Mühazirənin planı K/t bitkilərinin zərərverici və xəstəliklərdən mühavizənin inkişaf tarixi



Yüklə 0,86 Mb.
səhifə12/12
tarix27.10.2017
ölçüsü0,86 Mb.
#6988
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12

Kökləyici fungisidlər.
Kökləyici fungisidlər bitkilərin xəstəlik törədicilərini qışlama mərhələsində, tökülmüş yarpaqlarda, budaqlarda, ağacların gövdəsində, torpaqda qalan infeksiyanı məhv etmək məqsədilə tətbiq edilir (almada, armudda dəmgil, və çəyirdəklilərdə kokkomikoz).

Kökünü kəsən çiləmədə DNOK və Nitrofen preparatlarından istifadə edilir. Qeyd edilən pestisidlər kompleks təsirlidir, fungisid, insektisid və herbisid xassəlidirlər. Onların səmərəliliyi çiləmələrin düzgün aparılması ilə əlaqədardır. Adətən işçi məhlulun məsarifi 800-3000 l/ha, tətbiq edilən obyektlə bağlıdır. Çiləmə payızda ya da yazda tumurcuqlar açmamış aparılır. Bu preparatları vigitasiya dövründə tətbiq etmək olmaz, çünki fitotoksiki xassəlidirlər. Xəctəlik törədicilərini qışlama mərhələsində məhv etdikdə, yaz dövründə bitkilərin sirayyətlənməsi xeyli azalır. Vegetasiya müddətində bitkilərin xəstəliyə yoluxması xüsusən qorxuludur. Ona görə kökündən məhv edən çiləmə vegetasiya müddətində xəstəliklərin yayılmasının qarşısını alır, beləliklə bordo mayesi ilə göy çiləmə aparmağa ehtiyac olmur və bitkilərin vegetasiya dövründə preparatlarla aparılan çiləmələrin miqdarını azaltmağa şərait yaradır.

DNOK -sarı kritalik maddədir, ərimə temperaturu 85,50 C. Texniki məhsulu 95-98% əsas təsiredici maddədən ibarətdir. Suda pis, üzvi həlledicilərdə yaxşı həll olur. DNOK partlayıcı xassəyə malikdir, ona görə 40% istehsal olur. Onun tərkibində təsiredici maddədən başqa tamamlayıcı kimi natrium sulfat ya da ammonium istifadə edilir. Bu formada preparat kənd təsərrüfatında tətbiq edilir.

DNOK preparatı 1% kossentrasiyada çiləmə üsulu ilə meyvə bağlarında və üzümlüklərdə (8/20 kq/ha preparat görə) tətbiq edilir. Çiləmə erkən yazda (turcuqlar açılmamış) havanın temperaturu 200 C yuxarı olmamaq şərti ilə, ya da pazda (yarpaq töküləndən sonra) aparılır.

Preparat ağacların gövdə ətrafı olan darəyə cərgə aralarına tətbiq edilir.Temperatur 130 C aşağı olduqda preparatın təsiri azalır. Temperatura yuxarı olduqda isə tətbiq edilən obyekt üzərində sürətlə buxarlanır. Nəmliyin artması və yağışlar DNOK preparatının köbələyin meyvə bədəninə daxil olmasını sürətləndirir. Məsarif norması 4-6 kq/ha. Quş üzümü və qarağatda preparatın məsarifi 3,2- 6 kq/ha. Adətən preparatın sulu məhlulu 0,1-0,2% konsentrasiyada çiləmə üsulu ilə tətbiq edilir.

DNOK insektisid və herbisid kimi də tətbiq edilir. Birillik və ikiillik alaqları məhv edir. Taxıl fəsiləsindən olan çoxillik alaqlara təsir etmir. Torpaqda preparat 30-60 günə parçalanır. Preparat arılara qarşı təhlükəlidir. DNOK istiqanlı heyvanlara və insanlara qarşı yüksək toksiki olduğuna ğörə tətbiqi məhdudlaşır.

Nitrafen – açıq sarı kristallik maddədir, ərimə temperaturu 70-710C . Suda-200C temperaturda 1,2mq/l həll olur, aseton, benzol və üzvi həlledicilərdə yaxşı həll olur. 50%-li iaslanan toz ya da 24%-li k.e. halında istehsal edilir. (ÖD50 sıçovullara 2630mq/kq). Gözə düşdükdə selikli gişanı qıcıqlandırır, ona görə nitrofenlə işlədikdə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Arılara qarşı toksiki deyil.

Nitrofen DNOK-a nisbətən zəif toksiki preparatdır, ona görə yüksək kon-sentrasiyada (2-3%-li ya da 10-60kq/ha) tətbiq edilir. Ağacları və torpağı suvardıqda nitrofen preparatının səmərəliyi artır. Kökündən məhv etmək məqsədilə preparat almada, armudda-dəmqil, üzümdə-mildium, çəyirdəkli bitkilərin xəstəliklərinə və gilə meyvələrdə tətbiq edilir.

Mis və dəmir kuparosu kökündən məhv etmək üçün çiləmə üsulu ilə tətbiq edilir. Erkən yazda (bitkilərin süküt dövründə) 98%-li texniki mis kuparosunun 1%-li məhlulu ilə çiləmə aparılır. Preparatı almada, armudda tətbiq etdikdə məsarif norması 15-20 kq/ha, ərikdə, şaftalıda, gəvalıda, gilasda – 10-15, quş üzümündə və qarağatda – 6-10kq/ha.

Kökündən məhv etmək məqsədi ilə çiləmə apardıqda 53%-il dəmir kupa-rosunun tozundan hazırlanmış məhlulla çiləmə aparılır. Köbələk xəstəlikləri, şibyələrlə və mamırlarla mübarizədə çiləmə səmərəlik verir . dəmir kurarosunun digər pestisidlərlə birgə tətbiq etmək olmaz.


Torpağa verilən fungisidlər
Torpaq fungisidləri – elə preparatlardır ki, onlar torpağı zərərli mikroorqanizimlərdən təmizləmək və müəyyən xəstəlik törədicilərinə qarşı tətbiq edilir.

Karbation- ağ kristalik maddədir, kəskin iylidir, uçucu deyil, suda yaxşı həll olur. Preparatın 40%-li sulu məhlulu istehsal olur. (ÖD50 sıçanlara 146 mq/kq,sıçovullara 450mq/kq). Konsentrat məhlulu selikli qişaya təsir edir,ona görə preparatla işlədikdə közləri və dərini mühafizə etmək məqsədə uyğundur. Karbation əsasən torpağı zərərsizləşdirmək məqsədilə tətbiq edilir. Bu preparat kökündən məhv etmək xassəlidir, seçici deyil. Karbation köbələkləri, bakte-riyaları, torpaq həşəratlarını və alaq otlarını məhv edir. Karbation mədəni bitkilərə toksiki təsir edir, ona görə preparatın torpağa veriləmsi ilə səpin arası 30-50 gün olmalıdır. Bu müddətdə preparat fitotoksiki təsirini itirir.

Torpaq funqisidlərini adətən sulu məhlul, suspenziya halında torpağı suvarma yolu ilə tətbiq edirlər. Toz formasında olan preparatları qumla ya da torpaqla qarışdırırlar tətbiq edilən sahəyə bərabər səpirlər.

Karbation preparatının məsarif norması xəstəlik törədicisindən,torpağın temperaturundan və tətbiq şəraitindən asılıdır. Belə ki, kələmdə qaraayaq, xiyarda və pomidorda ağ çürümə xəstəliklərilə mübarizədə karbation torpaqda temperatur 120C olarsa, preparatın məsarifi 75-100mq/m2 səmərəlik verir, 200C temperaturda 50-75, 20-220C – 25-50ml/m2 preparat tətbiq edildikdə səmərəlik əldə olunur. Kələmdə kila, xiyarda və pamidorda soluxma xəstəlikləri ilə mübarizədə karbation tətbiq etdikdə torpağın temperaturu 120C və preparatın məsarifi 175-30ml/m2, temperatur 200C olarsa – 150-300ml/m2, 20-220C olduqda 125-300ml/m2 sərf etdikdə yüksək səmərəlik alınır. Tütündə və maxorkada kök çürüməyə qarşı karbation preparatının tətbiqi tövsiyyə edilir (750-1000l/ha), qabaq və badımcan çiçəklilər fəsiləsindən olan bitkilərdə kök çürüməsi, fuzarioz və vertisillioz soluxmaya qarşı (2000l/ha), kələmdə qaraayaq, kila, fuzarioz soluxma (750-1750l/ha) tətbiq edilir. Bu preparatı torpağa səpindən ya da şitilllərin əkilmə vaxtına 30 gün qalmış verirlər.

Karbation preparatı ilə istixana və parnik təsərrüfatlarında torpağı torpaqda olan kompleks patogenlərdən təmizləmək yəni zərərsizləşdirmək məqsədilə istifadə edilir. Torpağın zərərsizləşdirilməsi bitkilərin böyümə və inkişafını sürətləndirir, məhsulun erkən yetişməsinə səbəb olur və şitillərin sahəyə əkildikdən sonra bitmək faizini artırır.

Tiazon – kristallik, ağ ya da tünd-boz rəngli, kəskin iyli olmayan maddədir. ərimə temperaturu 1040C, suda pis həll olur. Üzvi həlledicilərdə: asetonda, xloroform və metiletanolda yaxşı həll olur. 85%-li islanan toz halında istehsal edilir. (ÖD50 sıçanlarda 450 mq/kq, sıçovullarda 608mq/kq). Preparatla işlədikdə təhlükəsizlik qaydalarına riayyət etmək lazımdır. Gözü və dərini xüsusisən mühafizə etmək məqsədə uyğundur. Preparatın məsarif norması kartofda 230kq/ha, soğanda 850kq/ha, çiyələkdə payızda və yazda torpağa verilir 850-1275 kq/ha, xiyar və pamidorda örtülü şəraitdə torpağın şum qatına verilir və şumlanır, əkinə 3-4 həftə qalmış(1700l/ha). Kələm bitkisinin torpaq zərərvericiləri ilə mübarizədə tiazon preparatı toxum səpiminə və şitillərin əkilməsinə 20 gün qalmış torpağa verilir, məsarif norması 400-1400kq/ha.

Torpağa verilən fungisidlər nəinki istixana, açıq şəraitdə də pambıqda və kartofda xərçəng xəstəliyi ilə mübarizədə də tətbiq edilir və yüksək səmərəlik verir.

Sineb, Kükürd, polikarbasin.

Qeyd edilən funqisidlər kələmdə qaraayaq xəstəliyinə qarşı tətbiq edilir. Bu məqsədlə şitillikdə toxum səpiminə 3 gün qalmış sineb, kükürd preparatı 5, polikarbasin -3-5q/m2 miqdarında torpağa verilir. Kələm şitilləri açıq sahəyə köçürüldükdə, torpağa sineb, kükürd torpağa suvarma yolu ilə verilir. Bu məqsədlə sinebin 0,25-0,3%-li suspenziyasını (20-25kq/ha) kolloid kükürdün 0,4-0,45%-li suspenziyası (30-40kq/ha) və benlatın (10-12kq/ha) 0,1-0,15%-li suspenziyasını hazırlayırlar. Kartofda xərçəng xəstəliyinə qarşı torpağı nitrafen ya da preparat 242 işlədilir.

Karantin məqsədilə kartofda xərçəng xəstəliyinin infeksiya mənbəyinə nitrofeni tətbiq etdikdə torpağa 400-440q/m2 verilir, ancaq çox olmamalı və su hövzəsindən 200m aralı yerləçməlidir.

Nitrafen.

Kartofda xərçəng xəstəliyinə qarşı, karantin məqsədilə torpağa nitrofen preparatı verilir. Preparatın məsarif norması infeksiya olan yerlərə 400-440q/m2- dir. Tətbiq edilən sahə 200m2 çox olmamalıdır və su hövzələrindən ən azı 200 m aralı yerləşməlidir.

Taciqaren preparatı çiyələkdə kök çürüməsinə qarşı tətbiq edilir. Preparatın 0,2-li suspenziyası ilə 70%-li islanan tozundan 2-3 kq/ha hesabılə vegetasiya müddətində suvarma yolu ilə tətbiq edilir.

Ridomil təcrübə-təsərrüfatlarında tətbiq edilir. Tütündə kökyeyənə qarşı toxum səpimindən sonra torpağa verilir.

Çiyələkdə kök çürüməsinə qarşı tinkliklərdə 0,2%-li suspenziyası suvarma yolu ilə tətbiq edilir. Preparatın məsarif norması 2-4 kq/ha –dır.

Mövzu 14. Bitkilərin böyümə və inkişafına təsir edən preparartlar, retardantlar

Plan


  1. Preparatların ümumi səciyyəsi.

  2. Retardantların tətbiqi qaydaları: tur, hiberlin.

  3. Pestisidlərin kompleks tətbiqi.


Ədəbiyyat
1.Г.С.Груздев – «Химическая защита растений», Москва, 1987.

2. İ.H.Cəfərov – “Fitoterapiya”, Bakı, 2002.


Mövzu 14. Bitkilərin böyümə və inkişafına təsir edən preparartlar, retardantlar
Bitkilərin böyümə və inkişafına təsir edən preparartlar, retardantlar
Boy maddələri k/t 40 ildən artıqdır ki , tətbiq edilir. Hər il bu maddələrin çeşidləri artır. Dünya miqyasında 5 mindən yuxarı fizioloji fəal maddələr sintez edildiyi halda, bu maddələrin yalnız 1% tətbiq edilir. Dənli maxıl və texniki bitkilərdən bu birləşmələr müvəffəqiyətlə tətbiq edilir. Onlar taxıl və texniki bitkilərin yatmasının qarşısını alır, meyvə ağaclarının böyüməsini ləngidir və hər il bar verməsinə şərait yaradır. Çiçəkləmə fazası, meyvələrin yetişməsini sürətləndirir ya da ləngidir. Kök yumrularını və kökümeyvələri saxladıqda, onların cücərməsinin qarşısını alır. Bitkilərin əlverişli olmayan xarici mühid amillərinə davamlılığı, məhsulun artması, keyfiyyətini yaxşılaşdırır.

Boy maddələri qarışıq preparatlardır, yəni kübrələrdir, herbisidlərlə və funqisidlərlə birgə tətbiq edilir.

50-ci illərin axırında üçmetilammoniumun 2 xloretil xlorlu birləşməsinin böyümə prosesinə ləngidici təsiri müşahadə edilmişdir. (Н.Э.Толберт) ancaq 60-ci illərin başlanğıcında həmin birləşmənin buğda, çovdar bitkisinin yatmasının qarşısını aldığı müşshidə edilmişdir. Elə bu vaxtdan retardan adlanan maddələrdən təsərrüfatlarda geniş istifadə edilməyə başlanmışdır. Inkişaf edən xarici ölkələrdə dənli taxıl bitkiləri əkilən sahələrin 80%-də həmin preparatlar tətbiq edilir. Boy maddələri endogen təsirlidir (auksinlər, hibberenlinlər, etilenlər və.s) bitkilərin bütün inkişaf fazalarında mübadilə proseslərində iştirak edirlər və rüşeyimin inkişafından başlayaraq bitkinin məhv olma mərhələsinə qədər onları nizamlayırlar, həmin maddələr bitkilərin böyüməsini, yəni orqanların formalaşmasını, çiçəkləməsini, vegetativ orqanların qocalmasını, sükunət dövrünə keçməsi və çıxması proseslərinin gedişini müəyyənləşdirir.

Fitohormonlar- yüksək xüsusi təsirlidirlər və bu xassə onların fizioloji proseslərdə əvəz edilməz olması ilə izah edilir. Bu birləşmələrin belə xüsusiyyəti hormonal requlyasiyasının ümumi sistemində bitki orqanizmində gedən funksional porseslərin əlaqəli olmasını təmin edir. Beləliklə hal-hazırda k/t sintez edilmiş boy maddələri tətbiq edir. Belə maddələr endogen fitohormonların analoqlarıdır, ya da onlara qarşı antoqonist təsirlidirlər və beləliklə bitkilərin ümumi hormonal statusunun dəyişməsini təmin edirlər.

Sintez edimiş boy maddələri təsir mexanizminə görə aşağıdaki qruplara bölünürlər: auksinlərin metabolizmi və onların fizioloji fəallığını realizə edən preparatlar; qibberilinlərin metabolizmi və fizioloji fəallığını realizə edən preparatlar; etilen mübadiləsinə təsir edən preparatlar; metabolizmi fəallaşdıran və ingibirləşdirənlər (tənəfüs, fotosintez, proseslərinin stimulyatoru, xlorofil və karotinoidlərin ingibitorları və.s).

Təsərrüfatlarda ən geniş tətbiq edilən retardantlar antihibberelin təsirli preparatlardır. Bu qrupp preparatlar iki əsas yarım qruplara bölünür.

Sintez edilmiş xlorxolinxlorid hiberellinin əvəzedici maddəsinin sintezində iştirak edən ferment sisteminin fəallıgına təsir edir, məsələn aurensintetaza, kaurenin sintezinə nəzarət etmir.

Retardantlar tarla şəraitində dənli taxıl bitkilərinin böyümə prosesini 10-35%-ə qədər inqibirləşdirir. Retardantlar bitkilərdə kütləvi toplaşma dinamikasını dəyişir. Dənli taxıl və texniki bitkilərin yatmasının qarşısını almaq məqsədilə Tur preparatı tətbiq edilir.

Tur – təmiz halda ağ kristalik, yüksək hiqroskopik məddədir, ərimə temperaturu 2450 C, preparat suda, spirtdə və üzvi həlledicilərdə yaxşı həll olur, balıq qoxusu verir, 60%-li sulu məhlulu ya da 97,5% kristal şəkilində istehsal edilir. Xalixloridin dixloretanla qarışığından istehsal edilir.

Tur 80 növ bitkilərdə tətbiq edilir və bu boy maddəsi ən geniş öyrənilmişdir. Dənli taxıil bitkilərinin yatmasının qarşısını almaq məqsədilə tur preparatının sulu məhlulu ilə çiləmə aparılır. Məsarif norması 6,6 l/ha. Təyyarə və vertolyotla çiləmə apardıqda preparatın məsarif norması 5-6 l suda duruldulur, kiçik həcimli çiləmədə (UMO), adi təyyarə ilə çiləmə apardıqda 25-30 l suda, yerüstü çiləyicilərdən istifadə etdikdə 30-300 l. Çiləmə küləksiz havada və səhər saatlarında aparılır. Tur preparatından yüksək səmərəlik almaq üçün vaxtında tətbiq etmək lazımdır. Dənli taxıl bitkilərinə preparatı yazda kollaşma fazasında 1 dəfə tətbiq etmək kifayyətdir.

Payızlıq buğdanı intensiv texnologiya üsulu ilə becərdikdə tur preparatının 2 dəfə tətbiq edilməsi tövsiyyə edilir. Kollaşma fazasında məsarif norması 2-3 kq/ha t.e.m. və borulaşma fazasının sonunda 1-2 kq/ha t.e.m.

Dənli taxıl bitkilərinin tur preparatı ilə işlənməsi onların quraqlığa, aşağı temperatura və bəzi köbələk xəstəliklərinə qarşı davamlılığını artırır. Aparılan müşahidələr göstərir ki, Tur məhsulun keyfiyyətinə mənfi təsir etmir. Preparat bitkilərin daxilində 2-4 həftə müddətində parçalanır. Tur preparatının yazda işmənməsi imkan verir retardantlarla 2,4 D, dialen və digər herbisidlərlə birgə tətbiq edilsin. Tur preparatının 46%-li dənəvərləşdirilmiş sidik cövhəri (36 kq/ha azot) ilə birgə tətbiq etmək olar. Belə qarışıqların tətbiqi məhsulun 20-25% artmasına səbəb olur. Həmin qarışıqların mis sulfat, kobalt, sink və digər mikroelementləri 0,1-0,3%-li (0,3 kq/ha duz) kəsafətlikdə əlavə etdikdə retardantların fəallığı bir qədər artır. Alınan məhsul artır və keyfiyyəti daha da yaxşılaşır. Tur preparatının qidrel və kampozan-M-lə qarışığını tətbiq etdikdə yüksək səmərəlik alınır.

Payızlıq və yazlıq buğdanın şaxtaya və quraqlılığa davamlığını artırmaq məqsədilə səpin qabağı toxumları dərmanladıqda toxum dərmanları ilə Tur preparartının 97,5%-li kristallik preparat formasını birgə tətbiq edirlər, məsarif (tur) norması 4,1kq/ha. Dərmanlama toxum dərmanlayan maşınla aparılır.

Almada, armudda xlorxolinxlorid (tur), barvermə vaxtını sürətləndirmək, zoğların böyüməsini məhdudlaşdırmaq, əlverişli olmayan şəraitə qarşı davamlığını artırmaq məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tətbiq edilir. Qış sortlarında 3-4 illik normal inkişaf etmiş ağaclarda tətbiq edilir, məsarif norması 4,5-8,5l/ha; almada,armudda – 3,5-6,5l/ha.

Birinci çiləmə çiçəkləmədən 10-15 gün sonra, 2-ci çiləmə isə birincidən 15 gün keçmiş, məhsul yığımına 80 gün qalmış. Dərmanlama bağ çiləyiciləri ilə aparılır. Üzüm tənəyini Tur preparatı ilə işlədikdə məhsuldarlığı, gilələrin şəkərliyi artır, seyrək salxımların sayı azalır. Dərmanlama traktor çiləyiciləri ilə aparılır, preparatın məsarifi 1,3-1,7 kq/ha. Üzüm məhsulu 20-40% artır, zoqların artması isə 30-50% zəifləyir. Preparat orta toksikidir (ÖD50 sıçovullarda 600 mq/kq) icazə verilən qalıq miqdarı tərəvəzdə, meyvədə 0,05 mq/kq. Yağda, süddə, ətdə qalıq miqdarı icazə verilmir.

Tur, bitkilərin boyunu ləngidir, meyvə və orqanların əmələ gəlməsinə təsir edir, bitkilərin əlverişli olmayan xarici şəraitə qarşı davamlılığını artırır.

Tur bitkilərə köklər və yarpaqlaq vasitəsilə daxil olur. Tur bitkilərin böyümə prosesini ləngidir, bu isə onun bitkidə toplanma miqdarı ilə korelyasiya olunur. Bitkiyə daxil olmuş Tur 2 həftədən sonra parçalanır və xolinə çevrilir.
Tur-un işlədilmə qaydaları.
Üzüm tənəkləri bar verməyə başladığı dövrdən Tur preparatı işlənə bilər. Tənəklərin Turun maye formada buraxılan texniki preparatı ilə işləmək daha yaxşı nəticə verir.

Tənəklər Tur məhlulu ilə iki ildə bir dəfə çilənir. Çiləmə çiçəkləmədən 10-15 gün qabaq aparılır. Tənəklərdə 0,25%-li məhlul formasında çiləmə üsulu ilə tətbiq edilir. Hər hektara 800-1000 litr məhlul vurulmalıdır. Turu bordo məhlulu ilə qarışdırmaq olar. Çox güclü böyüyən bağlarda tənəkləri 0,5%-li Tur məhlulu ilə çiləmək olar. Preparat ortotoksikidir (ÖD50 sıçovullarda 630 mq/kq) icazə verilən qalıq miqdarı tərəvəzdə, meyvədə 0,05 mq/kq.

DYAK (diaminaza) – tətbiq edilir boy maddəsi kimi. Məsələn, alma bağlarının məhsuldarlığını 5-40% artırır. Çiləmə 0,16-0,24%-li məhlulla aparılır, preparatın məsarif norması2,13-3,2 kq/ha, işçi məhlulun məsarifi 800-1000 l/ha. Çiləmə çiçəkləmə qurtardıqdan 15-20 gün sonra aparılır. Beləliklə bu üsulla meyvələrin tökülməsinin qarşısını almaq mümkün olur. Sənaye preparatın 75%-li i.m. istehsal edir. DYAK preparatı ortatoksikidir (ÖD50 sıçovullarda 8400 mq/kq).

Hebberelin. Təsiredici maddə- hebberellin turşusudur. Ağ kristallik maddədir molekulyar çəkisi 346,2 ərimə temperaturu 233-2350C, suda və üzvi həlledicillərdə yaxşı həll olur. 80% kristalik toz şəkilində istehsal edilir üzüm tənəyində tumsuz sortlarda tətbiq edilir. Preparat çiləmə üsulu ilə kütləvi çiçəkləmə zamanı bir dəfə tətbiq olunur. Məsarif norması 0,03-0,05 kq/ha. Təsərrüfat şəraitində salxımların və üzümlərin iriləşməsini təmin edir. 50-150 s/ha üzüm götürməyə imkan verir. Preparat insanlara və istiqanlılara qarşı zəif toksikidir. (ÖD50 sıçovullarda 6000 mq/kq). Arılara və digər xeyirli həşaratlara qarşı toksiki deyil.

Hidrel. Ağ kristalik maddədir, ərimə temperatru 900 C, suda və spirtdə yaxşı həll olur. Preparat 40%-li sulu məhlul halında istehsal edilir. Pomidor bitkisində tətbiq edilir. Məhsulun yetişməsini sürətləndirir və mexaniki yığıma şərait yaranır. Məsarif norması pomidorun becərmə üsulindan asılı olaraq 2-5 l/ha –dır, işçi məhlulun məsarifi 400-600 l/ha. Tətbiq vaxtı meyvələrin yetişmə fazasının başlanğıcında və məhsul yığımına 10 gün qalmış dayandırılır. Məhsulun artımı 30-90 s/ha olur və yetişmə müddəti 10-15 gün tezləşir. Preparat zəif toksiki birləşmədir. (ÖD50 sıçovullarda 2500 mq/kq, MDU – 0,15%).

Rozalin- 50% islanan toz halında istehsal edilir. Pambıqda reproduktiv orqanlarının tökülməsinin qarşısını alır. Preparat 0,005%-li məhlul halında kütləvi çiçəkləmə fazasında çiləmə üsulu ilə tətbiq edilir. Ortatoksiki maddədir. (ÖD50 sıçovullarda 600 mq/kq).



Mövzu 15. Pestisidlərin ətraf mühitə təsiri
Plan


  1. Pestisidlərin ətraf mühiti çirkləndirməsi.

  2. Pestisidlərin havada yayılması.

  3. Pestisidlərin suda yayılması.


Ədəbiyyat
1.Г.С.Груздев – «Химическая защита растений», Москва, 1987

2. İ.H.Cəfərov – “Fitoterapiya”, Bakı, 2002


Mövzu 15. Pestisidlərin ətraf mühitə təsiri
Pestisidlərin ətraf mühitə təsiri
Kənd təsərrüfatının intensiv sürətdə kimyalaşdırılması hər il biosferə çoxlu miqdarda kimyəvi maddələrin o cümlədən pestisidlərin də daxil olmasına səbəb olur. Ona görə ətraf mühitin kimyəvi birləşmələrə çirklənməkdən qorunmasının böyük əhəmiyyəti var.

Pestisidlər digər kimyəvi maddələrdən ətraf mühiti çirkləndirərək bəzi xassələrinə görə fərqlənirlər: onlar aşağıdakılardan ibarətdir:

1. Pestisidlərin biosferdə dövranının qarşısını almaq mümkün deyil;

2. Bu preparatlar bioloji fəal olaraq təbiət və insan üçün təhlükəlidir;

3. Preparatın tətbiq edilən məsarif normasını azaltmaq mümkün deyil;

4. Pestisidlərdən təsərrüfatın müxtəlif sahələrində istifadə edilir və ona görə əhali preparatlarla geniş formada təmasda olur. Xarici mühitdə dövr edirlər və ərzaqda alınan məhsulun tərkibində qalırlar;

5. Bu birləşələr təbii şəraitdə davamlıdırlar;

6. Pestisidlər aşağı kəsafətlikdə də orqanizmdə toplanaraq bioloji fəal xüsusiyyətlərini saxlayırlar;

Pestisidlərin xüsusiyyətlərindən asılı olaraq biosferə onların təsir forması müəyyən edilir:

1. yerli təsiri: a) bir başa zərərli orqanizmə; b) dolayı-digər orqanizmlərə, torpağa, suya.

Pestisidlərin lokal təsirinin səmərəlilik dozası dozası, forması, tətbiq üsulu, seçicilik təsiri parçalanma sürətində müəyyən edilir.

2. Sonrakı yaxın məsarifdəki (landşaft-region), onun xassəsindən, müxtəlif relyef və torpaq iqlim şəraitindən asılıdır. Quraqlıq iqlim şəraitində, şoran torpaqlarda, qrunt sularının səviyyəsi yaxsın olduqda pestisidlərin torpaqda qalma müddəti uzun olur və təkrarən davamlı preparatların və onların mebolitlərinin torpaqda, suda, bioklütdə toplanması müşahidə edilir.

3. Sonrakı uzaq məsafədən təsiri.

Bu xüsusiyyətlər yüksək davamlı pestisidlərə, çaylarda məhlul halında müqayisə edən, ya da torpaq kolloidləri ilə sorbsiya olan preparatlara xasdır. Onların miqrasiyası, yenidən yayılması və toplanması çaylıqda, deltada və sturaiyalarda 3-5 və daha çox il müddətində müşahidə edilir. Nəticədə pestisidlər çayların aşağı axarında, deltasında, dənizdə balıqlara təsir edir.

4. Sonrakı qlobal təsiri.

Bütün planeti və onun ayrı-ayrı komponentlərini əhatə edir – okeanı, qurunu, aerozol və suspenziya halında yayır, sahil və okean axarları, fırtınalarla, siklonlarla, insanların, heyvanların və quşların miqrasiyası ilə bağlıdır, nəqliyyatın hərəkəti və yüklərin, xammalın, ərzağın daşınması; nüvə və digər növ silahların sınağı və hərbi əməliyyat nəticəsində.

Pestisidlərin sonrakı təsiri tədricən büruzə verir və zəifləməsinə ultrabənövşəyi, radiasiya, elektrik cərəyanı, atmosfer yağışları və s. təsir edir.

İnsanlar pestisidlər vasitəsi ilə əhatə edən mühitə təsir edir və ona dolayı yolla da təsir edə bilər. Təsir etmə dərəcəsinə görə pestisidlər üç kateqoriyaya bölünürlər:

1. Pestisidlərə qarşı zərərli orqanizmlərdə davamlılığın əmələ gəlməsi.

Bu isə pestisidlərin davamlılığı və qalıq miqdarının toplanması ilə bağlıdır. Pestisidlərin təsiri nəticəsində növün daxilində seçmə yolu ilə həssas fərdilərin populyasiyaları davamlılarla əvəz edilir.

2. Pestisidlərin və onların qalıqlarının bitkilərə, heyvanlara və əhatə edən mühitə təsiri(bitkilərin zədələnməsi, dəyişməsi, mikrobların tərkibinin dəyişməsi, məməlilərin, quşların, balıqların ya da xeyirli həşəratların məhv olması).

Zəhərli maddələrin təsiri nəticəsində ikinci dərəcəli zərərvericilər əmələ gəlir və tüfeylilərin, yırtıcıların müəyyən növləri məhv olur, belə hal zərərvericilərin aşağı düşməsinə səbəb olur. Beləliklə, pestisidlər biosenoza təsir edir.

3. Kimyəvi maddələr toplanır və qida zəncirləri ilə yayılır.

Pestisidlərin qalığı ətraf-mühitə düşərək bitki və ya heyvanlar tərəfindən mənimsənilir və onlar daha iri heyvanlar tərəfindən istifadə edilir, beləliklə preparatların konsentrasiyası artır. Belə hal onların qidada toplanmasına səbəb olur və sonra isə insanlar tərəfindən istifadə edilir.

1. Hava-bitki-torpaq-bitki-ot yeyən heyvanlar-insan;

2. Torpaq-su-zoofitoplankton-balıq-insan.



Məsələn, 1 kq torpaqda milliqramın mində bir hissəsi qədər xlor üzvi birləşmələrdən ibarət olan pestisidlər olduqda, belə torpaqda becərilmiş yerkökündə 1-6 mq/kq pestisidin qalıq miqdarı müşahidə edilir. Bir qrup pestisidlər kök sistemi vasitəsi ilə bitkiyə daxil olur, və inkişaf etdikcə pestisidlərin kəsafətliyi artır. Bitkilər və heyvanlar uzun müddət öz orqanizmlərində xlor üzvi zəhərləri toplayırlar. Qeyd edilənlərdən aydın olur ki, insan orqanizminə pestisidlərin qalıqları qida ilə düşür. Ona görə də müəyyən qalıq miqdarına icazə verilir. Pestisidlərin icazə verilən qalıq miqdarı zərərsizdir və qidada mq/kq görə müəyyən edilir. Buna görə yeni pestisidləri tətbiq edərkən, onların qalıq miqdarının azalmasına diqqət etmək məqsədə uyğundur.

Pestisidlərin havada yayılması
Pestisidlərin havaya düşməsinin əsas mənbəyi kənd təsərrüfatı bitkilərinin toxumlarını, meşələri, su hövzələrini və başqa obyektlərə tətbiqi nəticəsində olur. Ətraf mühitə davamlı pestisidlər hava vasitəsilə yayılır. Təyyarə ilə pestisidləri tətbiq etdikdə bərk hissəciklərdə adsorbsiya olaraq hava cərəyanı ilə yayılırlar. Məlum olmuşdur ki, meşələri tozladıqda preparatın 50%-i ağacların üzərində qalır, qalan hissəsi isə havada yayılaraq bitkilərin üzərinə çökür, torpağa düşür. Əsasən yüksək uçucu pestisidlər çox uzaqlara yayılır. Pestisidlər tozlama üsulu ilə tətbiq edildikdə atmosfer daha çox çirklənir. Pestisidlər havaya toz hissəcikləri ilə birlikdə, küləklə, torpağı şumlayanda, məhsul yığımında düşür. İnsektisidlər tətbiq edilən rayonların atmosferində çoxlu miqdarda təsadüf edilir. Bundan başqa pestisidlər havaya buxarla düşə bilər (torpaqdan və bitkidən buxarlanma nəticəsində). Üzümdə fillokseraya qarşı heksaxlor-butadiendən istifadə edildikdə onun atmosferdə olması aşkar edilmişdi. Atmosferin pestisidlərlə çirklənməsi onların fiziki-kimyəvi xassəsindən, temperaturdan, küləyin sürətindən, tətbiq edilən sahədən və tətbiq üsulundan asılıdır. Havada pestisidlərin yüksək konsentrasiyası temperatura maksimum olduqda müşahidə edilir. Pestisidlər atmosferdən yağışlar nəticəsində təmizlənir. Atmosferdən pestisidlər və onların metabolitləri torpağa, suya düşərək əhatə edən mühitdə dövr edir.
Pestisidlərin suda yayılması
Su vasitəsilə pestisidlər mühitdə hərəkət edirlər. zəhər su hövzələrinə pestisidlər istehsal olan müəssisələrdən axar su ilə düşə bilərlər, təyyarə ilə zəhərli maddələri tətbiq etdikdə, yağışa və həmin hövzələrdə yosunlara, iblizlərə, müxtəlif xəstəlik törədicilərinə qarşı tətbiq etdikdə. Müəyyən hallarda hövzələrdə, çaylarda və okeanlarda pestisidlər toplanır. Ona görə də su çalaları pestisidlərin davamlı birləşmələri ilə zəngin olurlar. Dünyanın bir çox ölkələrində açıq hövzələrin sularında müəyyən birləşmələrin qalıqları aşkar edilmişdir – xlor üzvi birləşmələr DDT, lindan, heksaxlor sikloheksan, toksafen və s. Xlor üzvi insektisidlərin hövzələrdə toplanmasının, çox böyük əhəmiyyəti var. Bunun nəticəsində həmin sular ikinci dəfə çirklənir. Bəzi pestisidlərin hətta zəif konsentrasiyası suyun müəyyən xassələrinin dəyişməsinə səbəb olur (iyi, dadı) və orada yaşayan canlıları məhv edirlər, oksigenin əmələ gəlməsinə və biokimyəvi – reaksiyalara, onların məhsullarına təsir edirlər. pestisidlər suda yaşayan canlılara toksiki ya da dolayı yolla təsir edirlər (suda oksigenin azalması, suyun kimyəvi tərkibinin dəyişməsi və suda yaşayan həşəratların məhv edilməsi və s.).

Pestisidlər suda bioloji proseslərdə iştirak etdikdə onların miqdarı 100 və 1000 dəfə artır. Canlı orqanizm tərəfindən mənimsənilərək möhkəm zəhərli birləşməyə çevrilərək, toxumlarda toplanır və başqa orqanizmlərə (balıqlara) daxil olur. Digər çevrilmələrdə pestisidlərin təsiri bir neçə dəfə artır. Xlor üzvi preparatlar yağış suyu ilə su hövzələrinə düşdükdə onların miqdarı 0,00003 mq/l, onların balıqlarda miqdarı 1-7,4 mq/kq olur. Xüsusən polixlorkamfen (toksafen) su-qida prosesində çox böyük miqdarda toplanır. Məsələn, kökdə onun qatılığı 0,0002-0,0006 mq/l suda olduqda: suda yaşayan bitkilərdə 0,2-0,4 mq-dır. Suda yaşayan onurğasız həşəratlarda 0,5-1,4; forel balığında 3,5-5,7. ümumiyyətlə ən təhlükəli xlor üzvi pestisidlərdir və nisbətən az təhlükəli fosfor üzvi birləşmələr və karbamid turşularının törəmələridir. Herbisidlərin suya hərəkətinin xüsusən qeyd etmək lazımdır. Suda yaşayan ali və ibtidai bitkilərlə mübarizə aparmaq məqsəd ilə herbisidlərdən örtülü su hövzələrində geniş istifadə edilir. Müəyyən edilmişdir ki, kimyəvi maddələr suda həll olduqda, diffuziya edərək, ətrafa yayılır və bunun nəticəsində herbisid suda olan bütün canlılara təsir edir: mikroorqanizmlərə, bakteriyaları, balıqlara, amfibiylərə və s. Bundan başqa herbisidlər suyun kimyəvi xassəsi və tərkibinə təsir edirlər.



Su hövzələrində saprofit mikroorqanizmlərin miqdarı artır, bəzi herbisidlər (diuron, monuron) sterlizə etmək xassəsinə malikdir. Ammonifikatorların, nitrifkatorların, denitrifikatorların miqdarı və fəaliyyəti dəyişir, beləliklə hövzələrdə ammonyakın və nitratların toplanmasına səbəb olur. Herbisidlər suda yaşayan heyvanlara da təsir edirlər, onların toxumlarında toksiki maddələr toplanaraq həmin orqanizmlərə təsir edirlər. heyvalar oksigenin çatışmaması nəticəsində məhv olur və beləliklə, fotosintez prosesi dayanır və mühitdə oksigenin çatışmaması müşahidə edilir. Belə vəziyyət balıqların, amfibiyaların və başqa onurğasızların məhv olmasına səbəb olur. Su çalalarında azotun, karbonun və oksigenin dövretməsi pozulur. Qeyd etmək lazımdır ki, herbisidlərin su çalalarında canlı orqanizmlərə təsiri, onların (herbisidlərin) dozasından, preparat formasından (islanan poroşok, emulsiya, və s.) və tətbiq müddətindən asılıdır.

Pestisidlərin əsas miqdarı suda həll olaraq parçalanırlar və bu xassəsinə görə kənd təsərrüfatında zərərvericilərə, xəstəliklərə və alaqlara qarşı geniş istifadə edirlər və beləliklə, kənd təsərrüfatı bitkilərini mühafizə edərək onların məhsuldarlığının artmasına səbəb olurlar.
Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə