Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   ...   40

 

zəiflədilməsi,  müqavimətinin  sındırılması  və  sonda  nəzarətə  götürülməsi,  zəbt 



edilməsi  üçün  istifadə  edirdi.  Həmin  dövrdə  erməni  kilsəsi  xeyli  fəallaşaraq 

Avropa  və  Rusiya  saraylarına  nümayəndələrini  göndərir,  ayrı-ayrı  dövlət 

başçılarının  diqqətini    "erməni  məsələsi"nə  yönəltməyə,  Türkiyə  ərazilərində, 

yaxud  Cənubi  Qafqazda  hər  hansı  erməni  qurumunun  yaradılması  üçün  onların 

dəstəklərini  qazanmağa  çalışırdı.  Rusiya  ermənilərin  müraciətlərinə  daha  çox 

maraq  göstərərək,  "erməni  məsələsi"ni  özünün  Şərq  siyasətində  əsas  alətlərdən 

birinə  çevirdi.  Rusiya  II  Ekaterinanın  vaxtında  Cənubi  Qafqazda  erməni  qurumu 

yaratmaq  üçün  ilk  dəfə  ciddi  cəhd  göstərdi.  Qarabağda  qriqorianlaşmış  alban 

məliklərinin  daha  çox  fəallıq  göstərməsi  diqqəti  bu  əraziyə  çəkirdi.  II  Ekaterina 

alban  məliklərini  erməni  toplumuna  aid  edir  və  bu  məliklərin  əli  ilə  Qarabağda 

erməni vilayəti yaratmaqla digər yerlərdən erməniləri buraya cəlb etməyə çalışırdı. 

Qarabağda  ermənilərin  və  qriqorianlaşmış  albanların  sayı  həddindən  artıq  az 

olduğuna  görə  buraya  kənardan  ermənilərin  axınını  təşkil  etmədən  hər  hansı 

erməni  qurumunun  yaradılması  mümkün  deyildi.  II  Ekaterinanın  sevimlisi  və 

Qafqaz siyasətinin ideoloqu Q.A.Potyomkin Rusiyanın  Cənubi Qafqazdakı qoşun 

başçılarına  göndərdiyi  6  aprel  1783-cü  il  tarixli  təlimatda  rus  hökümətinin 

antiazərbaycan  siyasətini  açıq  şəkildə  nümayiş  etdirirdi:  "Şuşalı  İbrahim  xan 

mütləq  hakimiyyətdən  devrilməli,  bundan  sonra  Qarabağ  yalnız  Rusiyadan  asılı 

olan  erməni  vilayətinə  çevrilməlidir.  Bu  yeni  vilayətin  təşkili  üçün  bütün 

imkanlardan istifadə etməlisiniz. Bununla Ermənilər digər yerlərdən buraya axışıb 

gələcəklər".  İbrahim  xanın  ağıllı  siyasəti  nəticəsində  Rusiya  məkrli  niyyətlərinə 

nail ola bilmədi. II Ekaterina Cənubi Qafqazı ələ keçirmək, bir sıra niyyətlərini, o 

cümlədən  bəzi  vilayətləri  erməniləşdirmək  istəklərini  həyata  keçirmək  üçün 

sonuncu  dəfə  1796-cı  ilin  yazında  cəhd  göstərdi.  General  V.Zubovun  başçılığı 

altında Cənubi Qafqaza yeni yürüş təşkil edildi. Bu yürüş zamanı V.Zubovun yaxın 

müşavirlərindən biri erməni keşişi İosif idi. II Ekaterinanın qəfil ölməsi ilə yürüş 

dayandırıldı. 

Rusiya  öz  işini asanlaşdırmaq  məqsədi ilə  Qarabağın dağlıq hissəsindəki 

xristianlaşmış  (qriqorianlaşmış)  albanlara  da  "erməni  məsələsi"nin  tərkib  hissəsi 

kimi baxırdı. Qarabağ məlikləri uzun müddət bu prosesə,   onların   erməni   kimi   

qəbul   olunmasına müqavimət göstərirdilər. Təsadüfi deyil ki, Xaçın knyazı Həsən 

Cəlal  Gəncəsar  məbədinin  üstündə  "Mən,  Həsən  Cəlal  bu  kilsəni  öz  Aqvank 

xalqım üçün tikdim" sözlərini yazdırmışdı, digər bütün mənbələrdə, sənədlərdə də 

onlar özlərini alban, aqvan kimi təqdim edirdilər. Lakin sonda, xüsusilə də Rusiya 

hökumətinin  İran  və  Türkiyədən  erməniləri  kütləvi  surətdə  Cənubi  Qafqaza,  o 

cümlədən  Qarabağa  köçürməsindən  sonra  bu  ideələji  xəttin  qarşısında  təslim 

oldular   və   "erməni"   adını   öz   üzərlərinə   götürməyə   qismən razılaşdılar. 

Rusiya  Azərbaycanda  öz  mövqelərini  möhkəmləndirdikcə  Qarabağa  daha  çox 




 

erməni  köçürməyə  çalışırdı.  Azərbaycana  qarşı  işğalçılıq  müharibəsində  rus 



ordusunun  erməni  əsilli  zabitlərindən  geniş  şəkildə  istifadə  olunurdu.  Rus 

ordusunun təkibində   hərbi əməliyyatlarda iştirak edən erməni zabitləri Qarabağda   

ermənilərin    mövqelərini  gücləndirmək      üçün      bütün  vasitələrdən  istifadə 

edirdilər.  İran-Rusiya  müharibələri  (1804-1813,  1826-1828-ci  illər)  və  Türkiyə-

Rusiya  müharibələri  (1806-1812,  1828-1829-cu  illər)  ermənilərin  Qarabağa 

köçürülməsində həlledici rol oynadılar. Həmin müharibələrin gedişində Türkiyə və 

İranda yaşayan ermənilər öz dövlətlərinə xəyanət edərək, rus qoşunlarının tərəfinə 

keçdilər.  Onlar  arxa  cəbhədə  dəstələr  yaradaraq,  rus  hərbi  komandanlığının 

tapşırıqlarını yerinə yetirir, İran və türk ordularına arxadan zərbələr vurur, qiyamlar 

təşkil  edir,  müdafiəsiz  qalmış  dinc  əhaliyə      divan      tuturdular.      Bu      erməni   

dəstələrini      rus      ordusu  silahlandırırdı.  Ermənilərin  rəhbərləri  bu  hərəkətləri  ilə 

Rusiyanın  rəğbətini  qazanacaqlarına  və  onun  köməyi  ilə  Türkiyə,  yaxud  İranın 

ərazisində  özlərinin    hər    hansı    muxtar,  ya  da  müstəqil  dövlət  qurumlarını 

yaradacaqlarına ümid edirdilər. Lakin onların niyyətləri özünü doğrultmadı. Onlar 

Türkiyə  və  İranda  etdikləri  xəyanətlərə  görə  cəzalanacaqlarından  ehtiyat  edərək 

müharibələr  qurtardıqdan  sonra  Rusiya  imperiyasının  ərazilərinə  köçmək 

istəklərini  bəyan  etdilər.  Bu,  Rusiyanın  da  maraqlarına  uyğun  idi.  Rusiya  yenicə 

zəbt  etdiyi  Cənubi  Qafqaza,  o  cümlədən  Azərbaycana  erməniləri  köçürüb 

yerləşdirməklə  özünə  ciddi  dayaq  yaratmaq  məqsədini  güdürdü.  Rusiyanın  İranla 

bağladığı 1828-ci il Türkmənçay müqaviləsi və Türkiyə ilə imzaladığı 1829-cu il 

Ədirnə  müqaviləsi  İran  və  Türkiyədən  ermənilərin  Azərbaycana  köçürülməsini 

hüquqi  cəhətdən  rəsmiləşdirdi.  Ermənilərin  kütləvi  surətdə  Azərbaycana,  o 

cümlədən Qarabağa köçürülməsinə başlanıldı. Qarabağın yerli əhalisi ermənilərin, 

ən yaxşı yerlərdə yerləşdirilməsinə, ümumiyyətlə, erməni köçünə qarşı müqavimət 

göstərməyə  çalışır,  lakin  ciddi  nəticələrə  nail  ola  bilmirdilər.  Rus  qoşunları  hər 

hansı müqaviməti amansızlıqla yatırırdı. Qarabağın yerli əhalisinin nümayəndələri 

Rusiyanın  İrandakı  səfiri  A.S.Qriboyedova  dəfələrlə  müraciət  edərək  erməni 

köçlərinin qarşısının alınmasını tələb edirdilər. Erməni köçlərinə rəhbərlik edən rus 

səfiri  hər  dəfə  onları  arxayınlaşdırırdı  ki,  bu  köçlər  müvəqqətidir  və  ermənilər 

burada  dayanmayıb  Rusiyanın  içərilərinə  köçürüləcəklər.  Digər  tərəfdən  isə, 

A.S.Qriboyedov  erməniləri  yaxşı  tanıdığına  görə  Rusiya  imperatoruna  yazırdı  ki, 

"Əlahəzrət, olmaya  mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə 

verəsiniz.  Onlar  elə  tayfadırlar  ki,  bir  neçə  il  yaşadıqdan  sonra  dünyaya  car 

çəkəcəklər  ki,  bura  bizim  qədim  əcdadlarımızın  torpaqlarıdır".  Rusiya  hökuməti 

ermənilərin  xislətini  yaxşı  bilir,  onların  bu  xislətindən  Azərbaycan  türklərinə  və 

qonşu gürcülərə qarşı uzun müddətli planlarında məharətlə istifadə edirdi. 

Rusiya  hökuməti XIX əsrin  əvvəllərində  İran və Türkiyədən ermənilərin 

Qarabağa ilkin köçlərini təşkil edirdi. Bunun nəticəsi olaraq rusların tərtib etdikləri 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə