,  heç  bir 

kömək göstərə bilməyəcəyini etiraf elədi.

İyunun əvvəllərində həmin “Boris” gəmisilə Batuma, qa-

tarla Tiflisə, ordansa, nəhayət, Bakıya gəlib çıxanda qəlbində 




31

mayın 28-də sürgünə göndərilən Əhməd Ağaoğluna kömək 

eləyə bilməməyinin dözülməz ağrısı vardı. 

 

***



Yusif  Vəzir  Bakını  da  bir  qədər  pərişan  gördü.  Modros 

müqaviləsinə  görə,  general  Vilyam  Montqomeri  Tomsonun 

komandanlığı  altında  gəlmiş  ingilis  qoşunu  hələ  də 

şəhərdəydi; aprel ayından denikinçilərin Dağıstana və Gür-

cüstana  hücumu  ölkəni  də  təhdid  altında  saxlayırdı;  bolşe-

vik-daşnakların  dağıdıcı  fəaliyyətinin  qarşısını  almaq  üçün 

parlament iyunun 9-da fövqəladə səlahiyyətləri olan Dövlət 

Müdafiə  Komitəsi  qurmuşdu.  Komitə  iki  gün  sonra 

fövqəladə  vəziyyət  elan  eləmiş,  Əksinqilabla  Mübarizə 

Təşkilatı  yaratmış,  Məmmədbağır  bəy  Şeyxzamanlı  rəis, 

Mirfəttah Musəvi onun müavini təyin olunmuşdu. 

 Amma könlünü sevindirən şeylər də vardı: qohumu Zey-

nalabdin  bəy  Vəzirov,  Kiyevdən  tanıdığı  Cəmil  bəy 

Ləmbərandski  və  Şəfi  bəy  Rüstəmbəyov  parlament  üzvüy-

dülər,  Hüseyn  Mirzəcamalov  parlamentin  dəftərxa nasında 

qanunvericilik şöbəsinin müdiriydi, Cəmil bəy Vəzirov “No-

vıy  mir”  qəzeti  buraxır,  Firuz  bəy  Ordubadski  Dəmiryol 

Xəstəxanasında  baş  həkim  işləyir,  Əmir  bəy Aslanov  şəhər 

idarəsində  həkim  kimi  çalışırdı.  Keçmiş  tələbə  yoldaşları 

Qəzənfər  Musabəyovun,  Mustafa  Quliyevin,  Bahadur  bəy 

Vəlibəyovun,  Möhsün  İsrafilbəyovun...  bolşeviklərə  qoşul-

malarısa bu sevincin dadını xeyli qaçırırdı.

Əlbəttə,  ilk  işi  Milli  Hökumətin  başçısı  Nəsib  bəy 

Yusifbəyliylə  görüşüb  vəziyyət  haqqında  məlumat  vermək, 

Odessada və İstanbulda Azərbaycan vətəndaşlarının məşəq-

qətli  həyatından,  onların  viza  problemlərindən  danışmaq, 

maarifin  inkişafı,  tələbələrin  təhsili  üçün  İstanbulun  çox 

əlverişli  bir  yer  olmasını  sübuta  yetirmək,  İstanbulda  səfa-

rətin açılmasını təklif eləmək olmuşdu. Bütün bunlar barədə 

“Xarici  siyasətimiz”  məqaləsində  də  söhbət  açmışdı:  “Bu 




32

gün İstanbul hər tərəfdən bizə gərəkli bir şəhərdir. Bu gün İstan-

bul  Bakı  mədənlərinin  məhsulları  üçün  yeganə  xarici  bazardır... 

Lakin İstanbul bazarını qazanmaq üçün orada ticarət vəkilləri bu-

lunmalıdır ki, bazarın tələbatını tez-tez Bakıya xəbər versin”.

Onda bu təklifinin öz taleyində dönüş yaradacağını hələ 

bilmirdi.  Ölkənin  siyasi  mühiti  ingilislərin  ölkəni  tərk 

eləməsindən,  bir  də  Nərimanovun  Həştərxandan  Nəsib 

bəyə  göndərdiyi  məktubdan  danışırdı.  Doktor  Nəriman 

Nəsib  bəyi  və  millətçiləri  rus  inqilabının  mahiyyətini  başa 

düşməməkdə,  ingilislərlə  yaxın  münasibətdə,  Denikinə 

müharibə  elan  eləməkdə,  Sovet  Rusiyasına  qarşı  çıxmaqda 

günahlandırmışdı:  “...mən  sizi  və  sizin  həmfikirlərinizi 

qəbirqazan rolundan əl çəkməyə çağırıram, – yazmışdı. – Mərd-

mərdanə  deyin:  biz  Rusiya  inqilabının  xarakterini  anlamamışıq, 

biz  dağıdıcı  imperialist  müharibəsinin  bütün  nəticələrini  nəzərə 

ala bilməmişik, biz meydandan çəkilirik, qoy Azərbaycanda Sovet 

hakimiyyəti olsun!”

...Bakıda qaldığı bir ay ərzində qəzetə məqalələlər yazdı, 

hətta Cümhiriyyətin milli himninin yaradılmasının zərurili-

yini  də  unutmadı.  İyulun  29-da  parlamentdə  çıxış  eləyib 

gördüyü  işlər  barədə  hesabat  da  verdi.  “Acizləri,  –  dedi,  – 

Odessadan  çıxarkın  topladığım  bir  çox  məlumar  bolşeviklər 

tərəfin dən  dərdəst  edildiyindən,  məaltəəssüf,  sizə  müfəssəl  mə-

lumat verə bilməyəcəyəm...” Müstəqilliyə can atan polyakların, 

ukraynalıların, gürcülərin və başqalarının İstanbulda elçilik-

ləri  olduğunu,  yunanların  və  ermənilərin  fransızca  qəzet 

çap  eləyib  istəklərini  dünyaya  car  çəkdiklərini  dilə  gətir-

mişdi.  “Azərbaycanın  müməssili  olaraq  və  bolşevik  qəzasına  uğ-

rayaraq  İstanbulda  çox  pulsuzluq  müşkülatı  çəkdim.  Halbuki 

səfarət  möhürü  ilə  sənədlər  verib  pul  almaq  imkanı  var  idi.  Bu 

imkanla  yenə  çətinliyə  düşdüm...  Təbəələrimiz  də  xaricdə  on  qat 

zəhmətlər çəkirlər...” 

Millət vəkilləri “Vətən mənafеyi uğrunda çalışmaqdan yоrul-



maq bilməyən Vəzirоv”un fəaliyyətini yüksək qiymətləndirdilər.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə