MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə159/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   156   157   158   159   160   161   162   163   164

______________________________________________ 

499


 

"OARABAĞ" NEFT STRUKTURUNDA  

ARDNŞ İLƏ BİR QRUP XARİCİ  

NEFT ŞİRKƏTİ - "LUKOYL" (RUSİYA),  

ACİP (İTALİYA), "PENNZOYL KƏSPİƏN  

DEVELOPMENT KORPOREYŞN" (ABŞ),  

LUKACİP (RUSİYA - İTALİYA) ARASINDA  

BİRGƏ İŞ HAQQINDA SAZİŞİN TƏNTƏNƏLİ  

İMZALANMA MƏRASİMİNDƏ ÇIXIŞ 

 

"Gülüstan" Sarayı  

10 noyabr 1995-ci il  

 

Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar! 



Bu gün Azərbaycanda, Bakıda, bu möhtəşəm "Gülüstan" sarayında yeni 

bir  əlamətdar hadisə baş verir. Azərbaycan Respublikasının Xəzər 

dənizindəki sektorunda yerləşən neft yataqlarından birinin - "Qarabağ" neft 

yatağının bir neçə xarici ölkənin neft şirkətləri ilə müştərək istifadə olunması 

üçün müqavilənin imzalanması  mərasiminə toplaşmışıq. Bu münasibətlə 

Azərbaycana qonaqlar gəlibdir. Xarici şirkətlərin mənsub olduğu ölkələrin 

yüksək səviyyəli hökumət nümayəndə heyətləri, xarici şirkətlərin nümayəndə 

heyətləri və digər qonaqlar bura toplaşıblar. Bu təntənəli mərasimdə hazırda 

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin rəhbərləri, səfirlər də 

iştirak edirlər. Mən bu mərasimdə iştirak edən qonaqları və bura toplaşanların 

hamısını ürəkdən salamlayıram və deyirəm: Siz Azərbaycan Respublikasına 

xoş gəlmisiniz! 

Bu müqaviləni hazırlayıb imzalanmağa təqdim edən  şirkətlər Rusiyanın 

"LUKoyl", ABŞ-ın "Pennzoyl", İtaliyanın "ACIP" və Azərbaycan Dövlət 

Neft  Şirkətidir. Bu müqavilənin imzalanması üçün təşkil olunmuş  təntənəli 

mərasimdə  iştirak etmək üçün respublikamıza gəlmiş Rusiya Federasiyası 

hökumətinin nümayəndə heyətini və nüniayəndə heyətinin başçısı, Rusiyanın 

energetika naziri Yuri Şafraniki ürəkdən salamlayıram.  




______________________________________________ 

500


 

Amerika Birləşmiş  Ştatlarının hökumət nümayəndə heyətini və 

nümayəndə heyətinin başçısı, ABŞ-ın energetika nazirinin müavini Çarlz 

Körtisi ürəkdən salamlayıram. 

İtaliyanın hökumət nümayəndə heyətini və nümayəndə heyətinin başçısı, 

İtaliyanın sənaye naziri Alberto Klonu ürəkdən salamlayıram. 

Bu müqavilənin hazırlanmasında xüsusi fəaliyyət göstərmiş Rusiyanın 

"LUKoyl" şirkətini və onun prezidenti Vahid Ələkbərovu salamlayıram. 

İtaliyanın "ACİP"  şirkətini və onun prezidenti Qumleylo Moskatonu 

salamlayıram. Azərbaycanda bir neçə ildir ki, fəaliyyət göstərən və hazırda 

öz işinin nəticələrini nlimayiş etdirən ABŞ-ın "Pennzoyl" şirkətinin 

prezidenti Tom Hamiltonu salamlayıram. 

Sizin hamınızı, Azərbaycana gəlmiş bütün qonaqları bir daha 

salamlayıram və  əmin olduğumu bildirmək istəyirəm ki, bugünkli 

mərasimimiz - çox tarixi əhəmiyyət kəsb edən bir müqavilənin imzalanması 

mərasimi müvəffəqiyyətlə başa çatacaqdır. 

Bu gün burada görülən iş müstəqil Azərbaycan Respublikasında həyata 

keçırdiyimiz tədbirlərin davamıdır. Müstəqil Azərbaycan Respublikası öz 

təbii sərvətlərinin sahibidir və bu sərvətlərdən istədiyi kimi istifadə etmək 

imkanına malik olaraq, onlardan Azərbaycan xalqının iqtisadi inkişafı  və 

xalqımızın rifahı naminə xarici ölkələrin  şirkətləri ilə müştərək istifadə 

etməyi lazımlı yol hesab edir və bu yol ilə  də gedir. Bu yol Azərbaycan 

Respublikasının iqtisadiyyatının dünyaya açıq olduğunu göstərir, eyni 

zamanda respublikamızın demokratiya, bazar iqtisadiyyatı yolu ilə getdiyini 

göstərir. 

Müstəqil Azərbaycan Respublikası  həyatının bütün sahələrində 

demokratiyanın inkişaf etdirilməsinə çalışır. Biz dövlət quruculuğunda, 

ölkənin ictimai-siyasi həyatında, həm də iqtisadi sahədə demokratiyanın 

inkişaf etdirilməsi istiqamətində  fəaliyyət göstəririk. Biz bu prinsiplərə 

söykənərək respublikamızın iqtisadiyyatını dünya iqtisadiyyatı ilə daha sıx 

əlaqələndirməyə  və müştərək işlər görməyə çalışırıq. Biz bunu Azərbaycan 

Respublikası iqtisadiyyatının inkişaf etdirilməsi üçün ən səmərəli yol hesab 

edirik. 

Bu sahədə görülən işiər artıq öz nəticəsini verir. Bir il bundan öncə 

respublikamızda, Bakıda Azərbaycanın Xəzər dənizindəki sektorunda üç neft 

yatağının - "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dünyanın böyük neft 




______________________________________________ 

501


 

 şirkətləri ilə müştərək istifadə edilməsi üçün böyük müqavilə imzalanıbdır. 

Həmin müqaviləni imzalamış 11 şirkət dünyanın altı ölkəsinə  mənsubdur. 

Bu, müqavilənin beynəlxalq xarakter daşımasının əyani sübutudur. 

Məlumdur ki, bu müqavilənin imzalanması yolu asan olmamışdır. Biz çox 

böyük maneələrlə rastlaşmışdıq, çoxlu çətinliklərlə üzləşmişdik. Ancaq bütün 

bunlar bizim tutduğumuz yolla irəli getməyimizin qarşısını ala bilmədi. Biz 

bu maneələrin hamısının öhdəsindən gələrək nəhayət, keçən ilin sentyabrında 

indi "Əsrin müqaviləsi" adlandırılan müqaviləni imzalamağa nail olduq. Bu 

müqavilənin imzalanmasından sonra keçən bir il Azərbaycan Respublikasının 

həyatında o qədər də asan bir mərhələ olmayıbdır. Biz böyük sınaqlardan 

keçdik.  İşimizi pozmağa cəhd edən daxili və xarici qüvvələrin qarşısını ala 

bildik. 

Bu bir il müddətində Azərbaycanın həyatında çox faciəli, qorxulu, 

təhlükəli hadisələr baş vermişdir. Biz dövlət çevrilişi cəhdləri ilə rastlaşdıq - 

onların qarşısı alındı, terror aktları ilə rastlaşdıq - onların qarşısı alındı, 

təxribat aktları ilə rastlaşdıq - onların qarşısı alındı, xaricdən bizim ölkəmizə 

təzyiq göstərən qüvvələrin güclü hərəkətləri ilə rastlaşdıq - onların qarşısı 

alındı. Bu gün Azərbaycan öz müstəqil siyasətini müvəffəqiyyətlə  həyata 

keçirir. 

Müqavilə imzalandıqdan sonra bunun həyata keçirilməsinə şübhə edənlər 

də vardı, ona bədbin əhval-ruhiyyə ilə yanaşanlar da vardı və bu müqavilənin 

yerinə yetirilməsinə birbaşa maneçilik edənlər də vardı. Ancaq bunlar da 

müqavilənin həyata keçirilməsinə mane ola bilmədilər. Mən bu gün 

məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu il oktyabrın 9-da konsorsiumun 

beynəlxalq  əməliyyat komitəsinin iclasında aparılan müzakirə  və  qəbul 

edilmiş  qərar sübut edir ki, ötən il bağladığımız müqavilə  əməli surətdə 

həyata keçirilir və öz nəticələrini verir. Müqavilənin həyata keçirilməsi üçün 

bu il 100 milyon ABŞ dollarına qədər vəsaitdən istifadə edilib və  gələn il 

üçün 600 milyon dollar həcmində büdcə  təsdiq olunubdur. Müqavilədə 

nəzərdə tutulmuş iş qrafiki də vaxtında yerinə yetirilir. 1996-cı ilin sonunda 

layihəyə  əsasən "Çıraq" neft yatağından ilkin neft hasil olunacaqdır. Bu 

neftin ixracı üçün neft kəmərlərinin çəkilib başa çatdırılması haqqında da 

qərarlar qəbul edilibdir. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə