Pul - dünyəvi uğuru ölçən vasitədir.
Pul - ən yaxşı dünya nemətlərindən zövq almaq imkanı yaradır.
Pulu heç vaxt itməyən adamlar, onu əldə etməyin sadə
qanunlarını anlayanlardır.
Pul, bu gün də, altı min il qabaq olduğu kimi, Babil küçələrində
ciddi-ciddi var-gəl edən imkanlıların qanunlarına tabedir.
Qızıla ehtiyacı olan adam
A
rabaları düzəldən Babilli usta Bansir, dərin niga-
rançılıq içində idi. Öz mülkiyyətini əhatə edən
alçaq bir hasarın altında oturub, sadə daxmasına və
içərisində tamamlanmamış araba olan qapıları açıq ema-
latxanasına qəmgin nəzərlərlə baxırdı.
Onun həyat yoldaşı da arabir qapının kandarında
görsənirdi. Ona yönləndirdiyi xəlvəti baxışlar, aydın ola-
raq bildirirdi ki, ət torbası boşalmaq üzrədir. Bansir ar-
tıq çoxdan əlinə çəkic və baltanı götürüb, təkərlərin çər-
çivəsinə dəri çəkməli, arabanı cilalayıb rəngləməli və varlı
sifarişçiyə satmalı idi.
Yalnız onun möhkəm və əzələli bədəni hələ də yerindən
tərpənmirdi. Fikirlər onun beynində asta-asta dolaşaraq,
heç cür cavab tapa bilmədiyi problemi saf-çürük edir-
di. Evfrat vadisi üçün adi olan tropik günəş şüaları onu
rəhmsizcə yandırırdı. Usta tər damcılarının qaşlarından
süzülərək sinəsindəki sıx tüklərin içərisində itməsindən
xəbərsiz idi.
11
Onun evinin arxasında hökmdar sarayını əhatə edən pilləkənli
hündür divarlar ucalırdı. Yanında isə göy səmanı dəlib keçən Val
ehramının əlvan rənglərə boyanmış günbəzi yüksəlirdi. Onun sadə
yaşayış yeri ilə birlikdə daha da yoxsul və baxımsız daxmalar bütün
bu möhtəşəmliyin kölgəsində qalırdı. Babil bütünlükdə, gözə çarpan
dəbdəbəsi ilə kübarlığm və açıq-aşkar yoxsulluğu ilə baxımsızlığın
vəhdətini təmsil edərək, heç bir plan və sistem olmadan tikilmişdir.
Əgər o zəhmət çəkib arxasına dönsəydi, orada varlı sakinlərə
məxsus çox sayda fayton, çarıqlı tacir kütlələrini və ayaqyalın
yoxsulları görərdi. Hətta varlılar da arabir yolkənarı navalçalara
çəkilib, asma bağların suvarılması üçün ağır tuluqlarla su daşıyan
hökmdar qullarının uzanan cərgəsinə yol verərdilər.
Bansir şəhərdəki vəlvələyə qulaq verməyəcək qədər öz fikirlərinə
qapılmışdı. Yalnız lira alətinin simlərinin gözlənilməz cingiltisi onu
düşüncələrindən ayılmağa məcbur etdi. O, çönüb ən yaxın dostu
musiqiçi Kobbinin tanış gələn, gülümsəyən üzünü gördü.
- Tanrı səndən razı olsun, dostum mənim, - deyərək Kobbi öz
əlvan salamlamasına başladı. - Görünür, onlar artıq səni layiqincə
mükafatlandırıblar ki, işsiz otura bilirsən. İcazə ver sənin uğuruna mən
də sevinim. Hətta sevincini səninlə bölüşməyə də hazıram. Görünür,
sənin pul kisən doludur, əks halda, sən var gücünlə emalatxanada
işləyərdin. Ona görə yaxşılıq elə, ordan ikicə qara qəpik çıxardıb
əyanların axşamkı bayram məclisinə qədər mənə
12
borc ver. Sən onların yoxluğunu hiss etməmiş, onlar sənə qayıdacaq.
- Əgər mənim ikicə şekelim
1
olsaydı, - Bansir hüznlə cavab verdi,
- mən onu heç kimə verməzdim, hətta sənə də, çünki o mənim bütün
var-dövlətim olmuş olardı. Axı heç kim bütün var dövlətini, hətta öz
yaxınına belə verməz.
- Mən nə eşidirəm? - Kobbi səmimi təəccübü ilə hayqırdı. - Sənin
pul kisəndə şekel yoxdur və sən heykəl kimi hasarın altında
oturmusan? Axı niyə sən öz arabanın işini bitirmirsən? Sən mənim
zərif iştahamı necə təmin etməyi düşünürsən? Bu sən deyilsən,
dostum mənim. Sənin tükənməyən gücün hardadı? Bəlkə Tanrı sənin
üzərinə bir bədbəxtlik göndərib?
- Ola bilər, bu ilahinin sınağıdır, - Bansir razılaşdı. - Hər şey
mənim gördüyüm yuxudan sonra başladı. Tamamilə mənasız yuxu.
Yuxuda görürdüm ki, mən varlıyam və kəmərimdən içi qəpiklərlə
dolu gözəl bir pul kisəsi sallanıb. İçində o qədər şekel var idi ki, say-
hesab bilmədən yoxsullara paylayırdım. Oradakı gümüş qəpiklərlə
isə, həyat yoldaşıma ləl-cavahirat və istədiyim hər şeyi aldım. Qızıl
qəpiklər isə mənə gələcəyim sarıdan arxayınlıq verdiyi üçün gümüş
qəpikləri xərcləməyə çəkinmirdim. Mənim sevincim aşıb-daşırdı.
Sən məni görsəydin, tanımazdın. Həyat yoldaşımı da tanımazdın.
Onun üzündə bir dənə də olsun qırış yox idi və sevincindən gözləri
işıq saçırdı. O, toy günlərimiz ərəfəsindəki həmən gülərüz qız
olmuşdu.
1
Pul vahidi
13
- Nə deyəsən... gözəl yuxudur. - Kobbi razılaşdı. - Bəs niyə belə
gözəl fikirlərdən sonra, sən büt kimi burada, hasarın altmda donub
qalmısan?
- Nə üçün soruşursan? Əşi, ona görə ki, oyanıb pul kisəmin boş
olduğunu xatırlayanda, yaman pis oldum. Gəl birlikdə düşünüb həll
yolu tapaq. Dənizçilər demişkən, biz ki, səninlə eyni qayıqda
oturmuşuq. Biz uşaq olanda, keşişlərin yanına elm öyrənməyə birgə
gedərdik. Yeniyetmə ikən bir yerdə oynayardıq, böyüdükdən sonra isə
yaxşı dostlar olaraq qaldıq. Biz sevinirdik ki, saatlarla yorulmaq
bilmədən işləyib, əldə etdiyimiz qazancı, sonra sonuna qədər xərcləyə
bilirdik. Axı o illərdə biz heç də az qazanmırdıq. Sən demə, zənginliyi
ancaq yuxuda görmək olarmış. Biz axmaq qoyunlar deyilik, bəs
nəyik? Biz dünyanın ən varlı şəhərində yaşayırıq. Ətrafda o qədər cah-
calal varkən, bizə bundan heç nə çatmır. Ömrünün yarısını ağır
zəhmət içində keçirən sən, mənim ən yaxın dostum, boş pul kisəsi ilə
yanıma gəlib, axşama qədər hansısa ikicə qara qəpik pul borc
istəyirsən. Bəs cavabında nə eşidirsən, məgər, mən dedim ki: «A1,
götür pulu, mən səninlə bölüşməyə həmişə şadam?» Yox, etiraf
etməliyəm ki, mənim də pul kisəm səninki kimi boşdur. Bu nə işdir?
Nə üçün bizim nə gümüşümüz, nə qızılımız, nə də ərzaq və pal-paltar
almağa imkanımız var?
Hələ bir oğullarını düşün, - Bansir davam etdi. - Axı onlar bizim
yolumuzla gedirlər. Yəni ətrafda bu qədər qızıl var ikən, onlar, onların
ailələri, onların uşaqları, uşaqlarının ailələri də bizim həyatımızı
yaşayacaqlar? Olmaya onlar da şam yeməyinə keçi südü və yulaf
yarmasından başqa heç nə görməyəcəklər?!
14
- Bansir, dostluq etdiyimiz bütün illər boyu sən mənimlə bu barədə
heç vaxt danışmamısan. - Kobbi narahat görünürdü.
- Axı mən bu haqda əvvəllər heç düşünməmişəm də. Səhər tezdən,
qaş qaralanadək işləyib yan-yörəmizin ən yaxşı araba düzəldəni kimi,
ümid edirdim ki, bir gün gələcək və Tanrı mənə zənginlik bəxş
edəcək. Elə hey gözlədim, naümid qaldım. İndi anlayıram ki, gözüm
yolda qalacaq. Ona görə də ürəyimdə qubar var. Mən varlı olmaq
istəyirəm. İstəyirəm ki, torpağım və mal-qaram olsun, zərif
geyimlərdə gəzim, pul kisəm isə qəpiklərlə cingildəsin. Belimdə
gücüm, əllərimdə bacarığım və beynimdə ağlım olduqca, bu amal
uğrunda çalışacağam. Tək istəyim odur ki, əziyyətim hədər getməsin.
Səndən soruşuram, axı nə olub bizə? Nə üçün başqalarının qızılla
aldıqlarını, biz haqqımız çatdığı halda ala bilmirik?
- Kaş ki, bilsəydim, - Kobbi cavab verdi. - Heç mən də yaxşı
deyiləm. Lirada çalmaqla qazandığım bütün pullar tez bir zamanda
əldən çıxır. Dəridən-qabıqdan çıxıram ki, ailəm yoxluq çəkməsin.
Mən isə istəyərdim ki, böyük bir liram olsun və beynimdəki bütün
musiqiləri orada canlandıra bilim. Bu cür alətdə elə çalardım ki, bəlkə
də şahzadə belə, buna bənzər heç nə eşitməyib.
- Hə, yaxşı olardı. Babildə elə bir adam yoxdur ki, simləri bu cür
həzin titrədə bilsin. Belə olan halda, nəinki şahzadə, Tanrı da
sevinərdi. Hər ikimiz şahzadə qulları qədər kasıb ikən, belə bir şey
necə baş verə bilər? Zınqırov səsi eşidirsən? Bax, onlar gəlir.
15
O, işarə edərək çay qırağından uzanan dar küçə ilə tərli və
yarıçılpaq şəkildə su daşıyanların uzun cərgəsini göstərdi. Onlar ağır
su tuluqlarının altında ikiqat bükülmüş halda, hər sırada beş nəfər
olmaqla addımlayırdılar.
- Onları aparana bax bir. - Kobbi hamıdan öndə gedən zınqırovlu
atlıya işarə etdi. - O dəqiqə görsənir: qəddi- qamət.
- Bansir cavab verdi - cərgədə hər cür qəddi-qamətə rast gəlmək
olar. - Onlar da bizim kimi adamlardır. Bax, hündür və ağbənizlilər -
şimal tərəfdəndirlər. Alçaqboy- lu və qarabuğdayılar - qonşu
ölkələrdəndir. Hamısı da gündən-günə, ildən-ilə çaydan bağlara qədər
ora-bura yol gedirlər. Yaxşı heç nə gözlənilmir. Yatmaq üçün saman
döşək, yeməyə bərk yarma. Yazıqlara rəhmim gəlir.
- Mənim də rəhmim gəlir. Dərindən düşünsək, bizim nəyimiz
onlardan üstündür? Halbuki azad insanlarıq.
- Düzdür, Kobbi. Xoşagəlməz fikirlərdir. İldən-ilə davam edən
qul həyatını yaşamaq istəmirəm. Hər zaman iş, iş, iş! Əvəzində isə heç
nə.
- Bəlkə başqalarından qızılı necə əldə etməyi öyrənərək, onlar
kimi edək? - Kobbi təklif etdi.
- Bəlkə də bunda nə isə bir sirr var. Araşdırmaq lazımdır, - Bansir
fikirli-fikirli cavab verdi.
- Yeri gəlmişkən, mən bu gün köhnə dostumuz Arkadı görmüşəm.
Qızıl arabada gedirdi. Hətta sənə deyim ki, o bir çoxlarının edəcəyi
kimi, üzünü çevirmədi. Əksinə, elə
16
əl elədi ki, bütün avaralar onun gülümsəyərək və dostcasına musiqiçi
Kobbi ilə salamlaşmasını gördülər.
- Deyirlər, o, Babildə ən varlı insandır, - Bansir fikirli- fikirli
söylədi.
- Elə varlıdır ki, hətta hökmdar özü xəzinədəki hesab düz
gəlməyəndə, ona qızıl üçün müraciət edir.
- Gör bir, necə var-dövlətdir? Deməyə çəkinirəm, əgər onu
hardasa qaranlıq bir yerdə görsəydim, pul kisəsini qamarlayardım.
- Cəfəngiyyatdır, - Kobbi cavab verdi. - Var-dövlət insanın
üstündə gəzdirdiyi pul kisəsində deyil. Hətta ən qalın pul kisəsi belə,
onu dolduran qızıl mənbəyi olmayanda, tez boşalır. Arkadın elə bir
gəlir mənbəyi var ki, o nə qədər comərd pul paylasa da, kisəsini
qurumağa qoymaz.
- Gəlir yaxşı şeydir, - Bansir razılaşdı. - Yaxşı olardı ki, mənim də
hər hansı bir gəlirim olub, mən burada hasarın altında oturarkən və ya
uzaq ölkələrə səfər edərkən, pul kisəmə axardı. Arkad gəlir əldə
etməyin yolunu bilməmiş olmaz. Bəlkə o bunu mənim küt beynimə
izah edər?
-
Düşünürəm ki, o bu elmi oğlu Nomasirə öyrədib, - Kobbi
cavab verdi. - Axı o, Nineviyaya getmiş və deyilənə görə, atasının
köməyi olmadan, bu şəhərin ən varlı insanlarından biri olmuşdur.
-
Kobbi, sən mənə yaxşı bir fikir verdin. - Bansirin gözlərində
yenidən bir qığılcım yarandı. - Köhnə dostumdan məsləhəti pulsuz da
almaq olar. Axı Arkad bizə həmişə dost olub. Vacib deyil ki, bizim
pul kisəmiz keçən ildən
qalma şahin yuvası kimi boşdur. Bu da bizi dayandırmaz. Dəbdəbə
arasında pulsuz gəzməkdən bezmişəm, varlı olmaq istəyirəm. Gəl
gedək Arkadın yanma və öyrənək görək ki, gəliri necə əldə etmək
olar.
- Mən bir şeyi anladım, Bansir. Mənə çatdı ki, niyə biz heç vaxt
varlanmağın üsulunu tapa bilməmişik. Çünki biz onu heç vaxt
axtarmamışıq. Sən Babilin ən yaxşı arabalarını düzəltmisən. Sənin
bütün zəhmətin elə onlara sərf olunurdu. Ona görə də sən varlı ola
bilməmisən. Mən isə, lira alətində ən yaxşı çalğıçı olmağa
çalışmışam, ona görə də indi yoxluq çəkirəm. Qüvvə sərf etdiyimiz
işlər, bizdə yaxşı alınırdı. Bizim bu işləri davam etdirməyimiz təqdiri
ilahi imiş. İndi isə biz, nəhayət, günəş çıxmasına bənzəyən bir işıq
gördük. Təki, biz öyrənək, gerisi asandır, varlanmağın yolunu taparıq.
- Arkadın yanına elə indi gedək, - Bansir təklif etdi. Gəl bizim
kimi həyat sürən bütün köhnə dostlarımızı da çağıraq, qoy onlar da
öyrənsinlər.
- Mənim tanışlarımın içərisində sən hər zaman ən ağıllısı olmusan,
ona görə də sənin dostun çoxdur. Necə desən, elə də olacaq. Elə indi
gedək və hamını özümüzlə aparaq.
18
Ən varlı adamın
ə
n q
ə
dim sirri: nec
ə
varlanmalı
B
ir zamanlar qədim Babildə Arkad adlı çox var-
lı adam yaşayırdı. Onun var-dövlətinin şanı hər
yerə səs salmışdı. O öz xeyirxahlığı ilə şöhrət qazanmış-
dı.
O,
dəyanət işlərində əliaçıq olub, özünün və ailəsinin
xərclərində xəsislik etməzdi. Amma bununla belə, onun var-
dövləti hər il, xərcləyə biləcəyindən daha sürətlə artırdı.
Gənclik illərinin dostları onun yanına gəlib soruşdular:
- Arkad, sən bizdən bəxtəvərsən. Sən Babilin ən zəngin
adamı olmusan, biz isə həyatda qalmaq üçün, dəridən-
qabıqdan çıxırıq. Sən, ən gözəl libaslar geyinib, ən nadir
nemətləri dadarkən, biz və bizim ailələrimiz nə gəldi geyi-
nib, tapa bildiyimiz azuqə ilə kifayətlənməli oluruq.
Axı biz bir vaxtlar bərabər idik. Biz eyni müəllimlərdən
dərs almışıq. Biz eyni oyunları oynamışıq. Sən təhsildə də,
oyunda da bizdən üstün deyilsən. Heç növbəti illərdə də
sən bizdən daha hörmətli vətəndaş olmamısan.
19
Nə bizdən artıq zəhmət çəkmisən, nə də işin bizimkindən ağır
olub. Onda, həyatın bütün imkanlarından faydalanmaq üçün, dəyişkən
uğur nə üçün məhz səni seçdi və bizə heç fikir də vermədi, hərçənd,
biz bunu səndən az arzulamırdıq?!
Arkad isə onlara bu cür etiraz etdi:
- Əgər siz, gəncliyimizin üzərindən keçən bu qədər illər ərzində
yalnız öz kasıb dolanışığınız üçün qazanmısınızsa, bu ancaq ona
görədir ki, siz ya var-dövlət qazanmağı idarə edən qanunlardan
bixəbər olmusunuz, ya da bilib, əməl etməmisiniz.
Uğur - çox qəddar ilahədir, o, hər zaman hamıya kömək etmir.
Əksinə, əvvəlcə, layiq olmadığı halda qızıla tutduğu istənilən adamı,
sonradan, böhrana uğradır. O, bədxərcləri lazımsız xərclərə salır və
onlar əvvəllər əldə etdikləri hər şeyi tezliklə əldən buraxıb, öz ifrat
tələbatları
və
ehtiyaclarını
ödəyə
bilməməklə
qalırlar.
Müvəffəqiyyətin üzünə güldüyü digər insanlar isə, öz sərvətini
gizlətməyə başlayıb ondan azacıq olsun xərcləməkdən çəkinərək,
xəsisləşirlər. Çünki yaxşı bilirlər ki, itiriləni geri qaytarma imkanları
olmayacaq. Bununla yanaşı, talançılara qarşı onları daima bir qorxu
boğur ki, bu da həyatlarını boş və məhzun edir.
Elələri də var ki, layiqsiz yerə əldə etdikləri qızılı əllərində elə
qoruyub saxlamağa nail olurlar ki, ömür günlərinin sonunadək sağlıq
və firavanlıq içində yaşaya bilirlər. Lakin belə insanlar azdır, mən
onlar barəsində, sadəcə, eşitmişəm. Gözlənilmədən, yüklü miras
qazanan
20
adamları xatırlayın, sonra düşünün, sözlərimdə həqiqət varmı?!
Onun dostları təsdiq etdilər ki, onlara tanış olanların arasından
miras qazanmış hər bir adama, bu sözlər uyğun gəlir. Belə olan
təqdirdə, onlar xahiş etdilər ki, o bu qədər var-dövləti necə əldə
etdiyini izah etsin və Arkad öz sözünə davam etdi:
- Gəncliyimdə, mən o qədər yaxşı şeylər görmüşəm ki, onlar
xoşbəxtlik və rifah gətirə bilərdilər. Və mən anladım ki, yalnız
zənginlik onları əldə etməyə kömək edəcək. Varlı olmaq - böyük
qüvvədir. Onun sayəsində çox şey mümkün olur. Öz evini ən bahalı
əşyalarla döşəyə bilərsən. Uzaq sahillərə çıxa bilərsən. Uzaq ellərdən
gələn nemətlərdən dada bilərsən. Zərgərlərdən ən gözəl zinət
əşyalarını ala bilərsən. Müqəddəslərə möhtəşəm məbədlər tikə
bilərsən. Ruhun oxşanıb, hisslərin həzz aldığı buna bənzər bir çox
şeylər etmək olar.
Mən bütün bunları anlayanda, belə qərara gəldim ki, bu dünyəvi
nemətlərdən payıma düşəni almalıyam. Mən bir kənarda dayanıb,
digərlərinin həyatdan necə zövq aldıqlarını izləmək istəmirdim. Mən
cırıq-cındır geyinmək istəməyib, layiqincə görsənməyə can atırdım.
Mən fəqir taleyi ilə qane olmaq istəmirdim. Mən bu həyat ziyafətində
qonaq olmaq istəyirdim.
Mən sizin də bildiyiniz kimi, çiyinlərində böyük ailənin yükünü
daşıyan, kasıb bir tacirin oğlu idim və miras alacağıma dair heç bir
ümidim yox idi. Sizin də dediyiniz kimi, dahiyanə ağıl və
keyfiyyətlərlə fərqlənməyən mən, belə
21
qərara gəldim ki, istədiyim hər şeyi əldə etmək üçün vaxt və bilik
lazımdır.
Vaxta gələndə, digərlərində də olduğu kimi, məndə də o bol idi.
Varlanmaq üçün sizin də vaxtınız kifayət qədər çox idi. Amma siz
etiraf edirsiniz ki, haqlı olaraq fəxr edə biləcəyiniz ailələrinizdən
başqa, sizin heç bir varınız yoxdur.
O ki qaldı biliyə, məgər bizim müdrik müəllimimiz bizə
deməyibmi ki, o, iki cür olur: birini biz məktəbdə qazanıb yadda
saxlayırıq, digəri isə bilmədiyimizi harada axtarıb tapmağı bizə işarə
edən təcrübədən irəli gəlir.
Elə buna görə də qərara gəldim ki, var-dövlət toplamağı öyrənim,
sonra isə bunu - öz məqsədimə çevirim. Məgər sağ olduğumuz
müddətdə, başımız üzərində günəş bərq vurduqca, həyatdan zövq
almaq doğru deyil?! Axı kölgələr aləminə köçməli olduğumuz zaman,
qəm-qüssə icazəsiz gələcək.
Mən yazı palatasında katib vəzifəsi işini tapıb, hər gün saatlarla
gilli cədvəllərin üzərində yorulmadan çalışırdım. Ağır zəhmət içində,
həftə həftəni, ay ayı qovurdu, amma qazanc gözə görsənmirdi. Yemək,
geyim, tanrılara qurbanlar və digər artıq heç xatırlamadığım şeylər,
bütün qazancımı alıb götürürdü. Lakin varlanmaq arzusu məni tərk
etmirdi.
Bir gün qubernatorun evinə Əlqamis adlı sələmçi gələrək, mənə
Doqquzuncu qanun maddəsindən siyahı sifariş verdi. O dedi:
22
-
Bu siyahı mənə iki gün ərzində lazımdır və əgər işi vaxtında
təhvil alsam, sənə iki mis qəpik verəcəyəm.
Mən səylə çalışırdım, amma qanun çox uzun idi və Əlqamis ikinci
dəfə gələndə iş hələ hazır deyildi. O əsəbiləşdi. Əgər mən onun qulu
olsaydım, çox güman, məni döyərdi. Amma onun mənə xətər
yetirməsinə qubernatorun imkan verməyəcəyini bildiyim üçün,
qorxmayaraq dedim:
-
Əlqamis, sən çox zəngin adamsan. Bəs mən necə varlana
bilərəm, əgər bunu mənə söyləsən, söz verirəm ki, gecəmi-
gündüzümə qatıb, işini sübh tezdən hazır edəcəyəm.
O, gülümsəyərək cavab verdi:
-
Ax, səni dələduz, mən bu sazişi qəbul edirəm.
Bütün gecə belim ağrıdan sızlasa da, yanan fitilin iyindən başım
çatlasa da, gözlərim artıq görməsə də, gil cədvəllərinin üzərində
dayanmadan çalışdım. Onun sübh tezdən gəlişi üçün bütün cədvəllər
hazır idi.
-
İndi isə, - mən dedim, - vədinə sadiq qal.
-
Sən sazişimizin öz boynuna düşən hissəsini yerinə yetirdin,
oğlum, - o, nəvaziş ilə söylədi, - mən də öz öhdəmə düşəni etməyə
hazıram. Mən sənə bilmək istədiyin hər şeyi danışacağam, çünki artıq
yaşlanmışam, yaşlılar isə dil boğaza qoymamağı sevirlər. Cavanlar
yaşlıların yanına məsləhət dalınca gəldikdə isə, illərin qazandırdığı
müdrikliyi alırlar. Cavanlıq, əksər hallarda elə düşünür ki, qocalıq,
ancaq onlara heç bir faydası toxunmayacaq ötən
23
illərin müdrikliyinə bələddir. Unutma: bu gün səmada bərq vuran
günəş - sənin atan doğularkən də işıq saçırdı, nəticələrindən
sonuncusunun bu dünyanı tərk edəcəyi gün də işıq saçacaq. Gənclərin
fikirləri, - o davam etdi, - göydən qəfildən keçən meteorların parlaq
işığına bənzəyir. Yaşlıların müdrikliyi isə - daimi ulduzların işığı kimi
o qədər sabitdir ki, dəniz səyyahları belə öz yol koordinatlarını onunla
müəyyən edə bilər.
Mənim sözlərimi yaxşı xatırla, əgər sənə açacağım o həqiqətləri
mənimsəməsən, düşün ki, gecə çəkdiyin bütün əziyyət hədər yerə
imiş.
O, qıllı qaşlarının arasından məni diqqətlə süzərək, alçaq səslə
söylədi:
- Mən varlanmanın yolunu onda axtarıb tapdım ki,
Dostları ilə paylaş: |