MÖVZU
2.
KOMMERSIYA
BANKLARININ
RESURSLARI
VƏ
LİKVİDLİYİ
§ 1. Kommersiya banklarının resursları
1 .Bank resursu - bankın sərəncamında olub, aktiv və digər
əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunan pul
vəsaitlərinin məcmuusudur. Bank resurslarını bank kapitalı
adlandırırlar. Kommersiya banklarının resursların formalaşdırılması
üçün yerinə yetirdikləri əməliyyatlar passiv əməliyyatlar adlanır.
Bankın resursları təşkili mənbələrinə görə: xüsusi kapitala və
cəlb olunmuş vəsaitlərə bölünür.
Bankın xüsusi kapitalına daxildir:
-
nizamnamə fondu;
-
ehtiyat fondu;
-
bankın mənfəəti hesabına yaradılan digər fondlar;
-
il ərzində bölüşdürülməmiş mənfəət.
Nizamnamə fondu tamamilə iştirakçıların (hüquqi və fiziki
şəxslərin) vəsaiti hesabına yaradılır və onların öhdəliklərinin təmin
edilməsinə xidmət edir. Nizamnamə fondunun cəlb edilmiş vəsait
hesabına yaradılmasına icazə verilmir. Bank yaradılarkən
nizamnamə fondu yalnız pul vəsaitləri və maddi aktivlər hesabına
formalaşa bilər.
Nizamnamə kapitalının minimum həcmi milli bank tərəfindən
müəyyən edilir.
Bankın ehtiyat fondu münfəətdən ayırmalar hesabına yaradılır.
Onun həcmi nizamnamə kapitalına nisbətən müəyyənləşdirilir və
nizamnamə kapitalının 15%-dən aşağı ola bilməz.
Ehtiyat fondunun yaradılmasında məqsəd bankın aktiv
əməliyyatları nəticəsində mövcud ola bilən itgilərin ödənilməsidir.
Bu fondun vəsaitlərindən həmçinin mənfəətin, divi- dendlərin
ödənilməsinə çatışmayan hissələrin ödənilməsinə istifadə edilir.
21
Ehtiyat fondu ilə yanaşı banklarda mənfəət hesabına xüsusi
təyinatlı fondlar da (sosial təyinatlı fond, yığım fondu və s.) yaradılır.
Bankın xüsusi vəsaitlərinin başlıca funksiyası bankın öz
əmanətçiləri qarşısındakı öhdəliklərinin təmin edilməsinə xidmət
etməkdir. Bankın sərəncamında olan xüsusi vəsaitlər onun
fəaliyyətinin miqyasını müəyyənləşdirir və maliyyə bazasını təşkil
edir. Sahibkarlıq fəaliyyətinin digər sahələrinə nisbətən kommersiya
banklarının xüsusi kapitalı məcmu kapitalda aşağı xüsusi çəkiyə
malikdir. Sahibkarlıq fəaliyyətinin digər sferalarından fərqli olaraq
bankların fəaliyyətində xüsusi kapital başqa təyinata malikdir.
Sahibkarlıq fəaliyyətinin digər sahələrində xüsusi vəsaitlər onların
ödəmə qabiliyyətinin təmin edilməsini və əksər əməliyyatların yerinə
yetirilməsinə xidmət edirsə - kommersiya banklarının xüsusi
vəsaitləri əsasən əmanətçilərin manəfeinin qorunmasına, müəyyən
miqdarda da özünün əməli fəaliyyətinin maliyyə təminatına xidmət
edir.
Kommersiya banklarının resurslarının böyük əksəriyyəti cəlb
olunan vəsaitlər hesabına yaradılır və banklar əsasən özgənin
vəsaitləri hesabına fəaliyyət göstərirlər.
Tərkib etibari ilə banklar tərəfindən resurs kimi cəlb olunmuş
vəsaitlər müxtəlifdir. Onlara daxildir;
1.
bankın müştəri ilə apardığı iş nəticəsində cəlb etdiyi vəsait
(depozit);
2.
borc öhdəliklərinin buxarılmasi ilə əlaqədar cəlb olunan
vəsait;
3.
banklar arası kredit formasında digər banklardan borc alman
vəsait;
4.
milli bankın ssudaları
Kommersiya bankında pul vəsaitlərinin saxlanılması üçün
müştəriyə açılmış hər bir hesab prinsipcə depozit hesab adlana bilər.
Əmanətçilərin kateqoriyası baxımından depozitlər fiziki və
hüquqi şəxslərin depozitlərinə bölünür. Hüquqi şəxslərin depozitləri
də yekcins deyildir. Onların özü də mülkiyyət formasına,
investisiyanın xarakterinə görə fərqlənirlər. Hökumət
2
?
vo yerli hakimiyyət orqanları, xalq təsərrüfatının bütün sahələrinin
müəsssiə və təşkilatları, maliyyə və kredit orqanları, vətəndaşlar
banklara qoyuluş edə bilərlər.
Müddət baxımından qoyuluşlar:
tələb edilənədək: müddətli və şərtli əmanətlərə bölünürlər.
Kommersiya banklarının resurslarının quruluşunda banklar
arası kredit xüsusi yer tutur. Bu mənbə qısa müddətli olub operativ
resurs əldə etmək qaydasıdır.
Müvəqqəti sərbəst resursa malik olan bank onu hərəkətsiz
saxlamaqdansa müəyyən faizlə başqa banklara satmağı, daha üstün
tuturlar. Əlavə resursa ehtiyacı olan banklar tərəfindən həmən resurs
satın alınır.
Kommersiya banklarının resurs mənbələrindən biri də Milli
Bankın kreditləridir. Bu kreditin əsas mənbəi emissiyadır və
kommersiya banklarının resurs mənbəi kimi axırıncı mərhələ hesab
edilir. Milli bankın kreditlərindən istifadə imkanı vahid dövlət pul
kredit siyasətinin əsas istiqamətləri ilə müəyyən edilir.
§ 2. Kommersiya banklarının Ukvidliyi
Bank fəaliyyətinin əsas anlayışlarından biri də likvidlikdir.
Kommersiya bankının likvidliyi dedikdə bankın aktivlərinin onun
borc öhdəliklərinin vaxtında ödənilməsi üçün tez bir zamanda ödəniş
vasitəsinə çevrilmək imkanıdır.
Likvidlik anlayışı aktivlərin pul vəsaitlərinə rahat, asan
çevrilməsi mənasını verir. Likvidlik - bankın davamlılıq, etibarlılıq
və işqabiliyyətliliyinin rəhmidir O banklara aşağıdakı funksiyaların
yerinə yetirilməsinə imkan verir:
-
müştərilərin tapşırığı ilə ödənişlər aparmaqa;
-
kreditorlara vəsaitlərin qaytarılmasına;
-
öz üzərinə götürdüyü öhdəliklər müqabilində müştərilərin
pul vəsaitlərinə olan tələblərin ödənilməsinə.
Təcrübədə bankın aktivlərinin likvidliyi onun balansının
likvidliyi ilə ölçülür: bankın balansı o zaman likvidli hesab olu
Dostları ilə paylaş: |