N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   5   6   7   8   9   10   11   12   ...   90

 
     Toplananların  qiymətləndirilməsinə  görə 
z
P


  kəmiyyətinin 
tənliyə  daxil  olan  digər  kəmiyyətlərdən  çox  böyük    (10
4
  dəfə) 
olduğu məlum olduğu üçün  
z
P
w 



  qəbul etmək olar. 
     Atmosferin statika tənliyindən istifadə etməklə, 
 
                                         
ωpg




                                            
pg
1
ω




almış olaraq. 
Adətən  w-dan 
 -yə  keçmək  üçün  əvvəlcədən  hesablanmış 
ρg
k
1


, 
ρg
1
k
2


 əmsallarından istifadə edilir.       
 
Hava  xəritələri  və onların təhlil qaydaları 
 
     Məlumdur  ki,  hər  hansı  bir  ərazidə  hava  şəraitinin  xarakteri  və 
xüsusiyyətləri, atmosfer cəbhələrinin vəziyyəti barik sistemin növü 
ilə müəyyən olunur. 
     Buna  görə  də,  analizin  mahiyyəti  hava  kütlələri,  onların 
transformasiyasının  xarakteri,  barik  sistemlər  və  onların  hərəkət 
trayektoriyasının 
təyini, 
həmçinin 
atmosfer 
cəbhələrinin 
vəziyyətinin  və  növünün  dəqiqləşdirilməsi  və  s.  məcmusundan 
ibarətdir. 
     Atmosferdə  baş  verən  prosesləri  qavramaq  və  təsəvvür  etmək, 
müəyyən  vaxt  ərzində  proqnoz  tərtib  etmək    üçün  meteoroloji 
bölmələrdə  olan  bütün  aerosinoptik  materiallar  tam  təhlil 
edilməlidir. 
     Meteoroloji şəraitin analizi 
yerüstü sinoptik xəritələrin 
- əsas və 
dairəvi  xəritələrin  təhlili  ilə  başlanır,  sonra  barik  topoqrafiya 
xəritələri,  aeroloji  diaqramlar,  şaquli  kəsiklər,  maksimal  külək 
xəritələrinin  təhlili  ilə  başa  çatır.  Xəritələrin  analizi  və  oxunması 


 
orada  qeyd  olunmuş  şərti  işarələrin  düzgün  başa  düşülməsindən 
ibarətdir.  Şərti  işarələrin  sayı  yüzdən  çox  olduğundan  hava 
xəritələrini  oxumağı  öyrənmək  ilk  baxışdan  göründüyü  kimi  bir  o 
qədər  də  sadə  iş  deyildir.  Bu  məsələyə  ciddi  yanaşmaq  lazımdır, 
əks  halda  hava  xəritələrindən  havanın  dəyişməsi  və  hava  şəraiti 
haqqında yalnış nəticələr çıxarıla bilər. 
     Hava  xəritələrinə 
sinoptik  xəritələr
  də  deyilir,  çünki  onlar  eyni 
zamanda  böyük  ərazidə,  məkanda  hava  şəraitini  izləməyə, 
proqnozlaşdırmağa    imkan  verirlər.  Ardıcıl  tərtib  edilmiş  bir  neçə 
hava 
xəritəsi 
olarsa, 
atmosfer 
proseslərinin 
dəyişmə 
qanunauyğunluqlarını bilməklə, hava proqnozları tərtib etmək olar. 
Yer  səthində  aparılan  meteoroloji  müşahidələrin  əsasında  yerüstü 
sinoptik xəritələr tərtib olunur və onlar iki növ olurlar: 
     - əsas sinoptik xəritələr; 
     - dairəvi sinoptik xəritələr. 
     Əsas  xəritələr  saat  00
00
,  06
00
,  12
00
  və  18
00
  müşahidələrinin 
nəticələrinə görə tərtib edilirlər. Dairəvi xəritələr isə hər üç saatdan 
bir hazırlanır. 
     Sinoptik  xəritələr  əsas  müddət  üçün  tərtib  edilməklə,  böyük 
əraziləri  əhatə  edir.  Meteoroloji  bölmələrdə  əsas  sinoptik  xəritələr 
meteoroloji  prosesləri  təhlil  etmək  və  hava  proqnozları    tərtib 
etmək üçün istifadə edilir. 
     Dairəvi  xəritələr  meteoroloji  nöqteyi-nəzərdən  əsas  hava 
xəritələrinə nisbətən, kiçik əraziləri əhatə edirlər. Onlar 6-12 saatlıq 
dövr  üçün  hava  proqnozlarının  və  təhlükəli  atmosfer  hadisələri 
haqqında xəbərdarlıqların tərtibatında istifadə edilirlər. 
     Atmosferdə  radiozond  məlumatları  nəticəsində  hava  xəritələri 
tərtib  olunur  və  bu  xəritələrə  birinci  növbədə  barik  topoqrafiya 
xəritələri  aid  olaraq,  iki  yerə  bölünürlər: 
mütləq  və  nisbi  barik 
topoqrafiya  xəritələri
.  Bunlardan  başqa  hündürlük  xəritələrinə 
maksimal  külək  xəritələri,  buludluq  zonalarının  xəritələri    və 
tropopauza xəritələri də aid edilir. 
     Mütləq 
barik 
topoqrafiya 
xəritələri 
izobarik 
səthlərdə 
geopotensial  hündürlükləri,  temperatur,  havanın  rütubətliyi  və 


 
külək  haqqında  məlumatları  əks  etdirirlər.  Hava  xidmətində 
aşağıdakı mütləq barik topoqrafiya xəritələri tərtib edilir: 
     MT
1000
,  MT
950, 
MT
900
,  MT
850
,  MT
700
,  MT
500
,  MT
400
,  MT
300

MT
200
,  MT
100
,  MT
50
  hPa.  Yuxarıda  qeyd  edilən  izobarik  səthlərin 
yerləşdikləri  hündürlüklər  uyğun  olaraq    cədvəl  5-  də  
göstərilmişdir.  Atmosferdə 
izobarik  səthlər
  dəniz  səviyyəsinə 
nəzərən  paralel  şəkildə  yerləşirlər.  İzobarik  səthlər  siklonik 
sahələrdə aşağı – qıfvari, antisiklonik sahələrdə isə yuxarı - qabarıq 
şəkildə əyilmiş olurlar. Beləliklə, barik sahələrin mərkəzində üfüqi 
müstəvi səthə olan paralellik pozulmuş olur.                                                                                                   
Cədvəl 5 
Əsas izobarik səthlər və onların hündürlükləri, km 
 
Əsas izobarik 
səthlərdə 
təzyiq, (hPa) 
Orta 
yüksəklik, 
(km) 
Əsas izobarik 
səthlərdə 
təzyiq, (hPa) 
Orta 
yüksəklik, 
(km) 
1000 

500 
5.5 
950 
1.0 
400 
7.0 
900 
1.2 
300 
9.0 
850 
1.5 
200 
11.8 
800 
2.0 
100 
16.0 
700 
3.0 
50 
20.6 
600 
4.0 
 
 
      
     Mütləq  topoqrafiya  xəritələrində  izobarik  səthlərin  dinamik 
hündürlüklərini ifadə etmək üçün 
geopotensiallardan
 istifadə edilir. 
Vahid  hava  kütləsinin  ilkin  səviyyədən  yuxarı  izobarik  səthlərə 
qalxması zamanı ağırlıq qüvvəsinə qarşı müəyyən iş görməlidir ki, 
(H=gz)  bu  iş  cazibə  qüvvəsinin  potensialı  və  yaxud 
geopotensial
 
adlanır.  Yuxarıda  qeyd  edildiyi  kimi,  geopotensiallar  özləri 
dinamik  yüksəkliyi
  ifadə  edirlər.  Geopotensial  vahidi  kimi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə