N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 

 

42 



qələmə alınmış bu əsərin sonralar erməni “dilçiləri” üçün həsəd və ilham mənbəyinə çevrildiyini, nəhayət, 

XVII əsrdə  həmin  əsərin  əsasında,  erməni  dilinə tərcümə  edilməklə,  hay  dilinin  ilk  qrammatika  kitabının 

yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər» [1]. B.Tuncayın heyrətlə yazdığı kimi, həmin əsərin 

bir  fraqmenti  həm  erməni  dilində,  həm  də  orijinalda  –  alban  dilində  bir  möcüzə  kimi  dövrümüzə  qədər 

gəlib  çatmışdır.  Söhbət  Matenadaranda  saxlanılan  3522  №-li  əlyazmadan  gedir.  Mətn  A.N.Qarkavetsin 

ikicildlik «Qıpçaq yazılı irsi» [4–5] kitablarının 2-ci cildindən götürülmüşdür. 

 

Əlyazma  XVII  əsrdə  Lvovda  alban  əlifbası  ilə  yazılmışdır.  B.Tuncay  o  dövrdə  əlyazmanın  üzünü 



köçürən şəxsin  Avedik adlı bir alban  olduğu  qənaətindədir  [1]. Güman  edilir  ki,  əlyazmanı  erməni  dilinə 

çevirən də, ona ön söz yazan da həmin bu Avedik olmuşdur. 

B.Tuncayın  qeydlərindən  aydın  olur  ki,  albandilli  abidənin  (Qriqor  Hammamın  «Qrammatika» 

əsərindən dövrümüzə qədər qalmış fraqmentin) üzərində nə vaxtsa (ya Avedik, ya da ondan əvvəlki katiblər 

tərəfindən) əməliyyat aparılmış, yəni əlavələr  edilmişdir. Lakin  həmin  əlavələri ayırd  etmək, fərqləndirmək 

mümkündür. B.Tuncay fraqmenti internet saytına daxil edərkən əlavələri qara şriftlə fərqləndirmişdir. 

 

Beləliklə, indi əlimizdə IX əsrə aid alban dilində orijinal mətn var. Mətn dialoq şəklində qurulmuşdur 



və dialoq replikalarının sayı 300-ə qədərdir. Replikalar əksərən bir sadə cümlədən, bəzən bir kəlmədən iba-

rətdir. Lakin həcm etibarilə iri – 10 sətirlik replikalar da var. Redaktə zamanı edilmiş əlavələr ümumi mət-

nin az bir hissəsini – 20–25 faizə qədərini əhatə edir. Əsər dövrün dil xüsusiyyətləri, elmi-fəlsəfi, təbii və 

dini görüşləri barədə kifayət qədər təsəvvür qazanmağa imkan verir.  

 

Əsərin dili və məzmunu ilə bağlı təsəvvür qazanmaları üçün bir sıra dialoqları nəzərdən keçirək. Fraq-



ment aşağıdakı dialoqla başlanır: 

 

– Ne ata aytmax bilə belgilidir? 



– Ki, oğlu bar. 

– Kiminq neməsisen sen? 

– Atanınq. 

– Kiminq neməsimen? 

– Atanınq. 

– Kiminq neməsidir ol? 

– Atanınq. 

– Kiminq neməsidir bu? 

– Atanınq. 

– Kiminq neməsidir bular? 

– Atanınq. 

– Kiminq nemələridirlər alar? 

– Atanınq. 

– Xayda ettinq sen? 

– Tenqridə. 

– Kimgə umsandınq sen? 

– Tenqrigə. 

– Kiminq bilə yeberdinq sen? 

– Tenqri bile yeberdim men. 

– Kim bilə yeberdi bu? 

– Tenqri bilə yeberdi bu, ol. 

– Kim bile yeberirsen? 

– Tenqri bilə yeberi men, ya ata bilə. 

 

Dediyimiz  kimi,  əsər  elmi,  dini,  fəlsəfi  və  təbiətşünaslıq  bilikləri  vermək  zəminində  qurulmuş 



qrammatika  kitabıdır  və  müəllifin  əsas  məqsədi  sual-cavab  əsasında  dilin  qrammatik  quruluşunu  öyrət-

məkdir. Odur ki müəllif ən asan yolu seçmiş, qrammatik quruluşun dialoq şəklində öyrədilməsi prinsipini 

əsas götürmüş, əsəri dialoq şəklində tərtib etmişdir. Mətnə diqqət edilsə, aydın olar ki, burada əsas məqsəd 



 

 

43 



fikrin  ayrı-ayrı  şəxslər  üzrə  necə  ifadə  edildiyini  öyrətməkdən  ibarətdir.  Müasir  dilimizdən  ciddi  şəkildə 

fərqlənə biləcək quruluş elementi yoxdur. 

 

Zahirən birinci cümlə başa düşülmür. Amma başa düşüləndir.  sözü müasir dilimizdə işlətdiyimiz 



kimi,  ‘necə’,  ‘hansı’  mənasındadır;  ata  –  aydındır;  bilə  sözü  qədim  abidələrimizdə  tez-tez  işlənən  ilə 

qoşmasıdır. Belgilidir – qədim abidələrdə ‘tanınmaq’, ‘işarələnmək’, ‘bilinmək’, ‘seçilmək’ mənasındadır 

[6. S.82]. Aytmax sözü  «Dədə  Qorqud»da az  qala  hər cümlədə  özünü  göstərən  demək, söyləmək  sözüdür. 

Cümlə  hərfən: ‘Necə (hansı) ata  söylənməsi  ilə seçilir, tanınır?’  mənasındadır. Bütöv  geniş cümlədir. Ca-

vab cümləsi yarımçıq və konkret mənalıdır, cavab verən şəxs məlum olanı – baş cümləni (Ol ata aytmax bilə 

begilidir  kim)  ixtisar  edir,  yeni  fikir  ifadə  edən  budaq  cümlə  ilə  kifayətlənir:  Oğlu  olan  (ata  şöhrətlidir, 

tanınır). 

 

Mətn ümumən daha çox qıpçaq mətni hesab olunur. Lakin mətndə atanınq, kiminq sözlərindəki son 



nq səsləri oğuz tayfa dilinə də məxsusdur və burada, heç şübhəsiz, nq iki müstəqil səsdən ibarət olmayıb, 

burun  ŋ  səsidir  və  hazırda  qərb  qrupu  şivələrimizdə  geniş  işlənməkdədir.  Daha  qədimlərə  getdikcə,  oğuz-

larla qıpçaqlar karluk və uyğurlarla birlikdə olmuş, dilləri bir kökdən təcrid olunmuşdur. 

 

Sonrakı  dialoqda – Kiminq neməsisen  sen? –  cümləsində  neməsisen sözü  oxucunu  düşündürə bilər. 



Bu  sözün  əsasında  nemə/nəmə  [6.  S.126]  sözü  durur,  abidələrdə  ‘nə’,  ‘hansı’  mənasındadır.  Cümlənin 

mənası  çox  təbiidir:  Kimin  nəyisən  sən?  –  yəni  kimin  törəməsisən?  Ona  görə  də  cavab  təbiidir:  Atanınq 



(neməsimen). Sonra müəllif öyrətmək üçün xəbəri şəxslər üzrə dəyişir:  

 

– Kiminq neməsimen? 



– Kiminq neməsisen sen? 

– Kiminq neməsidir ol? 

– Kiminq neməsidir bu? 

– Kiminq neməsidir bular? 

– Kiminq nemələridirlər alar? 

 

Nə  qədər  sadə  və  təbii  qurulub!  Həm  də  tam  canlı  danışıq  dili  əsasındadır.  Xəbərlik  şəkilçiləri 



əsasən  formalaşıb.  Ola  bilər  birinci  cümlədə  (Kiminq  neməsimen?)  men  sözü  ayrı  işlənib  və  xəbərlik 

şəkilçisi ixtisar edilib. 3-cü şəxsin cəmi də nəzərə alınıb. Mənsubiyyət və xəbərlik şəkilçiləri indiki kimidir: 

-si,  -dir.  3-cü  şəxsin  cəmində  alar,  bular  sözlərində  n  samiti  yoxdur.  Halbuki  Nəsimidə  anlar  şəklindədir. 

Hər iki forma şivə tələffüz formasıdır, canlı danışıqla bağlıdır. 

 

Dövrün  danışıq  dilində  anlautda  x  samiti  işlək  səsdir.  Başlanğıc  dialoqda  atadan  sonra  göylərə  üz 



tutulur.  Xayda  ettinq  sen?  –  cümləsində  xayda  sözü  sonralar  x  >  h  keçidi  ilə  harda  şəklinə  düşmüşdür; 

ettinq  ‘edildin’,  ‘yaradıldın’  mənasındadır:  Harada  yaradıldın,  harada  doğuldun?  Cavab  da  aydın: 

göylərdə, allah məkanında. 



 

Kimgə  umsandınq  sen?  –  cümləsində        -ğa,  -gə  arxaik  yönlük  şəkilçisidir.  Umsanmaq  sözü  isə 

hazırda işlətdiyimiz ummaq (ummaq, ümid etmək) sözüdür. Yalnız tanrıya ümid etmək, bel bağlamaq olar: 



Tenqrigə.  Ummaq    umsanmaq  tam  eyni  sözlər  olmadığı  üçün  umsanmaq  sözü  əvəzliyi  yönlük  halda 

tələb edir: Kimgə umsandınq sen? 



 

Kiminq  bilə  yeberdinq  sen?  –  cümləsində  anlaşılmaz  kimi  görünən  yebərmək  sözü  Dərbənd  və 

Tabasaran  şivələrində  yebərmağ  [7.  S.545]  şəklində  işlədilən  göndərmək  felidir.  Soruşulur  ki,  kimin 

vasitəsilə göndərildin. Cavabda – Tenqri bile yeberdim men – deyilir, söz növ şəkilçili (göndərildim) deyil, bizim 

dediyimiz doğuldum sözü əvəzinə, türklərin işlətdiyi doğdum sözü kimidir. Lakin bir qədər sonra mətndə həmin söz 

növ şəkilçisi ilə də işlənmişdir.  

 

Müəllif xolmaq  (istəmək, arzulamaq), yebermək (göndərmək), izdəmək  (izləmək) fellərinin təsrifini 



vermişdir. Yebermək feli iki cür işlənmişdir: Kiminq bilə yeberdinq sen? Ol vaxt kimdən yeberildinq sen? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə