Musa qasimli



Yüklə 438,06 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix01.07.2018
ölçüsü438,06 Kb.
#52423
1   2   3   4   5   6

■  M.Qasımlı  ■

məlidir.  Səbəblərirıdən  asılı  olmayaraq,  heç  bir  terror 

aktı  əsaslandırıla  bilməz.  Terrorçuluğun  dəyişən  ma- 

hiyyəti  və  siması,  bir  çox  hallarda  onun  təcavüzkar 

separatizm,  ekstremizm  və  m ütəşəkkil  cinayətkarlığa 

bağlılığı  vardır.

Silahlı münaqişəlarə məruz qalan yerlərdə, xüsusən 

də xarici hərbi işğal altırıda olan ərazilardə terrorçuluq 

ilə  həmirı  məkanda  olanlar arasında  bir qayda  olaraq 

sövdələşmənin yaranmasına şəraitlər formalaşır.  Azər- 

baycan m üxtəlif yollarla terrorçuluğa məruz qalmışdır. 

Azərbaycan  kənardarı  təşkil olunan  terror fəaliyyətinin 

birbaşa hədəfınə çevrilmişdir.  Ermənistan Respublikası 

Azərbaycanın  m ülki əhalisi  və  infrastrukturuna  qarşı 

onlarla terror aktı törətmişdir. Bunutı rıəticəsində 2 min- 

dən  artıq  azərbaycanlı  həyatım  itirmişdir.  Ermənistan 

öz güc strukturlarının  bilavasitə  iştirakı  ilə  hazırladığı 

həmin  terror aktlarını  beyrıəlxalq  terror  qruplarından 

istifadə  edərək  törətmişdir.  Ermənistan-Azərbaycarı, 

Dağlıq Qarabağ münaqişəsinin fəalfazasında Ermənis- 

tan  etnik təmizləməyə  rıail olmaq  üçün  hərbi  təcavüzlə 

yanaşı,  mülki əhaliyə qarşı getıiş şəkildə terror aktların- 

darı da  istifadə  etmişdir.  Həmin  vəhşilik aktları  1992-ci 

ilin fe v ra l  ayında Xocalı  əhalisinin  m əhv  edilməsi  ilə 

kulminasiya  nöqtəsinə  çatdı.  Həmin  vaxt 613 günahsız 

irısan, о cümlədən qadınlar,  uşaqlar və у aşlılar öz həyatı 

ilə  vidalaşmışdır.  Yüzdən  artıq  qadın,  altmış  üç  uşaq 

qətlə yetirilmişdir.  Ermənistan,  həmçinin  münaqişə zo- 

nasından  uzaq  məsafədə  də  ictim ai  nəqliyyatda  və 

miihüm infrastruktur yerlərində,  1994-cü ildə Bakı met- 

rosunda  bomba partlayışı  və  digər əm əllər kimi  terror 

aktlarını törədərək,  mülki əhaliyə qarşı mübarizə apardı.

Bu gün  Erm ənistanın  terror  risklərindən  irəli gə- 

lərək,  biz əsasən  terror hədələrinin  tərəfımizdən zərər- 

sizləşdirilməsinə  baxmayaraq,  bu  risk yenə  də yüksək 

olaraq  qalır.  B ir  sıra  terror  aktlarının,  о  cümlədən 

A zərbaycam n  m ülki  infrastrukturlarına,  xüsusən  su 

rezervuarları  və  bəndlərinə,  neft kəmərləri şəbəkəsinə 

hücum  edilm əsi  kim i  əməllərin  legitim  hərbi  taktikası 

olması  ilə  bağlı  açıq  bəyanatlar  və fik irlə r  hələ  də 

müşahidə  edilir.  Bunlar birmənalı  surətdə  mülki əhali 

arasında  y ü z  m inlərlə  tələfatın  olması  ilə  nəticələnə 

bilər.  Beynəlxalq  terror  təşkilatlarının  elem en th ri 

Ermənistanın  təhlükəsizlik və müdafiə sektoruna  inteq- 

rasiya edilib. Avropa dəyərlərinə və universal dəyərlərə 

sadiq  olduğunu  göstərm əyə  çalışan  ölkə  tərəfindən 

beynəlxalq  terror  təşkilatlarının  üzvlərini  qəhrəman 

kimi  qələmə  vermək  və  onlara  abidələr  ucaltmaq  say- 

b rin i görmək təəssüf doğurur.

Azərbaycanlılara  qarşı  apardm ış  etnik  təm izhm ə 

siyasəti Azərbaycam n  beynəlxalq  səviyyədə  tanınmış 

ərazisinin  iyirmi faizinin  işğalı  ilə  nəticələnmişdir.  Bir 

milyondan  artıq  qaçqın  və  m əcburi  köçkün  öz  doğma 

yurdlarından didərgin salınmışdır.

BMT-nin  Təhlükəsizlik Şurası erməni qoşunlarının 

işğal edilmiş ərazilərdən  çıxardmasını  tələb edən  dörd 

qətnamə qəbul etmişdir.  Lakin  əfsuslar olsun ki,  Ermə-

nistan  təxminən  iyirmi il ərzində bu qətnamələrə məhəl 

qoymur.

Azərbaycanm  işğal edilmiş  əraziləri  terrorçuluqla 

separatizm,  ekstremizm  və  mütəşəkkil cinayətkarlıq,  о 

cümlədən  narkotik maddələrin  dövriyyəsi,  çirkli pulla- 

rın  yuyulm ası  və  silah  qaçaqmalçılığı  arasında  olan 

əlaqə baxımından  böyük narahatlıq mənbəyidir.  Ermə- 

nistanın  terror  hədələrinə  əlavə  olaraq,  Azərbaycan 

beynəlxalq  terror  qruplarından  irəli  gələn  risk  və 

təhlükələrlə hələ də üzləşir.  Ölkəmizin həssas regionlara 

yaxınlığı  bu  hədələri  bizim  üçün  daha  qabarıq  şəklə 

salır. Buna görə Azərbaycan təbii olaraq milli səviyyədə 

genişmiqyaslı  tədbirləri görməkdədir və  terrorçuluğun 

qarşısının alınması üçün beynəlxalq sə y h rə  fə a l şəkildə 

töhfə verir.  Təhlükəsizliyin bölünməzliyinin carçısı olan 

Azərbaycan  beynəlxalq  antiterror  koalisiyasına fə a l 

şəkildə töhfə verən  ölkədir...

Terrorçuluğun  aydın  tərifi və  beynəlxalq  terrorçu- 

luqla bağlı konvensiya həll olunmamış bəzi məsələlərin, 

о cümlədən  terror hərəkətlərinin  təşkil edilməsi,  maliy- 

yələşdirilməsi,  təşviq edilməsi,  təlimatlandırdması,  digər 

birbaşa  və  ya  dolayı  yolla  dəstəklənməsindən  çəkin- 

dirm ək  məsələlərinin  həllinə  töhfə  verə  bilər.  Bu  cür 

razdığın əldə olunması  terrorçuluğun əsas səbəblərinin 

əhatəli və açıq şəkildə müzakirəsinə əsaslanmalıdır.  Biz 

sosial  və  iqtisadi  inkişaf,  eləcə  də  təhsil  məsələlərinin 

həlli  üçün  bu sahəyə  hazırkı  beynəlxalq səylər çərçivə- 

sində,  о cümlədən Birləşmiş M illətlər Təşkilatının mexa- 

nizmləri  vasitəsilə  birmənalı  olaraq  lazımi  diqqət 

yetirməliyik.  Iqtisadi  çətinliklərlə  m üşayiət  olunan 

məhdud təhsil  imkanları  bir çox  hallarda  dinləri  təfsir 

etmək adı altında terror təşviqatının apanlmasına zəmin 

yaradan  amillər hesab  edilə  bilər.  Terrora  qarşı  müba- 

rizə  hər  lıansı  konkret  din  və  ya   mədəniyyətə  hücum 

çəkmək üçün  istifadə  edilə  bilməz.  Bu gün  biz  məhdud 

dini  məlumatlüıq  şəraitində yaşayırıq  və  bu,  miiəyyən 

hallarda  şişirdilmiş  fo rm a   alır,  bəzən  etnik,  dini  və 

mədəni köklərə m alik münaqişələrin qızışdırdması üçün 

məkrli şəkildə sui-istifadə  olunur.  Son  illər ərzində  bəzi 

ölkələrdəki  islamofobiyanın  qəbuledilm əz  səviyyədə 

olması  bu  cür  böhtan  xarakterli  hərəkətlərin  və  səhv 

konsepsiyaların qarşısının alınmasında birgə səylərin və 

dialoqun olduqca böyük əhəmiyyətiııi təsdiqləmişdir...

Əminəm ki,  terrorçuluğa qarşı mübarizənin aparıl- 

ması  işində  bütün  səylərimizi  birləşdirməliyik.  Terror- 

çuluğun  hazırkı  siması  və  onun  beynəlxalq  sülh  və 

sabitliyə təhlükə olan digər hədələrlə bağhlığı dövlətlər 

arasında  daha  six  əməkdaşlığı,  о  cümlədən  BMT-nin 

daha yaxşı,  əlaqələndirilmiş,  ahəngdar  və  sistemli ya- 

naşmasını  tələb  edir.  Bununla  belə,  d ö vlə th r arasında 

münaqişələrin  olması,  xarici  hərbi  təcavüz  və  təcavüz- 

kar separatizm  terrorçuluq üçün münbit şərait yaradır. 

Buna görə  beynəlxalq  ictimaiyyət beynəlxalq  hüququn 

ümumi qaydada  qəbul edilmiş normaları  və prinsipləri 

dsasında  miinaqişələrin,  xüsusən  ərazi  bütövlüyünün 

təmin  edilm əsi  və  dövlətlarin  beynəlxalq  səviyyədə

■  50  ■

■  Oktyabr - Noyabr -  Dekabr  ■


Yüklə 438,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə