Neft-qaz yataqlarının işlənməsinə mədən geofiziki üsullarla nəzarət



Yüklə 83,96 Kb.
səhifə10/12
tarix28.11.2023
ölçüsü83,96 Kb.
#132915
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathMühazir 7

Öyrənilən geoloji tədbirlər

Təklif edilən QGT üsulları kompleksinin növləri

Əsas

Əlavə

Perspektivli

Tədbirlərin həcmi (illik)

III. Quyuların texniki vəziyyətinin təyini

Sement həlqəsinin yapışma keyfiyyətinin təyini

ASÖ, QQK

T, QK

DSÖ, AAÜ

Birdəfəlik tədqiqat və ehtiyac düyülduqca

Hermetikliyin pozulma intervallarının təyini

T, QK

Rez, QQK,Deb, MfL

RüÖ

Kəmər arxası maye hərəkətinin yerinin və istiqamətinin təyini

T.həs

ASÖ

-

Kəmərin çürümüş hissəsinin təyini

MfL

T, ASÖ

-



Quyu cihaz və texnoloji avadanlıqlarının optimal iş rejiminə çıxarılmasında öyrənilən geo­loji tədbirlər
Quyu cihaz və texnoloji avadanlıqları optimal iş rejimi ilə təmin etmək neftçilə­rin əsas məqsədlərindən biridir. Optimal iş rejiminə çıxarılmış avadanlıq­ların kö­mə­yi ilə quyudan maksimal neft hasil etmək müm­kündür.
Quyu cihaz və texnoloji avadanlıqlarının opti­mal iş rejimi ilə təmin edil­məsi məqsədi ilə aşağıdakı geoloji-istismar tədbirlərin öyrənilməsi vacib hesab edilə bilər: nasosla işləyən quyularda istismar zamanı kəmər daxilində yaranan maye - qaz qarışığının (və ya maye - qaz köpüyü) yaratdığı tıxacın yerləşmə inter­valının və hündürlüyünün təyini; istismar kəmərinin daxilində su-neft-qaz sər­hə­d­lə­rinin təyini; nasos və di­gər quyu avadanlıqlarını təşkil edən elementlərə nə­za­rət və onlarda baş verən nasazlıqların dəqiqləş­diril­məsi; kəmərdə, quyu cihaz və tex­no­loji avdanlıqlarında, quyu dibində parafinin, duzun və hidratların top­lan­­ma in­tervallarının təyini və s. Qu­yu­ların nasosla is­tismarı zamanı onun optimal dərinlikdə yerləşdirilməmə­si nəticəsin­də maye - qaz tıxacı yaranır ki, bu da nasosun iş rejimini pozur. Bu in­­tervalların yer­ləşmə dərinliyini müəyyənləşdirmək üçün əsasən QQK və T kimi QGT üsulların­dan istifadə edilir. Tədqiqat iki re­jimdə həyata keçirilir: dinamik və statik. Quyu daxi­lin­də yer­ləşən maye sütununun tərkibindən asılı ola­raq sıx­lıq­ları da müxtə­lif olur ki, bun­dan da istifadə edi­lərək tıxacların yerləşmə inter­valı təyin edilir və na­sosun quyu­da yerləşmə dərinliyini dəyişməklə yara­nan tı­xac­­lar aradan qaldırılır. Təyin etmədə əsas üsul kimi QQK, əlavə üsul kimi T qə­bul edilə bilər.
Quyuda bir neçə süzgəc açıldıqda və onların is­tismarı zamanı quyuya lay­lar­dan neft, su və qaz da­xil ola bilər ki, bu qarışıq quyu boyu hərəkət etdikdə müx­­­təlif sıxlığa malik olur. Eyni proses quyuda açıl­mış bir süzgəcdən də müx­təlif maye­lə­rin və qazın qu­yuya daxil olması zamanı baş verir. Quyuda qeyd edi­lən qarışıqların vəziy­yə­tini və eləcə də onların quyuya daxil olma intervallarının tə­yinində əsasən QQK, Rez, T, RüÖ, dielektrik karotajı (DK), NQK, İNNK kimi QGT üsulları tətbiq edilir.
Qeyd edilən üsulların xüsusiyyətlərinə görə QQK, Rez, T - əsas; DM, NQK - əlavə; İNNK isə perspektivli üsullar kimi qəbul edilə bilər.
Quyuların istismarı zamanı müxtəlif rejimlər­dən istifadə edilir. Bu rejim­lə­rin hər birində müxtəlif quyu cihaz və texnoloji avadanlıqlar istifadə edilir ki, on­larda çox­saylı elementlərdən təşkil olunur. Ele­ment­­lər dedikdə nasosun özü, onun maye soran his­səsi, borucuq, paker, qulaqcıqlar, NKB-nin sonu, süz­gəc və s. nəzərdə tutulur. Elementlərin işçi vəziyyətin­də olmaması nəticəsində neft hasi­latı ya azalır və ya tam kəsilir. Səbəbini aydınlaşdırmaq üçün quyuda QGT üsul­ları ilə tədqiqat işləri aparıl­malıdır. Tədqiqat işləri quyu cihaz və texnoloji ava­dan­lıqların element­lərinin quyu­dan qaldırmamaq şərtilə öyrənildiyindən, təd­qi­qat zamanı kiçik həndəsi ölçülü quyu cihazla­rın­dan (karotaj üçün istifadə edi­lən) istifadə edilmə­lidir.
Qeyd edilən məsələləri öyrənmək üçün QQK, MfL, səs-küy karotajı (SKK), T kimi QGT üsulla­rından istifadə edilir. Bu üsulların xüsusiyyətinə görə QQK, T, SKK - əsas; MfL isə əlavə üsullar kimi qəbul edilə bilər.
Kəmərdə, quyu cihaz və texnoloji avadanlıq­larında, quyu dibində parafin, duz və hidratlar top­lanırlar. Çöküntülərin əsas toplanma yerləri süzgəclər, qulaq­cıqlar, quyuya buraxılmış kəmərlərin divarları və s. yerlərdir. Toplanma yerləri­nin vaxtında də­qiq­ləşdirilməsi onun dərhal təmizlənməsi ilə nəticələnir ki, bu da əla­və olaraq quyu­­nu təmir işlərindən azad edir. Qeyd edilən məsələlərin öyrənilməsində ancaq radio­aktiv karotajın müxtə­lif növlərindən istifadə müs­­bət nəticələr verir. Belə üsullara NQK, NNK-İÜ, QQK, QK və İNNK-nı aid etmək olar. Bunların içə­ri­sindən xüsu­siy­yətlərinə görə NQK, NNK-İÜ, QQK - əsas; İNNK - əlavə; QK isə perspektivli üsullar kimi qə­bul edilə bilər. Quyu cihaz və texnoloji avadanlıq­ların optimal iş rejimi ilə təmin edilməsi üçün QGT üsulları kompleksi cədvəl 3 ç-də verilir.

Yüklə 83,96 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə