NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



1) Mahalın Şərqi Anadoluda–Türkiyə ərazisində qalan və indi də «Çıldır» adı-

nı daşıyan hissəsi; 2) Ermənistana qatılan Ağbaba və Qızılqoç kəsimi. Bunlar son-

radan Amasiya və Qukasyan rayonları adlanmışdır; 3) Gürcüstana qatılan və «Mes-

xet-Cavaxetiya» adı verilən bölüm».

1

    


Bunlardan Gürcüstana qatılan bölümdə hələ çarizm dövründə çoxlu gəlmə er-

məni  yerləşdirilmiş,  yerli  əhalinin  əksəriyyəti  sıxışdırılaraq  Türkiyəyə  köçməyə 

məcbur  edilmiş,  bir  hissəsi  isə  repressiya  zamanı  Qazaxıstana  sürülmüşdür.  Ona 

görə  də  Ağbaba-Çıldır  aşıq  mühiti  son  70 ildən  bəri  faktiki  olaraq  Çıldır  qəzasın-

dan və Amasiya rayonundan ibarət olmuşdur. Coğrafi baxımdan Amasiya rayonu-

na onun dağlıq qismi olan Ağbaba ilə yanaşı Şörəyelin 1989-cu ilə qədər azərbay-

canlılar yaşayan kiçik bir qismi (Daşkörpü, Amasiya, Qaraçanta, Mağaracıq, Çax-

maq, Oxçuoğlu kəndləri və Aşıq Nəsibin doğma kəndi Güllübulaq) daxildir.  

Bölgə  cənub-qərbdən  Qars,  şimaldan  Axıska-Axılkələk,  şərqdən  Borçalı,  cə-

nubdan  Gümrü  ilə  əhatə  olunur.  Dəniz  səviyyəsindən  1000-1500  m  yüksəklikdə 

yerləşən Ağbaba-Çıldır bölgəsi öz təbii gözəlliyinə, zəngin flora və faunasına görə 

seçilir. Burada başı daim qarlı Kiçik Qafqaz dağları göz işlədikcə uzanıb gedir, ki-

çik meşələr və pöhrəliklər, dərin dərələr, mənzərəli vadilər, gen ovalar, sərin yay-

laqlar, coşğun dağ çayları – Arpa çayı, Möküz, Qaraxan və Lalaxan çayları, Çıldır 

və Arpa gölləri, diş göynədən bulaqlar bölgəyə xüsusi yaraşıq verir. 

Bölgədə çox canlı və koloritli milli həyat yaşanır, adət və ənənələr ciddi şəkil-

də  qorunurdu.  Toy,  nişan,  dini  və  milli  bayramlar,  xüsusilə  novruz,  qurbanlıq  və 

məhərrəmlik,  eləcə  də  yas  mərasimləri  adətə,  görənəyə  uyğun  həyata  keçirilirdi. 

Kosa-kosa,  qaravəlli,  dirədöymə,  aşıq  salma,  çilik-ağac,  beşdaş  və  digər  oyunlar 

oynanır, uzun qış gecələrində babalar və nənələr nağıl, aşıqlar dastan söyləyirdi. 

Bölgənin zəngin və bənzərsiz folkloru vardı. Şəyatin, fəriştə, damdabaca, şeşə, 

hal anası və digər mövzularda mifoloji və əsatiri hekayələr, holavarlar, vəsfi-hallar, 

novruz mərasimləri, xüsusilə Xıdır İlyasla bağlı inam və etiqadlar, qorxulu nağıllar, 

müdrik atalar sözləri, gülməli lətifələr, yanıqlı bayatılar, nanay və tırınqılar, maraq-

lı aşıq rəvayətləri dillər əzbəri idi. Təəssüf ki, bu zəngin aşıq mühitinin sənət tarixi, 

özünəməxsus xüsusiyyətləri Azərbaycanda çox az öyrənilmiş

2

, Türkiyədə isə kifa-



yət  qədər  tədqiq  edilməmişdir.  Düzdür,  Türkiyədə  çıxan  bəzi  ensiklopedik  nəşr-

lərdə  və  araşdırmalarda

3

 Ağbaba-Çıldır  mühitinin  Çıldır  qismində  yaşamış  sənət-



karlar barədə məlumatlar verilmişdir. Bölgəyə biganə münasibətin iki başlıca səbə-

bi var. Birincisi, Ağbaba-Çıldır aşıq mühiti Azərbaycandan təqribən 900 km uzaqa 

yerləşir. İkincisi, bu bölgə tam 40 il (1878-1918) Türkiyənin deyil, çar Rusiyasının 

tərkibində  olmuş,  1920-ci  ildən  isə  onun  Ağbaba  qismi  əvvəlcə  Sovet  İttifaqının, 

1991-ci ildən sonra Ermənistanın ərazisinə çevrilmişdir. SSRİ ilə Türkiyənin ayrı-

ayrı  siyasi,  ideoloji  və  hərbi  bloklara  mənsub  olması,  sosial-mədəni  münasibətlə-

rindəki gərginlik bölgənin diqqətdən kənarda qalması ilə nəticələnmişdir.                  

                                                        

1

 Yenə orada, s. 204. 



2

 Tacir Qurbanov. Ağbaba aşıq mühiti.  Fəls. dokt. diss. avtoreferatı, Bakı, 2011, 29 s.  

3

 Türk Ansiklopedisi - İnönü Ansiklopedisi. Cilt İV. Ankara, Milli Eğitim basımevi, 1950, s. 55; Ahmet 



Kavaklı. Türk Еdebiyatı. II, İstanbul, Türk Edebiyatı Vakfı yayınları, 2002, s. 879-880. 


 

 



Bu  mühitdə  Xəstə  Hasan  (1760-1840),  Şörəyelli  Əfkari  (XIX  əsr),  Şenlik 

(1850-1913), Məhərrəm (XIX əsr), Zülali (1873-1959), Qulu (XIX əsr) kimi məş-

hur saz-söz ustaları yaşayıb-yaratmışlar. Həmin mühitin Ağbaba qismində də neçə-

neçə tanınmış  aşıq  yetişmişdir.  «Ağbabalı  Şirəkli  Həsən,  Aşıq  Qərib  Həsən,  Sofu 

Baba, Dədə Dərbədəri, Sofu Dədə, Qoca Əli, Şahverdi Qarapapaqoğlu, Aşıq Nəsib, 

Çorlu  Məhəmməd,  Aşıq  Məhəmməd,  Aşıq  Heydər,  Yetim  Tapdıq,  Yetim  Əsgər, 

Xəstə Zərnişan, Gülüstan, Aşıq İsgəndər Ağbabalı, Aşıq Paşa Göydağlı kimi el sə-

nətkarları Ağbabanın sazını-sözünü eldən-elə, dildən-dilə salıb yaşatdılar».

1

 

Ağbaba-Çıldır aşıqları arasında Xəstə Hasanın xüsusi yeri var. O, Şərqi Anado-



luda  aşıq  sənətinin  inkişafında  misilsiz  rol  oynamış,  neçə-neşə  aşığın,  o  cümlədən 

Aşıq  Nurunun  ustadı  olmuş,  öz  dövrünün  görkəmli  sənətkarlarından  Qul  Qarani, 

Usta Polad, Ömər, İrfani, Səfili ilə deyişmiş, onlarca ustadnamə, divani, təcnis, qoş-

ma və bir neçə dastanın müəllifi kimi şöhrət tapmışdır. Xəstə Hasanın Aşıq Şenlik 

üzərindəki  təsiri  də  böyükdür.  Bu  təsir  ona  Xəstə  Hasanın  şəyirdi,  Şenliyin  ustadı 

Aşıq Nuru vasitəsilə keçmişdir.  

Aşıq Şenlik (1850-1913) Azərbaycan və Anadolu aşıqları arasında körpü rolunu 

oynamışdır. Çoxlu divani, qoşma, ayaqlı qoşma, təcnis, cığalı təcnis, bayatı və digər 

janrlarda  əsərlər  yaradan  Şenlik  dövrünün  ağsaqqalı  olmuş,  Şərqi  Anadolunun  üç 

vilayətinin rusların əlində olduğu zaman vətənə sevgi, düşmənə nifrət ruhunda şeir-

lər yazaraq xalqı qələbəyə səsləmişdir. Onun yaratdığı «Çıldır divanisi», «Hicranı», 

«Dol hicranı», «Dəli hicranı», «Çıldır təcnisi», «Çıldır çuxurobası», «Çıldır qaytar-

ması», «Xoşdamağı» kimi havalar məşhurdur.  

Ağbaba-Çıldır aşıq havaları içində gözəlləmələr də az deyildir. Məsələn: «Çıl-

dır gözəlləməsi», «Qars gözəlləməsi», «Ağbaba gözəlləməsi», «Şörəyel gözəlləmə-

si». Aşıq İsgəndər Ağbabalının verdiyi məlumata görə, «Qaraca» havası Qaracaoğ-

lunundur.  O,  bu  havaya  atası  Qaracanın  adını  vermişdir.  «Ruhani»  havasını  Aşıq 

Ruhani, «Ürfani»ni Xoca Süleyman Ürfani yaratmışdır. Aşıq Sümmaninin yaratdığı 

«Keşişoğlu» havasının əsl adı «Süründürmə»dir. Bu mühitdə «Sarıyaylıq», «Çalpa-

paq»,  «Diyarbəkiri»,  «Köşəbaşı»,  «Güləndamı»,  «Dərbədəri»,  «Qurdoğlu»,  «Qəza 

nişanı»  kimi saz havaları da olmuşdur. Buradakı bəzi havalar “göy havaları, səmavi 

havalar” adlanır. Bunları ifa edəndə aşıq cuşə gəlib üzünü göyə tuturmuş. Belə ha-

valara  «Ruhani»,  «Ürfani»,  «Osmanlı divanisi»dir.  Ayrı-ayrı  yerlərlə  bağlı havalar 

da vardır. Məsələn, «Otalı qızı» havasını Aşıq İsmayıl Aralıqlı Ota kəndində yarat-

mışdır.  Havalar  arasında  nanaylar  xüsusi  yer  tutur.  Bunların  ən  məşhurları  «Gəlin 

nanayı», novruzda  oxunan  «Yar nanayı»,  payızda  oxunan  «Payız  nanayı»dır.  «Za-

rıncı»  və  «Ağbaba  zarıncısı»  qəmgin  havalardır.  «Ağbaba  zarıncısı»nı  Aşıq  Qərib 

Hasan yaratmışdır. Onun «Qəribi» havası çox qəmli havadır. «Zarıncı»nı ölən aşığın 

üstündə çalar, sonra sazı ölünün tabutuna qoyar, ölü məzara qoyulmadan sazı götü-

rərlərmiş.  Aşıx  Nəsibin  də  bir  neçə  havası  var:  «Baharı»,  «Şörəyel  gözəlləməsi», 

«Tərcümanı», «Şörəyeli»

2



                                                        

1

 Azərbaycan folkloru antologiyası. VIII kitab. Ağbaba folkloru. Bakı, Səda, 2003, s.17. 



2

 Aşıq İsgəndər Ağbabalı. Ayırdılar Ağbabadan. Bakı, Ozan, 1998, s. 176-179; Tacir Qurbanov. Ağbaba 

aşıq mühiti.  Fəls. dokt. diss. avtoreferatı, Bakı, 2011, s. 15. 



Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə