Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

61 
 
                                   59 
         “Vəslində idim, möhnəti-hicranı bilirdim, 
           Cənnətdə ikən atəşi-niyranı bilirdim.”  
                                                          (S.Ə.Şirvani)
 
 
Dirilik suyu ki zülmətə salmıĢdı o Xızrı, 
Yarın ləbidi çeĢmeyi-heyvanı bilirdim. 
 
Ol qaĢı, gözü, arizi ki yar bəzəmiĢdi, 
MəĢĢatə ona olduğunu Mani bilirdim. 
 
Cananəyə ―can‖ vəd eləyən çoxsa da, hərgiz 
Cananəyə qurban gedəcək canı bilirdim. 
 
Meydani-məhəbbətdə canın qoysa da Məcnun
                          Mən ondan əzəl Leylayi-əfqanı bilirdim. 
 
EĢqin ki o meydanına çıxmıĢdı o sərkar, 
                          Bir top kimi o sər ilə çövkanı bilirdim. 
 
                          Bir ağ kəfənə bük Atanı ölüncə , ey Zill, 
                          Sənsiz də qara dünyanı mən fani bilirdim. 
 
 
                              60* 
 “Pədərəm rövzeyi-rizvan be do gəndom befruxt, 
 Naxələf başəm əgər mən be cəvi nəfruşəm.” 
(Şəmsəddin Məhəmməd Hafiz Şirazi. 
 Qaşqay türkü. İran.1300-1389) 
 
DeməmiĢdim gətirin siz məni bu dünyayə, 
 Mən özüm salmamıĢam baĢımı bu qovğayə. 
 
 Hansı Leylayi-eĢqdən danıĢır əhli-bəĢər, 
Qeysini Məcnun edib salıbsa boĢ səhrayə?! 
 


62 
 
Gülün eĢqilə çəkir gör necə bülbül nalə, 
 QuĢağıldı o da, çün uyub güli-rənayə. 
 
Dərdi Fərhadə verib, çıxartdı dağlara ġirin, 
 BaĢlasın Xosrov ilə düzdə qeyri sevdayə. 
 
                       Yetmədim arzu-kama, ah, bu fəna mülkündə, 
Dünyadan etirazım çoxdu mənim üqbayə... 
 
* “Satdı gülzari-behişti iki buğdayə babam, 
   Satmasam naxələfəm mən onu bir arpayə.” 
                     (H.Şirazi. Tərcümə: M.Ə.Sabir) 
 
 Qorxumuz yoxdu bizim divani-Haqdan, ey dil, 
  Bir quru can ki verib, gərək deyil Atayə... 
 
                                                     61 
   Necə məmnun eləyim mən güli-gülzarı bu gün, 
   Necə bəs ağlamayım bülbüli-bizarı bu gün?! 
 
                         Yoxdu dildara yolu aĢiqi-yarın, ey dil, 
  Görürəm yolda duran hər dəni-əğyarı bu gün. 
 
  Bizə də muği-xərabatilərin lütfi yetər, 
  Gedərik meykədəyə, meyxanaya sarı bu gün. 
 
   Biz içib xum ilə gülgun Ģərabı məst olarıq, 
   Bəxt özü məst eləsə gözləri xummarı bu gün. 
 
   Bu dəvə karvanı Dərd, Qəm yükümüzdür, ey dil, 
   Kimdi  biganə,  alıb əlinə ovsarı bu gün? 
 
  Əriyir dağ baĢının buzları naləm oduna, 
            Ələdikcə saçıma gərduni-dun qarı bu gün. 
 
Verib Fərhadımızı Xan Qarabağda güdaza
ġah edib tərsa ġirin Xosrovü-xunxarı bu gün. 
 


63 
 
Necə bu dərdi dilə gətirməsin Atayi-məst, 
 Məclisi-meykədədə susubsa əĢarı bu gün?!  
 
 
                                        62 
  Bu gecə nazlı yarı görüm yaxından, nə olar? 
  Dərim sevda gülünü könül bağından, nə olar? 
 
Aç əziz kuyini, yar, bir gecəlik mehman olum, 
 Eləmə busəni kəm öz qonağından, nə olar? 
 
  Hər günüz sürünmüĢəm əyağında kölgə kimi, 
  Qoy öpüm bircə gecə al yanağından, nə olar? 
 
   Zülfünə yaxın düĢə bilməmiĢəm indiyəcən
  Alım ətrini sənin  tel darağında , nə olar?                                                         
 
 Ay üzündü gecələr taleyimə iĢıq saçan,  
 Qara göylər üzünün çil-çirağından nə olar? 
 
 Nar ləbində Dirilik suyundan gəl lütf eylə, 
 Xızrını qeybə çəkən buz bulağından nə olar? 
 
 O könül dastanıvın dünyada tək Məcnunu var: 
 Atadan baĢqa bütün sil varağından, nə olar?! 
 
                            63 
 Bu qədər olma, gözəl, sən Tarı, heyran özünə
Gətirmə üĢĢaq ara bir belə nöqsan özünə. 
 
          Bilirəm, dəhrdə çox canına can deyənin var, 
Etmə aĢiqlərini bir belə qurban özünə. 
 
Yarını  əğyar ilə dəyiĢmək nə adətdi, 
Tutmayır səndə qərar Leylayi-vicdan özünə? 
 


64 
 
 Neçə Fərhad qoyub sərini kuyində yerə
 Seçmisən qanla dolu gör necə meydan özünə? 
 
          Kimin nə həddi çatar ki, sözün üstə deyə söz? 
Gözəllər sultanısan, ver özün fərman özünə. 
 
Bu qədər qəlbi vurub oxladığın yetər, ey Ģux, 
Dəyəcəkdir sən inan atdığın peykan özünə. 
 
Atanın qədrini bil, bir də yetirməz bu cahan, 
Qıyma çəksin onu bu ayrılıq, hicran özünə. 
 
                                                 64 
Canı candan sevərəm, ta nəfəsim var mənim
  Gecə-gündüz sənə, ey gül, həvəsim var mənim. 
 
Mənə bir ayrı Piri-muğ gərək deyil, ey dil, 
                       Səhrada Məcnun tək dadirəsim var mənim. 
 
Mənə  bülbül deməyin, bağçalarda nalə çəkim, 
 Dünyəvi-aləm tək öz qəfəsim var mənim. 
 
Niyə qorxum ki, düĢəm karivanımdan cüda mən, 
 Dəvə tək boynumda mis cərəsim var mənim. 
 
Məni heç bir kəsə səs verməyə də səsləməyin, 
Mənim öz yarım üçündür nə səsim var mənim. 
 
Ġnkirü-Minkirə yoxdu tələbim üqbadə, 
Yarımın qəlbi təki düz tərəzim var mənim. 
 
Ey Ata, xəstəsiyəm mən də bu sevda yolunun
Dərmanı dərdim olan öz mərəzim var mənim. 
 
                          65 (6) 
          Təpədən dırnağacan bu gün Ģərab içindəyəm. 
          Məni dindirməyiniz, min iztirab içindəyəm. 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə