N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-3-cü tapşırıqlar mətnlə bağlıdır.
ƏN GÜCLÜ ƏZƏLƏ
İnsanın bədənində 640 əzələ var. Əgər insanın bütün əzələləri birdən işə
düşsə, çox böyük qüvvə yarada bilər. Bu qüvvə yük avtomobilini asanlıqla
qaldırmağa bəs edər. 
Bəs ayrılıqda götürdükdə hansı əzələ daha güclüdür?
Hər şey “güc” deyəndə nəyi nəzərdə tutduğumuzdan asılıdır: a) ağırlıq
qaldırmaq bacarığınımı, b) sıxma qüvvəsinimi, c) əzələnin tətbiq etdiyi
qüvvənin öz kütləsinə nisbətinimi, d) dözümlülüyümü?
1. Əgər ən güclü əzələ “tutduğunu buraxmayan” əzələdirsə, onda çənə ilə
“mübahisə etmək” yersizdir. Elmi araşdırmalara görə çənə hər hansı əşyanı 400
kq/kv.sm təzyiqlə 2 saniyə ərzində ağzında sıxa bilər. 
2. Əzələnin gücünü yük qaldırmaq meyarı ilə ölçsək, onda birinciliyi arxa bud
əzələlərinə verməliyik. 
3. Ürəyin fiziki gərginliyə tab gətirmək bacarığını heç bir digər insan əzələsi
ilə müqayisə etmək mümkün deyil. Ürək 70 il dayanmadan 3 milyard dəfə açılıb-
yığılır, damarlara təxminən 200-250 milyon litr qan vurur. 
4. İnsanın 50 qramlıq dili də daim hərəkətdədir və olduqca çevikdir. Dilin
gücünü yoxlamaq üçün barmağınızı onun ucuna qoyub içəri basmağa çalışın:
görəcəksiniz ki, dilə qalib gəlmək elə də asan məsələ deyil. 
1. Fərqləndirilmiş cümlədə verilmiş meyarlarla nömrələnmiş abzasları uyğun -
laşdırın. (Mötərizə daxilində boş sətirlərdə müvafiq abzasın nömrəsini yazın.)
a – (___);     b – (___);     c – (___);     d – (___)
2. Cümlələrin hansı boşluqlara uyğun gəldiyini müəyyənləşdirin (abzasın sonun -
dakı çərçivədə müvafiq bəndi qeyd edin).   
A. Bu əzələ məhz “balaca boyuna” görə ən güclü əzələ hesab edilir.
B. Bu əzələ dartılmış vəziyyətdə 130 kiloqramadək çəkiyə davam gətirir.
C. Bu, insan boyu dərinliyində 100 kvadrat kilometrlik gölü doldurmağa kifayət
edərdi!
D. Bunun dörddə biri bərk qabıqlı qozu ani olaraq sındırmağa bəsdir.
3. Boşluqlara uyğun gələn sözü müəyyənlik və qeyri-müəyyənlik bildirən yiyəlik
halda yazmaqla cümlələri tamamlayın.
İnsan orqanizmində ________ qırpılması ən sürətli hərəkətlərdən sayılır. Bu
hərəkət ________ dairəvi əzələsinin cəmi 40 millisaniyə ərzində yığılması sa yə -
sində baş verir. Məhz hərəkət sürəti baxımından ________ əzələsini ən güclü
əzələ adlandırmaq olar.
49
KAMİLLİYƏ DOĞRU


4. Altından xətt çəkilmiş ifadələri aşağıdakı kimi qruplaşdırın.  
1. Yol dolanıb Ağrının arxasına keçir. İndi ona lap yaxınlaşmışam. Ağrı çılpaq,
yaraşıqsız və yerlilərin dediyi kimi “verimsiz” dağdır. Meşə, çeşmə, hətta çəmənlik
sarıdan Allah bu dağı yarıtmayıb. Nə vaxtsa püskürmüş qapqara daş-qaya sel
kimi dağın başından aşağıya doğru axıb və yamaclarda qaya uçqunları kimi
donub qalıb. Xüsusən Doğu Bayazit tərəfdən – güneydən  Ağrının qar örtüyü lap
alnına qədər qalxa bilib, zirvəyə doğru çırmanıb. (S.Rüstəmxanlı)
2. İyirmi üç illik ayrılıqdan sonra yenə Daşkəsənə qayıdıram. Şişburun qaya -
lara tamaşa etdikcə vətənimizin gözəlliyinə bir daha heyran qalıram. Hələ qayanın
dibindən qaynayan bulağın şırıltısını demirəm. Elə bil analarımız laylanın bəstə -
sini bu bulaqlardan alıb. 
Söz birləşməsi:
Qoşmalı söz:
Mürəkkəb söz:
5. Nümunələri uyğun gələn boş xanalara yazın.
sözünə əməl edən, şirin-şirin, səma aydındır,
nail olmaq, dostumun kitabıdır, ətrafa boylanarkən 
6. Şeiri oxuyun. Tapşırıqlara əməl edin.
Axşamüstü… Bulaq başı… Mis səhəng…
Üç gəlinin bir ağızdan gülməyi.
Kəhər atın qanlı Kürü keçərək
Baş sallayıb ağır-ağır gəlməyi. (S.Vurğun)
a) Altından xətt çəkilmiş feili birləşmələri müəyyən edib, əsas tərəfini təsriflə -
nən feillə əvəz edin, yeni cümlə qurub yazın.
         ____________________________________________________________
         ____________________________________________________________
b) Mübtəda vəzifəsində işlənən ismi birləşmələri xəbər vəzifəsində işlədin.
         ____________________________________________________________
         ____________________________________________________________
с) Sadə və mürəkkəb söz birləşmələrini qruplaşdırın.
         ____________________________________________________________
         ____________________________________________________________
Qafqaz dağı 
kömək etmək
Soyuq qış axşamı idi
pambıqyığan
Kömürçü ailəsində
Gecədir.
50

BÖLMƏ 


II BÖLMƏ
İNFORMASİYA VƏ KOMMUNİKASİYA
51
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 
Dərs 
№ 
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
7.
Qəzet 
İsmi birləşmələr
2.2.3, 1.2.4, 2.1.1.
1.1.1, 3.1.2, 1.2.2,
4.1.2
2
36-40
52-55
8.
“Əkinçi”nin taleyi
Mürəkkəb adlar
2.2.2, 2.2.1, 2.1.1,
4.1.2
2
41-44
55-57
9.
Radio və televiziya
Mürəkkəb adların yazılışı
Abreviaturalar
1.1.2, 2.1.1, 2.2.3,
2.2.1, 3.1.2, 4.1.2
3
45-50
57-62
10.
Sosial şəbəkələr
Feili birləşmələr
1.1.2, 2.2.2, 2.1.1,
1.2.1, 1.2.4, 4.1.2
2
51-54
63-66
11.
Reklam
Söz birləşmələrinin
cümlədə rolu
2.2.2, 2.2.3, 2.1.1,
1.1.1, 1.2.4, 4.1.2
3
55-59
67-69
12.
Ümumiləşdirici təkrar
2
60
69
Kiçik summativ
qiymətləndirmə
1
70-71
Yekun
15
saat


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə