Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   ...   40

13 

 

çalışırdılar. Məqsəd bu  əraziləri dünya  birliyinə guya  erməni  yaşayış  məntəqələri 



kimi təqdim etmək  idi. Onlar böyük dövlətlərin köməyi ilə həmin yerlərdə "erməni 

dövləti"    yaratmaq      ümidində      idilər.      Rusiya    bolşevikləri      Bakı  erməni   

daşnaklarına    arxalanırdılar.  1917-ci    ilin    noyabr-dekabr  aylarında  burada   

bolşevik-daşnak ittifaqı   yarandı. Bu ittifaq V.Lenin tərəfindən Qafqaza fövqəladə 

komissar  kimi  göndərilmiş  S.Şaumyan  rəhbərlik  edirdi.  Erməni  silahlı  dəstələri 

1918-ci  ilin  əvvəlində  türk-müsəlman  əhalisinə  qarşı  kütləvi  qırğınlara  başladılar. 

Demək olar ki, heç bir silahı, mütəşəkkil qüvvəsi olmayan dinc əhali onlara ciddi 

müqavimət  göstərə  bilmirdi.  Ermənilər  bütün  yerlərdə  eyni      taktikadan    istifadə   

edirdilər.  Türkiyədəki   Amerika  silahlı qüvvələrinin rəhbəri admiral Mark Bristol 

sonralar  yazırdı:  "Mən  general  Dro  (erməni  terror  dəstələrindən  birinin  rəhbəri-

müəllif) ilə birlikdə xidmət etmiş öz zabitlərinin məlumatlarına əsasən bilirəm ki, 

müdafiəsiz  kəndlər  əvvəlcə  bombalanır,  sonra  zəbt  edilir,  qaçıb  gedə  bilməyən 

sakinlər vəhşiliklə öldürülür, kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə 

kənd  yandırılırdı.  Müsəlmanlardan    yaxa      qurtarmaq      üçün      bütün      bunlar   

sistematik      şəkildə      həyata 

 

keçirilirdi".  Vahid  mərkəzdən  idarə  olunan  erməni 



silahlı  dəstələri  hər  yerdə  eyni  ssenarini  həyata  keçirir,  eyni  vəhşilikləri 

törədirdilər.  1917-ci  ilin  dekabrında  Qafqazda  döyüşən  rus  ordusu  buraxıldı. 

Ermənilər  dərhal  bu  vəziyyətdən  istifadə  edərək  rus  ordusunda  qulluq  edən 

həmsoylarından  ibarət  3  piyada  diviziyası,  bir  süvari  briqadası,    habelə    ərazi 

alayları  yaratdılar. Azərbaycan türkləri Rusiya hakimiyyəti tərəfindən etibar edilib 

orduya  çağırılımadıqlarına  görə  yaranmış  şəraitdən  istifadə  edib  öz  silahlı 

qüvvələrini  yarada  bilmədilər.  Nəticədə  Azərbaycanın  dinc  əhalisi  yalnız  terror 

təşkilatları ilə deyil, həm də nizami erməni ordusu ilə üz-üzə qaldı. 

Erməni  silahlı  dəstələri  o  vaxta  qədərki  ən  böyük  qırğınları  1918-ci  ilin 

mart  ayında  törətdilər.  1918-ci  il  martın  18-də  20  minlik  erməni-bolşevik  silahlı 

qüvvələri  Şamaxıya  daxil  oldular  və  dinc  əhaliyə  divan  tutdular.  Həmin  ayın 

axırına  qədər  davam  edən  qırğın  nəticəsində  12  min  Azərbaycanlı  qətlə  yetirildi. 

Bakıda  martın  30-dan  aprelin  2-nə  qədər  erməni  silahlıları  tərəfindən  aparılan 

soyqırım  nəticəsində  18  min  dinc  əhali  məhv  edildi.  Eyni  vaxtda  Quba  qəzasına 

daxil olan quldurlar 3 minə yaxın qubalını öldürdülər. Bir neçə gün ərzində erməni 

bolşevik  terror  dəstələri  Bakıda,  Şamaxıda,  Qubada,  İrəvanda,  Zəngəzurda, 

Naxçıvanda, Qarabağda və digər yerlərdə 50 min nəfərdən artıq dinc əhalini qətlə 

yetirdilər. Ermənilərin törətdikləri kütləvi qırğınlar bununla kifayətlənmirdi. 1919-

cu ilin avqust ayında Ermənistan hökuməti Qərb dövlətlərinin təzyiqləri qarşısında 

bəzi cinayətləri etiraf etməli oldu. Ermənistan hökuməti rəsmi bəyanatla Andronik, 

Manukyan,  Saakyan,  Kaçaznuninin  fəaliyyəti  nəticəsində  1918-ci  il  ərzində 

Qafqazda 400 min nəfər azərbaycanlının, 120 min gürcünün, 15 min kürdün və 22 




14 

 

min  ləzginin  öldürülməsi  faktını  təsdiq  edərək,  müqəssirlərin  cəzalandırılacağına 



dair öz üzərinə öhdəlik götürdü. 

1918-ci  ilin  may  ayında  Cənubi  Qafqazda  Azərbaycan  türkləri  və 

gürcülərlə  yanaşı  ermənilər  də  öz  müstəqilliklərini  elan  etdilər.  Şərqdə    ilk 

demokratik  respublika    yaratmış  Azərbaycan  xalqı  müstəqil  dövlətçiliyini 

möhkəmlətməklə  yanaşı  ermənilərin  sonsuz  ərazi  iddialarını  da  dəf  etməli  oldu. 

Ermənilər  öz  müstəqilliklərini  Tiflisdə  elan  etmişdilər,  lakin  müstəqil  dövlət 

qurmaq  üçün  nə  əraziləri,  nə  də  siyasi  mərkəzləri  var  idi.  Nəyin  bahasına  olursa 

olsun Cənubi Qafqazda   erməni   dövləti   yaratmaq   istəyən   Antanta dövlətləri-

İngiltərə,  ABŞ,  Fransa  və  digərlərinin  təkidli  xahişləri  və  təzyiqləri  qarşısında 

Azərbaycan Xalq Cümhuriyyəti güzəştə getməli oldu. Azərbaycan Milli Şurasının 

(parlamentinin) 29 may 1918-ci il tarixli  qərarı   ilə  İrəvan  şəhəri  ətraf  əraziləri 

ilə   birlikdə   öz dövlətlərini yaratmaq üçün ermənilərə verildi. Həmin qərarda bu 

xoşməramlı  addımın  müqabilində  ermənilərin  əsassız  ərazi  iddialarından  imtina 

etməsi  ilə  bağlı  şərt  qoyulmuşdu.  Erməni  hökuməti  də  bu  şərtlə  razılaşmışdı.  Az 

sonra Türkiyə hökuməti də həmin ərazilərdə   erməni  dövlətinin  yaradılmasına  öz  

razılığını    verdi.  Qədim  Azərbaycan  torpaqlarında  erməni  dövləti  belə  meydana 

gəldi.  Həmin  vaxt  onun  ərazisi  9  min  kv.km.,  əhalisi  isə  324  min  nəfər  idi. 

Ermənistan  hökuməti  Azərbaycan  Xalq  Cümhuriyyətinin  xoşməramlı  addımına 

ermənisayağı  minnətdarlıqla  cavab  verdi.  Onlar  bir  neçə  il  ərzində  qonşu 

Azərbaycan  torpaqları  hesabına  ərazilərini  30  min    kv.km-ə    çatdırdılar.  1918-

1920-ci  illərdə  indi  Ermənistan  adlandırılan  ərazilərdən    565    min    nəfər 

Azərbaycan türkü  zorla deportasiya edildi. 1922-ci il məlumatlarına  görə, həmin 

ərazilərdə  yalnız  10  min  nəfər  azərbaycanlı  qalmışdı.  Deportasiya  edilmiş 

azərbaycanlıların  bir  hissəsi  sonradan  geri  qayıda  bildilər.  Daşnakların 

hakimiyyətdə  olduğu  2 il yarımlıq dövr ərzində  489  min nəfər azərbaycanlı  qətlə 

yetirildi,  157  kənd  tamamilə,  67  kənd  qismən  azərbaycanlılardan  "təmizləndi". 

Beləliklə,  1828-ci  ildən  başlayan  proses  1920-ci  ildə  indi  Ermənistan  deyilən 

ərazilərdə 738 türk-müsəlman kəndindən yerli qədim əhalinin qovulması və həmin 

yaşayış məntəqələrinin tam erməniləşdirilməsi ilə yekunlaşdı. 1918-1920-ci illərdə  

Ermənistan hökuməti ələ  keçirdiyi Azərbaycan torpaqları ilə kifayətlənmir, digər 

ərazilərə,  o  cümlədən  Qarabağ,  Naxçıvan,  Zəngəzura  iddialar  irəli  sürür,  qoşun 

yeridirdi. 1918-ci ilin ortalarında erməni   silahlı dəstələri  Andronik, Dro,  Njdenin 

başçılığı  altında  Qarabağ,  Zəngəzur,  Naxçıvana  soxularaq  kütləvi  qırğınlar 

törətdilər.  1918-ci  ilin  martında  10  minlik  erməni  ordusu  Naxçıvanın  Düşün, 

Vənənd,  Xanağa,  Ağrı  və  digər  kəndlərinin  üzərinə  hücuma  keçdilər.  Az  sonra 

onlar  Ordubad  üzərinə  yeridilər.  Düşmən  müqavimətlə  rastlaşaraq  geri  çəkilməli 

oldu. Həmin vaxt onların Zəngəzura    hücumları  da    uğursuzluqla    nəticələndi. 

Andronikin  quldur  dəstələri 1918-ci   ilin  may-avqust  aylarında irəliləyə bildilər. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə