N. Z. Haciyeva



Yüklə 11,89 Mb.
Pdf görüntüsü
səhifə105/116
tarix30.10.2018
ölçüsü11,89 Mb.
#76803
1   ...   101   102   103   104   105   106   107   108   ...   116

qırğız,  uyğur,  krım  tatarları,  tuva,  xakas,  şor  və  tofalar 
dillərində  rast  gəlinir:  tat. 
tuğan  i l '  doğm a  ö lkə \
  tuv. 
totkan 
k i j i ' do ym u ş adam   ',
 özb. 
ü tq e n y b l'  keçm iş i l  \
  q.-bol. 
bişqen 
e t  '  b işm iş  ə t  ',
  q.-qalp. 
tuw ğan  bala  '  doğulm uş  uşaq ',
  şor. 
uşkan ağaş  'y ıx ılm ış  ağac
  noq. 
atblğan o!f  '  atılm ış o x  ',
  xak. 
atxan  ançı  'a tə ş   açm ış  o v ç u ',
  qazax, 
kelq en   k is i  'g ə lm iş  
a d a m
'  və s.
Oğuz  dillərində  Türkiyə  türkcəsindəki 
k u r q a n 'q a la ' 
tipli  nümunə 
-ğanjl-lşan
  fe'li  sifətinin  qalığıdır,  bu  o  deməkdir 
ki,  həmin  forma  vaxtilə  bütün  türkcələrdə  olmuş,  ancaq 
sonralar oğuz dillərində onu 
-m ış
 şəkilçisi sıxışdırmışdır.
Əvvəllər  həm  qıpçaq,  həm  də  oğuz  dillərində 
-ğan 
şəkilçisi  ilə  fe'li  sifət  və  sifət mə'nası yaranmışsa,  demək,  belə 
təsəvvür  etmək  olar  ki,  ulu  dil  dövründə  asılı  üzvü 
-капЦ-ğan 
şəkilçili tə'yini  söz birləşməsi mövcud olmuşdur.
2. 
-an/j-yan
  şəkilçili  fe'li  sifət.  Bu  modelə  cənub-qərb 
qrupu  türk  dillərində  rast gəlmək olur:  azərb. 
uçan  quş,
  türkm. 
q elyən  adam   'g ə lə n  adam   ',
 ancaq 
qelen a d a m 'g ə lm iş adam   '.
-an
 fe'li  sifət affıksi  vaxtilə  qıpçaq dillərində  olmuş,  indi 
isə tamam yox olmuşdur.
3. 
-d ik
 şəkilçili  fe'li  sifət:  türkm. 
e kilm e d ik  y e r 'y a ş a y ış  
olm ayan  y e r ',
  azərb. 
a ld ığ ım   kitab,
  türk, 
kazılm adık  a(ğ)  ac, 
qaq. 
o ld u .iş’ b itm iş  i ş ',   -d ik
 fe’li  sifətli  tə'yini  söz  birləşməsi 
keçmiş türk yazılı abidələrində qeydə alınmışdır.
Ulu  türk  ümumiliyi  dövründə 
-dık/l-tılş
  affıksinin 
mövcudluğu  bu  giin  onların  müxtəlif  qruplu  türk  dillərində 
olması  ilə  təsdiqlənir:  tat. 
% a ° ld b k 'q a lıq ',  y a ° s tb ı'y a s tıq ', 
türk, 
b ild ik ' tanış '
  və s.
Görünür, 
-d ılf
 affıksli  adlar  fe'li  sifət  mə'nası  aldığından 
"fe'li  sifət+isim"  söz  birləşməsinin  əmələ  gəlməsi  mümkün 
olmuşdur.  Sonralar  zonalar  üzrə  təbəqələşmə  baş  vermişdir. 
Qıpçak  billərində 
-dik:
 şəkilçili  ad  xüsusi  inkişaf  etməmişdir. 
Oğuz  dillərində  müəyyən  zaman  müddətində  bunlar  çox 
məhsuldar olmuş,  sonralar isə tamamilə azalmışdır.
330
-m ış
 şəkilçili  fe'li  sifət:  azərb. 
sın m ış ağac,
  türk, 
g itm iş 
adam,
  qaq. 
b a .ld ılm ış  töprak  '  b ərkid ilm iş  to rp a q ',
  yakut. 
oxtubus  m a s  'y ıx ılm ış   ağac
 \  
-m ış
  şəkilçili  fe'li  sifət  vaxtilə 
fe’ldən  yaranan  sifət  olmuş,  hərəkətin  nəticəsini  bildirmişdir. 
Sonralar  bu,  oğuz  dillərində  fe'li  sifətin  keçmiş  zamanma 
çevrilmişdir.  Lakin  qıpçaq dillərində bu,  fe'li  sifət  olmuşdurmu 
sualı  açıq  qalır.  Ona  görə ki,  qıpçaq  dillərində  onlarm  fe'li  sifət 
kimi  istifadə  olunmasım  göstərən  kifayət  qədər  dəlil-qalıqlar 
yoxdur.
5. 
-r (-ır,  -ar),  -m as
 şəkilçili  fe'li  sifət.  Bu  cür modellərə 
türk  dillərinin  müxtəlif  areallarında  rast  gəlinir:  özb. 
ölşar 
s u w 'a x a r   s u ',
  yakut. 
b ilə r  k ih i  'b ilə n   a d a m ',
  tat. 
ə y tə r 
s ü z ' d e y ilə c ə k  s ö z ',
  tuv. 
k e lir  ç ıl  'g ə lə c ə k  i l '
  (hərfən: 
o  i l  ki, 
o g ə ləc ə k).
-/•şəkilçili  fe'li  sifətin  iştirakı  ilə  yaranmış  müəyyən  söz 
birləşmələrinin meydana gəlməsini  ulu türk birliyi  dövrünə  aid 
etmək  olar,  belə  ki, 
-r
 şəkilçili  fe'li  sifət  ya  bilavasitə,  ya  da 
qalıq  halında  bütün  türk  dillorində  özünü  göstərir.  Hal-hazırda 
onu  indiki  zamanın  başqa  fe'li  sifətləri  əvəzlədiyindən  türk 
dillərindən heç birində aktiv fe'li sifət deyil.
6. 
-açakjj-ecek
  şəkilçili  fe'li  sifət:  türk, 
g e lec e k   adam, 
azərb. 
b ö lü n əcək m əh su l,
  qaq. 
g e le c e k  у ı l ' g ə lə c ə k   U '.  -açak 
şəkilçili  fe'li  sifotin  inkişaf tarixi  olduqca  mürəkkəbdir  (Bax: 
"Fe’li  sifət").  Ulu  türk  dilində  tabeli  üzvü  fe'li  sifət  olan  söz 
birləşməsi 
-a ça ğ
şəkilçili  modeli olmamışdır.
7. 
~(u)çıH-(ü)çi
 şəkilçili  fe'li  sifət:  azərb. 
boğucu  b ir isti, 
qazax, 
jatakxanada  tıruşb  stu d en tter'ya ta q xa n a d a   yaşayan 
tə lə b ə lə r ',
  türk, 
tu tu cu  b ir adam.
  Bu  tip  tə'yini  söz  birləşməsi 
türk  dillərinin  geniş  bir  sahəsində  yayılmışdır  və  Özünü 
sonralar əmələ gəlmiş model  kimi göstərir.
Əvvəllər bu  tip  söz birləşməsi  ilkin  mərhələdə  nisbətən 
az olmuş  və  ola  bilsin  ki,  bir vaxtlar 
-çı
 şəkilçili  adın  xassə  və 
ya hər hansı bir şeyə meyillilik mə'nasını  ifadə edirmiş.
331


8. 
-oturğan
  morfemli  fe'li  sifət.  Onun  fonetik  dəyişmiş 
variantı,  ola  bilsin  ki, 
-(а)йзпЦ-(е)йп
  olmuşdur.  Bu  tip  söz 
birləşmələrinin, yayılma məhdudluğu onun nisbətən gec  əm ələ 
gəlməsini  göstərir.  Qazax, 
k e le tin   k i s i 'o   adam  ki,  lıö k m ə n  
g ə lə c ə k   \
  noq. 
okbytağan  k b z ' oxuyan  q ız  \
  özb. 
sö zid e n  
kaytm aydbğan 
adam  
'  sö zü n d ən d ö n m əyən   a d a m
uyğ. 
köridiqen kin o   '  g ö r m ə li film
 '.
9. 
-ası
 şəkilçili  fe'li  sifət.  Bu tip tə'yini  söz birləşmələri 
məhdud  yayılma  dairəsinə  malikdir:  azərb. 
tik ilə si  cv,
  başq. 
k ilə h i у ь л   '  g ə lə c ə k  i l
1.
Müxtəlif  türk  dil  qruplarında  fəaliyyət  göstərən 
-a sı 
affiksini  türklərin  ulu  dil  mərhələsinə  aid  etmək  olar.  Lakin 
sonralar bir sıra türk dillərində aradan çıxmışdır.
Qeyd etmək lazımdır ki, türk dillərinin çoxəsrli tarixində 
tə'yini  birləşmələr çox  az dəyişmişdir.  Onların bütün  tipləri  və 
həmçinin  tə'yini  söz  birləşmələrinin  bütün  morfoloji  dayaqlan 
saxlanmışdır.
Türk dillərində izafet
İzafeti  tə'yini  söz  birləşmələrinin  təzahürlərindən  biri 
hesab  etmək  olar.  İki  isim  arasındakı  izafet  münasibətlərini 
çoxlu  sintaktik  kateqoriyaların  anlaşılması  üçün  açar  kimi 
götürmək  olar.  Türkoloji  tədqiqatlarda  izafetin  öyrənilməsinə 
az  diqqət  verilməmişdir.  Lakin  e'tiraf etmək  lazımdır  ki,  türk 
izafetinin  təbiəti 
lazımi 
qədər  açılmamışdır. 
Sintaktik 
münasibətlərin  bu  tipinin  xüsusiyyətləri  nəinki  onun  başqa 
atributiv  münasibətlər  çərçivəsindən  çıxan  özəl  təbiətində 
müşahidə olunur, həm də onun ayrı-ayrı türk dillərindəki qeyri- 
standart  təzahüründə  görünür. 
Türk  dillərində  izafetin 
yaranması  onların  tipoloji  quruluşu  ilə  əlaqədardır.  Bütün 
tə'yini  qruplarında  olduğu  kimi,  izafet  türk  dillərində 
aqlütinativ  quruluşun  söz  sırası  qaydası  əsasında  qurulur: 
"tə'yin+tə'yin olunan".
332
İzafeti  adi  söz  birləşmə  tiplərindən  dəqiq  ayırmaq  üçün 
onun məzmun  tərəfi  müəyyən olunmalıdır.
İzafet tə'yini  qrupdur ki,  burada  isimlə  ifadə  olunan  əsas 
üzv  başqa  predmetə  ya  mənsubiyyətə  görə,  ya  da  müxtəlif 
münasibətlər baxımından müəyyənləşir.
Türkologiyada  adətən  izafetin  üç  tipini  göstərirlər:  I,  11 
və III  növ izafetlər.
I növ izafet
Bu tip izafetin  morfoloji  göstəriciləri  yoxdur,  əslində  elə 
söz birləşməsidir ki, baş üzv  isimdən,  tabeli  üzv  sifətdən  ibarət 
olur.  M əsələn,  belə:  tat.  zən q er k ü k ' m avi soma
 
türk.  Kara 
d ə n iz' Qara d ən iz
 
V  Bu cür aydınlaşdırılması birinci  tip izafetin 
adyektivləşmə  bildirmesiylə  olqədardır,  müq.  azərb.  dom ir 
qatı,
 
tat.  a°ğaş /faşık'ağac qaşıq 
\
 qazax,  a y ja ih k 'a y  işığı
 
’  və 
s.
I  növ izafet o dövrdə meydana gəlmişdir ki,  o  zaman  ulu 
türk 
dilində 
buna  bənzər  konstruksiyalar 
olmamışdır. 
Mənsubiyyət  münasibəti  g ö l  sa h il'g ö lü n   s a h i l i a t a   e v ' ata 
e v i
'
  və  s.  tipli  iki  ismin  sadə  yanaşması  şəklində  ifadə 
olunmuşdur.  I  növ  izafetin  meydana  gəlməsi  iki  ismin 
birləşməsinin  nəticəsidir.  Bu  birləşmə  iki  şəraitdə  həyata 
keçirilə  bilər:  1)  izafet  konstruksiyasının  birinci  üzvü  öz 
mə'nasına  görə  sifətə  çevrilir;  2)  to'yiıı  scmaııtik  cəhətdən 
ixtisaslaşır:  tə'yin  olunan  predmetin  hazırlandığı  maddə  və  ya 
materialı  göstərir,  məs.  türk,  dem ir yo l,
 
qazax,  tiyıı  iş ik ' dələ 
kürkü 
',
 qırğ.  bolot kalem   ' polad qələm
 
'  və s.
II növ izafet
I  növ  izafet  II  növ  izafetdən  morfoloji  planda  onunla 
fərqlənir  ki,  bu  izafet  konstruksiyasının  ikinci  üzvü  3-cü  şəxs
333


Yüklə 11,89 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə