N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 6,48 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix19.07.2018
ölçüsü6,48 Mb.
#57164
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

NƏRİMAN SEYİDƏLİYEV 
 
32 
qəzet moquf olsun. Aya bu halda ki, it sahibini 
tanımayır, kim sabaha ümid ola bilər? [9. S.125]. 
H.Zərdabi  buğda  yeyib  cənnətdən  çıxıb 
ifadəsini  də  işlətmişdir.  Bu  ifadə  də  məsəl 
kimi  geniş  yayılmışdır.  Bu  məsəl  ilahiyyatda 
Adəm  və  Həvva  ilə  bağlı  yaranmışdır.  Qısa 
olaraq  deyək  ki,  cənnətdə  yaşayan  Adəm  və 
Həvvaya  Allah-taala  tərəfindən  buğda  yemək 
qadağan  olunsa  da,  şeytan  onları  aldadıb  buğ-
da dənəsi verir və onlar da həmin buğdanı  ye-
yir.  Buna  görə  də  onların  hər  ikisi  Allah  tərə-
findən cəzalandırılaraq cənnətdən qovulur. De-
məli,  onların  Allah-taalanın  əmrindən  çıxan 
buğda  yeməsi  ən  böyük  cinayət  hesab  olunur. 
Odur ki, buğda yeyib cənnətdən çıxıb deyərkən 
hər bir kəsin günahı olduğunu, cinayət etdiyini 
bildirir. 
Güman etməyin ki, bu məsləhəti biz özü-
müzdən  ötrü  deyirik.  Xeyr,  biz  buğda  yeyib 
cənnətdən  çıxmışıq.  Bizi  intixab  edicilərin  si-
yahısına yazmayıblar [9. S.124–125]. 
Xeyirli,  faydalı  bir  iş  görməyəndə,  yəni 
heç bir iş görməyib hazıra yiyələnənlər, müftə 
yemək  istəyənlər,  hazıra  nəzir  olanlar  üçün 
halva  deməklə  ağız  şirin  olmaz  atalar  sözü 
işlədilir. H.Zərdabi bu ifadəni maarif və mədə-
niyyət  başlıqlı  məqalələrinin  birində  işlətmiş-
dir:  Bircə  yazıb-çığırmaqdan  başqa  heç  bir  iş 
eləməyirik.  Amma  çığırıb-bağırmaqdan  iş  çıx-
maz.  Halva  demək  ilə  ağız  şirin  olmaz.  Un, 
yağ və bal gərəkdir; iş görməkdən ötrü puldan 
da artıq adam gərəkdir [9. S.215]. 
Ümumiyyətlə,  H.Zərdabi  publisist  üslubda 
istər frazeologizmləri, istərsə də onun bir qolu olan 
atalar sözü və məsəlləri xalqın yaratdığı dildə işlə-
dərək, olduğu kimi də xalqa qaytarmışdır.  
H.Zərdabinin işlətdiyi atalar sözü və mə-
səllər təsvir etdiyi hadisələrlə elə ustalıqla əla-
qələndirilmişdir ki, hər bir oxucu çətinlik çək-
mədən  onu  dərk  edir  və  müəllifin  nə  demək 
istədiyi asanlıqla anlaşılır. 
 
Məqalənin elmi yeniliyi və tətbiqi  əhə-
miyyəti.  Məqalədə  H.Zərdabinin  publisistika-
sında  işlənən  frazeoloji  birləşmələr  ilk  olaraq 
sistemli  şəkildə  araşdırılmış,  qruplaşdırılmış, 
onlar üzərində elmi təhlillər aparılmış, mənala-
rı açıqlanmışdır.  
H.Zərdabinin  publisistikası  üzərində  apa-
rılmış  bu araşdırma, şübhəsiz ki,  frazeologizm-
lərin öyrənilməsində nəzəri və praktik cəhətdən 
əhəmiyyətli ola bilər.  
 
Ə D Ə B İ Y Y A T  
 
1.  Azərbaycan  mətbuat  tarixi  antologiyası. 
Bakı, 2010. C. 1. 
2.  Hacıyev  T.İ.  Azərbaycan  ədəbi  dilinin 
tarixi:  (ali  məktəblər  üçün  dərslik).  Bakı:  Elm, 
2012. H. 2. 
3.  Bayramov  H.  Azərbaycan  dili  frazeolo-
giyasının əsasları. Bakı: Maarif, 1978.  
4.  Mirzəliyeva  M.  Türk  dillərinin  frazeo-
logiyası. Bakı, 2009. C. 1. 
5.  Seyidəliyev  N.F.  Azərbaycan  dastan  və 
nağıl dilinin frazeologiyası. Bakı, 2006. 
6. Mahmudova Q. Türk dillərinin frazeolo-
giyası:  (qıpçaq  qrupu  türk  dillərinin  frazeologi-
yası). Bakı, 2009. H. 2. 
7.  Seyidəliyev  N.F.  Frazeologiya  lüğəti. 
Bakı, 2004. 
8.  Hüseynov  F.H.,  Əhmədov  B.B.  Məktəb-
linin frazeoloji lüğəti. Bakı, 2011.  
9.  Zərdabi  Həsən  bəy.  Seçilmiş  əsərləri. 
Bakı: Azərnəşr, 1960. 
10. Həyat. 1905. 21 dekabr. 
 
 
 
 
 
 


HƏSƏN BƏY ZƏRDABİ PUBLİSİSTİKASININ FRAZEOLOGİYASI 
 
33 
NARIMAN SEIDALIYEV 
 
THE PHRASEOLOGY OF HASANBAY ZARDABI’S PUBLICISM 
 
S u m m a r y  
 
The  paper  is  dedicated  to  phraseology  of  publicistic  articles  of  a  prominent  publicist 
Hasanbay Zardabi who was the constitutor of the «Əkinçi» («The ploughman») newspaper which 
was the first printing organ and began to be published since 1875. 
As  generally  known  publicistic  style  is  one  of  the  most  spread  one.  At  that  time  the 
publicistic  works  of  such  famous  writers  as  U.Hajibayov,  N.Narimanov,  J.Mammadguluzadeh 
and  also  the  language  of  «Əkinçi»  («The  ploughman»)  newspapers,  «Təkamül»  («Evolution»), 
«Yoldaş»  («A  friend»),  «Hümmət»  («Glory»)  undoubtedly  are  the  sources  of  the  gold  fund  and 
the  best  one  of  our  publicism.  İn  this  paper  the  phraseology  of  publicistic  articles  by  Hasanbay 
Zardabi published in the «Əkinçi» («The ploughman») newspaper have been investigated. 
Hasanbay  Zardabi  brought  the  elements  of  nation  wide  spoken  language  into  his  works. 
Phraseological  units  which  were  used  by  H.Zardabi  are  distinguished  by  their  clearness  and 
laconicism. 
İn  publicism  of  H.Zardabi  verbal  phraseological  units  are  prevalent  and  the  author  gives 
their analysis on the basis of examples. 
İn Hasanbay Zardabi’s publicistic works proverbs and sayings also have their reflection and 
in this paper these points are marked out by means of examples. 
 
Key words: H.Zerdabi, phraseology, phrase, «Akinchi» newspaper, publisistics 
 
 
 
 
НАРИМАН СЕИДАЛИЕВ 
 
ФРАЗЕОЛОГИЯ ПУБЛИЦИСТИКИ ГАСАН-БЕКА ЗАРДАБИ 
 
Р е з ю м е  
 
Статья  посвящена  фразеологии  публицистических  статей  Г.Зардаби,  основавшего  в 
1875 г. первый в Азербайджане печатный орган – газету «Экинчи». 
Как известно, публицистический стиль является самым распространённым языковым 
стилем.  Язык  произведений  таких  известных  писателей  того  времени,  как  Н.Нариманов  и 
Дж.Мамедгулузаде,  а  также  периодических  изданий  «Экинчи»,  «Текамюль»,  «Йолдаш», 
«Гуммет» и ряда других – лучшее тому подтверждение. 
Фразеологические единицы публицистических статей Г.Зардаби, будучи основаны на 
живом  народном  языке,  отличаются  краткостью  и  ясностью.  Большая  их  часть  –  это  гла-
гольные  фразеологизмы.  В  статье  приведены  примеры  употребления  таких  фразеологиз-
мов, а также пословиц и поговорок в публицистике Г.Зардаби. 
3 «Türkologiya», № 2 


Yüklə 6,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə