N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

 

 

44 



 

Birinci  halda  cavab:  Tenqri  bilə  yeberdim  men,  ikinci  halda:  Tenqridən  yeberildim  men  –  şək-

lindədir. Deməli, məchul növün şəkilçisi artıq mövcuddur. Onda birinci cümlənin mənası ‘Tanrı ilə gəldim 

mən’, ikincidə isə ‘Tanrı vasitəsilə göndərildim mən’ şəklində başa düşülməlidir.  

 

Sonrakı  cümlələrdə  yebərmək  felinin  təsrifi  verilmişdir:  yeberdim  men,  yeberdinq  sen,  yeberdi  ol, 



bu.  Hətta  zaman  məsələsinə  də  diqqət  yetirilmişdir.  Müəllif  yalnız  şühudi  keçmişlə  kifayətlənməmiş, 

indiki zaman şəkilçisi ilə də təsrifi davam etdirmişdir: Kim bile yeberirsen? – Tenqri bilə yeberirmen.  

 

Gələcək zaman da nəzərə alınmışdır: 



 

– Kim bilə yebersərsen? 

– Tenqri bile yebersərmen. 

Eyni cümlə forması başqa sözlərin iştirakı ilə də təkrar edilmişdir: 

 

– Kim bile bardınq sen? 



– Kim bile barıyırsen? 

– Kim bile barsarsen, ya getsərsen? 

 

Cavablar da dövrün dünyagörüşünə müvafiqdir: Tenqri ilə barıyırmen və ya: Tenqri bile. Ya ata bile 



getsərmen. 

 

Hətta  sual-cavabda  -sar,  -sər  şəkilçisindən  başqa,  hazırda  işlətdiyimiz  qəti  gələcəyin  şəkilçisi  də 



görünməkdədir: 

 

– Kim bile ettinq anı? 



– Tenqri, ya oğul bile ettim bunu. 

– Kim bile etiyirsen? 

– Tenqri ya Can bile etiyirmen, ya alıyırmen.  

– Kim bile etəcəksen? 

– Tenqrilix bile etecegim men, ya alsarmen. 

 

Dialoqlarda  ata,  oğul,  can  sözləri  həm  həqiqi,  həm  də  məcazi  mənadadır:  Ata  dedikdə  Allah,  oğul 



dedikdə İsa, can dedikdə müqəddəs ruh nəzərdə tutulur – Üç Üqnum. 

 

Kimni  xoldunq  sen?  –  cümləsində  ‘istəmək’,  ‘arzulamaq’  mənasında  xolmak  [5.  S.98]  sözündən 

başqa,  anlaşılmaz  bir  şey  yoxdur.  Bir  də  fərqli  cəhət  daha  çox  qıpçaq  xüsusiyyəti  olan  -  təsirlik  hal 

şəkilçisindədir. -ni şəkilçisi bizim qədim abidələrdə, xüsusən Əlinin «Qisseyi-Yusif» əsərində işlək şəkilçi 

olmuşdur. 

 

Bunlarla  yanaşı,  cümlələrdə  çox  sadə,  təbii  müraciət  vasitələri  də  vardır:  Hali  kimdən  yeberildinq 



sen,  xardaş?  Tenqridən  yeberildim  men  biyağalarım,  canım.  Xaysıdan  yeberildin  sen,  dostum  menim? 

Tenqridən yeberildim men, seyiklü atam menim. 

 

Kimni  izdiyir  ol?  –  Tenqrini  izdiyir  ol  –  cümlələrindəki  izdiyir  sözündə  -la,  -lə  şəkilçisinin 

assimilyativ forması – -dı, -di bu şəkilçinin bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir. 

 

Bundan  sonra  müəllif  söhbəti  çox  təbii,  həm  də  o  günlərdə  olduğu  kimi,  bu  gün  də  zəruri  olan  bir 



sahəyə yönəltmişdir:  

 

– İşlərsen? 



– Heyə, işlərim. 

– İşlərsen? 




 

 

45 



– İşləməm. 

– Nek işləməzsen?  

– İzdəməm işləməx. 

– Nek izdəməzsen? 

– Zera ki, bolmam. 

– Ne üçün bolmassen? 

– Anınq üçün bolmam, zera yoxtur xuvatlıxım.  

 

Ümumi  zaman  bildirən  -r  şəkilçisi  həm  təsdiq  (işlərsən),  həm  inkar  formada  (işləməzsen),  həm 



saitsiz, həm də saitlə eynən bugünkü vəziyyətdə işləkdir. Türki qəzet versə də əqlə ziya, // Mən onu almam 

əlimə mütləqa (Sabir). Birinci şəxs təkin şəxs şəkilçisi hələ qapalı saitli (-im), ikinci şəxs təkinki yarımqa-

palıdır (-sen). Qrammatika müəllifi burada artıq inkar formanı da öyrətməyə çalışır (-ma, -mə). Qədim abi-

dələrin dilində ‘nə üçün’, ‘niyə’ mənasında nəkə [6. S.126] əvəzliyi var. Müəllif bizim üçün arxaik olan bu 

sözlə yanaşı, ne üçün əvəzliyindən də istifadə etmişdir. ‘Bəli’ mənasında işlənmiş heyə sözü isə indiki  

sözünün  əcdadıdır,  Kürdəmir  şivələrində  indi  də  heyə  şəklində  işlənməkdədir.  «Dədə  Qorqud»da  çağırış 

bildirən  nida  kimi, hay/hey şəkillərində  işlənmişdir [8. S.185]. İzdəməm  sözündə,  əgər  düz  oxunubsa,  ke-

çən müddətdə z səsi karlaşmışdır. Xuvatlıxım sözü ərəb mənşəlidir, ‘qüvvəm’ deməkdir. 

 

Müəllif  getdikcə  dialoqları  məzmunca  daha  yaxşı  əlaqələndirməyə  çalışmışdır.  Yoxdur  xuvatlıxım 



ifadəsinə qarşı nikbinlik üçün yaradana üz tutulur: 

 

– Kim yarattı seni? 



– Tenqri. 

– Kimin yaratılqanı sen? 

– Tenqrininq. 

– Kimgə umsundunq sen? 

– Tenqrigə. 

– Kiminq bilə xuvatlandınq sen? 

– Tenqri bilə. 

 

İsim və sifət düzəldən -qan, -ğan şəkilçisi indi də işləkdir. Amma indi olsa idi, ikinci dialoqun sual 



cümləsi  Sən  kimin  yaratdığısan?  (və  ya:  Səni  kim  yaratmışdır?)  şəklində  olardı.  Sonrakı  sual  cümlələri: 

Sən kimə ümid bağladın? Kim ilə qüvvətləndin? mənasında işlənmişdir və başa düşülmək üçün çətinlik tö-

rətmir.  Qüvvəm  yoxdur  (yoxtur  xuvatlıxım)  sözlərinin  müqabilində  sonrakı  dialoqlarla  allaha  tapınmaq 

lazım olduğunu öyrədir.  

Aşağıdakı dialoqlarda ataya məhəbbət tərbiyə edilir: 

– Kimin toğuşusu sen? 

– Atamınq menim. 

– Kimni xolarsen? 

– Atamnı menim. 

– Kimdən keldinq sen? 

– Atamdan menim. Ey ata, işit manqa da bir xoltxamnı menim. 

 

İndiki  halda  birinci  cümlədə  sen  sözü  ayrı  yazılmaqla  mübtəda  vəzifəsindədir  və  cümlənin  xəbəri 



sintaktik  yol  ilə  ifadə  olunmuşdur:  Sen  kimin  toğuşusu?  Amma,  güman  ki,  sen  sözü  şəxs  şəkilçisi 

məqamındadır, cümlə Kiminq toğuşususen? – şəklindədir. Manqa sözü (mənə) müasir dildə eşit sözü ilə bu 

cür  əlaqələnmir,  təsirlik  hal  məqamındadır.  Kimin  doğuşususan  sən?  Kimi  arzularsan?  Kimdən  gəldin 

(yəni səni kim yaratdı)? – suallarının cavabları da ataya məhəbbət təlqin edir. Son cavabda ataya müraciət 

də var: Ey atamənim də arzularımı eşit.  

 

Min ildən çox müddətdə nə dəyişilib? Görün dialoqlar nə qədər təbii və müasirdir: 



– Ne toğdunq sen? 

– Oğul. 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə