N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə9/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

AYDIN MƏMMƏDOV – YENİ TƏNQİDÇİ TİPİ KİMİ, YAXUD GERÇƏYİN NAĞILI… 
 
 
 
21 
birinci  demək  istədiyim  bu  oldu:  –  Eşidirsən-
mi,  Aydın?  Heç  olmasa,  indi  sakitləşdinmi? 
Sən  elə  bir  ağrı  qoyub  getdin  ki,  bizim  üçün 
səndən sonra artıq kiminləsə sənin barəndə da-
nışmaq,  səni  xatırlamaq  çətin  olacaq.  Həmi-
şəlik  çətin  olacaq.  Bizim  üçün,  yəni  birinci 
növbədə sənin dostların üçün. Vəzifə və rütbə-
sindən, adından və mövqeyindən asılı olmadan 
bu  yaxınadək  kiminlə  ki,  iki-üç  kəlmə  kəs-
dinsə,  artıq  o  adam  özündən  xəbərsiz  ən  azı 
hörmətini  saxlayan  yaxın  adamına  çevrilirdi. 
Biz  isə sənin  dostların  idik.  Və  biz  səni  sevir-
dik.  Sənə  münasibətimiz  nə  xalq  deputatına, 
nə  ictimai xadimə, nə də siyasət adamına olan 
münasibət  üzərində  qurulurdu.  Biz  səni,  sa-
dəcə,  Aydın kimi  sevirdik. Mənim üçün,  Azər 
Mustafazadə üçün, Natiq Səfərov üçün, Ramiz 
Rövşən  üçün,  Vidadi  üçün,  Vaqif  Bayatlı, 
İsmayıl  Məmmədov  və  Zakir  Fəxri  üçün  sən 
ancaq  və  ancaq  Aydın  idin.  İntiqam  üçün, 
Rəşad üçün, Aqil üçün, ancaq və ancaq Aydın 
idin.  Hamımız  da  elə  bilirdik  ki,  səni  bizdən 
yaxşı tanıyan yoxdur. Tanıyan bəlkə də var idi, 
amma sevən… çətin ağlım kəsir» [13]. 
Tənqidçi  Aydının  ədəbi  tənqidinin  bir 
cəhəti də, nümunəvidir, bu da onun tənqidinin if-
ratçılıqdan,  subyektivlikdən,  açıq,  məqsədli  ten-
densiyadan  uzaq  olmasıdır.  Əfsus  ki,  bunlardan 
«uzaq olmamaq»  məhz  müasir,  indiki tənqidimi-
zin ən böyük qüsuruna, naqis cəhətinə, real sapın-
tısına çevrilibdir... İndiki tənqidimizdə tərifnamə-
lər,  resenziya-difiramblar,  komplimentçilik  peşə-
kar,  həqiqi  elmi-nəzəri  tənqidi  üstələməkdədir... 
Aydın  hələ,  öz  zamanında,  70–80-ci  illərdə  bu 
«üstələmənin» qənşərinə sipər çəkmək niyyətində 
idi...  Lakin  atalar  «niyyətin  hara,  mənzilin  ora» 
deməsinə  baxmayaraq,  Aydın  bir  çox  niyyətinin 
mənzilinə yetə bilmədi... 
Aydının  nəsr  tənqidi  də  polemik  ruhda 
idi və onun 60-cılarla, xüsusən də 60-cılar nəs-
linin  sayılan  şəxsiyyəti  olan  Anarla  debatı 
bəzilərinin  yadındadır.  Bu  əsil  yeni  duyumlu 
yazıçı  ilə  yeni  dünyagörüşlü tənqidçinin  qarşı-
lıqlı hörmət çərçivəsində polemik dialoqu idi. Bu 
mənada  «Nəsrin  çətin  yolları, tənqidin dolanbac-
ları»,  «Bugünkü  nəsrimizin  poetik  mənzərəsi» 
məqalələrini  xatırlatmaq  kifayətdir.  Elə  bu  kon-
septual ədəbi  icmalların  sərlövhələri  Aydını  yeni 
tənqidçi tipi kimi səciyyələndirir. Nəsrin ən «poe-
tik mənzərəsi» çətin, az uyuşan elementlərdəndir. 
Amma  Aydın  Məmmədov  yeni  təfəkkürlü  bir 
alim, bir tənqidçi tipi kimi həmişə «çətin, az uyu-
şan» elementləri  görə bilir, onları tənqidçi  fəhmi 
ilə uyuşdurur, akad. Tofiq Hacıyevin təbirincə de-
sək  «söylənmişlərə  söylənməmişləri  əlavə  edir», 
tənqidin  dolanbaclarına  cəsarətlə  girir,  tramplin-
ləri aşır, çətin yollardan keçməkdən çəkinmirdi... 
Bu məqalələrdə Aydın ilk dəfə idi ki, 60-cı-
ların  fərdi-üslubi  cəhətlərini  linqvistik  metodla, 
analitik  təhlillə  aşkarlayır,  dil  və  üslub 
problematikası  istiqamətində  fikrini  incələyir. 
Burada  Aydın  fərdi  üslub  kontekstində  ciddi 
ümumiləşdirmələr  aparır,  nəsrin  həyat  hadisə-
lərini  bədii-fəlsəfi  bucaqdan  təsvir  imkanları-
nın mahiyyətinə toxunur, «yeni nəsr» anlayışı-
nı  qəbul  etməsə  də  (polemika  burada  yaranır-
dı), «nəsrin yeni keyfiyyət» mərhələsinin este-
tikasını  güclü  ədəbi  məntiqilə  inandırır,  belə-
liklə,  sərf-nəzər  etmədən  60–80-ci  illər  Azər-
baycan  nəsrinin  əksər  aparıcı  nümayəndələri-
nin  yaradıcılığını  təhlilə  cəlb  etməklə  dövrün 
nəsrinin «poetik mənzərəsini» yaratmağa, nəs-
rin  hərəkət  istiqamətini  –  nəsrin  inkişafındakı 
proqressiv  irəliləyişi,  reqressiv  geriləməni, 
durğunluq və çaşqınlığı, irəliyə və geriyə hərə-
kəti  konkret  ədəbi  faktların  təhlili  ilə  müəy-
yənləşdirməyə müvəffəq olur; M.Baxtinə məx-
sus  «polifonik  roman»  nəzəriyyəsini,  təhlil 
metodunu  yaradıcı-erudik  tənqidçi  fəhmi  ilə 
«özünəməxsus çoxsəslilik» anlayışından istifa-
də  edərək  Azərbaycan  nəsrinin  sferasında  ax-
tarır,  bizim  nəsrimizin,  heç  də,  dünyanın  apa-
rıcı nəsrindən geri qalmadığına işarə edir. 
Aydını  yeni tənqidçi tipi kimi  fərqləndirən 
cəhətlərdən biri də, onun Anar, Elçin, Gülrux Əli-
bəyova,  Seyfulla  Əsədullayev,  Kamal  Abdulla 


QURBAN BAYRAMOV 
 
 
22 
kimi ümumittifaq tənqid mühitinə çıxa bilməsi 
idi.  Aydın  SSRİ  EA  Dilçilik  İnstitutunun 
aspiranturasında  mükəmməl  təhsil  görmüşdü, 
rusca  yaxşı  yazırdı.  Onun  elmi  və  tənqidi  tə-
fəkkürü Moskvadakı «rus cuhudları»nın tənqi-
di  təfəkküründən  impulslar  alırdı,  müsbət  mə-
nada  beyinəqoşulmalar  olurdu  və  o  mühitdə 
tanınırdı. Ona görə də «Drujba narodov» təkin 
mötəbər jurnalda, «Literaturnaya qazeta» təkin 
dünyaca məşhur qəzetdə, digər elmi dərgilərdə 
çıxış  edə  bilir,  o,  yüksək  sferaya  cəsarətlə  da-
xil  olur,  Azərbaycan  elmini  və  tənqidini  o 
vaxtkı  ümumittifaq  miqyasında  ləyaqətlə  təm-
sil edirdi, bizə nüfuz qazandırırdı. 
Aydın Məmmədovun tənqid yaradıcılığından 
danışarkən  onun  publisistikasından  danışmamaq 
düz  olmazdı.  Aydın  Məmmədov  alovlu  publisist, 
mahir natiq idi, sözün klassik mənasında, onun an-
tik natiqlik istedadı var idi. Xalq yazıçısı, Qarabağa 
Xalq  Yardımı  Komitəsinin  sədri,  sovet dönəmində 
ilk  demokratik  mətbuat  orqanı  olan  «Azərbaycan» 
qəzetinin təsisçisi Bayram Bayramov onun bu baca-
rığını  yüksək qiymətləndirərək yazmışdı: «...Aydın 
mahir publisistdir, həm də natiqdir. Onun publisistik 
düşüncəsi çevikdir, problemləri vaxtında aşkarlayır, 
bəzən də qabaqlayır. Onun publisistik məqalələrin-
də  coşğun  vətənpərvərlik,  millilik  və  azadlıq  ruhu 
var.  İndiki  halda  Aydının  publisistik  məqalələrinə, 
xüsusən  Qarabağ  hadisələri  ilə  əlaqədar  məqalələ-
rinə böyük ehtiyac var. O, inandırır, adamları arxa-
sınca aparmağı bacarır...» [14]. 
Aqil  Abbas  da,  emosional  ovqatda  olsa 
da,  haqlı  yazırdı:  «...Çox  istərdim  ki,  Aydın 
Məmmədovun  Ali  Sovetin  iclaslarında  etdiyi 
çıxışların  stenoqrafik  mətnini  çap  eləsinlər. 
Mən  onu  tənqidçi  kimi,  alim  kimi,  türkoloq 
kimi  yazılarını qoyuram bir kənara – onda gö-
rərlər millətini sevən kişi necə olurmuş?» [15]. 
Bütün  bu  keyfiyyətlərlə  yanaşı,  Aydın 
Məmmədovun publisistik  yaradıcılığında  sosi-
al duyumla fəlsəfi duyum uyarlaşdırılaraq qoşa 
qanada  çevrilir,  emosional  üslubda,  güclü 
məntiqi əsasda təqdim edilir, oxunaqlı və inan-
dırıcı olur. Aydınlıq hasil olsun deyə, Aydının 
«Əhdi  kəsilmiş  atları  güllələyirlər,  elə  deyil-
mi?»  publisistik  məqaləsindən  bir  fraqmenti 
təqdim  edirəm:  «Bizə  nə  vəd  olunub?!  Biz  nə 
istəyirik?!  Bizə  vəd olunan  şeyin  mahiyyətini, 
qiymətini,  dəyərini  özümüz  üçün  düzgünmü 
müəyyənləşdirmişik?! Və yaxud dəli kimi hay-
qıra-hayqıra,  qışqıra-qışqıra,  bir-birimizi  itələ-
yə-itələyə,  dümsükləyə-dümsükləyə  gah  ya-
vaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sü-
rünə-sürünə  işığına  getmiş  olduğumuz  o  arzu 
deyilən bir şeyin özü bizim üçün tam aydınlığı 
ilə bəllidirmi?! Mahiyyətini bilirikmi?! Bilirik-
mi  ki,  bu  bizim  doğrudan  da  həyatımız  boyu 
arzuladığımız,  gözlədiyimiz  o  böyük  arzudur, 
yoxsa  bu  da  milyon-milyon  arzularımız  kimi 
bir  yol  dolanbacında,  bir  dalanda  qismətimizə 
çıxandan  sonra  dişimizə  vurub  ayaqlarımızın 
altında tullayacağımız və üstündən adlayıb ke-
çəcəyimiz arzulardan biridir?!» [16]. 
Aydın  Məmmədovun  «Axırıncı  çörək 
yerim  beynimdi...»  publisistik  essesi  də  fəlsə-
fi-sosial məzmunu ilə heyrət doğurur və müəl-
lifin  tale  yolunu  aşkarlayır:  «Bəşəri  fəlakətin 
əks-sədası  kimi  törəyən  fərdi  əzab  bəzən 
həmin  bəşəri  fəlakətdən  də  qüvvətli  olur,  onu 
qabaqlayır  və  bəşəri  ahəng  bərpa  olunandan 
sonra  da  yaşayır  və  öz  mövcudiyyətini  ancaq 
və ancaq fərdi sarsıntının daşıyıcısı olan şəxsin 
cismani ölümü ilə sona vurur» [17]. 
Bu bircə cümlədə işlədilən bəşəri fəlakət, fər-
di  əzab,  bəşəri  ahəng,  fərdi  sarsıntı,  cismani  ölüm 
təki  leksik  vahidlərə  diqqəti  cəlb  etmək  istərdim. 
Elə bil, Aydın öz şəxsi faciəsi ilə bəşəri faciənin fəl-
səfi-psixoloji,  sosial  məzmunda  qovuşuğunun  ma-
hiyyətini axtarır, öncəgörüm, öncəduyum eləyir. 
Lakin  Azərbaycanın  tanınmış  türkoloq-ali-
mi,  yeni  mərhələnin  yeni  tənqidçisi,  alovlu  pub-
lisist və natiqi, yeni, demokratik filoloji hərəkatın 
təşkilatçısı  (Tərcümə  Mərkəzini  nəzərdə  tuturam), 
ictimai xadim Aydın Məmmədovu «cismani ölüm» 
bizdən  ayırsa  da,  mənən,  böyük  hərflə  yazılan  bir 
insan  kimi,  ziyalı-aydın  kimi  həmişə  müasirimiz 
olaraq  qalacaqdır.  Mənə  elə  gəlir  ki,  nə  qədər  ki, 
türkologiya elmi vardır, o qədər də bu elmdə şəxsi 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə