76
genişləndi. Moskvanın vasitəsi və ciddi nəzarəti altında həyata
keçirilən bu əlaqələrə bilavasitə Azərbaycan KP MK və
Beynəlxalq əlaqələr şöbəsi rəhbərlik edirdi. Həmin illərdə
Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirildi.
T.Tahirova deputatı kimi SSRİ Ali Sovetinin, Azərbaycan
Ali Sovetinin sessiyalarında, Azərbaycan Kommunist Partiyası
Bakı Komitəsinin plenumlarında, konfranslarında iştirak etmiş,
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin, AKP MK üzvü
seçilmişdir.
T.Tahirova Azərbaycanın ictimai həyatında fəal iştirakına
görə hökumət tərəfindən Lenin ordeni, 5 dəfə Qırmızı Əmək
Bayrağı, Şərəf nişanı, Xalqlar dostluğu ordenləri və bir çox
medallarla təltif edilmişdir.
1991-ci il oktyabrın 26-da Bakıda vəfat etmiş və Fəxri
xiyabanda dəfn olunmuşdur.
***
−
Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai
Hərəkatlar Dövlət Arxivi, f.1,s.80, iş 811.
−
Azərbaycan SSR Ali Sovetinin deputatları. Səkkizinci
çağırış. Bakı, 1973.
−
Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci
sessiyası. Stenoqrafik hesabat. Bakı, 1980.
−
«Kommunist» qəzeti, 1969-1983-cü illər.
−
Qasımov M. Bəşəriyyətin sağ qalması naminə. Bakı, 1991.
−
Qasımov M. Azərbaycan Respublikası dünya meridianların-
da (mədəni əməkdaşlıq). Bakı, 1992.
77
78
Elmira Mikayıl qızı Qafarova
1 dekabr 1983 – 22 dekabr 1987
Azərbaycanın ictimai, siyasi və
dövlət xadimlərindən biri Elmira
Mikayıl qızı Qafarova olmuşdur.
E.Qafarova 1934-cü il martın 1-də
Bakıda qulluqçu ailəsində anadan
olmuşdur.1953-cü ildə orta məktəbi
müvəffəqiyyətlə, 1958-ci ildə isə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə
bitirmişdir. O, Universietetdə oxuduğu zaman ən fəal
tələbələrdən olmuş və Azərbaycan Dövlət Universitetinin
komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.
1958-1961-ci illərdə E.Qafarova ADU-nun aspirantı
olmuş və namizədlik dissertasiyasını müdafiə edib filologiya
elmləri namizədi elmi dərəcəsini almışdır.
E.Qafarova 1961-1962-ci illərdə Azərbaycan KP MK-da
elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə
isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının katibi
vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında
böyük hörmət və nüfuz qazanan E.Qafarova Azərbaycan LKGİ-
nin birinci katibi seçilmişdir. O, bu vəzifədə 1966-1970-ci
illərdə işləmişdir. E.Qafarova bu məsul vəzifədə Azərbaycan
gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının
artırmaları, inkişaf etdirmələri sahəsində xeyrli zəhmət
çəkmişdir.
E.Qafarova 1970-1971-ci illərdə Azərbaycan KP MK
mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə
Azərbaycan KP Bakı Komitəsinin ideologiya katibi olmuşdur.
O, bu vəzifədə Bakı şəhərinin abadlaşdırılması, yaşıllaşdırıl-
ması, fəhlələrin, xüsusən gənc fəhlələrin partiyanın ideoloji
mübarizəsinə cəlb edilməsi sahəsində xeyli iş görmüşdür.
79
1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri
vəzifəsində çalışmış E.Qafarova Azərbaycanda maarifçiliyin
yayılmasında, məktəb şəbəkələrinin çoxaldılmasında, savadlı,
bilikli, təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların
təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra məktəb
olimpiadalarının əsas təşkilatçısı olmuşdur.
E.Qafarova 1983-1987-ci illərdə Azərbaycan SSR xarici
işlər naziri vəzifəsini daşımışdır. E.Qafarova xarici işlər naziri
kimi Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri
ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi, bir-
birinə nümayəndələr göndərməsi sahəsində, beynəlxalq
müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir. O,
1984-cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX
sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış
etmişdir. BMT Baş Məclisinin XXXIX sessiyasının üçüncü
komitəsinin nümayəndələri irqçilik və irqi ayrı-seçkilik
qalıqlarının kökünü kəsmək məsələlərini müzakirə etmişlər.
Diskussiyada birinci çıxış edən E.Qafarova irqi ayrı-seçkiliyi
kəskin tənqid edərək demişdir: «Bütün sahələrdə irqi ayrı-
seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı
vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial-iqtisadi
hüquqlardan danışa bilərlər».
E.Qafarova üçüncü komitənin «Beynəlxalq gənclər ili:
iştirak, inkişaf və sülh» diskussiyasında çıxış edərək demişdir:
«Gənclərin işsizliyi və qeyri-hüquqi vəziyyəti problemi bir sıra
ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin
və irqi ayrı-seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial-
iqtisadi hüquqları kobud şəkildə tapdalanır... BMT bunların
həllinə daim diqqət yetirməlidir».
1987-1989-cu illərdə E.Qafarova Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır. O, bu
vəzifədə də humanitar sahələrə – elm, mədəniyyət, maarif
sahələrinə rəhbərlik etmişdir.
80
Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə-pillə
addımlayan E.Qafarova 1989-1990-cu illərdə Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. O, Rəyasət
Heyətinin sədri kimi bir sıra iqtisadi və siyasi əhəmiyyətli
sərəncam və qərarlarının verilməsində fəal iştirak etmişdir.
1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa
olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli
bayramı olan Novruz bayramının rəsmən qeyd edilməsi
haqqında fərmanları E.Qafarova imzalamışdır.
Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin
dövründə, erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala
başladığı bir vaxtda sovet qoşunları 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Bakıya soxularaq dinc adamları qətlə yetirdi.
Bu vaxt E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı
cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və onun haqqında
həqiqəti tezliklə bütün ölkələrə yaymağa başlamışdır. Həmin
bəyanatda deyilirdi: «SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən
respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan
edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın
bütün vətəndaşları adından qəti etirazımı bildirirəm… Tam
məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR ali
dövlət hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət
Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq
verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı
qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ
orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür». Bu şəxsi
bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın
müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali
Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq etdi.
Sessiya yanvarın 22-də E.Qafarovanın imzası ilə «SSRİ Ali
Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı
xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə,
Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin
Müraciəti»ni qəbul etmişdir. Müraciətdə deyilirdi: «Bakının və
Dostları ilə paylaş: |