27
26
Səhm və istiqrazların buraxılışı
2011-ci il ərzində “Unibank”
ASC-nin nizamnamə
kapitalı dəyişilməmiş və 44,919 milyon AZN bərabər
olmuşdur.
Xatırladaq ki, əvvəlki il ərzində həyata keçirilən
səhm buraxılışı və səhm nominalının yüksəldilməsi
“Unibank” ASC-in səhmdar kapitalının strukturuna
təsir göstərməyib. 2011-ci il 25 iyul tarixində qeydə
alınan Qiymətli Kağız Sahiblərinin Reyestrinə müvafiq
olaraq bir səhmin nominal dəyəri 2,16 AZN təşkil
etmiş, onların ümumi sayı isə 20 796 000 çatmışdır.
2011-ci ilin mart ayında Bankın kapital bazasının
gücləndirilməsi və uzunmüddətli likvidliyin təmin
olunması məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq
konvertasiya olunan istiqrazların emissiyası keçirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və
Almaniyanın «DEG» yatırım şirkəti («Deutsche
Investitions- und Entwicklungsgesellschaft mbH»,
«KfW Bankengruppe»-nin üzvü) «Unibank» ASC
tərəfindən buraxılan bu istiqrazlara abunə yazıldılar.
Buraxılışın ümumi həcmi 25 milyon ABŞ dolları təşkil
etdiyi zaman, AYİB 17,5 milyon ABŞ dolları dəyərində
istiqraz əldə edib, «DEG» isə 7,5 milyon ABŞ dolları
dəyərində istiqraza abunə yazıldı.
Eyni zamanda, 2011-ci il dekabrın 9-da «Unibank»
ASC-nin təmin olunmamış, faizli sənədsiz adlı
istiqrazlarının emissiya prospekti Qiymətli
kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən
AZ200800202 dövlət nömrəsi ilə qeydiyyata alındı.
Ümumilikdə, hər birinin nominal qiyməti 50 000
manat olan 400 istiqraz buraxılıb. Qiymətli kağızlar
1080 gün dövriyyəlidir, onlar üzrə faiz dərəcəsi isə
gündəlik faiz ödəniş dövri 90 gün olmaqla illik 11%
təşkil edir. Ümumi həcmi 20 milyon manata çatan
«Unibank» istiqrazları buraxılışının anderrayteri
qismində «Unicapital» şirkəti çıxış etdi. Qeyd etmək
lazımdır ki, istiqrazların emissiya prospekti «PAŞA
Bank» ASC və «Unicapital» şirkəti vasitəsi ilə Bakı
Fond Birjasında (BFB) yerləşdirildi. Bu zaman Bank
istiqrazlarının yerləşdirilməsi Birjada açıq abunə yolu
ilə keçirildi. Azərbaycan Respublikası qanunvericiliyinin
tələblərinə və “Unibank” Kommersiya Bankı Açıq
Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən,
“Unibank” ASC-si istiqrazlarla bağlı əməliyyatlar
barədə məlumat xüsusi əhəmiyyətli əqd kimi
mətbuatda açıqlandı.
Emissiyalarının sayı
Dövlət qeydiyyatının tarixi
Dövlət qeydiyyatı orqanı
Dövlət qeydiyyat nömrəsi
Emissiya olunan
səhmələrin sayı
1
21.07.1993
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
38
500
2
28.04.1995
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
38/2
1.500
3
11.05.1995
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
38/3
18.000
4
20.06.1996
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
38/4
80.000
5
28.12.1996
Azərbaycan Respublikası Milli Bankı
1050073B
320.000
6
27.03.1998
Azərbaycan Respublikası Milli Bankı
1060073B
180.000
7
29.09.1998
Azərbaycan Respublikası Milli Bankı
1070073B
200.000
8
05.05.1999
Azərbaycan Respublikası Milli Bankı
1080073B
117.500
9
29.06.2001
Azərbaycan Respublikası Prezidenti yanında
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
1010202B
200.000
10
10.06.2002
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
1020202B
100.000
11
03.10.2002
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
1030202B
767.132
12
13.11.2003
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
1040202В
500.000
13
18.05.2005
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
AZ100100202P
800.000
14
17.07.2007
Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi
AZ100100202
7.500.000
15
05.06.2009
Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi
AZ100100202
15 000 000
16
12.11.2010
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi
AZ100200202
20 796 000
Сəmi
44 919 360
01.01.2012-ci il tarixinə səhmdarlar
Fiziki şəxslər -76.5152%
Qəribov Eldar Mahmud oğlu - 50,8083%
Yakovenko İqor İvanoviç - 17,5301%
Cəfərova Zemfirə Mirzə qızı – 5,5000%
İvaşenko İnna Vladimirovna – 1,5000%
Hüseynov Faiq Arif oğlu - 0,6215%
Quliyev Emin Natiq oğlu 0,5168%
Digər 5 fiziki şəxs (minoritar səhmdarlar) 0.0384%
Hüquqi şəxslər -23.4848%
Avropa Yenidənqurma və İnkişaf Bankı 15,1515 %
DEG-Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti 8,3333 %