NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
1   2   3   4   5   6   7   8   9   ...   12

 

12 


 

qonşuların alma bağına gedir, böyük bir ağacın altında Baharı gözləyirmiş. Bir gün 

Nəsib yenə bağa gəlib həmin ağacın altında durur. O nə qədər gözləsə də, Bahar gə-

lib çıxmır. Necə olursa, yuxu onu aparır. Yuxuda bir dərviş ona bir alma verir. Nə-

sib almanı dərvişdən alıb yeyir. Bir də ayılıb görür ki, Bahar gəlir. Nəsib ilk qoşma-

sını da elə onda deyir.

1

  

Nəsib bu yuxudan sonra ətrafda haqq aşığı kimi tanınmışdır. Hadisələrin sonra-



kı  inkişafı  onun  sənətkar  taleyində  silinməz  izlər  qoymuşdur.  Baharın  valideynləri 

tərəfindən zorla çıldırlı bir varlıya ərə verilməsi gənc Nəsibi dərindən sarsıtmış, onu 

saza-sözə daha da sıx bağlamışdır. 

İlk məhəbbəti daşa dəyən Nəsib sonra öz kəndlərindən Nənəxanım adlı bir qızla, 

sonra isə qonşu Mağaracıq kəndindən Əfruz xanıma ailə həyatı qurmuşdur. Son iz-

divacdan Gövhər, Əsli, Səlbinaz adlı üç qızı və İshaq adlı bir oğlu olmuşdur. İshaq 

hazırda Hacıkənddə yaşayır. Aşığın vaxtilə Qarsa ərə verdiyi qızlarından birinin nə-

vəsi,  Aşıq  Nəsibin  nəticəsi  Fatma  ulu  babasının  qəbrini  və  vətənini  görmək  üçün 

1972-ci ildə türk-sovet sərhədini gizlincə keçərək Güllübulağa gəlmiş, təhlükəsizlik 

orqanları onu uzun çək-çevirə salmış, nəhayət, burada qalmasına icazə verilmişdir

2

.  


1918-ci ildə  Aşıq  Nəsib  öz həmkəndliləri  ilə  birlikdə  erməni  qırğınından  xilas 

olmaq üçün üç ay Qarsın Qımılı kəndində yaşamış, ara sakitləşəndən sonra öz doğ-

ma kəndinə qayıtmışdır. Sovet dövründə Aşıq Nəsibi şura hökumətinə və ermənilərə 

dərin və açıq nifrət bəslədiyinə görə daim incitmiş, hətta onu üç gün damda saxla-

mış, sonra ev dustağına çevirmişlər. Əldə olan məlumata görə, ermənilər onu dəfə-

lərlə həbs etmək istəmiş, lakin aşığın xalq arasındakı böyük nüfuzundan ehtiyat et-

mişlər.  Aşıq  Nəsib  ölənədək  öz  əqidəsindən  dönməmiş,  bütün  hədələrə,  xahişlərə, 

vədlərə baxmayaraq sonsuz nifrət bəslədiyi bolşeviklər partiyasına və onun rəhbəri 

Leninə, «davariş»lərə, «patrax»lara, «ara»lara bircə misra da şeir həsr etməmişdir. 

 Aşıq Nəsibin bir sənətkar kimi yetişməsində onun müasirləri və ustadları mü-

hüm  rol  oynamışlar.  Ənənəyə  görə,  sənətin  sirlərini  öyrənmək  üçün  hər  gənc  aşıq 

təcrübəli bir ustadın yanında şəyird olmalı idi. Nəsibin ilk ustadı Göləli İbrahim ol-

muş, lakin o, cavan ikən ölmüşdür. Sonralar Nəsib bir toyda Aşıq Şenliklə tanış ol-

muş,  onunla  deyişmişdir.  Nəsibin  ifasını,  səsini  və  şeirlərini  bəyənən  Şenlik  onu 

özünə şəyird götürmüş, Nəsib bir müddət Çıldırda qalaraq sənətin bütün incəlikləri-

ni  öyrənmiş,  sənətkar  kimi  püxtələşmişdir.  O,  bəzi  şeirlərinin  möhür  bəndində  öz 

adını deyərkən ustadı Aşıq Şenliyi də nişan vermiş, onu anmışdır: 

Tanrının quluyam, Nəsibdi adım, 

Çıldırlı Şenlikdi mənim ustadım (s.67).          

Daha sonra Aşıq Nəsib ustadının xeyir-duası ilə müstəqil şəkildə məclislər ke-

çirməyə başlamış, Ağbaba, Gümrü, Çıldır, Qars, Axıska, Axılkələk, Borçalı və baş-

qa yerlərdə tanınmışdır. O çoxlu gəraylı, qoşma, divani, müxəmməs, təcnis və baya-

tı yaratmış, xeyli aşıq rəvayəti qoşmuş, Azərbaycan aşıq poeziyası tarixinə ustad sə-

nətkar kimi daxil olmuşdur. 

Yaşlıların verdiyi məlumata görə, Aşıq Nəsib ucaboy, arıq, vüqarlı, çox cəsarət-

                                                        

1

 Aşıq Nəsib. Bakı, Səda, 2004,  s. 5. 



2

 A.Ağbaba. Aşıq Nəsibin sənət dünyası. Bakı, Elm, 2008, s. 12. 




 

13 


 

li, sözü üzə şax deyən adam olmuşdur. Sifətində vaxtilə keçirdiyi qızılca xəstəliyi-

nin əlaməti olan kiçik çopurlar varmış. Daim səliqəli geyinər, qamətini şax tutaraq 

yeriyərmiş.  Aşığın  səxavəti isə  dillərdə  dastan  imiş.  Sovet dövrünə qədər  keçirdiyi 

məclislərdən  həmişə  çoxlu  nəmərlə,  qızılla  qayıdarmış.  Bunların  az  qismini  özünə 

götürər, qalanlarını xatirini istədiyi adamlara, yoxsullara, kimsəsizlərə paylayarmış. 

Aşıq Nəsib gözəl məclis aparırmış. İsgəndər babanın dediyinə görə

1

, o, özündən 



yaşca böyük olan Çorlu Məhəmmədə və Aşıq Heydərə dərin hörmətlə yanaşır, on-

larla  birlikdə  olanda  ikisindən  də  icazə  aldıqdan  sonra  məclisə  başlayırmış.  Qəmli 

dastanları danışarkən tez-tez kövrəlib ağlayır, bir gecədə dörd-beş dəsmalı göz yaşı 

ilə isladırmış.  «Abbas  və  Gülgəz»,  «Lətif  şah»,  «Yaralı  Mahmud»,  «Qaçaq  Usuf», 

«Yetim  Məhəmməd»  kimi  dastanları  şirin  bir  təhkiyə  ilə  danışır,  oxumaq  məqamı 

çatanda sazı boynuna qaldıraraq yanıqlı səslə «Leyla, Leyla» deyə coşurmuş. Onun 

son dərəcə zil səsi varmış. O, bütün Ağbaba-Şörəyel bölgəsində ən uca səsli (Çorlu 

Məhəmməd,  Aşıq  Məhərrəm,  Şahverdi  və  Aşıq  Nəsib)  aşıqlardan  biri  olmuşdur. 

Onun səsi dörd-beş kilometr məsafədən eşidilirmiş (s.8).  

Aşıq Nəsib Güllübulaqdan başqa yerə həmişə atla gedirmiş. Bu zaman atın ci-

lovundan bir adam tutaraq bələdçilik edirmiş. Ona el-oba arasında «çolpa» deyilir-

miş.  Aşığın  Güllübulaqdan  Məhəmməd  və  Mehralı,  qonşu  Mağaracıq  kəndindən 

Oruc,  Təzə  İbişdən  isə  Əli  adlı  çolpaları  olmuşdur.  Aşıq  Nəsiblə  bağlı  aşıq  rəva-

yətlərində onun çolpalarının adı bədii obraz kimi tez-tez çəkilir. Xalq ustad sənət-

kara bəslədiyi dərin ehtiramı onun çolpalarına da göstərmişdir

2

.  



Aşıq Nəsib özü də bir çox gənc aşığa ustadlıq etmiş, öz şəyirdlərini həqiqi aşıq 

kimi  tərbiyə  etmək üçün əlindən  gələni əsirgəməmişdir.  Onların arasında  Aşıq  İs-

gəndər Ağbabalı və Yetim Ləvənd xüsusilə məşhurdur. Nəsib «Eləmə» rədifli mü-

xəmməsində aşıqlıq sənətinin etikası və estetik idealı ilə bağlı öz sənət kredosunu 

gənc aşıqlara bu şəkildə bəyan etmişdir: 

Bir yerə çox gedib-gəlmə, 

Aşıqlığı şor eləmə, 

Hörmət ayrı, töhmət ayrı, 

Öz işini zor eləmə, 

Paraya heç meyl salma, 

«Can» sözünü «çor» eləmə, 

Yavaş danış, sakit dillən, 

Səs-sədanı gur eləmə. 

Yandırma özün odlara, 

Yatağını qor eləmə . 

 

…Ağa ağ de, ala al de, 



 

Zil qaranı mor eləmə (s.45).  

Bu qolun sonuncu azman sənətkarı İsgəndər Ağbabalı ustadından aldığı əmanə-

ti (havacatı və ənənəni) ləyaqətlə qorumuş, gənc nəslə ötürmüşdür: «Mənim də bir 

neçə nəfər şəyirdim var: Aşıx Paşa Göydağlı, Aşıx Murtuza, Aşıx Qəzənfər, Sultan 

                                                        

1

 İsgəndər baba ilə müsahibənin mətni arxivimizdədir. 



2

 A.Ağbaba. Aşıq Nəsibin sənət dünyası. Bakı, Elm, 2008, s. 13. 




Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə