80
ƏLAVƏLƏR
Tim Berners-Li
Tam adı: Timoti Con Berners-Li
Doğum tarixi: 1955-ci il 8 iyun
Doğum yeri: London, İngiltərə
Ailə vəziyyəti: Evlidir
Yaşadığı yer: ABŞ (Amerika Birləşmiş Ştatları)
Fəaliyyət növü: Biznes
Təhsil: Oksford universiteti
Vəzifə: World Wide Web ixtiraçısı, World Wide Web
Konsorsiumunun rəhbəri
Cənab Timoti Con Berners-Li ümumdünya hörümçək torunun və
Vorld Wide Web Konsorsiumunun rəhbəri kimi tanınır. O, internetin
inkişafını müşahidə və ona nəzarət edir.
Berners-Li Konvey Berners-Li (Conway Berners-Lee) və Meri Li
Vudsun (Marry Lee Woods) oğludur. O, 1955-ci ilin iyun ayının 8-də
İngiltərənin London şəhərində doğulub. Valideynləri riyaziyyatçı
idilər; hər ikisi ilk kompüterlərdən biri olan "Manchester Mark I"-in
hazırlanması ilə bağlı komandada çalışıblar. Tim Uandsvort şəhərində
yerləşən Emanuel məktəbində oxuyub. O, 1976-cı ildə fizika ixtisası
üzrə Oksford universiteti nəzdindəki Kral Kollecini fərqlənmə ilə
bitirib. Kollecdə oxuduğu illərdə Timə bir dəfə kompüterə daxil
olmağa icazə verməyiblər, belə ki o, dərs vaxtı elmlə heç bir aidiyyatı
olmayan kompüter oyunları oynamışdı. O, kollecdə M6800 prosessoru
əsasında özünün monitor əvəzinə televizorla olan ilk kompüterini
yaratmışdı. Oksford universitetində oxuduğu illərdə Berners-Li öz
dostları ilə birlikdə hakerlik ilə məşğul olurdular. Bir dəfə onlar buna
görə tutulmuş və universitet kompüterlərindən istifadə etmək
hüququndan məhrum edilmişdilər.
1976-cı ildə Tim "Plessey Telecommunications Limited"
şirkətində proqramçı kimi işləməyə başlayır. 1978-ci ildə isə o, "D.G.
Nash Limited" şirkətində periferiya avadanlığı və çoxməsələli
əməliyyat sistemi üçün proqram təminatının yaradılması ilə məşğul idi.
1980-cı ildə Tim Berners-Li Avropa Nüvə Tədqiqat mərkəzində
(CERN) müstəqil konsultant (öz ixtisasına aid məsləhətlər verən
mütəxəssis) kimi işləməyə başlayır. O, CERN-də işləyəndə hipermətn
81
konsepsiyasına əsaslanan layihə təklif edir. Məhz o zaman Berners-Li
Enquire proqramını yazır. Proqram hipermətn bazasını təşkil edirdi.
1980-cı ildə Tim Berners-Li Con Pulun (John Pool) "Image
Computer Systems Ltd" şirkətində işləmək üçün CERN-i tərk edir,
lakin 1984-cü ildə daimi əməkdaş kimi CERN-ə qayıdır. 1989-cu ildə
CERN Avropada ən böyük internet qovşaq idi və Berners-Li hipermətn
və internetin əlaqəsi imkanını görürdü. O demişdi:"Mən sadəcə
hipermətn ideyasını əsas götürməli, onun TCP və DNS ideyaları ilə
əlaqələndirməliyəm və beləliklə, ümumdünya hörümçək toru
yaranacaq." O, ümumdünya hörümçək torunun yaradılması üçün
Enquire sisteminin əsasını təşkil edən ideyadan istifadə edir. Həmçinin
ilk veb səyyah və redaktor, httpd (HyperText Transfer Protocol
daemon) adlanan ilk veb server yaradır.
İlk veb sayt 1991-ci il avqust ayının 6-da yaradılıb. Sayt www
(World Wide Web), səyyahlar və server sazlamaları haqqında izahedici
informasiyadan ibarət idi. Sayt, həmçinin ilk veb kataloq idi. Belə ki
saytda şəbəkədəki digər saytların siyahısı yerləşdirilmişdi. Bu barədə
daha ətraflı bu məqalədə oxuya bilərsiniz.
1994-cü
ildə Tim Berners-Li Massaçusets Texnologiya
universitetində World Wide Web Konsorsiumunun (W3C) əsasını
qoyur. Konsorsiuma internetin keyfiyyətini artıran standartlar və
tövsiyələr yaratmaq istəyən müxtəlif şirkətlər daxil idi. World Wide
Web Konsorsiumunun bir çox nailiyyətlərini hal-hazırda internetdə
olan veb saytlarda görmək mümkündür.
O, 2004-cü ilin dekabr ayında Southempton universitetinin
professoru olur. Universitetin dəstəyi ilə Tim Berners-Li semantik
şəbəkə (semantic web) layihəsini həyata keçirməyə ümid edir.
Tim Berners-Li Britaniya Kompüter Cəmiyyətinin (British
Computer Society), Elektrotexnika İnstitutunun (Institution of
Electrical Engineers) fəxri üzvüdür və Amerika Elm və İncəsənət
Akademiyasının (American Academy of Arts and Sciences) üzvüdür.
1999-cu ildə çıxan Time Magazine Tim Berners Lini 20-ci
yüzilliyin 100 ən nüfuzlu insanı siyahısına daxil edib.
2002-ci ildə o, BBC sorğusuna əsasən, tarix boyu ən məşhur 100
britaniyalı siyahısına daxil edilib, 2003-cü ilin dekabr ayında isə Tim
Berners-Li Britaniya imperiyasının cəngavər ordeninə layiq görülüb.
2004-cü il iyul ayının 21-də Tim Berners-Li Lankaster
universitetində (Lancaster University) fəxri elmlər doktoru adına layiq
82
görülüb. 2005-ci yanvar ayının 27-də o, həm peşakar uğurlarına, həm
də "utancaq, qətiyyətli, kəskin yumor hissi, rahat uyğunlaşma" kimi
xalis ingilis xarekterinə xas olan cizgilərinə görə 2004-cü ilin adamı
elan edilib.
Mənbə:
http://e-eye.az/node/1638
83
Əlavə 2.
Funksional domenlər
Name
Entity
.aero
air-transport industry
.asia
Asia-Pacific region
.biz
business
.com
commercial
.coop
cooperatives
.edu
educational
.gov
governmental
.info
information
.int
international organizations
.jobs
companies
.mil
U.S. military
.mobi
mobile devices
.museum museums
.name
individuals, by name
.net
network
.org
organization
.pro
professions
.tel
Internet communication
services
.travel
travel and tourism industry
related sites
Milli domenlərin siyahısı
a
.ac Ascension Island
.ad Andorra
.ae United Arab Emir-
ates
.af Afghanistan
.ag Antigua and Barbu-
da
.ai Anguilla
.al Albania
.am Armenia
.an Netherlands Antilles
.ao Angola
.aq Antarctica
.ar Argentina
.as American Samoa
.at Austria
.au Australia
.aw Aruba
.ax Åland Islands
.az Azerbaijan
b
.ba Bosnia and Herze-
govina
.bb Barbados
.bd Bangladesh
.be Belgium
.bf Burkina Faso
.bg Bulgaria
.bh Bahrain
.bi Burundi
.bj Benin
.bm Bermuda
.bn Brunei Darussalam
.bo Bolivia
.br Brazil
.bs Bahamas
.bt Bhutan
.bv Bouvet Island
.bw Botswana
.by Belarus
.bz Belize
c
.ca Canada
.cc Cocos (Keeling)
Islands
.cd Congo, Democratic
republic of the (former
Zaire)
.cf Central African Re-
public
.cg Congo, Republic of
.ch Switzerland
.ci Côte d'Ivoire
.ck Cook Islands
.cl Chile
.cm Cameroon
.cn China
.co Colombia
.cr Costa Rica
.cs Czechoslovakia
(former – non-existing)
.cu Cuba
.cv Cape Verde