Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
33
 
sələlər  var.  Nə  üçün?  Çünki  şimali  İraqda  “kürd  dövləti”  NATO 
və  ABŞ-ın  dəstəyi  ilə  quruldu.  Bütün  bunlarla  yanaşı  NATO  və 
qərbi Avropa dövlətləri “gizli” olaraq PKK-ya onun militanlarına 
hərbi və iqtisadi yardım edir. 
1963-cü  il  12  sentyabrda  Türkiyə  Avropa  İttifaqina  üzv  ol-
maq istədiyini bildirdi. 1987-ci ildə isə rəsmi olaraq tam üzvü ol-
maq  üçün  müraciət  etdi.  Mərhələlərlə  davam  edən  bu  prosesdə 
2013-cü ilə  qədər üzv olmaq fikrinə  Brüssel  etiraz etdi. Nəticədə 
üzvlük müddəti 2023-cü ilə qədər vaxt uzadıldı. Aİ-na Türkiyənin 
üzv  ola  bilməməsini  bir  sıra  amillərlə  bağlayirlar:  1)  Türkiyənin 
Aİ-a  qatılması  ilə  Almanyadan  sonra  əhalinin  sayı  baxmından 
ikinci  olacaqdı;  2)  Türkiyə  əhalisinin  99%-i  müsəlmandır;  3)  İs-
lam  dini  Avropada  heç  bir  güc  sahibi  olmadığına  baxmayaraq, 
müsəlman bir ölkənin Aİ-nın xüsusiyyətini dəyişdirəcəyi kimi dü-
şüncələr formalaşmışdı. Əsil səbəblər isə Kipr və ya islahatlar ki-
mi həll edilməli məsələlər də kənarda qalır. 
Ümumiyyətlə,  Avropanın  ikili  standart  münasibəti  -  həm 
Türkiyənin  geostrateji,  iqtisadi  və  ticari  mövqeyi  onu  Avropa 
üçün əvəz olunmaz edir, həm də regionda onun nüfuzunun yüksəl-
məsinin qarşısını almaq üçün münaqişələr yaradılır, təşkilat və qu-
rumlara daxil olmasına məhdudiyyətlər qoymağa çalışırlar. 
ƏDƏBİYYAT 
1. Tarih.tumders.com 
2. Wall Street Journal (WSJ) qəzeti və onun “Wheatcroft” internet 
səhifəsi 
3. www.mfa.gov.tr 
4. www.haber7.com 
______________________ 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
34
 
 
Nazlı QULİYEVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakultəsi, I kurs magistrant 
E-mail: quliyevanazli@gmail.com 
 
MÜASİR DÖVRDƏ TÜRKİYƏ XARİCİ SİYASƏTİNİN 
UZAQ ŞƏRQ VEKTORU 
Elmi rəhbər: Aida BAĞIROVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, Uzaq Şərq, Cənub Şərqi Asiya, iqtisadi əla-
qələr, xarici siyasət 
Beynəlxalq  Valyuta  Fondunun  məlumatına  görə,  6,2  mil-
yardlıq dünya əhalisinin 3,5 milyardı Uzaq Şərq regionunda yaşa-
yır və bu regionun dünya ticarətindəki çəkisi, təxminən, 50% təş-
kil edir. Hal-hazırda ABŞ və Aİ ilə birlikdə dünyanın üç böyük iq-
tisadi və ticarət mərkəzlərindən biridir. Asiyanın Sakit okean böl-
gəsi 35 müstəqil dövlətdən ibarət bir coğrafiyadır. 
Uzaq Şərqin bir region  olaraq ilk baxışdan Türkiyənin ma-
raqlarından  uzaq  olsa  da,  XX  əsrin  90-cı  illərinin  əvvəllərindən 
Ankaranın  xarici  siyasət  kursunda  Uzaq  Şərq  istiqamətinin  əhə-
miyyəti artmağa başladı. Bu sırada bu coğrafiyada yerləşən ölkə-
lərlə  öz  iqtisadi  əlaqələrini  eninə  və  dərininə  inkişaf  etdirməklə 
Sovet İttifaqının süqutundan sonra dünyada baş verən köklü dəyi-
şikliklər kontekstində Uzaq Şərq regionunda mövqelərini güclən-
dirməklə, oradakı dövlətlərlə ilk növbədə ticari-iqtisadi əlaqələrini 
dərinləşdirmək imkanı qazanmaq idi. 
Türkiyə  xarici  iqtisadi  əlaqələrini  genişləndirməyə  əslində 
XX  əsrin  80-ci  illərin  sonundan  başlamışdır.  O,  T.Özalın  sözləri 
ilə desək,  «Avropa ilə müdafiə sahəsindəki əməkdaşlığın iqtisadi 
sahədə  əməkdaşlıqla  uyğunlaşdırmağın  zərurətini»  dilə  gətirir, 
Avropa  Birliyində  tam  təmsil  olunmaq  cəhdləri  ilə  yanaşı  digər 
qonşu və uzaq ölkələrlə əlaqələrini  genişləndirməyə çalışlrdı.  Bu 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
35
 
baxımdan  ABŞ,  Orta  Şərq  regionu  ölkələri,  Sovet  İttifaqının  da-
ğılmasından sonra yaranmış müstəqil dövlətlərlə, Uzaq Şərqdə isə 
Yaponiya və Cənubi Koreya kimi ölkələrlə əməkdaşlığın 90-cı il-
lərdən etibarən yüksələn xətlə inkişafını qeyd etmək lazımdır. 
Ümumiyyətlə, 90-cı illərdə Türkiyənin xarici siyasətində əv-
vəllər  formalaşmış  və  dönməz  xarakter  almış  başlıca  prinsiplərə 
sədaqətlə əməl olunmasına önəm verilməsi ilə yanaşı, bir sıra ye-
niliklərin də təzahür etdiyini söyləməliyik. ÇXR, Yaponiya, Cənu-
bi Koreya və Hindistan başda olmaqla Asiya ölkələri ilə ticarətdə 
disbalansın  Türkiyənin  xeyrinə olmaması, bir tərəfdən, Asiya öl-
kələrinə  ixracatı,  digər  tərəfdən  isə,  onlardan  Türkiyəyə  sərmayə 
qoyuluşu  üçün  cəhdlərin  artırılması  istiqamətində  addımlar  atıl-
malı idi. Uzaq Şərq regionu ilə Türkiyə arasında iqtisadi əlaqələri-
nin inkişafını təmin etmək üçün ÇXR, Cənubi Koreya, İndonezi-
ya,  Filippin,  Malayziya,  Tayland  və  Vyetnam  ilə  ticarət  sazişləri 
imzalanmış və Karma İqtisadi Komissiyası (KİK) mexanizmi ya-
radılmışdır. Digər tərəfdən, Yaponiya, ÇXR, Cənubi Koreya, Hin-
distan, Malayziya, İndoneziya, Filippin və Pakistan ilə İş birlikləri 
də mövcud idi. Bütün bunları nəzərə alaraq, region ölkələri ilə iq-
tisadi və ticarət əlaqələri üçün hüquqi zəmin yaradılmışdır. 
Son illərdə istər regional, istərsə də dünya miqyasında kifa-
yət qədər güclü xarici siyasət aparan və fərqli coğrafiyalarda möh-
kəmlənməyi bacaran Türkiyə həm də Uzaq Şərq, xüsusən də, Cə-
nub  Şərqi  Asiya  istiqamətində  irəliləyə  bilmişdi.  Türkiyənin  o 
dövrki  Baş  nazir  R.T.Ərdoğanın  2014-cü  ilin  ilk  səfərini  Uzaq 
Şərqdən  başlaması  Türkiyə-Uzaq  Şərq  əlaqələri  baxımından  çox 
əhəmiyyətli idi. Bu çərçivədə səfərin ilk dayanacağı Yaponiya ol-
du.  Texnoloji  və  iqtisadi  cəhətdən  böyük  potensiala  malik  olan 
Yaponiya ilə Türksat 4-A peyki və Sinop Nüvə stansiyası layihəsi 
həyata  keçirilirdi.  Səfərin  ikinci  dayanacağı  Sinqapur  oldu.  Tex-
noloji məhsullar emal və ixrac edən Sinqapur ilə Türkiyə arasında 
qisa  müddətə  iqtisadi  sahələrdə  isgüzar  əlaqələrin  qurulması  nə-
zərdə tutulmuşdur. Baş nazirin üçüncü dayanacağı Malayziya ol-
du.  Yaponiya  və  Sinqapurdan  fərqli  olaraq,  Malayziya-Türkiyə 
əlaqələri həm də dini, mədəni və tarixi yaxınlığı ilə seçilirdi. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə