594
tutmaqdasa ona... Münirə mane olurdu. Arvadı başqa dünya-
nın adamıydı, sivil aləmdə özünü naqolay hiss eləyirdi.
Heç il yarım keçmədi ki, hər şey təzədən dəyişdi...
Muhəmməd Əsəd bostonlu Polaya rast gəldi, tutduğu
vəzifə də, Şeyx qızı Münirə də, oğlu Talal da yadından çıxdı.
Pola Polşa yəhudisiydi, ağlı, təravəti, cəsarətilə onu başdan
çıxarmışdı. Muhəmməd Əsəd iyirmi beş yaşlı Pola Həmidə
üçün hər şeyi gözünün altına aldı...
Tezliklə əlaqələri faş oldu. Evləndilər, Pola islam dinini
qəbul eləyib Həmidə adını götürdü, amma dünyəvi həyat
tərzindən əl çəkmədi. Məsələdən Pakistan hökuməti də xəbər
tutdu, bu qalmaqlal Banqladeşin ölkədən ayrılmaq cəhdi,
BMT-də Pakistanın mövqeyini müdafiə eləyə bilmədiyinə
görə yaranan narazılıqla eyni vaxta düşdü. Muhamməd Əsəd
kreslosu ilə vidalaşmaq məcburiyyətində qaldı...
Münirə də taleyilə barışdı, oğlunu götürüb iyirmi ildən
bəri çıxdığı Vətəninə qayıtdı...
Muhamməd Əsəd Pola Həmidəylə xoşbəxtiydi, Elza və
Münirəylə yaşadığı illərdə rastlaşmadığı rahatlığı onda tap-
mışdı. Az sonra Nyu-Yorkdan Mərakeşə köçdülər, Tanjerdə,
dəniz kənarındakı villada on iki il yaşadılar. Sonra neçə illər
Lissabonda ömür sürdülər...
Axırda son mənzili kimi Qranadanı, dağlar qoynundakı
Macis şəhəri yaxınlığındakı Marbella şəhərciyini seçdilər.
Dər-əl-Əndəlüs küçəsindəki ağ sütunlu, dəmir barmaqlıqlı
hasara alınmış birmərtəbəli malikanədə sürdüyü rahat həyat
hər ikisinin xoşuna gəlirdi. Həm də bura izaholunmaz tərzdə
Səudiyyə Ərəbistanını xatırladırdı, xeyli müsəlman yaşayır-
dı, hətta məscidi də Səudiyyə məscidlərinə oxşayırdı...
Uşaqları olmadı, bunun günahını nə arvadında, nə özündə
axtardı, qəbul elədi ki, bu da taleyin məsləhətdi...
Hərdən Elzanın yadigarını Haynrixi yadına salırdı,
fikirləşirdi ki, yəqin, indi onu büsbütün unudub. Oğlu Talalın
Amerikada oxuduğunu, antropologiyanı öyrəndiyini, orda
595
da yaşadığını, elmi uğurlar qazandığını bilir, hərdən onu çox
görmək istəyirdi...
Qonaqları da olurdu: dostu və hamisi, Səudiyyə
Ərəbistanının sabiq neft sənayesi naziri Şeyx Yamani tez-tez
təşrif buyururdu, Ər-Riyad qubernatoru Salman müntəzəm
məktub yazıb onu ölkəyə çağırırdı. Amma getmək fikrində
deyildi, həyati missiyasını tamamlamaq istəyirdi...
Boş oturmadı, dostlarının təkidilə “Məkkəyə gedən yol” kita-
bını yazdı, islama necə tapındığını təsvir elədi. Sonra “Yollar
ayrıcında İslam” kitabını qələmə aldı, İslam haqqında
düşüncələrini ortaya qoydu. Ardınca “İslam da idarəetmə for-
ması” kitabını araya-ərsəyə gətirdi, illər boyu araşdırdıqlarını
oxucuya çatdırdı...
Bu kitabların sayəsində də Qahirə universitetinin profes-
soru seçildi...
***
...Bütün bunlar həyatının başlıca missiyasına hazırlıq idi:
Muhəmməd Əsəd Qurani-Kərimin təfsirinə girişmək
istəyirdi; Müqəddəs Kitabdakı yəhudilərlə bağlı ayələri
təzədən şərh eləmək fikrindəydi. Sanballı “Quranın ismarışı”
tədqiqatı onun bu aləmə son sözü olacaqdı...
“Quran bütün yaşlardan olan adamlar üçün yaradıldığına görə
hər yaşda olanlar üçün ona yeni münasibət zərurəti doğurur. Bilik
və dünyagörüşümüzü artırmaq üçün Quranda yeni mənalar axtar-
maq bizim vəzifəmizdi. Quran da ağlın həmişə fəal və Allahın isma-
rışına münasibətlə fəaliyyət göstərməsini tələb eləyir. Allah bu kita-
bı özünü düşünən insanlar üçün göndərib”, – təfsirin yazılması-
nın məqsədini belə izah elədi...
Təfsirin sifarişçisini də tapdı: Məkkədəki “Rabitatül-
Aləmil-İslam” mərkəzi əsərin yazılmasına və nəşrinə pul
ayırdı, kitab yüz min nüsxəylə nəşr edilib Avropadakı
müsəlmanlara paylanacaqdı. Amma ilk cildi Cenevrədə çap
olunandan sonra Mərkəz səkkiz nəfərdən ibarət səriştəli ko-
missiya yaratdı ki, əsərə rəy versin.
596
Heyətin qərarısa gözlənilməz oldu: kitabı yaymaq olmaz,
zərərlidi, nəşr olunmuş yüz min nüsxə məhv edilməli,
Muhamməd Əsəd aldığı məbləği geri qaytarmalıdı.
Bu da azmış kimi, elə həmin günlərdə təfsirin bir vaxtlar
tabeliyində çalışdığı şəxsin – Pakistanın sabiq xarici işlər nazi-
ri Zərifulla Xanın araşdırmalarına həddən artıq çox bənzədiyi,
Muhamməd Əsədin Həzrəti Peyğəmbərin ilahi mözcüzələrinə
şəkk gətirdiyi, bir çox ayələri şərhində “Tövrat”a istinad
elədiyi, qəsdən xristianlar və yəhudilərlə bağlı ayələrin
mənasını dəyişdirdiyi, mələklərlə cinləri eyniləşdirdiyi
barədə şayiələr dolaşmağa başladı...
Amma Muhamməd Əsəd komissiya üzvlərini eşitməkdən,
şayiələri diqqətə almaqdan boyun qaçırdı, üstəlik, kitabı Dar-
ül-Əndəlüsdə çap etdirib yaydı. Sonra onun kitabı möminlərin
və ilahiyyatçıların daimi mübahisə hədəfinə çevrildi.
Muhamməd Əsədsə uzaq İspaniyada könül rahatlığı içində
öz həyatını yaşayırdı...
***
...Bütün bunlar çox-çox əvvəllər olmuşdu, amma hələ də
qocanın yadındaydı...
...Boz pencək, tünd rəngli şalvar, qəhvəyi köynək geyib
qara qalstuk bağlamış, qara çərçivəli eynək taxmış, arxaya da-
radığı, irəlidən seyrəlmiş saçı, çənəsində qısa tüklü saqqalı
olan qocanı tez-tez şəhərciyin küçələrində görmək olardı.
Gündə bir neçə saat işləyəndən sonra gəzintiyə çıxıb ötən
günlərini xatırlamağı xoşlayırdı...
Axır vaxtlar xatirələrinin davamını yazırdı. “Qəlbin qayıt-
ması” adlandırdığı kitabında indiyəcən gizli saxladığı çox
şeyləri qələmə alacaqdı...
İki sirrini – İslamı qəbul eləməsinin, bir də İkinci Dünya
müharibəsinin başlanmasının əsl səbəbini indiyəcən arvadla-
rına belə deməmişdi. Haim Veysman çoxdan vəfat elədiyindən
birinci sirr yalnız özünə məxsus idi.
597
İkinci sirrisə dayısı Dorian elə həmin doktor Veysmandan
öyrənib kimsəyə açmamaq şərtilə ona söyləmişdi. Sadəlövh
adamlar belə güman eləyirdilər ki, Hitlerin hakimiyyətə
gəlməsi yəhudilər üçün fəlakətdi. Amma onu bu addımı at-
mağa yəhudi masonların vadar elədiklərini bilənlər olduqca
az idi. İsrail dövləti qurmaq naminə Fələstin torpaqları
tədricən satın alınmışdı, say çoxluğunu təmin eləmək üçünsə
başqa yerlərdəki, xüsusilə də Avropadakı yəhudilər həmin
torpaqlara köçmək istəmirdilər. Buna görə də Avropada
müharibə başlatmaq, qəzəbi əsasən yəhudilərə yönəltmək,
onları köçməyə məcbur eləmək zərurəti yaranmışdı. Beləcə,
müharibənin nəticələrindən asılı olmayaraq, məqsədlərinə
çatacaqdılar.
Masonların bu planı Fransa və Amerikanı da təmin elə-
yirdi. Fransa farmasonları artıq ölkənin siyasətini müəy-
yənləşdirir, “Böyük İsrail layihəsi”ni həyata keçirmək üçün
əllərindən gələni eləyirdilər. Namizədləri də vardı: ana
tərəfdən yəhudi olan Adolf Hitler və səkkiz nəfər ehtiyat şəxs,
şayiələrə görə, Adolfun Birinci Dünya müharibəsi illərində
tanış olduğu fransız qız Şarlotta Lobjoydan Jan-Mari adlı oğlu
vardı, Fürer daim onlardan xəbər tutur, müntəzəm pul
göndərirdi. Sionistlərlə əlbir olan farmazonlar da bunu bilir,
onunla təmasa keçmək üçün fürsət axtarırdılar.
Belə bir fürsət də yarandı: 1936-cı ildə Fransaya gələn
Adolf diş ağrısı üzündən klinikaya getməli oldu və... “Ayaqqa-
bı” adlandırılan əməliyyata məruz qaldı. Ali dərəcəli mason
olan məşhur cərrah dişini müalicə eləmək bəhanəsilə onun
beyninə yüksək dərəcəli radiasiya yeritdi. Nəticədə Fürer kli-
nikadan çıxanda tamam başqa adama çevrildi, yarıdəli oldu,
yaddaşı zəiflədi, daimi ağrılardan əziyyət çəkməyə başladı.
Ağrılarının dərmanı da sionistlərin əlindəydi, ondan
iradələrini qəbul etdirmək üçün istifadə eləyirdilər...
Sonra Almaniyadan və Avropadan qaçan yəhudilər ağla-
gəlməz mütəşəkkilliklə satın alınmış torpaqlarda yerləşdi-
rildilər...
598
...Uzandığı çarpayının üzbəüz tərəfindəki pəncərədən
dağların şahanə mənzərəsi görünürdü.
Arvadı kresloda yarıuzanıb mürgüləyirdi, bütün gecəni
ərinin yatağı yanında keçirdiyindən yuxusuzluq ona güc
gəlmişdi...
Qoca altmış beş il əvvəl Müqəddəs torpaqda beləcə oturub
Elzanın həyatdan necə ayrıldığına baxmışdı...
Münirə, yəqin, qocalıb, hərdən yaddaşında onun görkəmini
tapıb çıxarmağa çalışır – aradan, az qala, qırx il ötüb...
Sonra yuxu əhvalatını xatırladı: “Günbatanın ən axırıncı
şəhəri...”
“Hər halda, yaxşı əfsanədi. Əfsanələr elə bu cür yaranır-
mış”, – qoca beynindən keçirdi.
Qəfildən aləm qaranlığa büründü, qışqırmaq istədi, amma
səsi çıxmadı...
Arvadısa hələ yatırdı...
Bir neçə gündən sonra onu kiçik Marbella qəbiristanlığında
dəfn elədilər. Başdaşında da öz arzusuyla Qurani-Kərimin
“Fəcr” surəsinin son ayəsini yazıldı: “Cənnətinə qayıt”...
Avqust-dekabr
2013-cü il
599
MÜNDƏRİCAT
ÖN SÖZ YERİNƏ. QƏFİL RAHATLIQ ..................................................................
I FƏSİL. ÇÜMHURİYYƏT ELÇİSİ ...........................................................................
II FƏSİL. AH, BASYA, BASYA ..................................................................................
III FƏSİL. CÜMHURİYYƏTİN XİDMƏTİNDƏ ...................................................
IV FƏSİL. RUHUNA HOPAN ŞƏHƏR ...................................................................
V FƏSİL. ŞİMALDAN GƏLƏN TƏHLÜKƏ ..........................................................
VI FƏSİL. ÜFÜQDƏN O YANDAKI DÜNYA .......................................................
VII FƏSİL. CÜMHURİYYƏTLƏ VİDALAŞMA ...................................................
VIII FƏSİL. QIZILBUYNUZDA İKİ QƏRİB ..........................................................
IX FƏSİL. TALEYİN ÜMİDİNƏ ...............................................................................
X FƏSİL. AVROPADA... ADA ...................................................................................
XI FƏSİL. AH, BU AYRILIQLAR ..............................................................................
XII FƏSİL. ADADAN QƏLƏBƏLİYƏ .....................................................................
XIII FƏSİL. QƏFİL MİSSİYA ....................................................................................
XIV FƏSİL. PARİS KƏDƏRİ .....................................................................................
XV FƏSİL. ŞAHZADƏ VƏ XƏLİFƏ ƏSƏD BƏY .................................................
XVI FƏSİL. BİTİB-TÜKƏNMƏYƏN ÇIXILMAZLIQ ..........................................
XVII FƏSİL. DOQQUZ YAŞIN YUXUSU ...............................................................
600
XVIII FƏSİL. “ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS” .........................
XIX FƏSİL. ACI İTKİ VƏ UZAQ, SƏKSƏKƏLİ ÜMİD ......................................
XX FƏSİL. NEFT VƏ QAN QOXUSU......................................................................
XXI FƏSİL. ŞEYX QIZI MÜNİRƏ ............................................................................
XXII FƏSİL. “NİCAT SAHİLİ”NƏ DOĞRU ..........................................................
XXIII FƏSİL. TALEYİN QƏFİL TÖHFƏSİ .............................................................
XXIV FƏSİL. KRAL SARAYINDAN QAÇIŞ .........................................................
XXV FƏSİL. ERİKA VƏ BERLİNDƏN QAÇIŞ .....................................................
XXVI FƏSİL. TUFANQABAĞI SAKİTLİK ............................................................
XXVII FƏSİL. VYANA VƏ NYU-YORK ARASINDA ..........................................
XXVIII FƏSİL. OTUZ YEDDİNCİ İLİN ASTANASINDA ..................................
XXIX FƏSİL. ATILMIŞ VƏ UNUDULMUŞ ƏSƏD BƏY .....................................
XXX FƏSİL. ON İKİ İL ƏVVƏLİN SƏKSƏKƏSİ .................................................
XXXI FƏSİL. “XANIM QURBAN SƏİD” ...............................................................
XXXII FƏSİL. QORXUNC AYLAR ..........................................................................
XXXIII FƏSİL. TALEDƏN QAÇMAQ CƏHDİ ......................................................
XXXIV FƏSİL. QÜRBƏT AĞRILARI ......................................................................
XXXV FƏSİL. “MÜSƏLMAN”IN ÖLÜMÜ ............................................................
XXXVI FƏSİL. MÜƏLLİFİN ÖLÜMÜ .....................................................................
XXXVII FƏSİL. MİSSİONERİN ÖLÜMÜ ...............................................................
601
MÜƏLLİFİN DİGƏR KİTABLARI
“YELÇƏKƏN”.
Povestlər və hekayələr. 2004
Kitabda yazıçının hekayələri, “Göy
adamı” və “Dönəlgə” povestləri topla-
nıb. Povest və hekayələrdə müəllifin
insan qəlbinin dərinliklərinə üz tutmaq,
qəhrəmanlarının yaşantılarını
səmimiyyətlə təsvir etmək xüsusiyyəti
aydın nəzərə çarpır.
“Yelçəkən” N.Əbdülrəhmanlının
oxucularla ilk sanballı görüşüdür.
КÖNÜL ELÇİSİ, YAXUD DON XUAN DE PERSİA –
ORUC BƏY BAYATIN HEKAYƏTİ.
Rомan. 2005.
Dünya-yaşam deyilən şey СİRR
İÇİNDƏ SİRRDİ...
Yoxsa mövcudluğun mənası olmazdı...
Müəllifin bu tarixi bestselleri Səfəvi
hökmdarı I Şah Abbasın 1599-1601-ci
illərdə Moskov çarlığına və Avropa
ölkələrinə göndərdiyi səfarət barədə,
səfarətin birinci katibi, zəmanəsinin
gözəl təhsil görmüş adamlarından olan
döyüşçü, şair, rəssam, Qərbdə Don
xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür
hekayəti haqqındadı,
Birnəfəsə oxunan roman да siyasi qaşıdurmalar,
xəyanətlər, qətllər, fırıldaqlar, əzablrla yanaşı gözəl eşq
macəraları da var.
602
“YALQIZ”.
Roman. 2006.
80-ci illər ədəbi nəslinə elegiya olan
«Yalqız» roman-assosiasiyasında obraz-
ların adı yoxdur. Roman bütün insan-
lardan uzaq qaçan, öz aləmi, dünyası
olan yaradıcı insanın üçgünlük yaşantı-
larından ibarətdir. Gen dünyada tək-
tənha olan həmin insanın, əslində,
ətrafdakı insanlardan cidd-cəhdlə
gizlətdiyi, qoruduğu, kimsəni kanda-
rından içəri buraxmadığı şəxsi həyatı
var imiş. Bu həyatda ancaq öz qanunları ilə yaşayarmış.
Roman 2010-cu il Milli Kitab Mükafatının onluğuna düşüb.
«YOLSUZ”.
Roman. 2011
“Yolsuz” özünəməxsus psixoloji araş-
dırmadır. Müəllif bu romanında da son
illərdə qələmə aldığı hekayələrində ol-
duğu kimi qəhrəmanlarının mürəkkəb
mənəvi yaşantılarını təsvir edib.
Mənəvi özünəqəsddən cismani
özünəqəsdə aparan yol hansı
mərhələlərdən keçir? İnsan ömür ad-
landırdığı yolun hara apardığını bilir-
mi? Əsərin qəhrəmanı psixoloq-yazıçı
bu suallara cavab axtara-axtara... roman yazır. O, əslində
“mənəvi qətl”i araşdıran detektivdir.
“Yolsuz” romanı psixoloji situasiyaların gərginliyi və
təfərrüatın dolğunluğu ilə diqqət çəkir.
Roman 2011-ci ildə Milli Kitab Mükafatını qazanıb.
603
“YOLÇU”.
Roman. 2013.
O yeddi yaşınacan çarvadar
Nüsrəddinin oğlu Yusif, on dörd yaşınacan
özündən ixtiyarsız İosif Eliqulaşvili, otuz
yaşınacan Jozef Qrenyö, qırx doqquz yaşı-
nacan Cozef Tiflisi, ondan bəri Mirzə Yusif
Tiflisi olan Allahın həqir bəndəsi, Dar-üs-
sürurlu, yəni Tiflis-ül-əsl kimsədir...
O Güney Batı məmləkətlərindən,
Firəngistandan, Venesiyadan, İstanbuldan,
Anadolu çöllərindən, Konyadan, Bağdad-
dan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən,
Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur...
“Yolçu” romanı oxucunu tariximizin fırtınalı bir dövrünə –
XVIII yüzilin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik,
fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır.
604
Dostları ilə paylaş: |