və həmin ilin iyununun 1-dən qüvvəyə minmiş Azərbaycan
Respublikasının Əmək Məcəlləsi durur.
Şərh edilənlər maddi hüquq sahəsinə aid olduğu kimi,
prosessual hüquq sahələrinə də aiddir. Deyilənlərdən aydın
olur ki, konstitusiya hüququnun aparıcı hüquq sahəsi
olmasına səbəb budur ki, konstitusiya hüququ bütün hüquq
sahələrinin əsasını və birbaşa xalqın iradəsini ifadə edən
normaları özündə əks etdirir.
§ 6. Konstitusiya hüquq normaları və institutları
Konstitusiya hüququ hüququn bir sahəsi kimi hüquq
normalarının məcmusundan ibarətdir. Hər bir hüquq
sahəsində olduğu kimi, konstitusiya hüququnda da hüquq
normaları başqa hüquq sahələrində olan normalarla müəyyən
oxşarlığa malikdir. Eyni zamanda bu normalar nizamladığı
predmetin xüsusiyyətlərindən irəli gələn, yalnız onlara xas
xüsusiyyətlərlə də səciyyələnir. Hər bir hüquq norması
qeyri-müəyyən subyektlər dairəsinə yönəlir və dəfələrlə
tətbiq olunmaq üçün nəzərdə tutulur. Lakin həyat daha
mürəkkəbdir və bəzən bu iki meyara heç də tam cavab
verməyən normalara rast gəlinir; bir normada konkret
subyektlər müəyyənləşdirilsə də, norma dəfələrlə tətbiq
olunmaq üçün nəzərdə tutulur. Bu, adətən, inzibati aktlara aid
olan xüsusiyyətdir. Konstitusiya hüquq normaları da buna
bənzər digər xüsusiyyətlərə malikdir. Məsələn, defmitiv
konstitusion normalar və prinsip-normalar klassik hüquq
normalan kimi aydın görünən davranış qaydası müəyyən
etmir. Lakin bu əlamət bütün konstitusion normalara xas
deyildir. Elə konstitusiya hüquq normalan vardır ki, onlar
digər hüquq sahələrində olduğu kimi dəqiq davranış qaydalan
müəyyənləşdirir. Ümumiyyətlə,
— 31 —
konstitusiya hüquq normalarının aşağıdakı xüsusiyyətləri və
növləri vardır:
1)
Konstitusiya hüquq normaları təsisedici normalardır
(əsasən bilavasitə konstitusiyada əks olunan normalar). Bu
normalar hansı sahəyə və məsələyə aiddirsə, onun əsaslarını
müəyyən edir. Konstitusion normalar nizamladığı hər hansı
bir məsələnin əsasını təsbit edir, onun ümumi parametrlərini,
hədlərini müəyyənləşdirir. Digər bütün normalar da məhz bu
normanın göstərişlərindən çıxış edərək, digər məsələləri
tənzimləyirlər. Təsisedici normalar xalq və dövlət arasındakı
münasibətlərin əsaslarını tənzimləyir, şəxsiyyətin əsas
hüquqlarını müəyyən edir, dövlət orqanları sistemini və
qanunvericilik sistemini təsbit edir. Təsisedici normalar həm
də qanunvericilik sistemində mövcud olan digər aktlara
verilən tələbləri özündə əks etdirir.
2)
Konstitusiya hüquq normaları, adətən, ənənəvi «üç-
elementli quruluş»a malik olmur.
Hər bir hüquq norması 3 hissədən ibarətdir:
Hipoteza;
Dispozisiya;
Sanksiya.
Hər bir hissənin özünün də müxtəlif növləri vardır və
onlar normativ hüquqi aktın maddəsi ilə üst-üstə düşməyə
bilər. Bəzən bir maddədə bütün struktur əks olunduğu halda,
bir çox hallarda isə normanın strukturu ayrı-ayrı aktlarda əks
olunur. Konstitusiya hüquq normalarında bu quruluş nadir
hallarda əks olunur, çoxlarında isə strukturun aşkara
çıxarılması, sadəcə, mümkün deyil. Məsələn, «hakimiyyətin
mənbəyi xalqdır» normasının hipoteza, dispozisiya və
sanksiyasını ayırmaq, ümumiyyətlə, mümkün deyildir.
Bununla yanaşı, bəzən cari qanunvericilikdə
— 32 —
təsbit olunan konstitusion hüquqi normalarda üçelementli
quruluşu ayırd etmək mümkün olur. Bu da ondan irəli gəlir ki,
bu normalar digər qanunvericilik aktlarındakı kimi,
münasibəti kifayət qədər konkret və dəqiq şəkildə
nizamlayırlar. Ona görə də onlarda davranış qaydasını və
onun şərtlərini müəyyən etmək bir o qədər çətinlik törətmir.
3)
Konstitusiya hüquq normaları defınitiv və prinsip
müəyyən edən normalardır. Konstitusion normaların bir
hissəsi bu və ya digər məsələ ilə bağlı prinsipləri müəyyən
edir. Bu prinsiplər bütün cari qanunvericiliyə aiddir və bütün
hüquq normaları bu prinsipləri gözləməklə verilməlidir.
Məsələn,
konstitusiyanın
149-cu
maddəsində
müəyyənləşdirilir ki, normativ hüquqi aktlar hüquqa və ədalət
prinsiplərinə əsaslanmalıdırlar. Sahə aidiyyətindən asılı
olmayaraq, bütün digər hüquq normaları bu göstərişlərə riayət
olunmaqla verilməlidir. Norma-prinsiplər bəzən çoxsaylı
qanunvericilik aktlarının verilməsini, dövlətin irimiqyaslı
tədbirlər kompleksi həyata keçirməsini tələb edir. Məsələn,
Azərbaycan
Respublikası
Konstitusiyasının
83-cü
maddəsindəki seçki prinsipləri nəinki qanun qəbul edilməklə,
həm də bir sıra təşkilati tədbirlər görməklə həyata
keçirilməlidir. Defınitiv normalar, adətən, bu və ya digər
məsələlərlə bağlı məqsədi və ya anlayışı özündə əks etdirir.
Bu normalar, bir qayda olaraq, sonradan hüququn tətbiqi
praktikasında yarana biləcək problemlərin qarşısını almaq
üçün hüquqi əhəmiyyətə malik mücərrəd anlayışları
dəqiqləşdirir. Məsələn, Konstitusiyanın 1-ci maddəsi xalq
anlayışını verir. Burada göstərilir ki, xalq anlayışı harada
yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinə və onun
qanunlarına tabe sayılan Azərbaycan Respublikasının
vətəndaşlarını ehtiva edir.
— 33 —
Dostları ilə paylaş: |