Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
51
 
kimi, bu gün də ortaq bir pəncərədən gələcəyə baxmaqda; bu günü-
müzü və sabahımızı birlikdə şəkilləndirməkdədirlər. 
ƏDƏBİYYAT 
1. Atmaca Tayfun. XX əsrin axırlarında Azərbaycan – Türkiyə 
münasibətləri: filologiya e. n. elmi dərəcəsini almaq üçün təqdim 
olunmuş dissertasiya: 23.00.04/ T.Atmaca; Az. Resp. Prezidenti 
yanında Dövlət İdarəçilik Akad. – B. , 2007  
2. http://www.baku.emb.mfa.gov.tr/AmbassadorsMessage.aspx  
3.http://www.baku.emb.mfa.gov.tr/ShowInfoNotes.aspx?ID=170188  
______________________ 
 
Jalə HÜSEYNOVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: huseynovajale5@gmail.com 
ERMƏNİSTAN- AZƏRBAYCAN DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİNƏ TÜRKİYƏNİN MÖVQEYİ 
Elmi rəhbər: Səidə QULİYEVA 
Tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin böyük elmi işçisi 
Açar sözlər: Dağlıq Qarabağ problemi, Ermənistan, Türkiyə, Azər-
baycan, Cənubi Qafqaz 
Ermənistan  –  Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  mey-
dana çıxdığı gündən aktuallığını itirməmişdir. Cənubi Qafqaz ki-
mi  vacib  strateji  əhəmiyyətə  malik  bölgədə  bu  münaqişənin  həll 
olunmadan  qalması  ümumilikdə  Qafqazın  gələcəyi  üçün  təhlükə 
yaradır. Regionda təhlükəsizliyin yaradılması yalnız bölgə dövlət-
lərinin  deyil,  həmçinin  böyük  dövlətlərin  mənafeyinə  uyğundur. 
1994-cü  ildə  Atəşkəs  haqqında  müqavilə  imzalanmasına  baxma-
yaraq Ermənistanın davamlı olaraq cəbhədə atəşkəsi pozması mü-
naqişənin sülh yolu ilə həllinə razı olmadığını, dinc şəraitdə yaşa-
maq istəmədiyini göstərir. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
52
 
Türkiyənin  Soyuq  müharibədən  sonra  beynəlxalq  sistemdə 
daha çox təsir imkanına malik olmağa çalışması, bu istiqamətdəki 
siyasətində Qafqazın  xüsusi  rol oynaması,  böyük  dövlətlərin böl-
gədəki nüfuzunu artırmaq istəməsi Qafqazda maraqlarının kəsişdi-
yini göstərir. Azərbaycan Respublikasının münaqişə sülh yolu ilə 
həll edilməsə  hərbi  yolla həll ediləcəyini vurğulaması beynəlxalq 
ictimaiyyəti  narahat  etməli  məsələdir.  Çünki  müharibə  başlasa 
münaqişə məhəlli problem olmaqdan çıxacaq. 
Türkiyə Ermənistanın müstəqilliyini taniyan ilk dövlətdir. İlk 
illərdə  Qafqazdakı  təsirini  gücləndirmək  üçün  Ermənistana  qarşı 
yumşaq  siyasət  yeridən  Türkiyə  Ermənistanın  Azərbaycanla  mü-
haribə şəraitində olmasına baxmayaraq 1992-ci ilin sonu 1993-cü 
ilin əvvəlində Ankara ərazisindən keçməklə Ermənistana humani-
tar  yardım  aparılmasına  icazə  verdi.  Ermənistanda  da  Türkiyəyə 
qarşı münasibət birmənalı olmamışdır. Levon ter-Petrosyan Türki-
yə  və  Azərbaycanla  münasibətləri  düzəltməyə  çalışmışdır.  Lakin 
dövlətə güclü təsir imkanlarına malik diaspor ermənilərinin, Rusi-
yanın narazılığı ilə bu siyasət baş tutmadı. Levon ter-Petrosyanın 
isə siyasi hakimiyyətinin sonu oldu. Yəqin buna görə Erməni pre-
zidentləri onun “səhvini” təkrarlamaq istəmədilər. 
Ermənistanın  Türkiyəyə  qarşı  “soyqırım”  və  ərazi  iddiaları, 
“4T” planı, təzminat almaq üçün erməni diasporunun geniş fəaliy-
yəti mövcud olan və xarici siyasətə təsir edən problemdir. 
Beynəlxalq münasibətlərdə Türkiyə və Azərbaycan siyasətini 
realizm nəzəriyyəsi  - “Milli maraq” amili müstəvisində dəyərlən-
dirək. İki türk dövləti olsalarda müəyyən məqamlarda dövlət ma-
raqları toqquşur. Türkiyə M.Atatürkün “yurdda sülh, cahanda sülh” 
təməli üzərində atdığı xarici siyasətində bu gün qonşularla 0 prob-
lem siyasəti yürüdür. Cənubi Qafqazda Ermənistanla olan problem 
Türkiyənin  bu  siyasəti  qarşısında  əngəldir.  Türkiyə  BMT-də, 
ATƏT-in Minsk qrupunun danışıqlarında,  İslam Əməkdaşlıq Təş-
kilatında Azərbaycanın mövqeyini müdafiə edir. Türkiyə və Azər-
baycan  arasında  anlaşmazlıq  2009-cu  ildə  Türkiyə-Ermənistan 
arasında  olan  gizli  danışıqlarda,  sərhədlərin  açılması  üçün  proto-
kolların  hazırlanmasında  və  “futbol  diplomatiyasında”  göründü. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
53
 
Həmin ilin aprel ayında İstanbul şəhərində keçirilən “Mədəniyyət-
lər  İttifaqı”  zirvəsinə  Azərbaycan  Respublikasının  prezidenti 
İ.Əliyev qatılmaqdan imtina etdi. Sərhədlərin açılması məsələsin-
də Türkiyə Dağlıq Qarabağı şərt kimi irəli sürdü və danışıqlar pro-
sesində Azərbaycanın da rəyini nəzərə aldı. Türkiyə düşünürdü ki, 
Ermənistanla  sərhədlərin  açılması  Moskvanın  İrəvana  təsirini 
azaldar  və  Türkiyə  vasitəçiliyi  ilə  münaqişə  daha  tez  həll  olunar. 
Azərbaycanın  fikrincə  Ermənistanın  planları  mərhələlidir.  Əgər 
sərhədlər açılsa Türkiyəyə qarşı ərazi və təzminat iddiaları güclə-
nəcək. Azərbaycanın “ekonomik embarqo” siyasətinə də zərbə vu-
racaq. Sərhədlərin açılması Türkiyənin dövlət maraqları, Azərbay-
canın təsiri ilə baş tutmadı. 
Son günlərdə cəbhədə baş vermiş gərginlik göstərir ki, Azər-
baycan  balanslaşdırılmış  siyasət  və  düzgün  zamanda  hərəkət  et-
məklə torpaqlarını işğaldan azad edə bilər. Türkiyə hər zaman ol-
duğu kimi Azərbaycanın mənafeyini müdafiə edir və lazım gəlsə 
hərbi yardım edəcəyini bildirdir. 
ƏDƏBİYYAT 
1. “Azərbaycan” qəzeti, 2007-2009-cu illər. 
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezi-
dent kitabxanası “Dağlıq Qarabağ münaqişəsi” Bakı, 2005. 
3.Cabbarlı H. Ermənistanın xarici siyasəti (1991-2012).Bakı, 2005 
4. Fatih Özbay. Türkiye-Ermenistan ilişkileri. İstanbul, 2011 // 
Bilge Adamlar Stratejik Araşdırmalar Merkezi. 
5. “Xalq” qəzeti, 2010-cu il, 26 avqust. 
6. Qasımlı M. Azərbaycan Respublikasının Xarici Siyasəti (1991-
2003). Bakı, 2015. 
7. Quliyeva S. İslam Konfransı Təşkilatının Ermənistanın Azər-
baycana qarşı işğalçılıq siyasətinə mövqeyinin formalaşmasında 
H.Ə.Əliyevin rolu (1991-2003) “Diplomatiya Aləmi” jurnalı 
27/2010. 
8. Məmmədli M. AKP hakimiyyəti dövründə Türkiyənin xarici si-
yasəti. Bakı, 2015. 
9. “Olaylar” qəzeti, 2009-cu il, 14 aprel. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə