N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

 

 

50 



 

 

ГАЗАНФАР КЯЗИМОВ 



 

О ТЮРКОЯЗЫЧНОМ АЛБАНСКОМ ПАМЯТНИКЕ IX в.  

И ЕГО ЯЗЫКЕ 

 

Р е з ю м е  

 

В  статье  рассматривается  язык  сохранившегося  в  оригинале  фрагмента  из  «Грамматики 



албанского  языка»  –  произведения  албанского  правителя  IX  в.  Григора  Хаммама.  Текст, 

построенный в форме диалога и включающий в себя до 300 реплик, способствует более глубокому 

познанию истории азербайджанского языка. «Грамматика» написана на языке кыпчаков-гаргаров – 

одного из тюркских племëн Азербайджана. 



 

Ключевые  слова:  албанский  язык,  кыпчакско-гаргарский  язык,  история  азербайджанского 

языка, грамматика, грамматика албанского языка 

 

Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – baş elmi 

işçi, fil.ü.e.d. 

 

e-mail:  qshkazimov@gmail.com 

 

 

Çapa təqdim edən 

– 

 



 

Çapa tövsiyə edən 

AMEA-nın Nəsimi adına 

Dilçilik İnstitutunun Elmi Şurası 

(4.XII.2013, protokol № 15) 

 

Məqalənin redaksiyaya  

daxil olma tarixi  

 

 



8.XI.2013 

 

Təkrar işlənməyə  



göndərilmə tarixi  

 

 



12.III.2014 

Çapa göndərilmə tarixi 

7.IV.2014 

 

_________ 




 

 

51 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

      2014 

 

 

M A T E R İ A L L A R   V Ə   M Ə R U Z Ə L Ə R  

 

 

 

KAMİLƏ VƏLİYEVA  

 

AZƏRBAYCANDA RİYAZİ DİLÇİLİYİN MÜASİR VƏZİYYƏTİ 

 

X ü l a s ə .  Məqalə  Azərbaycanda  riyazi  dilçiliyin  müasir  vəzyiyyətinə  həsr  olunmuşdur.  Burada 

həmçinin  aşağıdakı  problemlər  araşdırılır:  maşın  tərcüməsi,  morfoloji  təhlil,  sözün  sintezinin  formal 

təsviri, mətnin avtomatik redaktəsi, formal modellərin analizi, statistik metodla qədim abidələrin təhlili və 

s.  


 

Açar sözlər: riyazi dilçilik, statistik dilçilik, maşın tərcüməsi, kompyuter dilçiliyi, riyazi metod 

  

XX  əsrin  50-ci  illərində  yaranan  praktiki  tələbdən  doğan  ənənəvi  dilçilikdə  mövcud  olan  əsas 



anlayışların  dəqiqləşdirilməsi,  mətnlərin  avtomatik  işlənməsi  və  emalı,  o  cümlədən  avtomatik  tərcümə 

kimi  məsələləri  qarşısında  qoyan  tətbiqi  dilçilik  yalnız  riyazi  məntiqə  söykənən  riyazi  metodların  tətbiqi 

ilə həyata keçə bilərdi. Riyaziyyatın bir qolu olan bu sahə daim inkişaf edərək dilin müxtəlif səviyyələrinə 

sirayət  etdi,  yeni  istiqamətlər,  struktur  dilçilik,  formal  qrammatikalar,  dilin  modelləri,  deşifrə  məsələləri, 

törədici  qrammatikalar,  transformasiya  qrammatikaları  yarandı.  Bundan  başqa,  tətbiqi  dilçiliyə  müasir 

dövrdə  semantikanın  öyrənilməsində  riyazi  məntiqin  predikat  və  kvantor  kimi  anlayışları  daxil  oldu. 

Sintaksisə  gəlincə  isə  riyazi  metodların  köməyi  ilə  strukturun  yeni  yönləri  meydana  çıxdı.  Çoxluqlar 

nəzəriyyəsindən istifadə edərək ənənəvi dilçilikdə mövcud olan qrammatik kateqoriyalar yeni bucaq altın-

da  dəqiqləşdirildi  [1].  Bu  sahədə  aparılan  tədqiqatlardan  A.A.Zaliznyakın  əsərlərini  nümunə  göstərmək 

olar.  Burada  onun  əsərlərinin  təfsilatı  ilə  şərhinə  varmırıq,  çünki  A.V.Qladki  «Humanitar  elmlər  və  linq-

vistikada dəqiq və riyazi metodlar» adlı məqaləsində onun xülasəsini vermişdir [2. S.22–37].  

Tətbiqi  dilçiliyin  diapazonu  genişdir,  demək  olar  ki,  dilin  bütün  sahələrini  əhatə  edir,  o  cümlədən 

funksional  üslub  [3],  tətbiqi  fonetika  [4].  Burada  nitqdə  danışanın  eşitmə  və  akustik  metodla 

identifikasiyası,  danışanın  emosional  vəziyyətindən  asılı  olaraq  nitqdəki  dəyişikliklər:  alkoqol 

vəziyyətindəki  nitq,  səsin  telefon  danışıqlarında  maskalanması,  konnotativ,  paralinqvistika,  linqvistik 

tədqiqatlarda gender problemlərinə, praqmatika və nitqşünaslıq, praqmatika və semantika, XX–XXI əsrlərdə 

gənclərin  nitqində  dil  xüsusiyyətləri  kimi  məsələlərə  toxunulmuş  və  yeniliyi  ilə  maraq  doğurur.  Qeyd 

etməliyik ki, tətbiqi dilçilikdə riyazi metodlardan geniş istifadə olunur.  



 

Dilçilikdə riyazi metodların tətbiqi 

 

Müasir dövrdə riyazi metodların elmin müxtəlif sahələrinə tətbiqi artıq böyük vüsət almışdır. Riyazi 



metodların  dilçilikdə  tətbiqi  ilk  baxışdan  təəccüb  doğura  bilər  ki,  riyaziyyat  ilə  dilin  nə  əlaqəsi  ola  bilər. 


 

 

52 



Lakin  dil  sisteminə  dərindən  yiyələndikdə  artıq  bu  fikrin  yanlış  olduğu  bir  daha  sübut  olunur.  Xüsusi  ilə 

iltisaqi dillərin tədqiqində bu əlaqə özünü açıq-aşkar hiss etdirir.  

Dilçilik  ədəbiyyatından  məlumdur  ki,  riyaziyyatın  dilçiliyə  tətbiqi  XX  əsrin  50-ci  illərindən 

başlanmışdır. A.V.Qladki «Dilçilikdə və digər humanitar elmlərdə dəqiq və riyazi metodların tətbiqi» adlı 

məqaləsində  qlossematik  məktəbin  nümayəndələrindən  tutmuş  ta  müasir  dövrdəki  alimlərin  o  cümlədən 

V.A.Kolmoqorov, V.A.Uspenski,  A.A.Zaliznyak, İ.A.Melçuk, Y.S.Martemyanov, B.V.Suxotinin və s. əsərlərində 

dəqiq  və  riyazi  metodların  istifadəsini  açıqladığından  və  onları  yenidən  şərh  etməyinə  ehtiyac 

duymadığımızdan burada xüsusi qeyd etməyi lazım bilmədik [2].  

İşdə  əsas  məqsəd  Azərbaycan  dilçiliyində  istifadə  olunan  riyazi  metodların  qısa  şərhinin 

verilməsidir.  

 

Ümumiyyətlə,  elmdə  obyektiv  aləmin  dərk  edilməsi,  onun  qanun  mexanizminin  insan  beynində 



inikası  yollarını  araşdırmaq  üçün  xüsusi  metod  –  dərkedilmə  metodlarından  istifadə  edilir.  Dərkedilmə 

metoduna şərti olaraq 3 meyarla yanaşılır: 

 

1.  Dialektik-materialist  metod.  Bu  metod  bütün  elmi  və  dərketmənin  üslubu  olub,  təbii  varlığın 



öyrənilməsinə yönəlmişdir [5].  

2.  Elmi  dərketmənin  ümumi  metodu.  Bu  metoda  analiz,  sintez,  induksiya  və  deduksiya,  tarixi  və 

məntiqi  ümumiləşdirmələr,  hipoteza,  təcrübi,  analoji  modelləşdirmə,  formal  yanaşma,  aksiomatik  və  s. 

daxildir [6. S.77].  

3.  Dərketmənin  xüsusi  metodu.  Bu  metod  konkret  elmlərdə  istifadə  olunur.  Məsələn,  riyaziyyatda  –  riyazi 

induksiya  metodu.  İ.D.Andreyev  «Elmi  dərkin  metodları»  adlı  əsərində  [7.  S.163–173]  «aksiomatik  və  formalize 

metodları», «modelləşdirmə metodu» (bu metodu müəllif riyazi  metodlar  sırasına  daxil  etmişdir)  haqqında  qısa 

şəkildə  məlumat verilmişdir. Şərti  olaraq bu  metod  müxtəlif  elm sahələrində  tətbiq  olunduğundan (fizika, 

kimya,  biologiya,  elektrotexnika,  iqtisadiyyat,  dilçilik  və  s.)  elmi  dərketmənin  ümumi  metodu  hesab 

olunur.  Deməli,  riyazi  metodlarla  təkcə  aksiomatik,  formalaşma  deyil,  riyaziyyatın  bütün  əsas  metodları 

daxildir.  Bu  metodların  sayı  30-a  qədərdir  ki,  bunlardan  yalnız  dilçilikdə  istifadə  olunanları  verməklə 

məhdudlaşacağıq [5. S.156–173]. 

 

Beləliklə,  dilçilikdə  geniş  tətbiq  dairəsi  olan  aksiomatik,  modelləşdirmə,  formal  yanaşma,  ehtimal-



statistik,  nəzəri-kibernetik  metodlardan  və  alqoritmlər,  çoxluqlar  avtomatlar  nəzəriyyəsindən  istifadə 

olunur. Qeyd  etməliyik  ki,  dilçiliyin bütün səviyyələrində bu  metodlardan  geniş  istifadə  olunur. Məhz bu 

metodların tətbiqi ilə əlaqədar dilçilikdə yeni bir sahə – riyazi dilçilik yarandı ki, burada əsas məqsəd təbii dillərin 

strukturunu, anlayışlarını formal cəhətcə yanaşma metodu ilə öyrənməkdir.  

Bundan  başqa  dilin  və  nitqin  sistem  analizinin  tədqiqində  müasir  və  elementar  riyaziyyatın  tətbiqi 

geniş vüsət almışdır. Riyazi metodlardan dilçiliyin maraqlı sahələrindən biri olan deşifrə məsələlərində də 

xüsusilə  tanınmış rus alimi  B.V.Suxotinin  əsərlərində istifadəsi  geniş  vüsət almışdır [8].  Bir sözlə,  dünya 

dilçiliyində  bu  istiqamətlər  üzrə  külli  miqdarda  monoqrafiyalar,  məcmuələr  buraxıldı  və  demək  olar  ki,  XX 

əsrin əvvəlində de Sössürün riyazi metodla dilçilik məsələlərinin tədqiqi arzusu həyata keçdi [2. S.9–11].  

Azərbaycan  dilçiliyində  riyazi  metodlardan  istifadə  edilməsi  60-cı  illərdən  M.S.Qarayevanın 

«Riyazi  dilçilik  tədrisdə»  adlı  kitabın  nəşri  ilə  başlandı  [12].  Müəllif  tərəfindən  təməli  qoyulmuş  riyazi 

dilçiliyin artıq bütün  qolları üzrə (maşın tərcüməsi,  Azərbaycan  dilinin  formal  modellərinin  hazırlanması, 

statistik metodla dilin tədqiqi) tədqiqat işləri aparmağa başlandı. 1976-cı ildə Nəsimi adına Dilçilik İnstitu-

tunda  Azərbaycan  dilçiliyinin  yeni  bir  sahəsi  olan  tətbiqi  dilçilik  qrupu  yarandı.  V.Y.Pinesin  rəhbərliyi 

altında qrup tətbiqi dilçilik məsələlərinə daxil olan problemlərlə: maşın tərcüməsi (sözün sintezinin formal 

təsviri,  morfoloji analiz,  mətnlərin avtomatik sintaktik  təhlili  və sintezi,  mətnlərin avtomatik redaktəsi  və 

s.), formal  modellərin  hazırlanması (türk dilində fel şəkilləri quruluşunun modelləşdirilməsi, avtomatik sintezin 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə