Neft və qaz ehtiyatlarının hesablanma üsulları


Ehtiyatların hesablanmasında h



Yüklə 131,79 Kb.
səhifə15/24
tarix19.01.2022
ölçüsü131,79 Kb.
#82980
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Neft qaz hesablama usullari imtahan suallar

.Ehtiyatların hesablanmasında həcm əmsalının mahiyyəti. *****

Hesablama əmsalı - Layda 1 m3 neft yer səthində olduğundan çox yer tutduğuna görə, ehtiyatın hesablama düsturuna həll olmuş qazın, lay təzyiqinin və temperaturun miqdarını nəzərə alan hesablama əmsalı əlavə olunur. Hesablama əmsalı neftin həcm əmsalının əks qiymətidir:  = 1/b, burada b –neftin həcm əmsalıdır.

Neftin lay şəraitindəki həcminin yer səthindəki həcminə olan nisbəti həcm əmsalı adlanır: b=Vlay /Vo , burada Vlay - neftin lay şəraitindəki həcmi;Vo – neftin yer səthindəki həcmi.

b > 1, çünki Vlay> Vo.

İşlənilmə zamanı lay nefti yer səthinə çıxarıldıqda onun həcmi dəyişir. Yüksək lay təzyiqindən azad olaraq onun həcmi genişlənir, soyuduqda və qazsızlaşdığda isə –əksinə, həcmi azalır.

Sonuncu amillərin, xüsusilə qazsızlaşdırılmanın təsiri, təzyiqin azalması təsirindən daha güclüdür. Bunun nəticəsində də yer səthinə çıxarılan neftin həcmi onun laydakı həcminə nisbətən az olur.

Həcm əmsalının müəyyən edilməsi zamanı ən etibarlı nəticələr kəşfiyyat quyularında neftin dərinlikdə olan perforasiya intervallarından götürülmüş nümunələrin laboratoriya analizlərindən almaq mümkündür.

Dərin neft nümünələri mövcud olmadıqda dolayı yolla neftdə həll olmuş qazın fraksiya tərkibinə görə xüsusi qrafiklərin (M.Jdanov) istifadəsi ilə müəyyən etmək mümkündür. Lakin bunu da bilmək lazımdır ki, empirik qrafiqlərin istifadəsi bu parametrin kəmiyyətinin yalnız təxmini qiymətini təmin edə bilir.


  1. .Neftin çıxarılabilən ehtiyatının hesablanması. *****

Neftin çıxarılabilən ehtiyatları haqqında informasiya yataqların işlənilmə layihələrinin tərtibatında istifadə olunur. Balans neft ehtiyatının tərkibində olan çıxarıla bilən ehtiyatı hesablamaq üçün əvvəlcə layın neftvermə əmsalını müəyyən etmək lazımdır. İstismar müddətində laydan çıxarılmış cəmi neftin miqdarının hesablanmış neftin ilk balans ehtiyatına nisbəti – layın neftvermə əmsalı adlanır.

Bu əmsal iki cür olur: cari və son.



  1. Cari müddətə qədər çıxarılmış neftin miqdarını ilk balans ehtiyatına böləndə cari neftvermə əmsalını təyin etmiş oluruq: cari = qçıx. / Qbal.

  2. Çıxarıla bilən neft ehtiyatını ilk balans ehtiyatına böləndə isə son neftvermə əmsalı təyin olunur: son = Qçıx.b. / Qbal.

Bu əmsal çox amillərdən asılıdır:

  1. kollektorun litoloji-fiziki xassələrindən – neftvermə əmsalı çatlı və litoloji cəhətdən müxtəlif cinsli olan kollektorlara nisbətən bircinsli qumdaşlarında daha böyükdür;

  2. quyuların yerləşmə şəbəkəsinin sıxlığından;

  3. işlənilmə sistemi və tempindən;

  4. süni təsir üsulları ilə işlənən yataqların neftvermə əmsalı təbii rejimdə işlənən yataqlara nisbətən yüksəkdir;

  5. neftvermə əmsalına böyük təsir edən amillərdən də lay rejimi və nefti sıxışdıran işçi agentinin növünü qeyd etmək lazımdır.

Neftvermə əmsalının təbii rejimlərdən asılı olaraq qiymətləri aşağıdakı cədvəldə verilir.


Rejimlər

Neftvermə əmsalı

Subasqı (effektiv)

Elastik-subasqı

Qasbasqı (qaz «papağı»)

Neftdə həll olunmuş qaz

Qravitasiya


0.6-0.8

0.5-0.7


0.4-0.6

0.2-0.4


0.1-0.2

Neftin ilk çıxarılabilən ehtiyatını təyin etmək üçün onun ilk balans ehtiyatını yatağın son neftvermə əmsalına vurmaq lazımdır, yəni Qç.b. = Fn∙ h ef..∙ m ∙ kn ∙ ρ n ∙ θ son = Qilk bal. ∙ son ,

burada son – layın son neftvermə əmsalıdır.


Yüklə 131,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə