N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   2   3   4   5   6   7   8   9   ...   47

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
13 
«koridor  konfranslarını»,  «koridorda  aparılan 
diskussiyaları»  demirəm!..  Bu  «koridor  söhbət-
ləri» deyəsən, həm elmi səviyyəsinə, həm də sə-
mimiyyətinə görə daha səmərəli idi... 80-ci  illə-
rin sonlarından isə eyni binada yaşadıq, mənzil 
qonşusu  olduq,  indinin  özündə  də,  oğlu  Araz-
la,  istedadlı  nəvələrilə  Aydınla,  Ümidlə  qon-
şuyuq!  Nəvələrimiz  bir  ali  məktəbdə  təhsil 
alırlar! Qan qohumluğumuz olmasa da, mənəvi 
qohumluğumuz həmişə olub... 
Aydın  əslən  şəkili  idi,  M.F.Axundzadə-
nin,  Şəkili  Ələsgərin,  Xalq  şairi,  akad.  Bəx-
tiyar Vahabzadənin, görkəmli tənqidçi, akade-
miyanın  müxbir üzvü Yaşar Qarayevin, tanın-
mış ədəbiyyatşünas Nadir Məmmədovun həm-
yerlisi  idi  və  onun  da  imzası  bu  imzalar  sıra-
sında  durmağa  layiqdir.  Oxucularıma  Aydın 
Məmmədovun  ömürlüyündən  qısa  bir  arayış-
açıqlama  təqdim  edirəm  ki,  aydınlıq  hasil 
olsun. 
 
Arayış:  «Aydın  Məmmədov  1944-cü  ildə 
Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma 
Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni 
və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəb-
də müəllim fəaliyyətinə başlayan A.Məmmədov 
elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsə-
yə  çatdı,  görkəmli  siyasət  adamı  kimi  həyatdan 
getdi.  Azərbaycan  türklərinin  bu  torpaqda  era-
mızdan  çox  öncə  yaşaması  fikrini  elmi  gerçək-
liyə  çevirməyi  bacaran  alim  Aydın  Məmmədov 
istər  «Sovetskaya  türkologiya»  jurnalının  baş 
redaktorun birinci müavini, istərsə də Bədii Tər-
cümə  Mərkəzinin  rəhbəri  kimi  SSRİ-nin  və  bü-
tövlükdə bütün dünya türklərinin bir-birini daha 
yaxından  tanıması,  onların  doğmalaşması  üçün 
ölçüyəgəlməz işlər görmüşdür. 
Ömrünün təxminən son onilliyini bütünlük-
lə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmə-
dov  1988-ci  ilin  fevralından  başlayan  Azərbay-
can  xalq  hərəkatının  ön  sıralarında  ilk  günlər-
dən dayanmışdır. Onu həmişə tətil edən fəhlə-
lərin, yerli ağalara etiraz edən kəndlilərin, tələ-
bələrin, ziyalıların arasında, özü də ən narahat, 
ən ağrılı anlarda görmək mümkün idi. Ayıq si-
yasətçi və ardıcıl demokrat olan Aydının hadi-
sələrə  öz  şəxsi  münasibəti  və  onları  öz  şəxsi 
yozum üslubu vardı. 
Güclü məntiqə malik, alovlu natiq Aydın 
Məmmədov  yüzlərlə  insan  kütləsini  arxasınca 
aparmağı  bacarırdı. Xalqın  sevgisini  qazanmış 
A.Məmmədov  millət  vəkili  seçilmişdi.  Bu 
vəzifədə  o,  milli  birlik  yaratmaq,  azadlıq  və 
demokratiya  uğrunda  hərəkatımızı  düz  yolla 
aparmaq üçün ciddi işlər görürdü. 
Respublika  Ali  Sovetinin  millətlərarası 
münasibətlər  üzrə  daimi  komissiyasının  sədri 
idi.  Qarabağa  Xalq  Yardımı  Komitəsinin  sədr 
müavini  olmuşdur.  Azərbaycan  Yazıçılar  Bir-
liyi katibliyi heyətinə seçilmişdi. 
1991-ci  il  aprel  ayının  19-da  avtomobil 
qəzasında  faciəli  şəkildə  həlak  olmuş  (Dilarə 
Əliyeva  ilə  birgə), Şəkidə, öz doğma  Kiş kən-
dində dəfn edilmişdir» [2]. 
A.Məmmədov  fikirlərini  elmi  gerçəkliyə 
çevirməyi  bacaran  alim  idi.  Siyasətdə  demo-
krat olduğu kimi, ədəbi tənqiddə də azadfikirli 
idi. Aydın Məmmədovun ədəbi mühitə öz mü-
nasibəti və təhlillərində öz şəxsi yozum üslubu 
vardı. Güclü məntiqə, orijinal nəzəri fikrə  ma-
lik  tənqidçi  idi.  Ədəbiyyatın  taleyi  ilə  bağlı 
önəmli  məsələlərdə  sözü  eşidiləcək,  mövqeyi 
qəbul  ediləcək,  prinsipiallığı  ilə  haqsız  tərəfi 
güzəştə  getməyə  məcbur  edəcək  tənqidçi  tipi 
idi  Aydın! Olduqca geniş elmi potensiala,  vir-
tuoz istedada, dərin ümumiləşdirmə qabiliyyə-
tinə  malik  Aydın  Məmmədov  ədəbi  tənqidə 
yeni  yanaşma  üsulu  gətirə  bilmişdi.  O,  Azər-
baycanın  ədəbi  və  siyasi  həyatında,  yeni  icti-
mai  şüurun  formalaşmasında önəmli  rol oyna-
mışdır.  Aydın  elmi,  ədəbi,  ictimai  fəaliyyətin-
də bir çox «ilk»lərə imza qoyub. Dilçilikdə ilk 
miqyaslı  fonemoloq, tənqiddə  ilk cəsarət sahi-
bi, ilk dilçi-ictimaiyyətşünas, ilk tərcümə  mər-
kəzi  yaradan  və  s.  Amma  bütün  bu  «ilk»lərlə 
bərabər  Aydın  Məmmədov  yaradıcı  şəxsiyyət 


QURBAN BAYRAMOV 
 
 
14 
olmuş  və  yazıb-yaratmaq,  düşünüb-düşündür-
mək  missiyası  Allahın  ona  verdiyi  vergi  idi... 
Və belə bir vergidən uca nə ola bilərdi!?  
O  harda  olursa-olsun,  simvola  çevrilmə-
yi  bacarırdı.  Bu  fikri  mən  müdrik  dilşünas-fi-
loloqumuz Kamil Vəlinin bir məqaləsindən al-
mışam. O yazır: «Mən 1965-ci ildə Bakı Döv-
lət  Universitetinin  filologiya  fakültəsinə  daxil 
olanda Sabir Rüstəmxanlı III kursda oxuyurdu. 
III kursun simvolu Sabir idi. Necə ki, II kursun 
simvolu  Ramiz  Rövşən  idi.  IV  kursun  simvolu 
Azər Abdulla, V kursun simvolu İsmayıl Məm-
mədov.  Biz  daxil  olan  ildə  universiteti  bitirən-
lərin  simvolu  isə  rəhmətlik  Aydın  Məmmədov 
idi» [3]. 
Belə  götürəndə  Aydın  Məmmədov  həm 
öz  dövrünün,  həm  də  çağdaş  filoloji  fikrimi-
zin,  milliyyətçiliyin,  türkçülüyün,  vətənsevər-
liyin  və  vətəndaşlıq  düşüncəsinin  öncüllərin-
dən  biri  idi.  Bu  ondan  əvvəl  olanlara,  onunla 
bir  dövrdə  yaşayanlara  və  ondan  sonra  gələn-
lərə  heç  vəchlə  kölgə  salmır.  Çünki  Aydın  da 
onların biridir, daha doğrusu, Aydını elə onlar 
özləri yaradıblar və elə ona görə də onların ək-
səriyyəti  Aydın  Məmmədov  haqqında  yüksək 
məhəbbətlə,  hörmətlə, qiymətli  fikirlərlə, ürək-
dən  söz  deyiblər.  Və  bunların  heç  biri  təsadüf 
deyil.  Diqqət  yetirək:  akad.  Məmməd  Cəfər, 
akad. Tofiq Hacıyev, Xalq şairi, akad. Bəxtiyar 
Vahabzadə,  Xalq  yazıçısı  Bayram  Bayramov, 
Xalq  şairi,  millət  vəkili  Sabir  Rüstəmxanlı, 
prof.  Kamil  Vəli,  millət  vəkili,  yazıçı-publisist 
Aqil Abbas, şair Vaqif Cəbrayılzadə və s. 
Aydının  elminə,  yaradıcılığına,  ictimai 
fəaliyyətinə,  şəxsiyyətinə  verdikləri  dəyər, 
bəslədikləri  sevgi  yalnız  dost,  həmkar  sevgisi, 
dəyəri  sayıla  bilməz.  Məncə,  bu qiymətləndir-
mələr cəsarətlə, ilkinliklə gözəl duyğuların gö-
zəl  ifadəsiylə  bağlıdır.  Eyni  yolda  yürüyən  və 
haradasa ədəbi rəqib olan insanların bir nöqtə-
də, bir şəxsiyyətdə birləşməsi o qədər qanuna-
uyğundur  ki,  burada  təsadüf,  gəlişi  gözəllik 
axtarmaq  imkansızdır.  Bütün  bunlar  Aydını 
həmin  adamlarla  birləşdirən  əqidə  və  məfkurə 
saflığından  doğan,  yaranan  münasibətlər  idi. 
Milli  hərəkatın  ilk  təkanları,  milli-mənəvi 
dayaqları  içərisində  onun  da  öz  yeri,  öz  mə-
kanı,  öz  missiyası  olubdur  və  görsənibdir.  Bu 
hiss  onların  bir  çoxunu  elmidən,  yaradıcılıq-
dan uzaqlaşdırdı, ictimai adama, siyasi şəxsiy-
yətə  çevrilməyə  məcbur  oldular,  amma  siya-
sətçi,  hakimiyyətçi  olmadılar.  Onlar  siyasət 
yolunun  günlük,  hərəkat  əsgəri  oldular,  qırı-
lanlar qırıldılar, ölməyənlər isə sonradan içəri-
də qırıldılar. Bəli, əyilmədilər, qırıldılar! 
Aydın  Məmmədov tanınmış dilçi, türko-
loq  idi,  lakin  bütün  bunlarla  yanaşı,  o,  yeni 
dövrün dilçi tənqidçisi  idi. Necə ki, Tofiq Ha-
cıyev, Qəzənfər Kazımov, Kamal Abdulla, Ka-
mil  Vəliyev,  Nizami  Cəfərov,  İsmayıl  Kazı-
mov  bu  yeni  –  dilçi-tənqidçi  tipinin  tanınmış-
larındandırlar.  
Aydın Məmmədov rusca kamil bilirdi və 
Moskvada aspirantura təhsili almışdı, görkəm-
li, tanınmış türkoloq-şərqşünasların əhatəsində 
olmuşdu. Bu barədə tanınmış türkoloq, yazıçı-
publisist,  Azərbaycan  Yazıçıları  Birliyinin  Mos-
kvadakı  filialının  sədri  Tofiq  Məlikli  yazır: 
«2014-cü  ilin  yanvarında  Aydın  Məmmədovun 
anadan  olmasının  70  illiyi  qeyd  olunacaq.  Sa-
dəcə 47 il yaşayan, faciəli bir şəkildə ölən Ay-
dın  haqqında düşünəndə,  nədənsə,  ilk öncə  iki 
önəmli  hadisə  yadıma  düşür.  Birincisi  gənclik 
illəri,  həyəcanlı,  ümid  dolu  parlaq  günlər  xati-
rələrdə  canlanır.  Biz  ikimiz  də  1960–1965-ci  il-
lərdə  Azərbaycan  (indiki  Bakı)  Dövlət  Univer-
sitetində oxuyurduq. Mən şərqşünaslıq fakültə-
sində, Aydın filologiya fakültəsində. Bəzi “po-
tok”  dərslərimizdə  görüşər,  dərsdən  sonra  isə 
arada  bir  çayxanaya  gedib  dərdləşərdik.  Ay-
dınla bizim tanışlığımızın əsl dostluğa, qardaş-
lığa  dönməsi  isə  Moskvada,  aspiranturada 
oxuduğumuz  illərdə  oldu.  Onu  da  deyim  ki,  o 
illər Moskvada  Azərbaycandan  gələn  çox say-
da  aspirant  təhsil  alırdı.  Elə  bizim  aspirantlar 
mehmanxanasında  gələcəyin  tanınmış  elm 
adamları  –  Arif  Məmmədov,  Oqtay  Məmmə-
dov, Hafiz Paşayev, Fuad Quliyev və başqaları 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə