Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi


Mövzu 8. Fosforüzvi birləşmələr və onların tətbiqi obyektləri



Yüklə 0,86 Mb.
səhifə6/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12

Mövzu 8. Fosforüzvi birləşmələr və onların tətbiqi obyektləri
Plan:

1. Fosforüzvi birləşmələr və onların təsir mexanizmi

2. Fosforüzvi birləşmələrin həşəratlara, insanlara və istiqanlı heyvanlara təsiri

3. Fosfor turşusunun və tiofosfat turşusunun törəmələri

4. Ditiofosfor turşusunun törəmələri
Ədəbiyyat
1.Г.С.Груздев – «Химическая защита растений» Москва 1987

2. İ. H. Cəfərov – “Fitoterapiya” Bakı 2002


Mövzu 8. Fosforüzvi birləşmələr və onların tətbiqi obyektləri
Fosforüzvi birləşmələr
XX əsrin əvvəlində fosforüzvi birləşmələrin toksiklik təsiri ilk dəfə aşkar edilmişdir. Əvvəlcə onlara hərbidə zəhərləyici maddələr kimi baxırdılar. 1938-ci ildə Almaniyada zazin qarşı sintez edilmişdir. İkinci Dünya müharibəsinin sonunda ilk dəfə pestisidlər sənaye səviyyəsində sintez edilmişdir. Kənd təsərrüfatına onlar 1965 ildən daxil edilmişdir, pestisid və zəif səmərəli xlorüzvi (DDT, deksaxlaran və s.) birləşmələrin əvəz edicisi kimi. Fosforüzvi birləşmələrin sintezi sadədir və yüksək həşəratlara qarşı iqtisadi səmərliyə malikdirlər.

1970-ci ildə ən dünyada geniş yayılan 20 növ insektisidləri yaradan çoxunu TÜB (ТОС) birləşmələr təşkil edirdi, 1/5 –ni isə metiokarbonatlar. Hazırkı zamanda da fosforüzvi birləşmələr öz əhəmiyyətini itirməmişlər. Fosforüzvi birləşmələr yüksək insektisid və akarisid fəallığa malikdirlər, geniş spektir təsirlidirlər, yüksək başlanğıc toksikidirlər davamsızdırlar torpaqda, sürətlə parçalanırlar. Beləliklədə, təbii suda şəraitdə də toksiki olmayan maddələrə parçalanırlar, məsarif norması aşağıdır. Fosforüzvi birləşmələrin torpaqda, bitkilərdə parçalanmasında mikroorqanizmlər fəal iştirak edirlər. mühafizə müddəti açıq şəraitdə 10-20 gündür(maksimum-40), gözləmə müddəti aşıq şəraitdə bir çox bitkilərdə 20-25 gündür, örtülüdə isə 3-5 kündür.

Buğum ayaqlılarda informasiya elektrik siqnalı kimi ötürülür, membranların hüceyrələri ilə. Elektrik siqnalını məsamədən (щель) mediatorlar həyata keçirir – kimyəvi – maddələr – noradrinalin və asetlexolin.

İnsanlarda və istiqanlı heyvanlarda 5 mediator var. (o cümlədən adrenalin), həşaratlarda 100 yaxındır. Mediatorlar fəal olmadıqda, onlar vizikula yerləşirlər və hüceyrənin daxilindəki maddələrdən izolya edirlər. Persinaptir hissənin sinir ipluslarına çatdıqda, hüceyrə membranın ucu polyarlığını itirir. Bu isə kalsi ionlarının keçməsini sürətləndirir və nəticədə onun persinaptik sahəyə girməsinə şərait yaranır, nəticədə mediator-azad olur, vizikula partlayır və asetiloxolin hüceyrəarası sahəyə düşür. Sonra digər hüceyrənin postisipatik ərazisinə daxil olur.

Asetilxolin esteraza fermentinin fəaliyyəti ondan ibarətdir ki, o asetilxolini hidroliz edir və fəallığı zəiflədir. Asetiloxolinesteraza olmadıqda yəni pestisidlə ingibirləşdirildikdə, sinoptik məsamədə sərbəst asetilxolin toplanır, nəticədə sinir inpulslarının ötürülməsi prosesi pozulur. Sudaroqa baş verir (əzələlərdə) və iflicə çevrilir.

Fosforüzvi birləşmələr əsasən həşəratların və gənələrin postembrional inkişaf mərhələsinə güclü təsir edir (sürfələr, nimfalara, yetkin fərdlərə) və yumurtalara isə zəif təsir edir.

Rezistentlik, preparatları ardıcıl tətbiq edildikdə həşəratlarda və gənələrdə mühafizə edildikdə hansılar ki mövsümdə çox nəsil verir, o zərərvericilərdə qrup davamlılığı əmələ gəlir. Bunun qarşısını almaq üçün bitkilərin mühafizəsində müxtəlif təsir mexanizmi olan insektisidlər və akarisidlər tətbiq son etmək məsləhətdir.

Fosforüzvi birləşmələr kənd təsərrüfatında geniş tətbiq edilir. Fenitrotion və fozalon əsasən taxıl, texniki meyvə və sitrus bitkilərində tətbiqi tövsiyə edilir, çünki onlar yüksək toksikidir və kumulyativ xassəlidir. Tərəvəz bitkilərini onlarla dərmanlamağa toxumluq əkinlərdə icazə verilir. Giləmeyvələrdə çiçəkləməyə qədər yada məhsul yığımından sonra.

Azametiofos, diazinon, dimetoat, dixlofos (DDBD) malation (karbofos), paration-metil, pirimifos-metil (Aktellik), fenimrotion, fention, fozalon, fosetil alüminium, xlorofos, xlorpirifos

Fosforüzvi birləşmələr pestisidlərin daxilində əsas siniflərdən birini təşkil edir. Bu qrup birləşmələr fizioloji fəallığına və seçici təsirinə görə fərqlənirlər. Onların daxilində akarisidlər, insektisidlər, herbisidlər, nematosidlər boymaddələri də vardır. Əsasən pestisid xassəyə fosfor, tio, ditofosfor və fosfor turçusunun törəmələri malikdir.

K/t 220-dən artıq fosdor üzvi birləşmələr tətbiq edilir. Bu sinifdən olan pestisidlər k/t tətbiqinə görə birinci yeri tuturlar və onların istehsalı dünya miqyasında bir ildə 200 min tona yaxındır.

Fosforüzvi insektisidlər və akarisidlər buğumayaqlı zərərvericilərlə mübarizədə çeşidinə və tətbiqinə görə əsas yeri tuturlar.

Respubllikada 30 təsiredici maddə əsasında 50-dən çox fosforüzvi birləşmələrdən hazırlanmış preparatlar tövsiyyə edilir .

Fosforüzvi birləşmələrdən olan pestisidlərin əsas xususiyyəti qeyd edilənlərdən ibarətdir. 1) zərərvericilərə qarşı yüksək insektisid və akarisid xassəli, geniş spektr təsirli olmalı, 2) birləşmələrin davamlılıq diapazonu geniş olmalı, müxtəlif canlı orqanizimlərdə parçalanaraq insan və heyvanlara qarşı toksiki olmayan birləşmələrə çevirilməli, 3) onurğalı orqanizimlərdə metabolizm prosesi sürətlə getməli, onlar toxumalarda toplanmamalı və xroniki zəhərləmə təsiri olmamalıdır, 4) torpaqda qısa müddətə parçalanmalı, 5) bir sıra insektisid preparatlar sistem və dərin təsirli olmalı, 6) preparat az miqdarda sərf olaraq bitki zərərvericilərinə və heyvanların parazitlərinə tez təsir etməli,7) balıqlara qarşı mülayim təsirli, 8) müəyyən fosforüzvi birləşmələrin herbisidlik xüsusiyyətinin olması var, 9) fosforüzvi birləşmələrdən olan fungisilərin sistem təsirliliyi.

Fosforüzvi birləşmələrin pestisid kimi mənfi xüsusiyyəti insanlara və heyvanlara qarşı yüksək kəskin toksiki olmasıdır. Bu preparatlara qarşı qısa müddətdə həşaratlarda davamlılıq əmələ gəlir. Preparatların toksiki təsirini azaltmaq məqsədilə, onları müxtəlif formalarda istehsal edirlər.

Fosforüzvi birləşmələrin həşaratlara və istiqanlılara təsir mexanizminin öyrənilməsi göstərir ki, heyvan orqanizmində onlar sinir sistemində mühüm rolu olan esterazaları fosforlaşdıraraq, xolinesterazalar fəalsızlaşdırılır və normal funksiyası pozur.



Fosforüzvi birləşmələrin təsir mexanizmi. Fosforüzvi insektisid və akarisidlər beş valentli fosforun birləşmələrindən ibarətdir. Ümumi formulu

O



I I


R1 P X


R2

burada R1və R2 - alkokcil, alkil və aril radikallarıdır X- zəif olan turşuların qalıqlarıdır.

Turşu qalıqları fosforla birlikdə anhidrid əmələ gətirir və fosforlaşdırıcı xassəlidir. Bu birləşmələr orqanizmə daxil olaraq həyatilik əhəmiyyəti olan maddələri fosforlaşdırır. Belə substrat sinir toxumalarında olan asetilxlornesteraza fermentidir. Bu ferment sinir impulslarının daşınması prosesində mühüm rol oynayır.

Sinir toxuması ilə digər hüceyrənin membranı arasında sinaptik məsamələr vardır. Onun daxilində xüsusi maddə yerləşir və verilən siqnalları özündən keçirərək başqa hüceyrəyə ötürür. Sinir impulslarını özündən keçirən maddəyə asetilxolin ya da noradrealin deyilir. Həmin maddə zülallarla birləşərək sinir toxumalarında toplanır. Beləliklə asetilxolin vasitəsilə sinaptik siqnalların ötürülməsi mürəkkəb biokimyavi prosesdir. Bu mübadilə prosesində asetilxolinnesterazanın çox böyük əhəmiyyəti var, çünki həmin ferment sinaptik boşluqda asetilxolinin toplanmasına səbəb olur və beləliklə, sinir impulslarının normal ötürülməsi prosessi pozulur, əzələlərin funksiyası fəallaşır və iflic baş verir, sonra isə digər zəhərlənmə əlamətləri müşahidə edilir. Asetilxolinesterazanın fəal hissəsi asparakin və qlutamin turşularının karboksil qalığından (A) və esterazadan (serin hidroksilindən) ibarətdir.

Fosforüzvi insektisidlər asetilxolinin efirli hissəsinə təsir edir və orqanizmə daxil olduqda asetilxolinesterazanın esteraza hissəsi ilə birləşir və turşu qalığını fermentin tərkibindən çıxarır.

Asetilxolinesteraza fermenti fosforlaşdıqda xolinesteraza zəif hidroliz olur və beləliklə sinaptik düyünlərdə asetilxolinin toplanmasına səbəb olur. Bunun nəticəsində bütün orqanların funksiyaları kəskin dəyişir, orqanizmin zəhərlənməsi baş verir. Toksiklik dərəcəsi orqanizmin sinir sistemini qurluşundan və metabolizm prosesindən asılıdır.

Fosforüzvi birləşmələr yüksək fəal birləşmələrdir, ona görə kimyavi reaksiyalarda iştirak edərək orqanizmə daxil olur və mübadilə prosesində iştirak edirlər.

Fosforüzvi birləşmələr aşağıda qeyd edilən reaksiyalar nəticəsində metabolizmə uğrayırlar:

1. Hidroliz – bütün fosforüzvi birləşmələr qələvili mühitddə asan hidroliz olur və toksiki olmayan maddələr əmələ gəlir.

2. İzomerləşmə - yəni bir izomer birləşmə digər birləşməyə çevrilir. Bu proses asetilxolinesterazanın fəallığının artmasına səbəb olur. Bu zaman maddələrin hidrolizə davamlılığı zəifləyir və bioloji mühitdə qalma müddəti azalır.

3. Maddələrin toksikliyi fermentativ reaksiyalar, yəni xolinesteraza fermentinin fosforlaşması nəticəsində orqanizdə əmələ gəlmiş məhsuldan asılıdır. Fermentin fosforlaşması nəticəsində orqanizmdə əmələ gəlmiş məhsuldan asılıdır. Fermentin fosforlaşması maddənin fəallığına təsir edir, çünki fosforlaşmış xolinesteraza hidroliz olaraq toksiki olmayan maddələr əmələ gəlir.

4. Hidrolitik parçalanma - fosfor birləşmələrin heyvan orqanizmində fermentativ yolla çevrilmə prosesidir. Çevrilmə prossesi müxtəlif yerlərdə gedir və maddənin struktur qurluşundan asılıdır. Belə parçalanma fosfataza, karboksilnesteraza, amilaza fermentlərinin iştirakı ilə gedir.

5. Oksidləşmə yolu ilə fosfor birləşmələrinin çevrilməsi müxtəlif istiqamətlərdə gedir. Maddənin struktur qurluşundan asılı olaraq. Bu birləşmələrin oksidləşməsi asetilxolinesterazanı fəallaşdırır birləşmənin toksikliyini artırır.

Canlı orqanizmdə birləşmələr müxtəlif reaksiyalar nəticəsində metabalizmə uğrayır.



Fosforüzvi birləşmələrin həşaratlara təsiri.

Fosforüzvi birləşmələrin həşaratlara təsiri, onların asetilxolinesteraza fermentinə təsir edərək, sinir sistemini pozurlar. Bu qrupdan olan insektisidlər orqanizmə dəri örtüyandən, mədə bağırsaq traktından ya da tənəffüs yolundan daxil olur hemi limfa ilə birlikdə sinir sisteminə toxunaraq təsir edir. Fosforüzvi birləşmələr həşaratın orqanizminə daxil olaraq asetilxolinesteraza fermentinin fəallığını pozur. Zəhərlənmənin əlamətləri müşahidə edilir: həşaratın ayaqları tutulur və iflic olur, sonra isə olürlər. Fosforüzvi insektisidlər və akarisidlərin əsas qismi ilk dövürdə yüksək toksiki təsirli olaraq tətbiq etdikdən bir neçə saat sonra orqanizmlər məhv olurlar. Bu birləşmələr sürfələri və yaşlı fərdləri məhv edirlər, onlar zəif ovisid təsirlidirlər.

Fosforüzvi insektisidləri və akarisidləri ardıcıl tətbiq etdikdə onlarda davamlılıq əmələ gəlir. Əmələ gəlmiş davamlılıqla mübarizə aparmaq üçün müxtəlif təsir mexanizmi olan insektisid və akarisidləri növbələşdirmək lazımdır.
Fosforüzvi birləşmələrin insanlara və istiqanlı heyvanlara təsiri.

Bu birləşmələr insanlara və heyvanlara qarşı güclü və orta toksikidirlər. Orqanizmə daxil olaraq mərkəzi və periferik sinir-əzələ bağlarının xolinergik sinaplarını zələliyir. Fosforüzvi birləçmələrin əsas hissəsi mülayim kumulyativ təsirlidir, preparatları toksiki və öldürücü dozada tətbiq edirlər. İstiqanlı heyvanların orqanizmində fosfataza, karboksilesteraza və amidaza fermentlərinin fəallığı suda həll olan fosforüzvi birləşmələrin toksiki olmayan maddələrə parçalayaraq orqanizmdən sidiklə azad edilir. Dəri örtüyü vasitəsi ilə toksiki təsir edən fosforüzvi birləşmələr azdır, ancaq metafos preparatının güclü toksiki təsiri dəri örtüyü vasitəsi ilə azad olur.

Hal-hazırda bir çox zəif toksiki peparatlar sintez edilir və təsərrüfatlarda tətbiq edilir.

Fosforüzvi birləşmələr davamsız preparatlardır və xarici mühitdə toksiki olmayan maddələrə tez parçarlanır. Torpaqda parçalanma mikroorqanizimlərin iştirakı ilə gedir. Hal-hazırda tətbiq edilən fosforüzvi insektisidlərin torpaqda qalması 1 aydı və buna görə yemlərin və ərzaqın həmin preparatlarla çirklənməsi kök sistemi vasitəsi ilə ən az miqdara çatır.

Fosforüzvi insektisidlər bitki daxilində parçalanırlar. Bu birləçmələr tövsiyyə edilən dozada bitkidə yanıq əmələ gətirmir və onların böyüməsinə - inkişafına mənfi təsir etmir. Çüzi miqdarda preparatın dozasını artırdıqda (metafos,) yarpaqlara, xüsusən tumurcuqlara və çiçəklərə təsir edir. Böyümə prosesinə stimuledici və ərzaqın keyfiyytinə mənfi təsiri müçahidə edilməmişdir. Fosforüzvi birləşmələrin bitki daxilində parçalanması sürətlə gedir və 30-40 gün müddətində parçalanır.

Fosfor turşunun törəmələri.

Fosfor turşunun törəmələri insektisid və akarisid təsirlidirlər. K/t tətbiq edilən aşağıdakılardır:

DDVF (dixlofos) - texniki məhsulu rənksiz yüksək ucucu mayedir, qaynama temperaturu 740C. Suda pis, uzvi halledicilərdə isə yaxşı həll olur. Kimyavi xassəsinə görə davamlıdır və su ilə hidroliz olaraq zəif toksiki maddələr əmələ gəlir.

Aerozol halında tətbiq etdikdə DDVF –in konsentrasiyası havada çox tez aşağı düşür (2-5 saat). Belə xassəsinə görə aerozol preparatlar məişətdə və təsərrüfatda həşaratlarla mübarizədə geniş tətbiq edilir. Bitkinin toxumalarına asan daxil olaraq, sürətlə parçalanır. Preparat fitotoksiki deyil. DDVF- qısamüddətli insektisid və akarisitdir. Kontakt, bağirsaq və fumiqant təsirlidir. Gənələrə, sərtqanadlıların yaşlı fərdlərinə, miçəklərə yüksək toksikidir. Qısa müddət təsirli olduğuna görə akarisid kimi istifadə edilmir. Arılara və entomofaqlara insan və heyvanlara qarşı preparat yüksək toksikidir. ÖD50 siçovullarda 65mq/kq. Cənaye 50%-li konsentrat emulsiya istehsal edir. Çəyirdəkli meyvə bitkilərinində minalayıcı küvələrə, alma küvəsinə, mənənəsinə qarşı 0,1-0,2 kəsafətlikdə, albalıda, gavalıda və gilasda albalı milçəyinə qarşı 0,2-0,3; sitrus bitkilərində qırmızı sitrus gənəsinə 0,25%, üzümdə - üzüm salxım yarpaq bükənə qarşı 0,2%, kələmdə gəmirici sovkalara qarşı 0,2-0,3%. Məsarif norması 1-18l/ha. Vegetasiya müddətində üzümdə 4, digər bitkilərdə isə 2 çiləmə aparılır. DDVF bioloji səmərəlidir. Həşaratların ölümü 95-100% təşkil edir. Meyvə bağlarında, üzümlüklərdə və tərəvəz bitkilərində tətbiqinin axırıncı vaxtı məhsul yığımına 10 gün qalmışdır. Qalıq miqdarı dəndə 0,3 mq/kq, giləmeyvədə və çayda – 0,05 mq/kq, unda, yarmalarda qalığına icazə verilmir.

Qardona - ağ kristalik maddədir, suda və üzvi həlledicilərdə pis həll olur, ərimə temperaturu 97-980 C. Tətbiq edilmiş obyektdə 12-15 gün toksiki təsirini saxlayır və bitkiyə daxil olduqda qısa müddətdə toksiki olmayan maddələrə parçalanır. Bitkidə yanıq əmələ gətirmir.

Qardona- kontakt və bağırsaq təsirli insektisidir. Sərtqanadlıların sürfələrinə və yaşlı fərdlərə, böcəklərə tətbiq edilir. Arılara və yırtıcı həşaratlara qarşı orta toksikidir, ona görə inteqriləşdirilmiş mübarizə sistemində geniş tətbiq edilir. Preparat insanlara qarşı zəif toksikidir. ÖD50 siçovullara 2955 mq/kq. Təsərrüfatlarda 50%-li və 75%-li islanan tozu tətbiq edilir. (t_m.kq/ha): almada- alma meyvəyeyəninə 0,8-2; üzümdə yarpaq bükənə - 0,6-1,5; albalıda, gavalıda və armudda albalı milçəyinə, meyvəyeyənə və mişarlayıcıya, quş üzümündə mişarlayıcıya qarşı -0,8-1,5; kələmdə və turpda ağ kəpənəyin tırtırlarına qarşı və kələm sovkasına 0,7-1; pambıqda – pambıq sovkasına qarşı 1,3-1,5; çiyələkdə 0,6-1 kq/ha.

Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır. Pambıqda dörd dəfə tətbiq edilir. Preparatın qalıq miqdarı almada, armudda, gavalıda və tərəvəzdə 0,8 mq/kq, giləmeyvədə - 0,01; pambıq yağında – 0,1mq/kq.

Xostavik /xeptenofos/ pestisid – asetonda, ksilolda həll olan mayedir, uçucudur. Preparat bitki səthindən tez buxarlanır /1-3ğün müddətində qalır/ . Xostavik – sistem təsirli insektisiddir, kontakt və fumiqant təsirə də malikdir. Preparat əsasən güclü toksikidir: mənənələrə, yastıcılara, unlu yastıcalara, ağ qanadlı kəpənəklərə. İnsanlara və istiqanlı heyvanlara qarşı yüksək toksikidir. ÖD50 siçovullara 117 – 121mq/kq. Taxılda mənənə və tripslərə qarşı tətbiq edilir – 1l/ha. Təcrübə təsərrüfatlarda 50% - li konsentrat emulsiyası 0,1 – 0,2%- li konsentrasiyada, şaftalıda yalançı yastıcalara və mənənələrə qarşı -2 – 3l/ha tətbiq edilir; armudda ballıcaya, almada qanlı mənənəyə qarşı -1 -2; albalıda albalı milçəyinə - 1,2 – 2,4; üzündə unlu yastıcaya qarşı – 1,6 – 2,4; noxudda – noxud mənənəsinə 0,4 – 1,0; sitrusda – yastıcalara, gənələrə, ağ qanadlı kəpənəklərə - 6 – 10; xiyarda, pamidorda örtülü şəraitdə - 2 -4; güldə və qərənfildə örtülü şəraitdə sorucu həşəratlara qarşı – 1,5 – 3; qarağatda yarpaq bükənə və mənənələrə 1,2: çayda/ yarpaq yığılmayan plantasiyalarda/ 3 – 6 kq/ha. Şaftalıda və çayda gözləmə müddəti məhsul yığımına 10 gün qalmış; almada, armudda və albalıda – 15 gün; üzümdə və sitrusda – 25 gün; buğdada, noxudda – 20 gün; örtülü şəraitdə - 3 gün qalmış. Şaftalıda, sitrusda və güldə - üç dəfə tətbiq etməyə icazə verilir; xiyarda, pamidorda 4 dəfə; üzümdə, çayda – 2 dəfə, digər bitkilərdə - 1 dəfə. Preparatın qalıq miqdarı xiyarda və pomidorda 0,01 mq/kq.



Tiofosfat turşusunun törəmələri.

Bu qrupdan olan preparatlar k/t – da tətbiq edilir. Onlar yüksək insektisid və akarisid təsirlidir, insanlara qarşı fosfatlara nisbətən zəif toksikidir. Tiofosfat turşusunun törəmələrinin iki izomeri mövcuddur:

tionlu tiollu

Tiol törəmələri – xolinesterazalara təsir edərək insanlara və istiqanlı heyvanlara qarşı tionlara nisbətən daha toksikidir. Tionlar yüksək temperaturda və digər faktorların təsiri nəticəsində tiollara çevrilirlər. Belə proses bitkilərin daxilində, səthində və preparatları saxladıqda baş verir. İnsektisid kimi əsasən tiofosfat turşusunu efir qarışıqları tətbiq edilir.

Bu qrupdan olan preparatlar – sistem təsirli insektisid və akarisidlərdir. Təmiz halda – ağ kristallik maddədir, ərimə temperaturu 35 – 360C, suda pis həll olur, üzvi həll edicilərdə isə yaxşı həll olur.

Metation – fenitrotion, metilnitrofos.

Açıq rənkli mayedir, kəskin iyli, 950C - də qaynayır. Üzvi həlledicilərdə yaxşı həll olur. Kimyavi xassəsinə görə davamlıdır. Torpaqda parçalandıqda aerob bakteriyalar fəal iştirak edir . Bitki səthinə düşdükdə metation toxumalara sürətlə daxil olur, ancaq hərəkət etmirlər. Tövsiyyə edilən dozalarda və kəsafətlikdə preparat mədəni bitkilərə mənfi təsir etmir.

Metation – kontakt təsirli insektisid və akarisiddir, qısa müddət mühafizə təsirlidir. Mühafizəedici təsiri 10 gündür, ona görə spesifik akasidlərlə kombinə edilməsi məsləhət görülür.

Metation sorucu zəhərvericilərə (mənənə, birə, yastıca) sərtqanadlıların sürfələrinə, xüsusən güvələrə qarşı tətbiq edilir.

İnsan və istiqanlı heyvanlara qarşı orta toksikidir ÖD50 siçovullara -516, sişanlara – 715 mq/kq. Preparat orqanizmə daxil olduqda, tez hidroliz olur və ona görə toksiki təsiri metafosa nisbətən zəifdir. Toksikoloji xassəsinə görə metation k/t –da geniş tətbiq edilir.

Preparat 50%- li k.e. halında istehsal olur. Meyvə ağaclarında – mənənələrə, yastıcaların sürfələrinə qarşı, alma güvəsinin tırtırlarına, minalayıcı güvələrə, alma və gəvalı meyvəyeyənə 0,1 – 0,3%- li kəsafətlikdə, sitrus və subtropik bitkilərdə sitrus ağ kəpənəyinə, yapon mum yastıcasına, çayda – çay güvəsinə - 0,1- 0,2%- li kəsafətlikdə tətbiq edilir. Məsarif norması preparata görə l/ha: tarla bitkilərində 0,6 – 1; sitrus və çayda – 2-8, alma və armudda metationun məsarif norması 1,6-4 l/ha.

Metation preparatını bordo mayesi ilə qarışdırıb tətbiq etməyə icazə verilir. Dənli bitkilərdə tətbiqinin axırıncı vaxtı 15 gün qalmış, qalıq miqdarı 0,1mq/kq. Alma və armudda çiləmə 5 dəfə, gavalı və albalıda – 4, çuğundurda – 3, arpada – 1, digər bitkilərdə– 2 dəfə.

Neksion – ağ kristallik maddədir, ərimə temperaturu 540C. Bitkilərdə tez parçalanır.

Neksion preparatı düzgün tətbiq edildikdə yarpaqlarda yanıq əmələ gətirmir. Neksion – kontakt insektisiddir, qısa təsirlidir ( bitkiləri 7 – 13 gün müddətində mühafizə edir). Preparat mənənələrə, meyvə milçəklərinə və onların sürfələrinə sərtqanadlıların tirtirlarına, mişarlayıcıların tirtirlarına qarşı tətbiq edilir. Arılara qarşı orta toksikidir.

İnsanlara və istiqanlı heyvanlara qarşı zəif toksikidir (ÖD50 siçovullara 3410 mq/kq ) kümulyativ xassəlidir.

Neksion 40%-li konsentrat emulsiya halında istehsal edilir və meyvə ağaclarında albalı milçəklərinə, meyvəyeyənə, yarpaq bükən və mənənələrə qarşı tətbiq edilir – 0,1 – 0,2% -li konsentrasiyada, kələm yarpaq gəmiricilərin tırtırlarına qarşı – 0,2 – 0,4% -li kəsafətlikdə. Məsarif norması 0,6 – 0,7l/ha.

Tətbiqinin axırıncı vaxtı bağlarda, gilə-meyvələrdə və kələmdə məhsul yığımına 15 gün qalmışdır. Qalıq miqdarı almada 0,1mq/kq, tərəvəzdə və üzümdə - 0,05, qarağatda, moruğda – 0,02; şaftalıda, gilasda – 0.07mq/kq.

Leybasid - /bayteks/- rənksiz, yağlı mayedir, ərimə temperaturu 870C, suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olur. Bu preparat hidrolizə davamlıdır. Tövsiyə edilən konsentrasiyada preparat k/t bitkilərini zədələmir. Suda uzun müddət qalaraq, onun tamını dəyişir, ona görə qalıq miqdarına icazə verilmir.

Leybasid – kontakt və bağırsaq təsirlidir. Preparat 30 növ zərərvericilərə qarşı tətbiq edilir, xüsusən mənənə, uzunburun və.s insan və istiqanlı heyvanlara qarşı leybasid ortatoksikidir. (ÖD50 siçovullara 260mq/kq), kümulyativ xassəlidir. Qalıq miqdarı dəndə və şəkər çugundurunda 0,15mq/kq, ətdə- 0,2mq/kq, süddə və digər pəhriz olan ərzaqda qalıq miqdarına icazə verilmir.

Leybasid preparatın 50%-li islanan tozu dezinfeksiya məqsədi üçün istifadə edilir. Buğdada vegetasiya müddətində iki dəfə tətbiq etməyə icazə verilir, tətbiqinin axırıncı vaxtı məhsul yığımına 15 gün qalmışdır.

Bazudin- diazinon-rənksiz yağlı mayedir, qaynama temperaturu 890C, suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olur. Bazudini torpağa verdikdə bitkilərin kök sitemindən yaxşı daxil olur və yerüstü orqanlarına hərəkət edərək toplanır. Buna görə bitkilərin cücərtilərini zərərvericilərdən 7-15 gün müddətində mühafizə edir.

Tövsiyyə edilən məsarif normada bitkilərə fitotoksiki təsir etmir.

Bazudin kontakt və sistem təsirli insektisiddir. İnsan və heyvanlara qarşı yüksək toksikidir, ÖD50 siçovullara 76-120mq/kq.

Bazudinin 40%-li islanan tozu şəkər çuğundurunda mənənələrə, uzunburuna, birələrə qarşı 2,5kq/ha, buğdada şıqqıldaq böcəklərə qarşı – 2- 2,5 kq/ha tətbiq edilir. 60%-li k.e. şəkər çuğundurunda – 0,8 l/ha, qarğıdalıda, məftil qurdlarına qarşı və pambıqda pambıq sovkasına qarşı – 40-50 kq/ha, səpin zamanı tətbiq edilir. Kartofda məftil qurdlarına qarşı əkin müddətində torpağa – 15-50 kq/ha tətbiq edilir. Tətbiqinin axırıncı vaxtı buğdada və kələmdə məhsul yığımına 30 gün qalmışdır, digər bitkilərdə 20 gün qalmışdır. Qalıq miqdarı kələmdə, soğanda, kartofda, pambıq yağında, qarğıdalıda, dəndə - 0,1mq/kq, pamidorda, xiyarda 0,5 mq/kq. İki dəfə tətbiq etməyə icazə virilir, buğdada bir dəfə.

Aktellik / pirimifosmrtil/.

Təmiz halda açıq-sarımtıl rənkli mayedir, zəif uçucudur. Suda pis, üzvi həlledicilərə (benzol, xloroform, etil spirt ) yaxşı həll olur. Qələvili və turş mühitdə toksiki omayan məhsullara parçalanırlar.

Dərmanlanmış binələrin səthinə ya da ambarlarda preparat 11-15 həftə öz təsirini saxlayır. Preparat suda 6-11 həftə toksikliyini saxlayır. Torpaqda aktellik az hərəkətlidir və müxtəlif torpaq tiplərində parçalanma müddəti 4 həftədir. Tövsiyyə edilən məsarif normada preparat mühsfizə edilən bitkilərə mənfi təsir etmir və alınan məhsulun keyfiyyətini pisləşdirmir. Tətbiq edilən bitkilərin səthində buxarlanma vasitəsilə itir.

Aktellik-kontakt insektisid və akarisiddir, fumiqant və dərin təsirə malikdir. Sorucu (mənənələrə, yastıcalara, koksidlərə, tripslərə) və gəmrici ( böcəklərə və onların sürfələrinə, tırtırlara) sərtqanadlı zərərvericilərə qarşı yüksəktoksiklidir. Mühafizə edici təsir müddəti 10-15 gündür.

İnsanlara və istiqanlı heyvanlara qarşı insektisid zəif toksikidir (ÖD50 siçovullara 2050 mq/kq), dəriyə toplanma toksikliyi zəif ifadəlidir.

Aktellik preparatın 50%-li konsentrat emulsiyası tətbiq edilir: şəkər çugundurunda ambar uzunburununa – 2 l/ha; gilasda gilas milçəyinə qarşı – 1,6-2,4; tütündə mənənəyə qarşı – 1,2-1,3; kələmdə birələrə və yarpaqyeyənə qarşı – 1l/ha; dən ambarlarını dərmanlamaq üçün – 0,5ml/m2, dənləri dən ambarlarına daşıdıqda 16 mq/t.

Aktellik preparatını təcrübə- təsərrüfatlarında xiyarda, pamidorda, bibərdə, badımcanda, bəzək bitkilərində açıq sahədə tətbiq etməyə icazə verilir, məsarifi – 0,3-1,5l/ha, örtülü şəraitdə - 2,4-6l/ha, kompleks zərərvericilərə qarşı; moruqda-böcəklərə, mənənələrə, yarpaq bükənə qarşı; üzüm tənəyinə - yarpaq bükənə, fillokseranın yarpaq formasına, unla yastıcalara qarşı-0,6-3. Sitrusda yastıcalara, ağ qanadlılara, yalançı yastıcalara qarşı – 6-10; çəltikdə mənənələrə - 1,4-4,5 və güvələrə - 3-9; yoncada kompleks zərərvericələrə qarşı – 1l/ha.

Örtülü şəraitdə tətbiqinin axırıncı vaxtı məhsul yığımına 3 gün qalmış, gilasda – 15, digər bitkilərdə - 20 gün məhsul yığımına qalmışdır.

Xiyarda, pamidorda, bibərdə, badımcanda, bəzək bitkilərində preparatın tətbiqinə 4 dəfə, digər bitkilərdə - 2 dəfə icazə verilir. Tərəvəzdə və şəkər çugundurunda qalıq miqdarı 0,2mq/kq; giləmeyvədə preparatın qalığına icazə verilmir.

Karbofos - /malation/.

Rənksiz mayedir, qaynama temperaturu 1200C, üzvi həlledicilərərdə yaxşı həl olur. Karbofos – kontakt təsirli insektisid və akarisidir. Qısa müddətli mühafizəedici və dərin təsirlidir. Karbofos zərərvericilərə qarşı güclü toksikidir . Həşəratın orqanizmində toksiki maddəyə çevrilir.Bu preparat əsasən sorucu ağız aparatına malik olan həşəratlara, gənələrə qarşı tətbiq edilir.

İnsanlara və istiqanlı heyvanlara qarşı orta toksikidir, (ÖD50- 450-1300 mq/kq). Sənayə preparatın 50%-li k.e. istehsal edir. Meyvə ağaclarında və gilə meyvələrdə üzümlüklərdə - mənənələrə, gənələrə, unlu yastıcaların kiçik yaşlı sürfələrinə, yastıcalara, güvələrə və sərtqanadlılara qarşı 0,2-0,3%-li kəsafətlikdə preparata görə tətbiq edilir, məsarif norması 1-3l/ha; sitrus və çayda – 3,6-4,8; bostan bitkilərində - 0,4-2,4l/ha; xiyarda və pomidorda örtülü şəraitdə preparata görə 0,05-0,15%, məsarif norması – 2,4-3,6l/ha.

Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 20 gün qalmışdır. Giləmeyvələri məhsul vermə dövründə, çayda yarpaq yığımında və yiğımı gedən plantasiyalarda karbofosun tətbiqinə icazə verilmir. Meyvə bağlarında, xiyarda və pomidorda örtülü şəraitdə 3 dəfə, digər bitkilərdə 2 dəfə tətbiq edilir. Tərəvəz və meyvədə qalıq miqdarına 0,1mq/kq icazə verilir.

Sidial - /etoksikarbonil/ benzil-ditiofosfat.

Yağlı mayedir, kəskin iyli olub, suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olur, 1200C temperaturda parçalanır. Tətbiq etdikdə bitkinin yarpaqlarına və meyvələrin toxumlarına daxil olur. Bitkilərdə 20-25 gen müddətində, sitrusların qabıqlarında 25 ay müddətində qalır. Tövsiyyə edilən konsentrasiyada bitkilərdə yanıq əmələ gətirmir.

Sidial – insektisid və akarisiddir, bağırsaq kontakt, uzun müddət mühafizə təsirlidir. Sorucu həşəratlara (gənələrə, mənənələrə,koksidlərə) və gəmiricilərə (meyvəyeyənin sürfələrinə yarpaq bükən və. s) arılara, entomofoqlara qarşı güclü toksikidir. Müəyyən həşəratlara qarşı reppelent xassəlidir. İnsan və heyvanlara qarşı yüksək toksikidir (ÖD50 siçovullara 172mq/kq). Həşəratlarla mübarizədə 50%-li k.e. tətbiq edilir. Almada, armudda, gəvalıda və şaftalıda meyvəyryənə qarşı 0,2% konsentrasiyada, yastıcaların brodyaşkalarına və yalançı yastıcalara qarşı tətbiq edilir; üzümdə - üzüm yarpaq bükənə və unlu yastıcanın sürfələrinə qarşı tətbiq edilir. Məsarif norması 2-6 l/ha. Çayda – 4-10 l/ha, gilasda, gavalıda – 1,2-3 l/ha, sitrusda – 4-6 l/ha. Tətbiqinin axırıncı vaxtı məhsul yığımına 30 gün qalmışdır. Sitrus bitkilərində tətbiqi qadağandır. Meyvədə qalıq miqdarı 0,1 mq/kq.

Fosfamid - /dimetoad, roqor Bi-58, famidofos/.

Ağ krisstalik maddədir, ərimə temperaturu 51-520C, suda yaxşı həll olur. Fosfamidi saxladıqda toksiklik təsirini tez dəyişir. Bitki səthində ultrabənövşəyi şuaların təsirindən preparat tez parçalanır, ancaq daxildə toksiki təsirini 20 gün müddətində saxlayır. Bitkilərin yarpaqlarından və kök sistemindən asan daxil olaraq sistem təsir edir, toxumalarda insektisid zəif parçalanır. Tövsiyyə edilən dozada tətbiq etdikdə bitkiləri zədələmir. Konsentrasiyasını artırdıqda fitosid təsir edir.

Fosfamid – insektisid və akarisiddir, qısa müddət mühafizə edici və sistem təsirlidir. Mühafizə müddəti 15-20 gündür. Əsasən sorucu və minalayıcı həşəratlara qarşı yüksək toksikidir. İnsan və itiqanlı heyvanlara qarşı fosfamid orta toksikidir. /ÖD50-230m/kq/ zəif kumulyativ təsirlidir. K/t 40%-li konsentrat emulsiyası tətbiq edilir. Pambıqda tor gənəsinə, mənənə və tripslərə qarşı 0,1-0,2%-li konsentrasiyada tətbiq edilir. Preparatın məsarif norması 1,5-2,5l/ha; toxumluq tərəvəz sahələrində, şəkər-yem çuğundurunda mənənə, minalayıcı milçək, zərərli bağacığa, pamidorda və bostan bitkilərində mənənələrə qarşı – 0,7-1,5; toxumluq kartof sahələrində - kartof güvəsinə - 1,5-2 l/ha.

Meyvə və sitrus bitkilərində - mənənə, yastıca, birə, sitrus ağ qanadlı kəpənəyə, mişarlayıcıların sürfələrinə, yarpaq bükənə, meyvəyeyənə, güvələrə, yastıcalara, yalançı yastıcalara və unlu yastıcalara qarşı preparat 0,1-0,2% konsentrasiyada; üzümün tor gənəsinə, unlu yastıcaların sürfələrinə gənələrə və yalançı gənələrə - 0,15-0,2%-li tətbiq edilir. Məsarif norması 0,8-6l/ha.

Fosfamid preparatı 1,6%-li dənəvərləşdirilmiş halda da tətbiq edilir. Belə halda fosfamid uzunburuna qarşı toxumlarla birgə cərgələrə səpilir, 100-150 kq/ha.

Yazlıq buğda, arpa əkilən sahələrində kompleks zərərvericilərə qarşı 50 kq/ha tətbiq edilir. Fosfamid preparatını giləmeyvələrə və meyvə bağlarında cərgələr arasında becərilən giləmeyvələrə, tərəvəzdə tətbiq etməyə icazə verilmir. Pambıqda preparatın tətbiqinin axırıncı vaxtı məhsul yığımına 15 gün digər bitkilərdə - 30 gün qalmış dayandırılır. Fosfamidin qalıq miqdarı meyvədə və sitrusda 0,4 mq/kq. Əksər bitkilərdə 2 dəfə tətbiq etməyə icazə verilir.

Antio - /formotion/.

Ağ kristallik maddədir, ərimə temperaturu 20-260C, suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. Bitkilərin səthində və daxilində antio tez parçalanır. Tövsiyyə edilən doza bitkilərə mənfi təsir etmir. Preparat gənələrə, sorucu və minalayıcı həşəratlara, milçəklərin müxtəlif yaşda olan sürfələrinə, mişarlayıcılara və sərtqanadlılara qarşı yüksək toksikidir. Antio insan və istiqanlı heyvanlara qarşı orta toksikidir. (ÖD50 siçovullara 350mq/kq) kumulyativ təsirlidir. Preparat 25%-li k.e. halında istehsal edilir. Preparat 0,3-0,4%-li konsentrasiyada pambıqda tor gənəsinə, tripsə və mənənəyə qarşı tətbiq edilir, məsarif norması 2-2,5 l/ha, meyvədə, sitrusda və kələmdə kompleks zərərvericilərə qarşı 0,1-0,2%-li, üzümdə gənələrə və unlu yasgənələrın sürfələrinə - 0,2%-li, çay plantasiyaların- -da çay güvəsinə, mənənəsinə - 0,1-0,2% kəsafətlikdə tətbiq edilir.

Almada,armudda, gavalıda,gilasda və üzümdə preparatın məsarif norması -1,2-4 l/ha; sitrusda – 2,2-6; kələmdə - 0,8-1; çayda - 5-6; narda- 2,4-3,6 l/ha. Tətbiqinin axırıncı vaxtı məhsulun yığımına 20 gün qalmışdır. Ərzaqda preparatın qalıq miqdarı 0,2 mq/kq. Pambıqda, meyvə bitkilərində - 3, digər bitkilərdə -2 dəfə vegetasiya müddətində tətbiq edilir.

Fozalon - /benzofosfat,zolon/.

Ağ kristallik maddədir, sarımsaq iyli, ərimə temperaturu 45-470C, uçucu deyil. Suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olur. Fozalon turş və neytral mühitdə davamlıdır. Bitkilərin daxilində 30 gün toksiki təsirini saxlayır.

Fozalon kutikuldan daxil olaraq meyvələrin qabığına və yarpaqlarının kutikulunda toplanır. Preparat bitkilərin daxilində hərəkət etmir.

Fozalon – kontakt, bağırsaq təsirli insektisid və akarisiddir. Uzunmüddət mühafizə təsirinə malikdir. Preparat gəmirici, minalayıcı və sorucu həşəratlara qarşı yüksək toksikidir, arılara və mişarlayıcıların yalançı tırtırlarına qarşı zəif toksikidir.

Fozalon insan və itiqanlı heyvanlara qarşı yüksək toksikidir (ÖD50 – 108 mq/kq). Fozalon preparatının sənaye tərəfindən 35%-li k.e. və 30%-li islanan tozu istehsal olunur. Preparatın 0,2%-li konsentrasiyası meyvə ağaclarında meyvəyeyənə, yarpaq bükənə, amerika ağ kəpənəyinə, həlqəvi və tərsinə ipək sarıyana, mənənələrə,gənələrə, yastıcalara qarşı, sitrus bitkilərində qırmızı sitrus gənəsinə, ağ qanadlı kəpənəklərə, kaliforniya və yapon çöpvari yastıcaya, sitrus yalançı yastıcaya, üzümdə salxım yarpaqbükənə, tor gənəsinə, koksidlərin sürfələrinə qarşı tətbiq edilir. Məsarif norması təsiredici maddəyə görə almada və armudda – 0,3-1; üzümdə - 0,4-1; sitruslarda – 1,4-21kq/ha.

İslanan tozu /benzofosfat/ müxtəlif zərərvericilərə qarşı təsiredici maddə hesabı ilə o cümlədən pambıqda – pambıq sovkasına və tor gənəsinə qarşı 0,9-1; kartofda, pamidorda və badımcanda – 0,5-0,7; ərikdə mənənələrə, güvələrə, yarpaq bükənə - 0,7-0,84; şaftalıda meyvəyeyənə - 0,84; kələmdə - 0,5-1l/ha tətbiq olunur.

Meyvə və sitrusda tətbiqinin axırıncı vaxtı məhsul yığımına 40 gün qalmış, digər bitkilərdə 30 gündür. Əksər bitkilərdə 2 dəfə, pambıqda, almada, armudda – 4 dəfə, şaftalıda – 2-4 dəfə çiləmə aparılır. Qalıq miqdarı 0,2 mq/kq.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə