N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
babilin-en-varli-adami

DÖRDÜNCÜ ÇARƏ 
SOG&
 
Əmanətlərinizi itkidən qoruyun
 
Bədbəxtlik  qızılın  parıltısı  ilə  cəlb  olunur.  Pul  kisəsindəki  qızılı 
itkidən yaxşıca qorumaq lazımdır. Bu səbəbdən, ağıllı adam əvvəlcə 
çox da böyük olmayan məbləğlər yatırır və onları qorumağı öyrənir. 
O vaxta qədər ki, onun daha böyük bir şeylə risk edə biləcəyini Tanrı 
mümkün  buyursun,  -  Arkad  dördüncü  gün  tələbələr  qarşısındakı 
nitqinə  belə  başladı.  -  Qızılı  olan  hər  bir  kəs  vaxtaşırı  olaraq  onu, 
gözünə etibarlı görünən işə böyük məbləğlə yatırım etmək tamahına 
düşür. O bunu çox vaxt dost və yaxınlarının nümunəsinə uyğun edir. 
Pul  yatırımının  birinci  əsas  prinsipi  -  əsas  sərmayənin 
təhlükəsizliyinin təmin olunmasıdır. Əsas əmanətləri itirmək ehtimalı 
varkən,  böyük  gəlirlər  axtarmaq  nə  dərəcədə  məntiqlidir?  Deyil, 
deyirəm sizə. Riskə getməyin əvəzi hər şeyi itirməklə nəticələnə bilər. 
Yığdıqlarınızla ayrılmadan öncə, hər şeyi diqqətlə araşdırıb əmin olun 
ki, onlar sizə qayıdacaq. Mümkün qədər tez varlanmaq kimi romantik 
arzularınızla idarə olunmayın. 
49 


 
Öz  pullarınızı  hər  hansı bir  adama  əmanət  etmədən  öncə,  onun 
sizinlə  hesablaşa  bilmək  imkanına  və  insanlar  arasında  nə  qədər 
hörmətli  olduğuna  əmin  olun  ki,  ağır  zəhmətlə  yığdığınız 
əmanətlərinizi istəmədən ona hədiyyə etməyəsiniz. 
Pullarınızı  hər  hansı  bir  işə  yatırmaq  qərarını  almadan,  oradan 
gələ biləcək hər bir təhlükəni öncədən düşünün. 
Mənim birinci pul yatırımım faciə oldu. Bir il ərzində yığdığım 
hər şeyi uzaq dənizlərə səyahət edən Azmur adlı kərpic satana etibar 
etdim.  O  da  mənim  üçün  Tirada  finikiyalılardan  nadir  qiymətli  daş-
qaş  almağa  razılıq  verdi.  O  qayıdar-qayıtmaz  biz  onları  satıb,  əldə 
olunan gəliri bölməli idik. Finikayalılar dələduz çıxdılar və ona şüşə 
qırıqları satdılar. Mənim əmanətim isə batdı. Bugünkü ağlımla mən 
tez  anlayardım  ki,  daş-qaş  alış-verişini  kərpic  satana  həvalə  etmək 
axmaqlıqdır. 
Odur  ki,  mən  sizə  təcrübəmin  mənə  işarə  etdiyini  məsləhət 
görürəm:  qızılınızı  riskə  ataraq,  öz  məntiqinizə  etibar  etməyin.  İşi 
puldan keçən, bilikli adamlarla məsləhətləşin. Belə məsləhətlər pulsuz 
verilsə  də,  onların  dəyəri  çox  vaxt,  sizin  yatırım  etməyə 
hazırlaşdığınız  qızıhn  qiymətinə  bərabər  tutulur.  Əgər  siz  belə  bir 
məsləhət sayəsində pulunuzu itkidən qoruya bilmisinizsə, demək ki, 
bu həqiqətən də belədir. 
Bu da sizə boş pul kisələri üçün dördüncü çarə: 
yalnız etibarlı işə 
yatırım edib, onların geriyə gəlirlə qayıdacağından əminlik duyaraq, 
öz  əmanətlərinizi itkidən  qoruyun.  Müdrik  insanlarla məsləhətləşin. 
İşini bilənlərin məsləhətləri, qızıl dəyəri ilə ölçülür. İnşallah onların 
müdrikliyi sizin pul kisələrinizi qoruyar.
 
50 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə