ÜÇÜNCÜ ÇARƏ
Öz qızılınızı artmağa sövq edin
- Pul kisəniz dolmağa başladı. Siz bütün qazancınızın onda bir
hissəsini orada saxlamağa özünüzü məcbur etdiniz. Xərclərinizə
nəzarət etməyə başladınız ki, yığdığınızı qoruyasınız. İndi isə, pulun
sizin xeyrinizə işləməsi və artması üçün vasitələr axtarıb tapmaq
lazımdır. Pul kisənizdə yatan qızıl şöhrətpərəstliyinizi göstərib, ruhu-
nuzu sevindirə bilər, ancaq o heç nə qazandırmır. Yığdığınız qızıl -
yalnız ilk addımdır. Var-dövlət, qızılın pul qazanmağa başladığı
zaman gələcək - üçüncü gün Arkad tələbələr qarşısındakı nitqinə belə
başladı. - Qızılı işləməyə necə məcbur etmək olar? Mənim ilk
yatırımım uğursuz oldu və mən hər şeyi itirdim. Bu əhvalatı sizə sonra
danışa- cam. Mənim ilk yatırımım, Aqqar adında qalxan düzəldən
adama verdiyim pul borcu oldu. O, hər il dənizin o tayından öz
peşəsində istifadə etmək üçün çoxlu bürünc alırdı. Tacirlərə ödəmək
üçün kifayət qədər pulu olmadığından, o, artıq pul qənaəti olan
insanlardan borc götürürdü. O etibarlı insan idi. Götürdüyü bütün
borcu qalxanları satdıqdan sonra səxavətli faizlərlə qaytarırdı.
46
Hər dəfə mən ona verdiyimdən artıq alırdım. Beləliklə, yalnız
mənim pul ehtiyatım deyil, həm də ondan gələn gəlir də artırdı. Bu
pulların pul kisəmə qayıtdığını görəndə həzz alırdım.
Ey tələbələrim, sizə deməliyəm ki, insanın var-dövləti - özü ilə
pul kisəsində gəzdirdiyi pullarda deyil. Bu, insanın özü üçün təmin
etdiyi gəlirdir. Bu, pul kisəsinə daima axan və onu daha da
qalınlaşdıran qızıl axınıdır. Hər insanın arzusu budur. Hər biriniz
çalışmalısınız ki, bu axın siz işləməyəndə və ya səyahətə çıxanda belə
tükənməsin.
Mən böyük gəlirlər əldə etdim. O qədər böyük ki, məni varlı insan
adlandırırdılar. Mənim Aqqarla olan iş birliyim ilk gəlirli yatırımın
sınağı oldu. Bilik və təcrübə yığaraq, öz yatırımlarımı genişləndirdim.
Mənim pul kisəmə ilk öncə bir neçə, daha sonra bir çox mənbələrdən
qızıl axını cərəyan etməyə başladı.
Görürsünüzmü? Öz sadə qazancım ilə, hər biri mənə daha da çox
qızıl gətirən qızıl qullar ordusunu yaratmağı bacardım. Mənim var-
dövlətim böyüyənə qədər onlar, onların övladları və övladlarının
törəmələri də mənim üçün işləyirdi.
Qızıh düzgün idarə etsən, o tez çoxalar. Özünüz baxın: deyək ki,
bir kəndli ilk uşağı olanda, on ədəd gümüş qəpiyi sələmçiyə apararaq
oğlunun iyirmi yaşı olana qədər saxlamasını xahiş edir. Sələmçi qəbul
edir və onlar razılaşırlar ki, hər dörd ildən bir bu pulun üstünə onun
dörddə biri gələcək. Bu pul kəndlinin oğluna aid olduğu üçün, artımın
da ümumi məbləğin üzərinə gəlməsini xahiş edir.
47
Oğlunun iyirmi yaşı olanda, kəndli sələmçinin yanma gedərək
gümüş haqqında maraqlandı. Sələmçi izah etdi ki, pul hər dəfə
artdığına görə, ilk qoyulan on ədəd qəpik otuz ədəd yarıma çevrilib.
Kəndli çox sevindi və oğlunun hələ pula ehtiyacı olmadığı üçün,
pulu sələmçidə saxladı. Oğlunun əlli yaşı olanda, atası artıq o biri
dünyaya köçmüşdü və sələmçi razılığa əsasən oğluna yüz altmış
yeddi gümüş sikkə ödədi.
Beləliklə, əlli il ərzində yatırım demək olar ki, on yeddi dəfə artdı.
Bu da boş pul kisəsi üçün üçüncü çarə:
hər bir qəpiyi işləməyə
məcbur edin ki, sahədəki mal-qara kimi özünəbənzərlərini törətsin
və daimi sərvət axınını pul kisənizə yönləndirsin.
48
|