10
I FƏSİL
QARAQOYUNLULARIN VƏ AĞQOYUNLULARIN MƏNŞƏYİ PROBLEMİ
1. Qaraqoyunluların mənşəyi.
Azərbaycan xalqı ziddiyyətli, çoxəsrlik inkişaf yolu keçmiş və bəşər mədəniyyəti sistemində, insanlıq
tarixində mühüm mövqe qazanmışdır. Bu obyektiv tarixi həqiqəti bir sıra qədim mö"təbər mənbələr, aparılmış
arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir.
Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır.
Qaraqoyunlu tayfasının mənşəyi problemi uzun illər ərzində tarixşünaslığımızda tədqiqat obyekti olmamış, bu
tayfa birliyini təşkil etmiş tayfaların və boyların Azərbaycanın, Şərqi Anadolunun həm türkləşməsində, həm də
siyasi tarixində oynadığı rol lazımi səviyyədə öyrənilməmişdir. Tarixi qaynaqlardan mə"lum olur ki, bu tayfa
birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub idi. Müasir dövrdə türkmən türkman şəklinə düşmüş bu ad
tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır? Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı
İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də
xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə "Türkmən/türkman" ifadəsi
meydana çıxmışdır.
1
V.V.Bartold yazır: "Türkmənlər" ... bu ad XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və
Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklərin "oğuz", ərəblərin "quzz"
mənasında işlənmişdir.
2
"Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" və yaxud
"türkmaniy-
[18-19]
yun" şəklində xatırlanmışdır.
3
V.V. Bartold F.Xirtin verdiyi mo"lumatlara istinad edərək
türkmən ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyni
göstərmişdir.
4
"Türk manənd" - əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars
etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir.
5
Tədqiqatçıların
fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara
"türkmən/türkman" deyilmişdir. V.V.Baritold yazır: "... müsəlman - ğuzlar həmçinin 'türkman" (türkmənlər)
adlandırılmağa başlandılar.
6
Eyni fikri V.İ.Jirmunski də izhar etmişdir. V.İ.Jirmunski qeyd edir: 'Türkmən" etnik
istilahına ərəb mənbələrində X əsrin II yarısından e"tibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın
müsəlmanlığı qəbul etmiş oğüz qrupunu ifadə etmişdir."
7
Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin
ınə"lumatlarına əsaslanmış və "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir.
8
Bu fıkri
Orxan Şaiq müdafiə edir.
9
Faruq Sümer də Biruninin verdiyi mə"lumatlara osaslanaraq islamı qəbul etmiş
oğuzlara "türkman" deyildiyini qəbul edir."
10
. Lakin türk tarixçilərindən İ.Qafəsoğlu belə qənaətə gəlir ki,
türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda
oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun
fikrincə, 'türkman" sözü siyasi termin kimi IX əsrdən e"tibarən işlənilməyə başlamış və "əsil", "böyük türk"
mə"nasını ifadə etmişdir.
11
Bu dəlillər bir daha göstərir ki, etnik mə"na kəsb edən "türkman" istılahı tarixən daha geniş anlam
olmuşdur. Həmin ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi. Orta əsr
müəllifləri də bu fikrin gerçəklıyini təsdiq etmişlər. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta qarluqların
özünü də "türkman" adlandırmışdır.
12
Belə-
[19-20]
-lıklə orta əsr mənbələrində etnik səciyyə daşıyan
"türkmən" istilahını hər yerdə istisnasız olaraq müasir mə"nada anlamaq elmi cəhətdən düzgün deyildir.
Təsadüfı deyildir ki, tarixən istər Mahmud Qaşğari (XI əsr) və istərsə də F.Rəşidəddin (XIV əsr) türkmənləri
tayfa kimi təqdim etməmiş və onların yayıldığı ərazilər haqqında dəqiq bir mə'lumat verməmişlər.
13
Çünki hər
iki müəllif "türkmən" sözünü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi işlətmişdir.
Mə"lumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini
oğuzlar və türkmənlər təşkil etmişdir.
14
Türk alimi Z.V.Toğana görə, oğuzların "oğuz" və "türkmən" adları ilə
iki qismə bölünməsi də məhz səlcüqların hökmranlığı dövründə meydana gəlmişdir.
15
Tarixən "türkmən" istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir.
V.V.Bartold və V.M Jirmunski də "türkmən" istilahını oğuz tayfalarının göçəri həyat tərzi keçirmiş hissəsinə
verilmiş bir ad kimi işlətmişdir.
16
"Bir çox mə"xəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində
deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İran ərazisində də yaşadıqlarını və onların
oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə nəticə çıxarmaq olar ki, türkmənlər qədim
oğuzların daha çox köçəri həyat keçirən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində "tərəkəmə"
kəlməsində qalır".
17
Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları "türkmən"
adı ilə təqdim etmişdir.
18