8
birinin arxasınca geridə qalırdı. Bu mənzərədə ona Kiyevi
xatırladan nəsə olduğunu hiss eləyib duyğulandı. Yeddi
ildən artıq görmədiyi şəhəri yaddaşında canlandırıb başını
tərpətdi: hə, Kiyev onun taleyində dönüş eləmişdi.
Təəssüf ki, Hans Günter və Süzanla vidalaşa bilmədi.
Lap yaxında, Hamburqdadılar, Hansın yazdığına görə,
Münhendə iş tapa bilməyib, Hamburq limanında məskən
salıb. Amma Hamburqa gedib-qayıtmağa nə macalı, nə də
maddi imkanı vardı. Ağır gününün dostlarını ömrü boyu
minnətdarlıqla xatırlayacaqdı, indisə keçmişiylə bağlı çox
şeyləri unutmağa məcbur idi.
Hələ ki, həyatının üç böyük səhvini özünə bağışlaya bil-
mirdi; əvvəla, gərək siyasətə-filana baş qoşmayaydı, müəllimliyini
eləyib, kitablarını yazaydı; ikincisi, çəkdiyi məşəqqətləri
unutmağı bacaraydı, əqidə yoldaşlarıyla cəngi-cidala çıxmayay-
dı; üçüncüsü, qəzəbindən çox ağrı-acısını ifadə eləyən o ya-
zını qəzetə göndərməyəydi. Düzdü, birinci səhvi istiqlal işində
geridə qalmamaq arzusundan irəli gəlmişdi, ikinci-üçüncü
səhvlərisə o istiqlalın itirilməsi yanğısından doğulmuşdu,
amma bütün bunlar artıq bioqrafiyasına yazılmışdı, heç cür
silib ata bilməyəcəkdi.
İndi üz tutduğu şəhərdə rəhmətlik Mirinin dostunu tap-
malı, içindəki ağır yükdən xilas olmalı, Vətənə bir az da arxa-
yın getməliydi. Bu da Ceyhun bəyin məsləhətiydi, əlyazmaları
Münhen, Berlin, ya da Leypsiq nəşriyyatlarının birinə
verməyi məsləhət görməmişdi, Almaniyanın şəhərlərində
çekistlər qaynaşırdılar, üstəlik, Rusiyadan, Qafqazdan, Orta
Asiyadan, Türkiyədən... axışmış mühacirlərə addımbaşı rast
gəlmək olurdu. Həmin mühacirlərin arasında güzəranpulu
qazanmaq üçün istənilən adamı satmağa hazır kəslər də var-
dı, əlyazmaların sorağı Vətənə özündən əvvəl gedib çata
bilərdi. Vyanasa bu cəhətdən daha təhlükəsiziydi, həm də,
yəqin, orda Məhəmməd Ağaoğlu münasib nəşr evi tapmağa
kömək eləyəcəkdi.
9
Qatardan enəndə qırmızıyanaq, sallaqbığ pruss bələd-
çiylə köhnə dost kimi vidalaşdı. Leopoldştadtdakı Praterş-
ternin – Şimal vağzalının əzəmətli binasına heyran-heyran
baxıb küçəyə çıxdı. Bəxtindən çamadanı o qədər də ağır de-
yildi, içində dəyişəyindən, əlyazmalarından, kitablarından,
Miri dən qalan bir-iki yadigardan başqa bir şey yox idi. Ax-
tardığı ünvan yaxın olsaydı, piyada gedə bilərdi.
Təəssüf ki, professor Fridrix fon Kraelitzin ünvanını xa-
tırlamırdı, onun öz əlilə yazdığı bir parça kağızı indi tapa
bilməzdi. Əlbəttə, onunla görüşə, kitabına yazdığı rəyə görə
təşəkkürünü bildirə, bəlkə də əlyazmalarıyla bağlı ondan
məsləhət ala bilərdi. Amma bu böyük şəhərdə onun izini
hardan tapacaqdı? Üstəlik, Vyanada uzaqbaşı bir gündən,
bəlkə də bir neçə saatdan artıq ləngiyə bilməzdi: elə bu
dəqiqələrdə izlənib-izlənmədiyini hardan bilir?
Məlum oldu ki, əvvəlcə tramvayla, sonra iki tin piyada
getməlidi. Tramvayda adamların üzünə nəzər salır, ruhi
hallarını oxumaq istəyirdi: nəhayət, belə qənaətə gəldi ki,
buranın əhalisi Berlin camaatına nisbətən daha sakit, so-
yuqqanlı, bəlkə də daha nəzakətlidilər. Baxışları sısqa, ma-
vigözlü qarının nəzərlərilə toqquşdu. Qarı lütfkarlıqla gü-
lüm səyib yüngülcə baş əydi. Bu da kefini kökəltdi, beynin-
dən keçirdi ki, hər şey yaxşı olacaq.
Hər şey gözlədiyinin əksinə oldu: fikirləşirdi, Məhəmməd
indi yəqin dərsdə olar (əlbəttə, əgər dərslərinə davam eləyirsə),
onda ya Arxeologiya İnstitutuna getmək, ya da onun qayıt-
masını gözləmək lazım gələcək; amma oğlanı otağında,
üstəlik, yataqda tapdı. İki gündü qızdırması varmış,
zəiflikdən dərsə getməyib, arada yoldaşları baş çəkirlərmiş.
Bunları bir qədər sonra öyrəndi. İlk sezdiyi yataqda uzan-
mış iyirmi beş yaşlarındakı arıq, gözləri çuxura düşmüş ca-
vanın da Miri kimi çevriliş qurbanı olduğunu duydu. Özü-
nü təqdim eləyib, Mirinin adını çəkəndə xəstənin gözləri
dolub-boşaldı:
10
“Aslan bəy mənə yazmışdı, çox kədərləndim, dərdinizə
şərikəm, – yatağında dikəlmək istədisə, onun çiyinlərindən
tutub yatağa uzatdı: – Təəssüf ki, sizi layiqincə qarşılaya
bilmədim”.
“Narahat olma, – iltifatla gülümsədi, – elə-belə baş
çəkmək istədim. Ümidvaram ki, ciddi bir şey yoxdu”.
“Yox, – xəstənin sifətində xahiş dolu ifadə göründü, –
Lütfən, narahat olmayın, paltonuzu çıxarıb rahatlanın. Ax-
şam yoldaşlarım doktor gətirmişdilər, müayinə elədi, nüsxə
yazdı, dərsdən qayıdanda əczaxanaya gedərlər”.
Paltosunu soyunmadan dolabçanın üstündəki nüsxəni
götürüb xəstəyə doğru əyildi:
“Ən yaxın əczaxana hansı səmtdədi?”
Xəstə xəcalətdən tərləmişdi, solğun bənizi azacıq qızar-
mış, alnına tər gəlmişdi.
“Əziyyət çəkməyin...” – etiraz eləmək istədi.
Amma daha onun danışmağına imkan vermədi, bayaq
tini burulanda rastına çıxan əczaxananı xatırlayıb qapıdan
çıxdı.
Cəmi bir saatdan sonra dava-dərman da, yemək alıb geri
dönmüş, xəstənin dərmanlarını öz əlilə içirmiş, alçaq kətilin
üstündə süfrə açmış, oğlanı öz əlilə yedirmiş, iştaha gəlsin
deyə, özü də bir neçə tikə yemişdi. Sonra Məhəmməd dörd
il yarımda başına gələnləri danışmış, təqaüdü kəsiləndən
sonra çəkdiyi zillətləri göz yaşları içində nəql eləmiş, Miri-
nin faciəsini eşidəndə keçirdiyi sarsıntıdan söhbət açmışdı.
İçini yandıran ağrıların ötüb-keçməsini gözləyə-gözləyə
xeyli susandan sonra oğlanın qayğılı səsini eşitmişdi:
“Vətənə qayıtmaq xoşbəxtlikdi, amma keçmişinizi unu-
dacaqlarından əminsinizmi?”
Həmin məqamda ürəkdən “hə” demək istəyirdi, amma
ikicə hərflik o söz boğazında ilişib qaldı, udqundu, nəzər-
lərini pəncərədən bayırdakı tutqun mənzərəyə zilləyib xeyli
susdu, handan-hana dilləndi:
Dostları ilə paylaş: |