71
5.1. Microsoft Internet Explorer
Bu brauzerin müxtəlif versiyaları var. Siz 4-jü, 5-ji
versiyaları və ya daha müasirlərindən istifadə edə bilərsiniz.
Microsoft Internet Explorer (MSIE) Windowsla birləşdirilib,
onu müstəqil proqram adlandırmaq çətindir. Yəni, bu əməliyyat
sisteminin komponentlərindən biridir. Brauzerlə Internetə
qoşulmaq və ya müstəqil işləmək olar.
Əgər lazım olan fayıllar lokal sərt diskdə yerləşirsə (yəni
kompüterdəki diskdə), alətlər panelinin Adres xanasında URL
göstərilir. O, IP-ünvanla eyni ola bilər və sənədi təyin etmək
üçün əlavə informasiyanı özündə birləşdirə bilər.
Ünvan kodla göstərilir və Internetin hansı alt sistemi ilə
işləmək istədiyimizi tə'yin edir. Məsələn: biz Microsoft
kompaniyasını axtarırıqsa ünvan aşağıdakı kimi olmalıdır.
http://www.microsoft.com
http (Hyper Text Transfer Protocol) kodu göstərir ki,
proqram hipermətn sənədlər sistemi ilə işləməlidir və müvafiq
protokoldan istifadə etməlidir.
Ünvanın başqa variantları da ola bilər. ftp kodu arxiv
fayllarını göstərir, mailto kodu elektron poçtun ünvanını bildirir,
file kodu isə şəxsi kompüterdə fayyları bildirir. Məsələn: hər
hansı faylı kompüterə yükləmək üçün
ftp://ftp.microsoft.com
ünvanından istifadə edə bilərik.
URL göstəriləndən sonra Internetdən verilənlər brauzerə
yüklənir və verilmiş ünvanda yerləşən hipermətn sənədi bizə
nümaiş etdirilir.
Bu zaman hər hansı təşkilatı tapdıqda, əvvəljə onun ev
səhifəsini (home page) görürük. Onun üzərində altından xətt
çəkilmiş yazıları asanlıqla görmək olar. Bu mürajiətlər başqa
səhifələrə istinadlardır. Bütün səhifə kompleksi (sayt) çox
böyükdür və onu bütövlükdə görmək mümkün deyil. Hiper-
müraciət başqa səhifələrə və ya hər hansı böyük səhifənin bəzi
hissəsinə keçməyə imkan verir. Hipermürajiət yalnız mətndən
ibarət deyil. O, işarə, şəkil və ya şəkilin bir hissəsi də ola bilər.
72
Hipermürajiəti
siçanın göstərijisinin xariji görünüşünün
dəyişməsi ilə də bilmək olar.
Şək. 5.1. Proqramın işçi pəncərəsi
File- Файл – Fayl Menyusu
74
Tools-
Xidmətlər (Servis)
Help – kömək
Brauzerdəki düymələri nəzərdən keçirək.
İrəli (Вперед
) və Geri (Назад
) düymələri baxılan
(aktiv) veb-səhifədə səhifələr arası hərəkəti təmin edir. Yəni
tutaq ki istifadəçi
http://www.adau.edu.az/view.php?lang=az&menu=0
veb-səhifəsindədir (baş səhifə).
75
İstifadəçi bu səhifədəki “Videodərslər” linki vasitəsilə
http://adau.edu.az/view.php?lang=az&menu=98
veb—səhifəsinə keçmişdir. Bu halda əvvəlki səhifəyə
qayıtmaq üçün
düyməsindən istifadə edə bilər.
Hər səhifə bir və ya bir neçə fayldan ibarət ola bilər. Brauzer
onları müvəqqəti saxlama qovluğunda yerləşdirir (keşdə).
Ona görə də siz artıq yüklənmiş səhifəyə qayıtdıqda proqram
onu Internetdən yox sərt diskdən oxuyur. Bu isə sənədə müraciət
vaxtını bir qədər azaldır.
“ESC” klavişi, ВИД menyusundan Остоно-
вить əmri - Səhifənin yüklənməsi zamanı müəyyən
problem yaranır. Bu zaman istifadəçi Остоновить əmrindən
istifadə edə bilər. Bu əmr səhifənin yüklənməsini dayandırır.
Bu düymədən aşağıdakı hallarda istifadə edilə bilər.
1)
Səhifə artıq yüklənməkdədir və bu zaman həmin səhifənin
artıq lazım olmayacağı təyin etmişsə.
2)
Səhifədə çoxlu miqdarda qrafikalar var və onun
yüklənməsini gözləməyə vaxtınız yoxdur.
76
3)
Nəhayət, brauzer hərdən yüklənməni təkrarlayır (yəni
yüklənmə kompüteri asılı vəziyyətə salır). Bu mövcud olmayan
səhifəni açmağa cəhd etdikdə baş verir.
F5 klavişi - ВИД menyusundan Обнавить
əmri- Bu əmr istifadə edildikdə səhifənin yüklən-
məsini təkrar etmək olar, yəni aktiv səhifə yenidən
yüklənir. Internetdə işlədikdə bu düymədən tez-tez istifadə edilir.
Hipermətn sənədi istifadəçiləri üçün bu vajib alətdir. Əgər siz öz
faylınızda nə isə dəyişiklik etmisinizsə və onun nə jür görünə-
cəyini görmək istəyirsinizsə bu düymədən istifadə edə bilərsiniz.
Домашная страница (home page)- Əsas
səhifə (Baş səhifə) anlayışı şərti anlayışdır.
Şəbəkədə işləyən hər firma özünün şəxsi ev səhifəsinə
malikdir. Siz ev səhifəsi kimi öz səhifənizi, öz provayderinizin
səhifəsini və başqa səhifələri istifadə edə bilərsiniz. Ev səhifə-
sinin ünvanı proqramın parametri kimi göstərilir və Сервис –
свойства обозревателя əmrləri ilə dəyişdirilə bilər.
Internetdə axtarış hər hansı axtarış serverinə daxil
olmaqla yerinə yetirilir. Hal-hazırda çoxlu sayda axtarış
serverləri mövjuddur. Siz istənilən birini seçə bilərsiniz.
Səhifənin ünvanı axtarışın parametri kimi verilə bilər.