27
Azərbaycan vətəndaşlığı və Məmməd adı qəbul eləyib,
əvvəlcə Gəncədəki Birinci Müsəlman Korpusunun koman-
diri, sonra isə ordunun Baş Qərargah rəisi təyin olunub.
Azərbaycan hökuməti oktyabrın 23-də Krım hökuməti
yanında diplomatik nümayəndəlik təsis etməyi qərara al-
mışdı. Noyabrın 1-dən bu vəzifə Azərbaycanın Ukraynada-
kı diplomatik nümayəndəsi Mir Yusif Vəzirova həvalə edil-
di, ona Azərbaycan dövlətini Krımda da təmsil etmək tapşı-
rılmışdı. Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq,
Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdı-
rılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nüma-
yəndəsi Ali Aleksandroviçi Bakıya göndərmişdi. Amma
hələ işlər yoluna düşmək bilmirdi, Yusif Vəzirin özünün
səfir təyin olunduğundan belə xəbəri yox idi.
Rusiyadakı vətəndaş müharibəsi üzündən Bakıyla əla-
qənin kəsildiyi o həyəcanlı günlərdə özünə yer tapa bilmədi.
Artıq ölkənin Məslisi-məbusanı – parlamenti fəaliyyətə başla-
mış, Milli Hökumət bütün çətinliklərə baxmayaraq, qurucu-
luq işlərinə girişdi. Belə vaxtda Yusif Vəzir Feodosiyada çıxış
yolu axtarmış, normal fəaliyyəti üçün şərait yaradılacağına
ümid bəslədi, Ağməsciddə “Millət” qəzetinə məqalələr yazdı,
bütün gücünü Azərbaycanın tanıdılmasına sərf elədi, millətin
kimliyindən, istəyindən, muxtariyyətindən yazmışdı, hamını
ayağa qalxmağa çağırdı: «Ey ziyalılar!.. Cürət ediniz, iş görü-
nüz! «Müsavat» şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq
zamanı deyil; bir az səbir eləsəniz, gözəl ölkəmiz fut оlub əldən
gedər...”
Bu fikirləri də o vaxt qələmə aldı: “Mən bolşevizmə ziddəm.
Bolşevizm heç bir millət üçün, xüsusən bizim kimi əsarətdən
yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşe-
vizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə
gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”.
Elə o vaxt – 1919-cu il yanvarın 19-da Milli hökumətin
başçısı Fətəli xan Xoyskinin Krım Milli Direktorluğuna gön-
28
dərdiyi məktub göndərdi: “...mən hökumətin 1 noyabr 1918-ci
il tarixli qərarına əsasən Mir Yusif Vəzirova Azərbaycan Demok-
ratik Cümhuriyyətinin Krım hökuməti yanındakı nümayəndəsi
olmağı tapşırmışam”. Yusif Vəzirsə fеvralın 3-də Хarici İşlər
Nazirliyinə yazırdı: “On beş gün bundan əvvəl hökumətimizin
diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə хəbəri
mənə Simfеrоpоla gələn Kiyеvdəki Azərbaycan Kоlоniyasının
еlçisi çatdırdı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən
göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”.
Bir neçə ay da Krımda qaldı, yоllar təhlükəli оlduğundan,
Kiyеv ətrafında qırmızılarla Ukrayna Milli Hərəkat qüv-
vələrinin arasında qanlı döyüşlər gеtdiyindən məqam
gözlədi ki, Kiyеvə qayıdıb vəzifəsinə başlasın. Amma
bolşeviklər şəhəri tutduğundan bir daha Kiyеvə qayıda
bilmədi, Bakıya getmək ümidilə artıq müttəfiqlərin donan-
masının nəzarətində olan Odessaya yollandı. Amma burda
tamam gözləmədiyi vəziyyətlə qarşılaşıb öz dərdini unut-
du: şəhərdə yaşayan həmyerliləri Vətənə dönmək, ya da
acından ölməmək üçün ondan kömək umur, bəziləri də
səfir kimi ticarət elədikləri malların göndərilməsini belə
tələb eləyirdilər. Bir neçə nəfərə kömək eləməyi bacarmışdı,
əlyazmalarının müəyyən hissəsini “Azərbaycan” qəzetinə,
Üzeyir bəyə göndərib bir qədər təskinlik tapdı, amma bü-
tün bunlar düşdüyü çıxılmazlığın miqyasını daha da artırdı:
hökumət diplomatik nümayəndəliyin təşkili məsələsini həll
eləyə bilmirdi.
Üstəlik, Odessada hərc-mərclik başlanmışdı, həyatı hər
dəqiqə təhlükə altındaydı. Qırmızılarla ağlar atışırdılar, bu
vəziyyətdən istifadə eləyən quldurlar, soyğunçular, qatillər
özlərini şəhərdə çox rahat hiss eləyirdilər. Artıq ilk fürsət
düşən kimi, Bakıya qayıtmaqdan başqa çıxış yolu yox idi.
Vəziyyət hökumətə göndərdiyi məktubda da yazmışdı:
“Şəhərin vəziyyəti büsbütün alt-üst olub, hər zaman, xüsusən də
gecələr kefli əsgərlər güllə atır, xalqın rahatlığını pozurlar”.
29
Belə bir vaxtda – aprelin 15-də Milli Hökumətdən yeni
təyinat aldı: artıq Azərbaycan Demokratik Cümhuriyyətinin
Ukrayna, Polşa və Krım respublikalarındakı diplomatik
nümayəndəsiydi.
Amma nümayəndəliklərin işini qurmaq üçün vəsait ça-
tışmırdı, bina və avadanlıq almaq, yaxud kirayə götürmək,
əməkdaşlara maaş verməyə pul yox idi. Yenə hökumətə
məktub yazmaq məcburiyyətində qaldı: “...Odessada Azərbay-
can konsulluğunun yaradılması üçün çoxlu pul lazımdır, ondan
ötrü bina və avadanlıq lazımdır. Xahiş edirəm, tutduğum vəzifəyə
görə mənə müəyyən məvacib verəsiniz. İşçilərin ştatını isə Sizə
göndərirəm. Odessada pulsuz və böhranlı vəziyyətdə yaşayıram.
Ayda 1200 manat mənzil pulu verirəm, çörəyin girvənkəsi isə 20
manatdır”. Həmin məktubunda Ukrayna və Polşadakı
nümayəndəliklərə münasib adamlar da təklif eləmişdi.
Bununla belə, hökumət onun fəryadına fikir verəcək
vəziyyətdə deyildi. Bu səbəbdən də vəziyyət bir qədər yax-
şılaşandan sonra Vətənə getməyi qət elədi: belə vaxtda uzaq
məmləkətdə quru əllə təbliğat işlərilə məşğul olmaq ondan
ötrü dözülməz idi, qaynar həyatın ortasında olmaq milli
dövlət quruculuğuna əlindən gələn köməyi göstərməliydi.
Sənədlərinin bəziləri, arxivinin böyük bir hissəsi qırmızı-
ların güdazına getdi, amma çətinliklə də olsa, mayın ortala-
rında Odessadan İstanbula yola düşən “Boris” bolqar
gəmisinə ucuz bilet tapa bildi. Mayın 18-də gəmi Halki ada-
sına yan alanda artıq əzablarının arxada qaldığını düşünür-
dü. Son günlər Osmanlı məmləkətində baş verənlərdən də
xəbər tutdu. Almaniyanın təslim olmasından sonra Osmanlı
dövləti müttəfiq güclər qarşısında müdafiəsiz qalmışdı.
Lemnos adası sahilində – Mudros şəhəri yaxınlığında lövbər
salan Britaniya gəmisində bağlanmış müqavilə açıq-aşkar
məmləkətin işğalı demək idi. O anlaşmadan cəmi iki gün
sonra “İttihad və Tərəqqi”nin başçıları, Tələt Paşa və Ənvər
Paşa da daxil olmaqla Almaniyaya qaçmış, noyabrın 13-də
Dostları ilə paylaş: |