Muhəmməd ibn Əhməd əz-Zəhəbi Böyük günahlar



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə9/31
tarix26.09.2017
ölçüsü3,25 Kb.
#2242
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

Böyük günahlar.
45
günü də Allah onun ehtiyac, kasıblıq və yoxsulluğuna əhə-
miyyət verməz”
1
.
Peyğəmbər r demişdir: “Allah adil başçını ərşin köl-
gəsində kölgələndirəcəkdir”
2
.
Həmçinin r demişdir: “Əhalisinə və rəiyyətinə qarşı
öz hökmlərində adil olanlar nurdan olan minbərlər üzə-
rində olacaqlar”
3
.
Həmçinin r demişdir: “Sizin ən pis başçılarınız o kəs-
lərdir ki, siz onlara nifrət edirsiniz, onlar da sizə, siz onlara
lənət edirsiniz, onlar da sizə”. Dedilər ki, Ey Allahın elçisi,
onları tərk etməyəkmi? Dedi : Nə qədər ki sizinlə namaz
qılırlar, yox”
4
.
Peyğəmbər r demişdir: “Allah zalım insana uzun
müddət möhlət verər, onu əzabla yaxaladığı zaman isə onu
həlak olmaqdan qurtarmaz”. Sonra o, bu ayəni oxudu:
i   h    g  f  ed  c  b  a       `  _  ^  ]
“Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı
zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də,
üzücüdür, şiddətlidir” [Hud surəsi, 102-ci ayə].
5
Peyğəmbər r Müazı L Yəmənə göndərdiyi zaman
ona demişdir: “Onların xeyirli və bahalı mal-dövlətlə-
1
 (Həsən) ət-Tirmizi /1332-1333/, Əbu Davud /2948/.
2
 (Səhih) əl-Buxari /423/, Muslim /1031/.
3
 (Səhih) Muslim /1827/.
4
 (Səhih) Muslim /1855/.
5
 (Səhih) əl-Buxari /4686/, Muslim /2583/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
46
rindən çəkin və məzlumun duasından qorx. Çünki onunla
Allah arasında heç bir hicab yoxdur”.
1
Həmçinin r demişdir: “Başçıların ən pisi hutamə-
lərdir
*
.”
2
Peyğəmbər r demişdir: “Allah üç şəxsi danışdır-
maz...” – onlardan birinin də yalançı hökmdar olduğunu
bildirmişdir.
3
Uca Allah buyurur:
  ÅÄ  Ã   Â  Á  À  ¿  ¾  ½   ¼   »      º  ¹
Ç  Æ
“Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük
etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik.
Gözəl aqibət müttəqilərindir” [əl-Qasas surəsi, 83-cü ayə].
Peyğəmbər r demişdir: “Həqiqətən siz başçı olmağa
həris olacaqsınız. Sizin bu əməliniz isə Qiyamət günü peşi-
mançılığa çevriləcək”.
4
Peyğəmbər r demişdir: “Allaha and olsun ki, biz bunu
(başçı olmağı) ona həris olub, onu istəyən şəxsə həvalə et-
mərik”.
5
1
 (Səhih) əl-Buxari (1395), Muslim /19.
* Hutamə – bazarda dəvələrin alqı-satqısına kobudcasına nəzarət
edən kəsə deyilir. O, dəvələri bir-birinə qataraq zülm edər. Bu pis başçılar
üçün çəkilən məsəldir.
2
 (Səhih) Muslim /1830/.
3
 (Səhih) Muslim /107/.
4
 (Səhih) əl-Buxari /7148/.
5
 (Səhih) əl-Buxari /2261/, Muslim /1733/.


Böyük günahlar.
47
Həmçinin r demişdir: “Ey Kəb ibn Ucrah, Allah səni
səfeh başçılardan qorusun. O başçılardan ki, onlar məndən
sonra olub mənim rəhbərliyimdən örnək götürməyib,
mənim yolumla getməzlər”.
1
Həmçinin r demişdir: “Üç növ duanın qəbul olma-
sında şübhə yoxdur: məzlumun duası, Musafirin (Səfərdə
olan şəxsin) duası və valideynin öz övladına etdiyi dua”.
2
1
 (Səhih) ibn Hibban /4514/, Abdur-Razzaq /20719/. əl-Həkim 4/422.
2
 (Səhih) ət-Tirmizi /1906/, Əbu Davud /1536/, ibn Məcə /3862/.


Muhəmməd ibn Əhməd əz-Zəhəbi.
48
On dördüncü böyük günah.
İçki içmək
(sərxoş etməyəcək qədər olsa belə).
Uca Allah buyurur:
  ¾  ½         ¼  »  º  ¹¸   ¶  µ  ´
ÄÃ  Â   Á   À  ¿
“Səndən sərxoşedici içki və qumar barəsində soru-
şurlar. De: “İkisində də həm böyük günah, həm də insan-
lar üçün mənfəət vardır. Amma günahları mənfəətlərin-
dən daha böyükdür” [əl-Bəqərə surəsi, 219-cu ayə].
  +  *   )  (  '  &    %  $  #  "  !
/  .  -  ,
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də,
qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da,
fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bun-
lardan çəkinin ki, bəlkə nicat tapasınız” [əl-Maidə surəsi,
90-cı ayə].
İbn Abbasın L belə dediyi rəvayət olunub: “İçkinin
haram olması barədə ayə nazil olduğu zaman səhabələr


Böyük günahlar.
49
bir-birilərinin yanına gedib: “İçki haram olunaraq şirkə
bərabər edildi” – deyirdilər”.
1
Abdullah ibn Ömər L isə günahların ən böyüyü-
nün içki içmək olduğunu demişdir. Şübhəsiz ki, içki pislik-
lərin anasıdır və onu içənə lənət edilməsi haqqında bir sıra
hədislər variddir.
Peyğəmbər r demişdir: “İçki içən şəxsi kötəkləyin,
yenə içərsə, yenə də kötəkləyin, dördüncü dəfə yenə içərsə,
onu öldürün”.
2
Abdullah ibn Amr L Peyğəmbərin r belə dediyini
rəvayət etmişdir: “Bir dəfə sərxoşluğundan dolayı nama-
zını tərk edən şəxsin misalı, bütün dünya və onun üzərin-
dəkilər ona məxsus ikən, əlindən zorla qəsd edilərək alınan
şəxs kimidir”. Kim şərxoşluğu ucbatından dörd dəfə na-
mazı tərk edərsə, o şəxsə Xəbəl palçığı içirtmək Allaha borc
olar”. Dedilər: Xəbəl palçığı nədir? O: “Cəhənnəm əhlinin
içkisi”– deyə cavab verdi.
3
Cabir L rəvayət edir ki, Peyğəmbər r demişdir:
“Şübhəsiz ki, sərxoşedici içki içən şəxsə Xəbəl palçığı içirt-
mək Allahın əhdidir”. Dedilər: Xəbəl palçığı nədir? O: “Cə-
hənnəm əhlinin təri”, və ya “Cəhənnəm əhlinin içkisi”–
dedi.
4
Peyğəmbər r demişdir: “Bu dünyada içki içən, axi-
rətdə ondan məhrum olar”.
5
1
 (Səhih) ət-Təbərani /12399/.
2
 (Səhih) ət-Tirmizi /1444/, Əbu Davud /4482/, ibn Məcə /2573/.
3
 (Həsən) Əhməd 2/178, əl-Hakim 4/146.
4
 (Səhih) Muslim /2002/.
5
 (Səhih) əl-Buxari /5575/, Muslim /2003/.


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə