Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
36
 
Bütün dünyanın diqqətlə təqib etdiyi və yeni güc mərkəzinə 
çevrilməkdə olan Uzaq Şərq regionunun Türkiyənin xarici siyasət 
gündəminə  birdəfəlik  daxil  olması  böyük  əhəmiyyət  daşıyır.  Bu 
nəinki, iqtisadi və ticarət əlaqələri baxımından, həm də siyasi ba-
xımdan o mənada önəmlidir ki, ona beynəlxalq arenada dəstəkləyə 
biləcək yeni müttəfiqlər qazandıra bilsin.  
ƏDƏBİYYAT 
1. Mert Gökırmak, “Yeni Dünya Düzəni Kavramı və Uluslararası 
Sistem” Dəyişən Dünya və Türkiyə, Der: Faruk Sönməzoğlu, 
İstanbul, 1996 
2. Oral Sander, Türkiyənin Dış Politikası, Ankara, 1998 
3. www.mfa.gov.tr 
______________________ 
 
Aysel HƏSƏNLİ 
Hacettepe Üniversitesi (Ankara, Türkiyə), 
Siyaset Bilimi ve Kamu Yönetimi bölümü, 
Yüksek Lisans 
E-mail: siyasi.lady@gmail.com 
TÜRKİYƏ-AVROPA BİRLİYİ ƏLAQƏLƏRİ TÜRKİYƏLİ 
TƏDQİQATÇILARIN ARAŞDIRMALARINDA 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə, Avropa Birliyi, Türkiyə - AB münasibətləri, 
beynəlxalq əlaqələr, xarici siyasət 
Türkiyə ilə Qərb arasındakı əlaqələrin əsasında ölkənin yer-
ləşdiyi coğrafi məkan və malik olduğu tarixi-mədəni irsin əhəmiy-
yəti ilə bağlı təhlükəsizlik siyasəti dayanmışdır. Osmanlının daha 
çox  qapalı  və  Şərqə  meyilli  siyasətindən  fərqli  olaraq,  Türkiyə 
Cümhuriyyəti modern və inkişaf etmiş Qərbə meyilli ideoloji seçi-
mi  bu  əlaqələrinin  genişlənməsini  asanlaşdıran  əhəmiyyətli  bir 
faktor olmuşdur. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
37
 
Türkiyə  ilə  Avropa  və  ya  onların  başlıca  birləşdiyi  qurum 
olan  Avropa  Birliyi  arasındakı  əlaqələri  anlamaq  və  təhlil  etmək 
üçün, bu əlaqələrin qarışıq keçmişini mütləq nəzərə almaq lazım-
dır.  Bu  mövzu  Türkiyə  üçün  olduqca  mühüm  əhəmiyyət  daşıyır. 
Türkiyənin beynəlxalq münasibətlər sisteminə aid olan bu proble-
mi  araşdıran  tədqiqatçılardan  olan  Doğu  Perinçək,  Tayyar  Arı, 
Ümit  Özdağ,  Haydar  Çakmak,  Mehmet  Ali  Birand,  Barış  Özdal, 
Vedat  Akman,  Murat  Erdoğan,  Berdal  Aral,  Füsun  Arsava,  Hü-
seyin  Bağcı,  Nurettin  Bilici  və  başqalarının  kitab  və  məqalələri 
sözügedən mövzunu mənimsəmək üçün dəyərli araşdırmalardır. 
Türkiyə ilə AB arasındakı əlaqələr, digər AB üzvü və ya nami-
zədi olan ölkələrin əlaqələrindən olduqca fərqlənir. Türklərin 1071-ci 
ildə Anadoluya qalıcı olaraq gəlmələri ilə başlayan və günümüzə qə-
dər davam edən əlaqələr, yalnız Türkiyə üçün deyil, Avropa üçün də 
daha çox  "milli kimlik"  mahiyyəti  ilə qorunub davam edir. Murat 
Erdoğan "milli kimlik" məsələsi ilə bağlı qeyd edir ki, həm Türki-
yə,  həm  də  Avropa  üçün  əsrlər  boyu  davam  edən  qarşıdurmalar, 
eyni zamanda "milli kimliyin" təyin edilməsi məsələsinin də ortaya 
çıxmasına səbəb olmuşdur. Hətta bu gün də avropa kimliyinin əksi 
kimi  anlaşılan  türk  kimliyinin  tarixən  öz  içində  yaşadığı  "qərbli", 
"avropalı" olmaq mübarizəsi, əlaqələri daha da qarışıq hala gətirir. 
Çünki müasir Avropanın meydana gəlməsində ən əhəmiyyətli rolun 
Osmanlı İmperatorluğunun olması düşüncəsi əsas kimi görülür (1). 
Tayyar Arı Türkiyənin AB-yə üzvlük müddətindəki hadisə-
ləri şərh edərkən, hər iki tərəfin də  maraqlarının qorunub saxlan-
masının  önəmli  olduğunu  vurğulayır.  O,  Türkiyənin  AB-yə  üzv 
olacağı təqdirdə demokratikləşmə, sivilləşmə və iqtisadi islahatlar 
kimi  xüsusiyyətlərin  qarşılıqlı  əlaqələr  baxımından  önə  çəkiləcə-
yini də qeyd edir (2). 
Bir çox tədqiqatçılar hesab edir ki, Türkiyənin Avropa Birli-
yinə üzv olması bir növ onun xilas yoludur, gücünün qorunub sax-
lanmasıdır. Bu cür düşünənlərdən biri Mehmet Ali Biranddır: "AB 
Türkiyəyə yeni düşüncə tərzi, daha doğrusu sistem verəcək. Bütün 
qapıların açarı budur. Tez-tez dəyişən iqtisadi islahatlar deyil, dün-
yanın qəbul etdiyi qaydalar, ictimai hüquqlar, demokratiya prinsip-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
38
 
ləri  mənimsənəcək.  Türkiyə  bunu  reallaşdırsa,  regionun  ən  güclü, 
ən möhkəm və lider ölkəsi olacaq. Bundan əminəm. Bu, Türkiyənin 
yenidən dirilməsi, böyüməsidir. Atatürkün başlatdığı inqilabın nəti-
cələnməsidir.  Türkiyə  ancaq  bu  şəkildə  xoşbəxt  insanların  ölkəsi 
olacaq" (3). 
Türkiyənin AB ilə əlaqələrinin erməni məsələsi fonunda araş-
dırılması qaynaqlarda az təsadüf olunan məsələlərdəndir. Barış Öz-
dal  bu  məsələyə  fərqli  yanaşaraq,  Türkiyə  AB  əlaqələrində  Türki-
yə-Ermənistan əlaqələrini də nəzərə alaraq müqayisəli şəkildə araş-
dırmış  və  təhlil  etmişdir.  Onun  önə  çəkdiyi  problemlər  daha  çox, 
1915-ci il hadisələri ilə bağlı erməni iddiaları, Dağlıq Qarabağ prob-
lemi,  sərhəd  qapılarının  açılması  və  digər  bu  kimi  məsələlərdir. 
B.Özdal eyni zamanda qeyd edir ki, əlli ilə yaxın bir keçmişə sahib 
olan Türkiyə-AB/Aİ əlaqələrində müxtəlif faktorların təsiri ilə zaman 
-zaman ön plana çıxan/çıxarılan və ya unudulan "1915-ci il hadisələri 
ilə bağlı erməni iddiaları"nın təsiri daha çox qabardılmalıdır (4). 
Türkiyə - Avropa Birliyi əlaqələrinə aid olan bu və ya bu kimi 
fərqli  quruluşa,  fərqli  məntiqə  sahib  olan  araşdırmaların  ən  önəmli 
ortaq nöqtəsi onlardan konkret nəticə çıxarıla bilinməməsidir. Zatən, 
AB-nin  Türkiyə  siyasətindəki  qeyri-müəyyənlik,  qərarsızlıq  və  za-
man-zaman da bacarıqsızlığın ortaya çıxardığı qarışıqlıq sağlam təh-
lillər etməyi daha da çətinləşdirir. 
AB öz gələcəyini də yaxından maraqlandıran Türkiyə möv-
zusunda  "tarixi-son"  qərarını  verə  bilmədiyi  müddətcə  bu  cür 
mövzular gündəmi ciddiləşdirəcək. Lakin, əgər Türkiyə birliyə in-
teqrasiya olsa, bu sıxıcı prosesin Türkiyədə yaratdığı təxribatın da 
AB tərəfindən nəzərə alınması lazımdır. Türkiyə AB-yə inteqrasi-
ya edilməsə və fərqli bir status ilə əlaqələr davam etsə, bunun da 
AB tərəfindən konkret şəkildə müəyyənləşdirilməsi lazımdır. Belə 
bir  münasibət,  üzvlük  vədinə  baxmayaraq,  Kipr  ya  da  erməni 
problemi kimi başqa mikro bəhanələrin fonunda gizlənməkdən da-
ha  az  sıxıcı  olar.  Avropa  AB-dən  ibarət  deyil,  amma  Türkiyənin 
Avropaya  siyasi,  hərbi,  mədəni,  ictimai  mənada  bu  qədər  inteq-
rasiya  olunduqdan  sonra  AB-nin  qərar  vermə  müddəti  xaricində, 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə