5
Beləliklə, Azərbaycanda neft maşınqayırma sahəsi və klasterlərin yaradılması
xüsusi əhəmiyyətə malik olduğundan müvafiq sahədə beynəlxalq təcrübənin
tədqiqi və aidiyyəti üzrə işlənib hazırlanacaq tövsiyələrdə təcrübədən istifadə edilə
bilməsini şərtləndirmişdir.
1.
Beynəlxalq təcrübə
1.1. Rusiya Federasiyası
1.1.1. Tümen vilayətində neftqaz maşınqayırma və servis klasterinin
reallıqları və inkişaf perspektivləri [15]
Sərt iqlim şəraitində vilayətin şimalında neftqaz hasilat kompleksinin
inkişafının ehtiyacı blok-komplekt avadanlığın istehsalı üzrə maşınqayırma
istehsalatının
yaradılmasını
tələb
etmiş
və
vilayətin
Cənubunda
“Sibkomplektmontaj”, “Neftemaş” və s. yaradılmışdır.
XX-ci əsrin 80-90-cı illərində inkişaf edən bazar münasibətləri hazırda
“Zapsibqazprom” holdinqə inteqrasiya edilmiş ixtisaslaşdırılmış tikintinin
ehtiyaclarının təmin edilməsinə yönələn maşınqayırma və digər sahələrin bir sıra
yeni müəssisələrini yaratmışdır. Lakin 90-cı illərdə maşınqayırmanın klaster
ixtisaslaşmasının vektorunun dəyişilməsinin əsas katalizatoru vilayətin
iqtisadiyyatının baza sektorunun müvafiq ehtiyacları olmuşdur ki, onlar vilayətin
Cənubunun sənayeçilərinin o illərin böhran vəziyyətində bir çox maşınqayırma
istehsalatları neftqaz avadanlığının buraxılışına operativ yenidən profilləyərək
onun ödəmə qabiliyyətli bazarlarına çıxışı tapmağa məcbur etmişdir. Cari
yüzilliyin əvvəlindən bu avadanlığın böyük hissəsinin birbaşa istehlakçıları
neftqazservis şirkətləri olmuşdur. Bu ixtisaslaşmanın aparıcı dünya və rusiya
şirkətlərinin dislokasiya yerini Cənub vilayətini seçməsi burada mövcud olan
neftqaz maşınqayırma seqmentinin gələcək sürətləndirilmiş inkişafının əsas
amilidir, çünki profil zavodların iş yerlərinin neftqazxidmət şirkətlərinin
fəaliyyət yerlərinə yaxınlığı sonuncularla bu zavodların ciddi rəqabət
üstünlüyü kimi nəzərə alınır. Onlardan ən iriləri “Şlümberje” və “İnteqra” Cənub
vilayətində öz istehsal güclərini inkişaf edir və neftqaz ixtisaslaşmanın tümen
maşınqayırma klasterinin real “özək”lər ola bilər.
6
Tümen vilayətinin maşınqayırma kompleksinin rəqabət qabiliyyətinin indiki
zamana kimi mövcud olan amil və quruluşuna gəldikdə isə müəllif - Konsaltinq
şirkəti “PREFİŞ” BSC-nin baş direktoru, Tümen vilayət Dumasının məsləhətçisi
S.M. Şatoxin - tərəfindən aparılmış tədqiqatlar onda inkişaf etmənin müxtəlif
dərəcəsinə baxmayaraq M.Porterin təsnifatı üzrə klasterin mütləq olan struktur
elementləri (şək. 1.1.), həmçinin klaster daxili qarşılıqlı fəaliyyətinin müəyyən,
lakin “Daymond” modelinin (şək. 1.3.) elementləri şəklində klasterin rəqabət
qabiliyyətinin təhlili üçün M.Porterlə istifadə edilən bir sıra amillərin aşkar zəifliyi
ilə inkişaf etmənin mövcudluğunu göstərmişdir.
Buna baxmayaraq, alınmış məlumatlar göstərir ki, ərazinin təsərrüfat
subyektlərinin ilkin aqlomerasiyası müəyyən ixtisaslaşmanın coğrafi lokallaşmış
sahələrarası sistemə artır. Sistemi hər hansısa bir subyektlərin və (və ya) ayrı
proseslərin sadə məcmusundan fərqləndirən ümumi məqsəd, ardıcıllıq və
iyerarxiklik təzahür etməyə başladığı zaman bu sistem onu əmələ gətirən
elementləri arasında əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi və
gücləndirilməsinə obyektiv çekilir. Tümen maşınqayırmanın klasterləşdirilməsinin
potensialının bu qiymətləndirilməsi tədqiqatın üç mərhələsini daxil edən A.B.
Yermişinanın (Sankt-Peterburq ş., “Leontyev mərkəzi”) metodikası əsasında
aparılmışdır:
I.
maşınqayırma klasterinin rəqabət qabiliyyətli davamlılığının kəmiyyət
təhlili;
II.
maşınqayırma klasterinin rəqabət qabiliyyətli davamlılığının şərtlərinin
təhlili;
III.
Tümen
vilayətinin
maşınqayırma sahəsinin klasterləşdirilməsinin
potensialının təhlili.
Birinci mərhələdə 2007-ci il üzrə müvafiq indikativ göstəricilərin - lokallaşma
əmsalı, adambaşına istehsalın əmsalı və sahəvi ixtisaslaşmanın əmsalı -
hesablanması vasitəsilə Rusiya Federasiyasında vilayətin maşınqayırmanın bazar
mövqeləri müəyyən edilmişdir.
7
İstifadə edilən metodikaya müvafiq olaraq bazar ixtisaslaşmasının, yəni
klasterləşmənin kəmiyyət potensialına malik olan sahələri indikativ göstəricilər 1-ə
bərabər və ya böyük olan sahələr çıxış edir. Hesablamaların göstərdiyi kimi, bu
səviyyəyə yalnız maşınqayırmanın lokallaşma əmsalı çatmış, digər iki göstərici isə
1-dən xeyli azdır, yəni maşınqayırmanın rəqabət davamlılığı Tümen maşınqayırma
kompleksinin bazasında klaster layihəsinin perspektivlərinin reallaşdırılması üçün
ciddi əlavə investisiyaları tələb edir.
Cədvəl 1.1.
Maşınqayırma klasterinin rəqabət qabiliyyətli davamlılığının kəmiyyət təhlili
Göstəricilər
Əmsallar
1.
Maşınqayırmanın lokallaşma
əmsalı (Mlə) vilayətin maşınqayırma
sahəsinin onun sənaye istehsalının
quruluşunda xüsusi çəkisinin (Tmxç) bu
sahənin Rusiyanın sənaye istehsalının
həcmində
xüsusi
çəkisinə
(Rmxç)
nisbətilə müəyyən edilir.
Beləliklə,
2.
Adambaşına
maşınqayırma
istehsalının əmsalı (Amiə) Cənub
vilayətinin
maşınqayırma sahəsinin
Rusiyanın maşınqayırma istehsalının
həcmində xüsusi çəkisinin (Rtmxç)
Cənub vilayətinin əhalisinin sayının
Rusiyanın əhalinin ümumi sayında
xüsusi
çəkisinə
(Rtəxç)
nisbətilə
müəyyən edilir.
Beləliklə,
3.
Maşınqayırma
ixtisaslaşmasının əmsalı (Miə) Cənub
vilayətinin
maşınqayırmasının
Rusiyanın maşınqayırma sahəsində
xüsusi
çəkisinin
(Rtmxç)
ümumi
regional məhsulun (Cənub vilayətinin)
Rusiyanın ümumi daxili məhsulun
həcmində həcminin xüsusi çəkisinə
(Rtxç) nisbətilə müəyyən edilir.
Beləliklə,
Mənbə: 15