6
mə'lumat yoxdur. Azərbaycan türk salnaməçilərinin diqqətini yalnız XV əsrdən başlayaraq Osmanlı
sultanlarının şərq yürüşləri zamanı özünə cəlb etmişdir. Bəlkə də elə buna görə tədqiqatçılarımız fars
mənbələrinə nisbətən osmanlı mənbələrindən az istifadə etmişlər. Müasir türk tarixşünaslığını tədqiq etdiyimiz
üçün Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin Türkiyə tarixşünaslığında
[7-8]
tədqiqinə obyektiv
qiymət vermək məqsədilə yeri gəidikcə epistolyar Osmanlı irsinə xüsusi diqqət yetirmişik.
XV əsrin Osmanlı tarixçilərindən Dursun bəy özünün "Tarixe-Əbulfəth"
12
əsərində Ağqoyunlu-Osmanlı
münasibətlərinə xüsusi yer verilmişdir. Sultan II Mehmedin Trabzonun fəthi ilə əlaqədar gərginləşən Osmanlı-
Ağqoyunlu münasibətləri, Ağqoyunlu-Qaraqoyunlu-Teymuri əlaqələrinə xüsusi diqqət yetirilmişdir.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixi, Ağqoyunlu- Qaraqoyunlu-Osmanlı münasibətləri
Şükrullahın,
13
Məhəmməd Nəşrinin,
14
Aşiq Paşazadənin
15
əsərlərində öz əksini tapmışdır. Ağqoyuniu-Osmanlı
münasibətləri, xüsusən də 1473-cü il Ağqoyunlu-Osmanlı müharibəsi "Fateh Sultan Mehmedin yarlığında"
16
ətraflı verilmişdir. Burada Ağqoyunlu-Osmanlı münasibətlərinin
pisləşməsinin səbəbi, Otluqbeli döyüşü və
onun nəticələri geniş təsvir olunmuşdur.
Tədqiq olunan problemin araşdırılmasında XVI əsr Osmanlı tarixçisi İbn Kamalın "Təvarixi-ali-Osman"
əsərinin VII dəftəri
17
mühüm yer tutur. Müəllif Ağqoyunlu-Osmanlı münasibətlərinə xüsusi diqqət yetirərək
Sultan II Mehmedin Ağqoyunlu dövlətinə ("Türkman elinə")
hücumunun səbəblərini, 1473-cü il savaşını, Uzun
Həsənin məğlubiyyətini, Uğurlu Məhəmmədlə Uzun Həsənin ixtilafı, həmçinin başqa əlaqədar hadisələri
təfərrüatla təsvir etmişdir.
Osmanlı tarixçilərindən Xoca Sə'dəddin Əfəndi "Tacüt-təvarix"
18
əsərində Qaraqoyunlu dövlətinin
yaranması, Qaraqoyunlu-Ağqoyunlu-Teymuri, Qaraqoyunlu-Ağqoyunlu-Osmanlı münasibətləri haqqında ətraflı
mə'lumat vermişdir. Əsərdə Sultan Mehmed Fatehin Uzun Həsənə məktubu verilmiş, Otluqbeli döyüşü daha
ətraflı şərh olunmuşdur.
Osmanlı tarixçilərindən Hüseyn Əfəndinin "Bədai ulvəqai"
19
adlı əsərində XV əsr Azərbaycan
dövlətlərinin Osmanlı dövlətilə münasibətləri, o cümlədən Cəlayiri-Qaraqoyunlu-Teymuri-Osmanlı əlaqələri,
Qara Yusifin Osmanlı sultanı I Mehmedlə dinc münasibətləri, II Sultan Murad və
[8-9]
Qara İsgəndər
arasındakı ziddiyyət, Ağqoyunlu-Osmanlı münasibətləri (Osmanlı müəlliflərinə xas olmayan cəhətdir ki, müəllif
ağqoyunlularla ziddiyyətin başlanmasında əsasən II Sultan Mehmedi təqsirləndirir), məşhur Otluqbeli
döyüşünün təfsilatı və dəqiq tarixi, ağqoyunlulara qarşı Osmanlı qoşununda Qaraqoyunlu əmirlərinin də
döyüşməsi haqqında mə'lumat vermişdir. Problemin araşdırılması zamanı Türkiyədə cap olunmuş sənədlər
toplusundan da istifadə olunmuşdur.
20
Müasir türk tarixşünaslığında problemin təhlili zamanı F.Metsopskinin,
21
R.T.Klavixonun,
22
İ.Şiltbergerin
23
əsərlərindən də faydalanılmışdır.
Azərbaycan tarixşünaslığında Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinin tədqiqi işinə 40-cı
illərdə İ.P.Petruşevski tərəfindən başlanmışdır. Onun XV əsr Azərbaycan dövlətlərinə dair əsərləri 1949-cu ildə
nəşr olunmuşdur.
24
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ictimai-iqtisadi və siyasi tarixi C.İbrahimovun
25
,
M.Abidovanın
26
, Y.Mahmudovun
27
, Ş.Fərzəliyevin
28
, M.Seyfəddininin
29
, O.Əfəndiyevin
30
, S.Məmmədovun
31
və başqalarının monoqrafiyalarında öz əksini tapmışdır. Lakin bu əsərlərdə Qaraqoyunlu və Ağqoyunlu
tayfalarının mənşəyi problemi, bu tayfaların Azərbaycanın siyasi tarixində oynadığı rol, Qaraqoyunlu-
Ağqoyunlu-Osmanlı münasibətləri və digər məsələlər geniş şəkildə tədqiq olunmamışdır.
Respublika dövründə (1923-cü ildən etibarən) Türkiyənin həyatının bütün sahələrində (habelə maarifin
və elmin inkişafında) böyük dönüş baş verdi. Bu dövrün milli maarif nazirliyi maarif məsələlərində
M.A.Atatürkün fikirlərindən faydalanmış, onun elmin bütün sahələrində, tarix elmində "millətçi, xalqçı,
inqilabçı, dünyəvi, respublikaçı vətəndaşlar yetişdirmək"
32
prinsipini 1924-cü ilin 3 mart fərmanı ilə qanu-
niləşdirmişdir. Lakin tarix elminin hərtərəfli inkişafı prosesi
bir qədər sonra, 1931-ci ildə M.K.Atatürkün
təşəbbüsü ilə Türk Tarixi Qürumu" təsis edildikdən sonra başlandı. Cəmiyyət aprelin 15-də mühacir
Y.Akçuranın sədrliyi ilə fəa-
[9-10]
liyyətə başladı. Onun yaradılması işində Türkiyədə formalaşmış tarixçilərlə
yanaşı, mühacir olan, lakin türk mühitinə xeyli dərəcədə uyğunlaşmış Ə.Cəfəroğlu, A.Kurat və Z.V.Toğan
iştirak etmişdilər.
33
TTQ yarandığı ildən etibarən türk və dünya tarixinin müxtəlif problemleri ilə əsaslı surətdə
məşğul olmuş, elmi konfranslar təşkil etmiş, nəşr işini nizamlamışdı. Onun strukturu və gördüyü işlər Gökər
Fəxrinin 1983-cü ildə nəşr etdirdiyi əsərdə
34
özünün geniş əksini tapmışdır. Türkiyədə tarixi tədqiqat işi yalnız
TTQ ilə məhdudlaşmır. Respublika dövründə yenidən qurulmuş İstanbul Universitetində, 1935-ci ildə
yaradılmış Ankara Universitetində tarix həm tədris, həm də tədqiq edilir.
Avropa və ABŞ tarix elmindən fərqli olaraq türk tarixşünaslığında məktəblərə və ya cərəyanlara ayrılma
kəskin şəkildə sezilmir. Burada hər bir tarixçi məşğul olduğu problemə M.K.Atatürkün "xalqçı, inqilabçı,
dünyəvi, respublikaçı və millətçi" olmaq prinsiplərindən yanaşır
5
. Lakin bu o demək deyildir ki, eyni bir
problemlə məşğul olan tarixçilərin hamısı məsələlərə vahid mövqedən yanaşmış, ümumi nəticələrə gəlmişlər.
Z.V.Toğan yazır: "Zatən, insanın hadisələrə qiymət vermək barəsində daima işinə yarayacaq sabit və
qərarlaşmış bir me"yarı yoxdur. "Əbədi həqiqətlər" deyilən şeylər də hər cəmiyyətin, hər zamanın, hətta bir
cəmiyyət daxilində müxtəlif qrupların və şəxslərin dərk etməsinə görə başqa-başqa şəkillər alır"
36
. Məhz bu