NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



Sürməli,  Ağbaba,  Şörəyel,  Çıldır,  Axıska  və  Axılkələk  bölgələrini  təmsil  edən  60 

nəfər  millətvəkili  statusu ilə  Qars konqresinə  toplaşdı.  Konqres  Axıska  Hökuməti-

müvəqqətəsi, Aras Türk hökuməti və Qars İslam Şurası adından qətnamə qəbul etdi. 

«Batumdan  Ordubada  və  Ağrı  dağından  Azqura  qədər əhalinin əksəriyyəti  türk  və 

müsəlman  olan  yerlərdən  Osmanlı  ordusu  çəkilən  vaxt  idarə  və  yurd  qoruması  iş-

lərinə  baxmaq  üçün  mərkəzi  Qars  olmaqla  Milli  Şura  höküməti  qurulması  yekdil-

liklə qərara alındı»

1

. Cahangiroğlu İbrahim bəy Milli Şura hökumətinin başçısı, Kə-



pənəkci Emin ağa isə onun müavini seçildi. 

1918-ci  ilin  dekabrında  türk  ordusu  Axıska  və  Axılkələkdən  çəkildi.  Həmin 

ayın 4-5-də gürcülər Axıskanı, ermənilər Axılkələyi, dekabrın 8-də isə ingilislər Ba-

tumu işğal etdilər.  

Milli Şura hökumətinin çağırışı ilə 1919-cu il yanvarın 17-18-də Qarsda topla-

nan konqres Cənub-Qərbi Qafqaz Respublikasının qurulduğunu elan etdi. Konqres-

də 18 maddəlik konstitusiya qəbul olundu. Cahangiroğlu İbrahim bəy yenidən höku-

mət  başçısı,  Çıldırlı  Əsəd  bəy  isə  parlament  sədri  seçildi,  9  nazir,  4  dövlət  idarəsi 

müdiri təyin olundu. Konstitusiya türk dilini rəsmi dövlət dili elan etdi, ağ, yaşıl, qa-

ra  zəmin  üzərində  ay-ulduz  olan  dövlət  bayrağını  təsdiq  etdi.  Batumda  çıxan  «Sə-

dayi-millət»  qəzeti  isə  dövlətin rəsmi mətbu  orqanı  oldu.  Cənub-Qərbi  Qafqaz hö-

kuməti qısa müddət ərzində 8 min nəfərlik ordu qurdu. İngilis hərbi valisi Tempeley, 

ADR və Türkiyə Cənub-Qərbi Qafqaz Respublikasını tanıdı. Buna baxmayaraq Er-

mənistan və Gürcüstanın hərbi təcavüzləri daha da artdı. Ordu pis silahlansa da, dinc 

xalqı kütləvi qırğınlardan qoruya bildi. Belə ağır şəraitdə Batumdan Ordubada qədər 

40.000 kv km ərazisi və 1 milyon 700 min nəfərdən çox əhalisi olan 34 vilayət və 

qəzadan ibarət bu türk respublikası təxminən 6 ay yaşadı. 

Türk ordusu 25 yanvar 1919-cu ildə Qarsdan çəkildi. 12 aprel 1919-cu ildə in-

gilislər  Qarsı  işğal  etdilər.  İngilis  komandanı  general  Tomsonun  dekreti  ilə  parla-

ment və hökumət buraxıldı, hökumətin bütün üzvləri həbs olundu. Cahangiroğlu İb-

rahim bəy Malta adasına sürüldü, Cənub-Qərbi Qafqaz Respublikası süqut etdi

2

. İn-



gilislər Qarsın idarəsini erməni qüvvələrinə verdilər. Ardahan və Posof gürcü işğalı-

na məruz qaldı. ADR bu işğalı pisləyərək Gürcüstana, Ermənistana, Qafqazdakı in-

gilis komandanlığına və Paris sülh konfransının sədrinə öz kəskin etirazını bildirdi

3



Cənub-Qərbi  Qafqaz  hökuməti  yıxıldıqdan  sonra  Batumdan  Naxçıvana  qədər 

olan ərazidə yaşayan müsəlman əhali məhəlli Milli Şuralar şəklində təşkilatlanaraq 

mübarizəni davam etdirdi. Cəmi 12 Milli Şura, o cümlədən Ağbaba və Çıldır Milli 

Şuraları  quruldu.  Ağbaba  Milli  Şurasının  başçısı  Məhəmməd  ağa  idi.  O,  əhali ara-

sında  böyük  nüfuz  sahibi  idi.  Onun  səyi  nəticəsində  Ağbaba  Milli  Şurası nəzdində 

xalq ordusu yaradıldı, Ağbaba və Şörəyel camaatı 1918-20-ci illərdə erməni qırğın-

larından  və  talanlardan  qurtuldu.  Məhəmməd  ağa  İstanbula  gedərək  minbaşı  Məh-

mət Əli bəyin rəhbərliyi altında bir alayın Ağbabaya göndərilməsinə nail oldu. 

16 mart 1920-ci ildə qalib dövlətlər Osmanlı torpaqlarını işğal etməyə başladı-

                                                        

1

 Yenə orada, s. 69. 



2

 Yenə orada, s. 156-159. 

3

 Azərbaycan SSR EA Tarix, Fəlsəfə, Hüquq İnstitutunun Xəbərləri, 1989, N 4, s. 111-115. 




 

 



lar.  İstanbul  işğal  olundu  və  şəhərdə  fövqəladə  hal  elan  edildi.  Anadoluya  keçən 

Mustafa Kamalın başçılığı altında 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məc-

lisi  açıldı

1

.  TBMM-in  qərarı  ilə  Kazım  Qarabəkirin  başçılıq  etdiyi  şərq  ordusu  29 



sentyabrda  Sarıqamışı,  30  oktyabrda  Qarsı,  7 noyabrda  Gümrünü  düşməndən azad 

etdi


2

.  Noyabrın  17-də  ermənilər  sülh  danışıqlarına  razı  oldular.  Gümrüdə  başlayan 

müzakirələr 2 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə başa çatdı

3

. Mü-



qaviləyə görə 1877-78-ci illər türk-rus savaşı zamanı itirilmiş Qars, Sarıqamış, Qulp, 

Qağızman və İğdır (Sürməli) Türkiyə torpaqlarına qatıldı. 

Bolşevik təhlükəsindən qorxan gürcülər də sülh danışıqlarına girərək 23 fevral 

1921-ci  ildə  Çıldırın  qərb  hissəsini,  Ardahanı,  Artvini  və  Batumu  Türkiyəyə  geri 

verdilər. Türk ordusu martın 7-də Axıskaya, 11-də Batuma, 14-də Axılkələyə girdi. 

Bu zaman bolşeviklər Qafqazda hakimiyyəti ələ almışdılar. Türkiyə 16 mart 1921-ci 

ildə Moskva sazişini imzaladı. Bu sazişə görə Batum, Axıska, Axılkələk və Acarıs-

tan bölgələri Rusiyaya güzəştə gedildi, Naxçıvana Azərbaycan daxilində muxtariy-

yət verildi, Ağbabanın böyük bir hissəsi isə Rusiyaya tərk edildi. 13 oktyabr 1921-ci 

ildə bağlanan Qars müqaviləsi ilə Moskva sazişi rəsmiləşdi, sərhədlər sabitləşdi

4



Bu  müqavilədən ən  çox  Ağbaba  əhalisi zərər  çəkdi.  1877-ci  ildə  Qarsın tərki-



bində Ağbabanın ərazisi 1.100 kv km-dən artıq idi. Müqaviləyə görə Ağbaba parça-

landı. Ağbabanın Ermənistanda qalan ərazisində 1930-cu ildə Amasiya və Qızılqoç 

rayonları  yaradıldı.  Ağbabanın  mərkəzi  qismi  Amasiya  rayonunun  payına  düşdü. 

Amasiyadakı  32 kənddən  8-nin  (Mumuxan,  Qoncalı,  Ördəkli,  Sınıx,  Söyüdlü,  Sel-

dağılan,  Mustuqlu,  Bağçalı)  əhalisi  1920-ci  illərin  əvvəllərində  ellikcə  Türkiyəyə 

köç etdi


5

. Rayonun Qızıldaş, Qıdaşen, Xançallı, Qızılkilsə, Bozqala kəndləri 1930-

40-cı  illər  repressiyaları  zamanı  xarabalığa  çevrildi

6

.  1988-ci  ildə  isə  Ağbabanın 



azərbaycanlılar yaşayan sonuncu 19 kəndi də bütünlüklə deportasiyaya məruz qaldı. 

I fəslin ikinci bölməsi  “Aşıq Nəsibin mühiti” adlanır. 

Milli aşıq sənətimizi on altı aşıq mühitinə bölən prof. M.Qasımlı həmin termi-

ni belə izah edir: «Sənət çevrəsi kimi düşünülən «aşıq mühiti» anlayışı təkcə sənə-

tin müəyyən ərazidəki mədəni-coğrafi məskunluğunu əks etdirmir, həm də yaradı-

cılıq və ifaçılıq proseslərinin bölgədaxili mənzərəsini bir kompleks halında təqdim 

eləyir. Bu baxımdan aşıq mühiti mürəkkəb bir kompleksdir: oraya saz-sözlə bəra-

bər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iqlimi, suyu, havası, təbiəti, yerli camaa-

tın psixologiyası, aşıq sənətinə həssaslıq dərəcəsi və s. bu kimi çoxsaylı və çoxqatlı 

atributlar daxildir»

7



«Çıldır  aşıq  mühiti»nin  sərhədlərini  dəqiqləşdrən  M.Qasımlı  yazır:  «XIX-XX 



yüzilliklər ərzində Çıldır mahalı üç bölümdən ibarət olmuşdur: 

                                                        

1

 Akdes N.Kurat, həmin əsər, s. 197-199.  



2

 Y.Stefanos. Türk-Sovyet İlişkileri Ekim Devriminden Milli Mücadeleye. İstanbul, 1965, s. 192-193. 

3

 İsmail Soysal. Türkiyenin Siyasal Antlaşmaları (1920-1945). Ankara, 1983, cilt I,  s. 17-29. 



4

 Yerasimos Stefanos, həmin əsər, s. 39-47. 

5

 Baxşəli Əsgərov. Ağbabada qalan izlər. Bakı, Nurlan, 2001, s. 8-9. 



6

 Əziz Ələkbərli. QədimTürk – Oğuz yurdu “Ermənistan”. Bakı, Sabah, 1994, s. 37. 

7

 Məhərrəm Qasımlı. Ozan-aşıq sənəti. Bakı, Uğur, 2003, s.177-178 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə