N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   2   3   4   5   6   7   8   9   ...   47

BABA MƏHƏRRƏMLİ 
 

dil  tarixi,  areal  dilçilik,  struktur  dilçilik,  dilç-
ilik  coğrafiyası,  dialektologiya,  etnoqrafiya, 
tarix,  paleontologiya,  tipoloji  dilçilik  faktla-
rından  geniş  istifadə  olunmuşdur.  Monoqra-
fiyada dil izoqlosları, dil paralellikləri məsələ-
lərinə  də  toxunulmuşdur.  Bir  sözlə,  bu  mono-
qrafiya universal mahiyyətli unikal bir əsərdir. 
Azərbaycan dilçiliyində morfonologiyanın 
inkişafı  Aydın  Məmmədov  və  F.Cəlilovun  adı 
ilə  bağlıdır.  Morfonologiya  dilçiliyin  nisbətən 
çətin  sahələrindən  olan  eksperimental  fonetika 
ilə  sıx  əlaqəli  bir  sahədir.  A.Məmmədovun  bu 
fundamental  monoqrafiyasında  məhz  türk  dillə-
rinin  eksperimental  fonetikası  öz  əksini  tapmış-
dır. Səs keçidlərinin, səs əvəzlənmələrinin mahiy-
yətini  açan  morfonologiyada  söz  köklərinin  fo-
nosemantik parçalanması  da  izah olunur. Əsərdə 
statistik  metoddan  geniş  istifadə  olunmuşdur. 
Mübaliğəsiz qeyd edirik ki, A.Məmmədovun hə-
min  əsəri  bir  sıra  məziyyətlərinə  görə,  A.M.Şer-
bakın  yazdığı  «Türk  dillərinin  müqayisəli  fone-
tikası» əsərindən daha səviyyəli, daha üstün əsər-
dir. Baxmayaraq ki, müəllif təvazökarlıq göstərə-
rək, monoqrafiyanın əvvəlində qeyd edir ki, onun 
araşdırması A.M.Şerbakın tədqiqatından ona görə 
fərqlənir  ki,  A.M.Şerbakın  araşdırmasında  türk 
dillərinin  bütün  səs  sistemi  ehtiva  olunmuşdur, 
ancaq onun əsərində isə yalnız türk dillərində sa-
mitlərdə  fonoloji  və  morfonoloji  əvəzlənmələrin 
bəzi konkret məsələləri araşdırılır [5. S.4]. 
Ümumiyyətlə, fenomenal bilik və bacarı-
ğa, istedada malik olan A.Məmmədovun dilçi-
lik araşdırmaları bir neçə aspektdən ibarətdir:  
1.  Türk  dillərinin  5  minillik  tarixi  olan 
şumer dili ilə leksik-semantik, fonoloji bağlılı-
ğı.  Bu  əlaqələrin  elmi  şərhi.  Həmin  əlaqələrin 
bir çox  dilçilərdən  fərqli olaraq, dil  kontaktla-
rının (təmaslarının) nəticəsi kimi deyil, genetik 
birliyin əlaməti kimi təqdim olunması; 
2.   Türk  fonologiyası  və  morfonologiya-
sının əsas problemlərinin orijinal elmi şərhi: 
a) türk dillərinin samitlər sistemi. Anlaut 
problemi,  kar-cingiltili  samit  oppozisiyası  və 
kombinator hadisələrin özünəməxsus izahı; 
b)  etimologiyada  morfonoloji  hadisələr-
dən yararlanma; 
c)  türk  dillərində  müqayisəli-tarixi  isti-
qamətdə  kombinator  hadisələrin  izahı;  Assi-
milyasiya,  səs  reduksiyasının,  səs  protetikliyi-
nin tarixi aspektdə şərh olunması; 
d)  türk  dillərində  farinqal  saitlərin  mən-
şəyinin izahı; 
e) ilkin uzanma faktlarının tədqiqi; 
ə) spontan və nizamlı səs keçidlərinin sə-
bəblərinin açıqlanması; 
f)  türk  dillərində  vurğunun  spesifik  ma-
hiyyətinin,  funksiyasının  müqayisəli-tarixi  as-
pektdə izahı. 
Aydın  Məmmədov  Azərbaycan  dilçili-
yində  və  türkologiyada  öz  baxış  bucağı  olan, 
öz üslubu, spesifik tərzi olan alim idi. A.Məm-
mədovun  dilçilik  araşdırmalarını  dərk  etmək 
üçün  türk  dillərindəki  fonoloji,  morfonoloji 
proseslərin  mahiyyətini  başa  düşmək,  dil  uni-
versaliyalarının  məğzini  anlamaq  lazımdır.  O, 
Azərbaycan  dilçiliyində  dil  araşdırmalarına 
məhdud  arealda  deyil,  dünya  dilləri  müstəvi-
sində  yanaşan  ilk tədqiqatçıdır.  Onun tədqiqa-
tında  türk  söz  kökünün  anlautu,  kar-cingiltili 
samit  oppozisiyası,  ilk  vurğu,  ilkin  uzanma 
məsələləri,  kombinator  hadisələrin  mahiyyəti, 
reduksiya, assimilyasiya problemləri çox ətraf-
lı təhlil olunmuşdur. 
A.Məmmədovun  təkrarolunmaz  üslubu 
var  idi.  O,  türkologiyadakı  müxtəlif  problem-
lərə özünəməxsus tərzdə şərh verirdi. Məsələn, 
o,  A.M.Şerbakın  və  bəzi  digər  türkoloqların 
türk  sözünün  kar  anlautla  başlanması  haq-
qındakı ideyalarını tənqid edirdi (şumer dilinin 
materialları  əsasında).  O  sübut  edirdi  ki,  yeni 
şumer dilində həm kar, həm də cingiltili samit-
lərin  olması  həmin  ideyanın  əsassızlığını  gös-
tərir.  Ancaq  qədim  şumer  dilində  isə  kar  baş-
lanğıc olmuşdur. Yeni şumer dilində kar-cingil-
tili  samit  diferensiallaşması  sonradan  yaranmış-
dır.  Həmin  fakt  da  sübut edir  ki, türk  dillərinin 
ilkin  mərhələsində  söz  başında  kar-cingiltili 
samit oppozisiyası sonrakı hadisədir. 


AYDIN MƏMMƏDOVUN YARADICILIĞINDA KÖK SÖZLƏRİ PROBLEMİ 
 

Qədim  türk  dillərində  ilkin  vurğunun 
musiqili  və  yaxud  ekspirator  vurğu  olması 
haqqında da fikirlər mövcuddur [5. S.90]. Tür-
kologiyada N.Hacıyeva və digərləri monosilla-
bizmə  əsaslanaraq,  ilkin  söz  kökündə  ekspira-
tor  vurğunun  olması  fikrini  müdafiə  edirdilər. 
Musiqili  vurğu  məna  fərqi  yaratmağa  xidmət 
edən  prosodik  vasitədir.  Ancaq  həmin  vurğu 
çoxhecalı  köklərin  semantik  diferensiallaşma-
sını  təmin  edir.  Alimin  araşdırmalarından  bir 
daha  bəlli olur ki, dilin  ilkin  mərhələsində  şə-
kilçilərin  hələ  yaranmadığı  dönəmlərdə  poli-
sintetik  formalar,  supraseqment  elementlər, 
yəni  səs  tonu,  vurğu  daha  aktiv  olmuş,  amorf 
söz  kökləri  üçün  sinkretiklik-amorfluq  çox 
səciyyəvi olmuşdur. 
Vaxtilə A.Məmmədov fonoloji araşdırma-
ların  timsalında  yazırdı  ki,  türkoloji  tədqiqat-
larda  türk  dillərinin  və  onlarla  kontaktda  olan 
dillərin materialları bəs etmədikdə tipologiya kö-
məyə gəlir [5. S.4]. A.Məmmədovun araşdırma-
ları göstərir ki, dilə universal yanaşmaq lazımdır, 
tipoloji  müqayisə  və  tipoloji  analogiyadan,  mü-
qayisəli-tarixi  metoddan  düzgün  bəhrələnmək 
lazımdır.  O  yazırdı  ki,  türk  söz  kökündə  labial 
anlautun inkişafı daxili və xarici faktorların təsiri 
ilə  bağlıdır  ki,  burada  da  əsas  faktor    daxilidir  
[5.  S.66].  Türkoloq  qeyd  edir  ki,  türk  labial 
anlautu Ramstedt–Pellio qanunu ilə çox zəif izah 
olunur.  Həmin  qanuna  görə,  tarixən  türk  söz 
köklərinin  anlautunda  bir  çox  samitlər  reduksi-
yaya uğramışdır. O, bu məsələdə səs allofonları-
nın  tarixi  dəyişmələrinin  öyrənilməsinin  xüsusi 
önəmini diqqətə çatdırır [5. S.60]. 
Bu əsərdə A.Məmmədov Azərbaycan dil-
çiliyində  ilk  dəfə  olaraq  nostratik  dil  material-
larına  müraciət  etmişdir.  Vaxtilə  A.Şerbak, 
K.Musayev, B.Serebrennikov tərəfindən kəskin 
tənqid olunan nostratik konsepsiyadan A.Məm-
mədov  məharətlə  istifadə  etmiş  və  bununla  da, 
həmin konsepsiyanı qəbul etdiyini göstərmişdir.  
A.Məmmədov  məhz  Azərbaycan  dilçili-
yində  dil  faktlarının  geniş  spektrdə  müqayisə 
əsasında  düzgün  elmi  nəticəyə  gəlmək  meto-
dikasının  banisidir.  Onun  yaradıcılığında  türk 
dillərinin  konsonant  sistemi  hətta  türk  dilləri 
ilə  qohumluğu  olmayan  dillərdəki  analoji  və 
fərqli  fonoloji,  morfonoloji  proseslər  əsasında 
şərh edilmişdir. Yəni alim sübut edirdi ki, dilçi 
üçün  dil  sərhədi  olmamalıdır.  Müqayisə  zən-
gin  dil  faktlarını  əhatə  etməlidir.  A.Məmmə-
dov  Azərbaycan  dilinin  qədim  laylarının,  ən 
azı, üç-dörd min il bundan əvvəllərə aid olma-
sı fikrini irəli sürmüşdü. Əsərdə türk dillərində 
samit  dəyişmələrinin  müqayisəli-tarixi  və 
tarixi-tipoloji  problemləri  şərh  olunmuşdur. 
İlkin söz köklərində heca tonlarının  mənafərq-
ləndirici  funksiya  daşıması  məsələləri  dəqiq 
izah olunmuşdur [5. S.111]. Alimin tədqiqatın-
da  türk  söz  kökünün  ilkin  amorfluğu,  sinkre-
tikliyi  məsələləri  də  zəngin  dil  materialları, 
faktları ilə çox ətraflı şərh olunmuşdur. 
A.Məmmədov türk dillərində ilkin sözlə-
rin  bərpasının  nəzəri  məsələlərindən  danışar-
kən şumer-türk leksik paralelliklərindən bəhrə-
lənməyin xüsusi əhəmiyyət daşıdığını qeyd et-
mişdir [3. S.5–21]. Halbuki həm dünya dilçili-
yində, həm də türkologiyada şumer-türk bağlı-
lığına  hələ  də  skeptik  yanaşanlar  var.  Vaxtilə 
A.Məmmədov  söz  köklərində  morfonoloji  də-
yişmələrdən  bəhs  edərkən,  türk  söz  köklərini 
qədim  şumer,  akkad, Elam dillərinin  material-
ları əsasında izah edirdi [5. S.107]. A.Məmmə-
dov  türk  dillərinin  ilkin  dövründə  polisintetik 
formaların olmasını, İ.Dyakonova istinadən qə-
dim  şumer  dilində  də  musiqili  vurğunun  ton-
larla  söz  köklərinin  monoton  olmasını,  sadəcə 
bu vurğu ilə fərqləndiyini göstərirdi [5. S.105]. 
O, ikihecalı C + V + C + C və V + C + C tipli 
söz köklərini daha qədim hesab edir, yəni dart, 
ürk, arx  sözlərinin arxaik  formalarını  ikihecalı 
olmasını  elmi  cəhətdən  əsaslandırır.  Yəni  bu 
tipli  köklərdə  səs  reduksiyası  nəticəsi  olaraq 
onların sonradan formalaşdığını sübut edir. 
A.Məmmədov sübut edirdi ki, əksər türk 
dillərində anlautda samitlərin tədricən cingilti-
ləşməsi  küylü  samitlərin  sonorlaşması  və  spi-
rantlaşması ilə sıx bağlıdır [5. S.61]. Yəni türk 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə