nur ki, onun aktivlər üzrə vəsaitləri tez reallaşma_
nəticəsində passiv
üzrə öhdəlikləri ödəyə bilsin.
Risk səviyyəsinə görə bankın aktivləri beş qrupa bölünür.
Birinci qrupa riskdən
azad olan aktivlər;
-
bankın Milli bankda açdığı müxbir hesablardakı vəsait;
-
Milli bankın ehtiyat hesabındakı vəsait;
-
dövlət borc öhdəliklərinə qoyulmuş vəsait;
-
kassada olan
və ona bərabər tutulan vəsait;
-
kredit təşkilatlarının səhmləri üzrə ödənişlərə daxil olan
vəsait; daxildir.
İkinci, üçüncü və dördüncü qrupa aktivlər risk səviyyəsi
dərəcələrinə görə daxil edilirlər ( müvafiq olaraq 20,20,70%).
Beşinci qrupa risk səviyyəsi 100% olan aktivlər daxil edilir. Bu
qrupda qiymətli kağızlara qoyulan vəsaitlər (ikinci, üçüncü və
dördüncü qruplara daxil olan kağızlardan başqa) veksel kreditləri,
müştərilərə verilən uzun və qısa müddətli ssudalar, bankın təsərrüfat
əməliyyatları və kapital qoyuluşları üzrə debi- torlar yüksək xüsusi
çəkiyə malikdirlər.
Lkividliyin bank sistemi üçün vacibliyini nəzərə alaraq onun
Milli Bank tərəfindən tənzimlənməsi vacib hesab edilir. Bu
tənzimləmə:
-
ümumilikdə bank sisteminin
fəaliyyətinin stabilliyini;
-
dövlətin, əmanətçilərin, kreditorların mənafeini;
-
dövlətin pul kredit və maliyyə siyasətinin həyata
keçirilməsini təmin edir.
Milli Bank likvidlik normativlərini müəyon etməklə və eləcə də
bu tələblərin yerinə yetirilməsinə nəzarət etməklə kommersiya
banklarının əməliyyatlarını idarə edir. Bununla da Milli Bank bank
sisteminin stabilliyini, əmanətçilərin və kreditorların mənafeini
təmin etmiş olur.
Yeni yaradılmış banklar üçün bankın kapitalının yetərliliyi
göstəricisi müəyyən edilir, yəni bankın kapitalının, risk səviyyəsinə
uyğun aktivlərin məbləğinə nisbəti göstəricisi hesablanır.
24
Uzun müddatli likvidlik - (H4) - bankın ödəniş müddəti bir
ildən artıq olan müddətə verdiyi kreditlərin (Kum)bankm kapitalın
(K) və eləcə də depozit hesablar üzrə öhdəliklərinin bir ildən çox
müddətə aldığı kredit və borc öhdəliklərin cəminə (UÖ) olan nisbəti
kimi müəyyən edilir.
K(y.m)
Bankın nizamnamə kapitalı bankın öz borc öhdəliklərinin
yerinə yetirilməsində zəmanət rolunu oynamaqla, onun etibarlılığını
və likvidliyini təmin edir.
H4 - maksimum qiyməti 120% müəyyən edilir.
Banklar üçün
likvid aktivlərin bank aktivləri məbləğinə nisbəti
göstəricisi də müəyyən edilir və likvid aktivlərin (LAc) bankın bütün
aktivlərinə nisbəti kimi hesablanır.
H5 - maksimum qiyməti 20%-dir.
Bu normativ likvid
aktivlərin lazımi səviyyədə balansın
likvidliyini həcminin aktiv
əməliyyatlar üzrə bankın yüksək gəlirliyini nə dərəcədə təmin
edə bilməsini göstərir.
26
MÖVZU
3.
KOMMERSIYA
BANKLARININ
NAGDSIZ
HESABLAŞMA
ƏMƏLİYYATLARI
§ L Nağdsız hesablaşmaların təşkili
Nağdsiz hesablaşmalar - banklardakı hesablar üzra yazılış
qaydasında
aparılan
pul
hesablaşmalarıdır.
Bu
zaman
hesablaşmalarda nağdi pul iştirak etmir və pul vəsaitləri ödəyicinin
hesabından silinərək pul alanın hesabına daxil edilir.
Nağdsiz hesablaşmalar sistemi sənəd dövriyyəsində istifadə
olunan hesablaşma prinsipləri, forma və üsullarını özündə əks etdirir.
Nağdsiz pul dövriyyəsi aşağıdakı qurumlar arasındakı
hesablaşmaları özündə cəmləşdirir:
-
kredit təşkilatlarında hesabı olan müxtəlif mülkiyyət formalı
müəssisə, idarə və təşkilatları;
-
kreditin alınması və ödənilməsi ilə əlaqədar hüquqi və fiziki
şəxslərlə banklar arasındakı;
-
əmək haqqı və qiymətli kağızlar üzrə gəlirlərin ödənilməsi
üzrə hüquqi
şəxslərlə fiziki şəxslər;
-
vergilərin, yığımların və digər məcburi ödənişlərin dövlət
xəzinəsinə ödənilməsi və eləcədə büdcə vəsaitlərinin alınması üzrə
fiziki və hüquqi şəxslər ilə dövlətin xəzinəsi arasındakı.
Məhsulun
satışı
prosesinin,
dövriyyə
vəsaitlərinin
dövriyyəsinin sürətləndirilməsi əsasən hesablaşmaların səmərəli
təşkilindən asılıdır.
Nağdsiz hesablaşmalar əmtəə və qeyri əmtəə əməliyyatları üzrə
həyata keçirilir.
Bazar münasibətləri şəraitində nağdsiz hesablaşmalar aşağıdakı
prinsiplər əsasında
həyata keçirilir;
-
nağdsiz hesablaşmalar bankda müştərilər üçün vəsaitlərin
saxlanılması və köçürülməsi üçün açılmış bank hesablan vasitəsi ilə
aparılır;
-
müəssisə və təşkilatlar sərbəst surətdə istənilən hesablaşma
formasını seçə bilərlər;
-
hesablaşmaların təsərrüfat, kredit və digər müqavilələrdə
nəzərdə tutulmuş müddətlər üzrə aparılması
27