______________________________________________
511
hansısa bir sözün guya kəsərini artırmaq, yaxud hansı bir yalanla, təhqirlə
dediyi sözün kəsərini artırmaq mümkün deyil. Bilin, inanın, mən dünya
görmüş adamam, - bunlar əhəmiyyətsiz şeydir.
İndi bunlar gəncdirlər, yəqin hesab ediblər ki, bu cür təhqir, böhtan
sözləri ilə nəyəsə nail ola bilərlər. Gedib düşüblər cəzaya və cəzaları da
ədalətlidir. Mən dünən bunu araşdırdım, məhkəməni də, prokuroru da
çağırdım. Ancaq bunlara baxmayaraq, mən o gənclərin cavanlığını nəzərə
alaraq onlan bağışlamaq haqqında fərman verdim.
Məsələn, həmin adamlardan birinin atası Ağdamdan qaçqın düşmüş
adamdır. Qaçqın vəziyyətində yaşayır. Mən baxıram, - o, sadə bir kişidir,
insandır. Ozü də mənə deyir ki, bilirsiniz, mənim oğlum həbs olunmamışdan
on gün qabaq bir türk jurnalistinin sizin haqqınızda yazdığı kitabı gətirib
qiymətli hədiyyə kimi ad günümdə mənə verdi. Bir türk jurnalisti mənim
haqqımda türk dilində xırda bir kitab yazıb, deyir ki, oğlum mənim ad
günümdə gətirib dedi ki, mən Heydər Əliyev haqqında olan bu kitabı sənə
hədiyyə verirəm. Amma bilmirəm, sonra necə olub ki, o gedib bu yola düşüb.
Mən gördüm ki, onun atası nə qədər sadə, nə qədər təmiz ürəkli bir
adamdır, Dünən o birisilərin də ailə üzvləri ilə görüşdüm, danışdım.
Doğrudan da yaxşı insanlardır və mənim onlara da, həbsxanada olanlara da
rəhmim gəldi. Onları əfv etdim. Güman edirəm ki, məhkəmə də düz edib,
mən də düz eləmişəm.
S u a l : Cənab prezident yeni parlamentdən nə gözləyirsiniz?
C a v a b : Mən yeni parlamentdən güclü fəaliyyət, yeni qanunların qəbul
olunmasını gözləyirəm. Azərbaycanda qanunvericilik işlərinin güclənməsini
gözləyirəm.
S u a l : Konstitusiyada Naxçıvana muxtar dövlət statusu verilməsi nə
ilə əlaqədardır? Belə bir müxalif fikir var ki, bu, Dağlıq Qarabağa
analoji status vermək məqsədi güdür.
C a v a b : Elmira xanım, iki gün bundan əvvəl mən konstitusiya
komissiyasındakı çıxışımda bu barədə dedim, bir də deyirəm: bu fikirlər
araqarışdırıcı fikirlərdir. Naxçıvanın muxtar statusu beynəlxalq müqavilələr
əsasında 20-ci illərin əvvəlində verilibdir və buna tam əsas var. Dünyanın
unitar dövlətlərinin çoxunun tərkibində muxtar qurumlar var. Onlardan biri
də Azərbaycan dövlətidir, Azərbaycanın da içində Naxçıvan Muxtar
______________________________________________
512
Respublikasıdır.
S u a l : Yəni bu, Dağlıq Qarabağa hər hansı bir status vermək
məqsədi güdmür?
C a v a b : Bilirsiniz, mən sizə açıq deyirəm. Nə cür fikirləşirsiniz ki,
Dağlıq Qarabağa heç bir status verilə bilməz? Nə veriləcək - bu günün
mövzusu deyil. Ancaq heç kəs - meydanda qışqıran ağılsız adamlar
fikırləşməsin ki, "gəlin, Dağlıq Qarabağı da dağıdaq, bütün erməniləri də
qıraq". Bu yaramaz bir fikirdir. Elə bu cılız fikirlərin nəticəsində də
Azərbaycan belə vəziyyətə düşdü.
Azərbaycan milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq
Azərbaycanda yaşayan bütün insanların vətənidir. O cümlədən Dağlıq
Qarabağda yaşayan ermənilərin də vətənidir. Dağlıq Qarabağda yaşayan
ermənilər əgər bu təcavüzkar, separatçı hərəkətlərindən əl çəksələr və
Ermənistan Respublikası bu hərbi təcavüzdən əl çəksə, bizim şərtlərimiz
qəbul olunsa, Azərbaycanın tərkibində Dağlıq Qarabağ yaşayacaq və Dağlıq
Qarabağa müvafiq status veriləcək, Ermənistanla Azərbaycan arasında
normal əlaqələr yaranacaqdır.
Mən Avropadan gələn müşahidəçilər, o cümlədən Fransanın Milli Məclisi
sədrinin müavini və başqaları ilə dünən danışırdım. Fransa Almaniya ilə neçə
il müharibə elədi. Fransa Böyük Britaniya ilə neçə il mühafıbə elədi. İndi bir-
biri ilə dost dövlətdirlər və bir ittifaqa daxildirlər. Bu tarix gözünüzün
qabağındadır. Kim hesab edirsə ki, biz Ermənistanla əbədi düşmən olacağıq,
yaxud əbədi olaraq dava edəcəyik, - bu, böyük səhvdir. Dünya tarixi bunu
göstərir.
Rusiya ilə, yaxud Sovet İttifaqı ilə Almaniya arasında böyük müharibə
oldu. 50 il keçəndən sonra Almaniyanın, Rusiyanın, Amerikanın, Fransanın
başçıları Moskvada bir-biri ilə öpüşürdülər. Hitler faşist Almaniyası Fransanı
dörd il işğal etdi. Fransa Milli Məclisi sədrinin müavini dünən mənimlə
danışarkən dedi ki, faşist Almaniyası gəlib Fransanı işğal etdiyinə görə o da
dörd il qaçqın vəziyyətində olubdur. Dedi ki, sizin qaçqınlardan fərqli olaraq
mən çadırda yox, evdə yaşamışam. Bizimkilərin isə əksəriyyəti çadırlarda
yaşayır. Amma indi Fransa ilə Almaniya bir-biri ilə dost ölkələrdir. Avropa
İttifaqına birlikdə daxildirlər. Bu tarixi unutmaq lazım deyil və bu tarixdən
kənara da çıxmaq lazım deyil. Ona görə də bu məsələlərə obyektiv, düzgün
yanaşmaq lazımdır.
Sağ olun, sizin hamınıza dəyərli işlərinizdə uğurlar arzulayıram.
______________________________________________
513
ÜÇ QİTƏ BEYNƏLXALQ
KİNOFESTİVALININ TƏŞKİLATÇILARI VƏ
İŞTİRAKÇILARINA
Əziz dostlar!
Sizi - Nant Beynəlxalq kinofestivalının təşkilatçı və iştirakçılarını
Azərbaycan xalqı adından ürəkdən salamlayır və kino sənətinin gələcək
inkişafı naminə hamımza gərgin fəaliyyətinizdə uğurlar arzulayıram.
Kino sənətinin 100 illik yubileyi ərəfəsində Azərbaycan kinosuna
retrospektiv baxışın məhz kinematoqrafiyanın vətəni sayılan Fransada
keçirilməsini əlamətdar mədəni hadisə kimi qiymətləndirirəm. Azərbaycan və
fransız xalqlarını bir-birinə bağlayan mədəni əlaqələr çox qədimdir. İnanıram
ki, Azərbaycan və Fransa kinematoqrafçıları bu tarixi ənənələri bundan sonra
da sədaqətlə yaşadacaq, kino sənətinə qədəm basan yeni nəslin bu ruhda
tərbiyəsinə zəmin yaradacaqlar.
Əminəm ki, humanist ideallara xidmət edən, sülhsevər qüvvələri
birləşdirən, Yer kürəsinin müxtəlif dinli, müxtəlif dilli, müxtəlif irqli
övladlarının həmrəylik rəmzinə çevrilən Nant festivalı Azərbaycan və
Fransanın mədəniyyət aləmi üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı,
dünya xalqları arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində
unudulmaz tarixi bir mərhələ olacaqdır.
21 noyabr 1995-ci il
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti